Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1573/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh2 və “X23” MMC-yə qarşı “mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 cavabdehlər Cavabdeh2 və “X23” MMC-yə qarşı “mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzil iddiaçı X5 tərəfindən hüquqi əsaslarla daha əvvəl əldə edilmişdir. Lakin, mənzil məhkəmə qətnaməsi ilə Cavabdeh2 verilmişdir. Başlanılmış cinayət işi üzrə isə məhz Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Buna baxmayaraq, həmin mənzil hal-hazırda Cavabdeh2 sərəncamındadır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı X3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 14/09 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzil “X23” MMC tərəfindən X2. İş materiallarında olan xx.xx.2011-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzilin dəyəri X10 tərəfindən “X23” MMC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 20/11/14 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzil X6 razılığı ilə “X23” MMC tərəfindən X7 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzilin dəyəri X11 tərəfindən “X23” MMC-yə ödənilmişdir, heç bir borc yoxdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzil “X23” MMC tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan 108 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzilin dəyəri Cavabdeh2 tərəfindən “X23” MMCyə ödənilmişdir. Müvafiq mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 14/04/16 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzil “X23” MMC tərəfindən X1. İş materiallarında olan xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzilin dəyəri X5 tərəfindən “X23” MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, “X23” MMC-nin rəhbər şəxsləri olmuş X16, X13, X14 və X9 eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 178.3.2, 311, 313, 320-ci maddələri ilə məhkum olunmuşlar. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 10004/2017 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11327/15 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh2 və “X23” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, İddiaçı ilə “X23” MMC arasında ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi vəzifəsi cavabdeh “X23” MMC-yə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10004/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kasasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi əsasları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-199/2017 nömrəli qətnaməsində ətraflı şəkildə həll edilmiş və hazırki mülki iş üzrə İddiaçı prosessual hüquqları izah edilmişdir. Sözügedən qətnamə məhkəmə tərəfindən preyudisial qiymətləndirmək hüquqi əsas kimi nəzərə alınır. Hazırki mülki iş üzrə İddiaçı sözügedən əmlak üzrə mülkiyyətçi qismində tanınmadığından iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Məhkəmə iddiaçıya izah edir ki, məhkəmənin hər hansı cinayət işi üzrə istintaq orqanının prosessual qərarından (zərərçəkmiş şəxs qismində tanıma və s.) asılı olmaqla qərar qəbul etməsi yolverilməzdir. Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarı istintaq orqanının müvafiq prosessual qərarından üstün hüquqi qüvvəyə malikdir. Məhkəmə qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh2 və “X23” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundən mülki iş üzrə icraata ayrıca qərardad qəbul edilməklə hissəvi xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, hazırki iddia tələbinin predmeti (mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi) əvvəlki iddia tələbinin predmetindən (mənzilin təhvil verilməsi) daha genişdir. Yəni, hazırki iddia tələbində mülkiyyət hüququnun müdafiəsi və tanınması ilə bağlı hissə əlavə olaraq mövcuddur. Bu səbəbdən, mülki iş üzrə icraata tamamilə xitam verilməməlidir. Doğrudur ki, hər iki iddia tələblərinin əsl mahiyyəti eynidir. Lakin, məhkəmə hüquqi müəyyənlik prinsipinin tələbi nöqteyi-nəzərdən məsələyə qanunun hərfi mənasından, olduğu kimi yanaşmağı əsaslı hesab edir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və “X23” MMC-yə qarşı “mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1573/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1573/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver