Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1583/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi cəlb edilməklə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi cəlb edilməklə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Bələdiyyəsində İcra Aparatı Vergi ödənişlər şöbəsinə müdür müavini vəzifəsinə bərpa edilməsi, 2020-ci ilin sentyabr ayından, 2021-ci ilin yanvar ayınadək (iddia verilən günədək) alınmamış 2970 manat əmək haqqının kompensasiyası və ödənilən 20 manat dövlət rüsumunun, ümumilikdə 2990 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması, 2021 -ci ilin yanvar ayından (iddia verilən gündən) məhkəmə qətnaməsi qəbul edilən günə qədər hər aya 550 manat hesablanmaqla əldən çıxmış faydanın, o cümlədən İşçiyə qanunla nəzərdə tutulmuş qaydada ödəniləcək bayram pullarının da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal Bələdiyyəsində 01.12. 2018-ci il tarixdən Vergi və Ödənişlər Şöbəsində baş mütəxəssis vəzifəsində, xx.xx.2019-cu il tarixdən isə Yasamal rayon Bələdiyyəsində İcra Aparatı Vergi və ödənişlər şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində nizam-intizamlı, məsuliyyətli olmuş, işində heç bir nöqsana yol verməmiş, iş kollektivi ilə mehriban münasibətdə olmuş, rəhbərliyin verdiyi tapşırıqları vaxtında və operativ icra etmiş, bu günə qədər barəsində heç bir xəbərdarlıq, töhmət, şiddətli töhmət, intizam məsuliyyəti tətbiq edilməmişdir. Buna baxmayaraq saxtakarlıq və aldatma yolu ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 sədr seçildikdən sonra onu otağına dəvət edərək, tarixsiz və imzasız «səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilmə» ərizəsini yazmasını tələb etmiş, əks təqdirdə problem yaşayacağını bildirmişdir. Yeni rəhbərliklə problemin olmasından ehtiyat etdiyi üçün o, 2020-ci ilin yanvar ayında həmin tarixsiz və imzasız ərizəni yazıb ona vermişdir. 2020-ci ilin avqust ayının əvvəlində sədrin ona verdiyi tapşırığın icrasını tabeçiliyində olan Yasamal Bələdiyyəsində böyük mütəxəssis vəzifəsində işləyən X5 tapşırmış və xx xxxxxx 2020-ci il tarixdə tapşırığı qəsdən icra etmədiyinə görə X10 ilə söz mübahisələri yaranmışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Yasamal Bələdiyyəsinin sədr müavini Emin Muxtarov onun iş otağına gələrək yanvar ayında ona yazdırılan tarixsiz və imzasız ərizəyə imza atmasını tələb etmişdir. İddiaçı ona öz etirazını bildirmiş və imza atmaqdan imtina etmişdir. Bir neçə dəqiqədən sonra yoldaşlıq münasibətində olduğu və inandığı “Vergi ödənişlər" şöbəsinin müdiri ona yaxınlaşaraq ondan bir dost kimi onun xatirinə imza atmasını xahiş etmişdir ki, sədr ona demişdir ki, bu formaldır, sadəcə rəhbərlik nüfuzunu qorumaq məqsədilə digər işçilərə dərs olsun deyə bu ərizəyə imza atılmalıdır və söz vermişdir ki, işdən onu heç kim azad etməyəcəkdir. İddiaçı H.Ş.Həmidovun sözünə inanaraq yanvar ayında ona məcburi yazdırılan tarixsiz və imzasız ərizəyə tarix qoymuş və imza etmişdir. Bu faktı H.Ş.Həmidov və vergi müfəttişi X6 şahidlik edərək, təsdiq edə bilərlər. xx.xx.2020-ci ilin iş gününün sonunda sədr müavini Emin Muxtarov yenidən ona yaxınlaşaraq demişdir ki, sədrin göstərişidir və yaranmış daxili vəziyyətlə əlaqədar müvəqqəti işə gəlməsin. Lakin daxili vəziyyətin nədən ibarət olması barədə ona heç bir məlumat verilməmişdir. İddiaçı ona avqust ayında qanuni məzuniyyətinin olmasını və səbəbi ona deyilməyən yaranmış daxili vəziyyətlə əlaqədar bir müddət işə gəlməməyi tələb olunursa, məzuniyyətə buraxılmasını və o səbəbdən işə çıxmamağını xahiş etmişdir. E.Muxtarov isə sədrin əsəbi olmasını və bu təklifi ona deyə bilməyəcəyini qeyd edib məzuniyyətə buraxılmayacağını demiş və 19 avqustdan müvəqqəti evdə oturmasını və istirahət etməsini xahiş etmiş və o mübahisə yaranmaması səbəbindən və rəhbərliklə münasibətinin pozulmaması məqsədi ilə onunla razılaşmışdır. O isə əvəzində ona nə zaman işə çıxacağını zəng edib deyəcəyini bildirmişdir və evdə qalmasının əmək haqqına təsir etməyəcəyini bildirmişdir. Emin Muxtarovun sözü ilə o, işə çıxmamış və buna baxmayaraq hər həftə sədrə yaxınlaşaraq nə zaman işə çıxacağını soruşurmuş, o isə cavabında səbr et, çağırılacaq gəlib işləyərsən deyərmiş. Buna baxmayaraq səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə Yasamal rayon 19 saylı poliklinikadan sağlam olmağı haqqında Çıxarışın surətini kadrlar şöbəsinin müdiri Əvəz Sadıxova təqdim etmişdir. Nəhayət əmək haqqının kəsilməsindən və ona verilən yalan vədlərdən şübhələnmiş, rəsmi olaraq xx.xx.2020-ci il tarixdə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 ərizə ilə müraciət edərək, onun işə qayıtmağında qanunsuz və əsassız məhdudiyyətlərə son qoyaraq, yenidən işə başlamasının təmin edilməsini və həmin günə qədər almadığı əmək haqqının da ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq, sədr Nümayəndə1 926 saylı xx xxxxxxx 2020-ci il tarixli cavab məktubu göndərmiş və cavab məktubunda qeyd etmişdir ki, o, tutduğu vəzifədən azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilsə də ona əmək müqaviləsi verilməmişdir, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verilməmişdir, əmək kitabçası verilməmişdir və s. Bu səbəbdən də pozulmuş əmək hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmək üçün xx.xx.2020-ci il tarixli şikayət ərizəsi ilə X7 rəsmi ərizə ilə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, X11 Xidmətinə ünvanladığı şikayət üzrə araşdırılma aparılmışdır və Yasamal rayon Bələdiyyəsinin rəhbərliyinin qanun pozuntusu aşkar edilmişdir və Yasamal Bələdiyyə rəhbərliyi AR İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda qeyd edilənlər tam olaraq sübuta yetirir ki, aldatma yolu ilə o, işdən azad edilmişdir və saxtakarlıq yolu ilə əmək müqaviləsinə xitam verilmişdir. Aldadılaraq iki ay onu işə buraxmamaq səbəbi isə, sonradan məlum olmuşdur ki, ərizənin geri götürülmə müddəti ötürülsün. O ki, qaldı əmək müqaviləsinə qanunsuz xitam verilməsi səbəbindən iddiaçıya dəymiş maddi zərərə, X11 Xidmətinin Bakı Ərazi İdarəsinin xx xxxxxx 2021 -ci il tarixli **********8 saylı məktubundan da sübuta yetirilir ki, qanunsuz olaraq işdən azad edilmişdir və artıq 5 aydır ki, işəgötürənin, yəni Yasamal Bələdiyyə rəhbərliyinin qanunsuz hərəkətlərinə görə işləmir. Yəni 2020-ci ilin avqust ayı ona qarşı haqsızlıq olmasaydı, yanvar ayına qədər 5 ayın əmək haqqısını ala bilərdi, yəni yanvar ayına qədər 2970 (iki min doqquz yüz yetmiş) manat qazancdan məhrum olmuşdur. (əldən çıxmış fayda) 550 x 5 aya= 2750+220=2970manat. 550 aylıq maaş, 220 manat 12 günün qalığı. Ona görə də, iddiaçının Yasamal Bələdiyyəsində İcra Aparatı Vergi ödənişlər şöbəsinə müdür müavini vəzifəsinə bərpa edilməsi, 2020-ci ilin sentyabr ayından, 2021 -ci ilin yanvar ayınadək (iddia verilən günədək) alınmamış 2970 manat əmək haqqının kompensasiyasını və ödənilən 20 manat dövlət rüsumunun, ümumilikdə 2990 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması, 2021 -ci ilin yanvar ayından (iddia verilən gündən) məhkəmə qətnaməsi qəbul edilən günə qədər hər aya 550 manat hesablanmaqla əldən çıxmış faydanın, o cümlədən İşçiyə qanunla nəzərdə tutulmuş qaydada ödəniləcək bayram pullarının da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı xx xxxxxx 2021-ci il tarixdə dəftərxana vasitəsi ilə məhkəməyə üzrlü səbəblərdən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair" iddia ərizəsini məhkəməyə təqdim edərkən iddia ərizəsinin verilməsi barədə müəyyən edilmiş bir aylıq müddət üzürlü səbəblərdən buraxmışdır. Belə ki, işdən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Bakı amal Bələdiyyəsinin sədri Nümayəndə1 Yasamal Bələdiyyəsinin icra vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edməyim və Dağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci "a" bəndilə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 35 (§ 2) saylı təsdiq edilmiş surəti və əmək kitabçası bu günədək ona təqdim edilməmişdir. Əmrin təsdiq edilməmiş, digər bəndləri qaralanmış halda kserosurəti iddiaçıya poçt vasitəsilə xx xxxxxx 2021-ci il tarixdə təqdim edilmişdir. Bu onda saxlanılan poçt xəbərnaməsi ilə təsdiq olunur. Məhkəməyə təqdim edilmiş yazılı sübutlardan göründüyü kimi işdən azad edilməyi “Nümayəndə1 imzası ilə xx xxxxxxx 2020-ci il tarixdə poşt vasitəsi ilə xx xxxxxxx 2020-ci il tarixli 926 saylı cavab məktubundan məlum olmuş, işdən azad edilməyi barədə cavab məktubunu aldıqdan sonra, yəni xx.xx.2020-ci il poçt vasitəsilə iki ədəd ərizə və şikayətlə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər müraciət etmişdir. Müfəttişlik tərəfindən aparılmış araşdırma nəticəsində Dağlanmış əmək müqviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilərkən və son haqq-hesab aparılarkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ona görə də, Yasamal Bələdiyyəsinin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsilə inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir və baxılmasının nəticəsi barədə müfəttişlik tərəfindən ona xx xxxxxx 2021-ci il tarixli məktubla bildirilmişdir. Məktubu həmin gün müfəttişlikdən götürmüşdür. Qeyd etdiyi kimi Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 Yasamal Bələdiyyəsi icra aparatının vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad olunmağı və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 35 (§ 2) əmrdən çıxarışın təsdiq olunmamış surətini xx xxxxxx 2020-ci il tarixli 1073 saylı məktuba əlavə etməklə poçt vasitəsilə göndərmişdir. Məktub və ona əlavə edilmiş sənədlər (o cümlədən əmrin təsdiqsiz surəti) poçt vasitəsilə ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İşə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx xxxxxx 2021-ci il tarixdə müraciət etmişdir. Qeyd olunanlardan başqa Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə Ali Məhkəmənin qərar və tövsiyyələrinə olaraq məhkəmə orqanlarının, həmçinin Nazirlər Kabinetinin müvafiq qərarlarına vətəndaşların hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar üzürlü səbəblərdən ərizəsini vaxtında təqdim edə bilməmişdir. Daha sonra İddiaçı xx xxxxxx 2021-ci il tarixdə dəftərxana vasitəsi ilə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 Yasamal Bələdiyyəsinin Aparatının vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edməyi və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a" bəndilə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 35 ($ 2) saylı əmrin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi və işdən qanunsuz və əsassız azad edildiyi üçün ona vurulmuş maddi ziyana görə Yasamal Bələdiyyəsindən 5 (beş) min manat məbləğində pulun, 2 saylı Vəkil Bürosuna vəkilin məhkəmədə hüquqi yardımına görə ödədiyi 170 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən Bakı şəhəri X3 və ödənişlər şöbəsində baş mütəxəssis, xx.xx.2019-cu il tarixdən isə həmin Bələdiyyənin icra ratının vergi və ödənişlər şöbəsində müddətsiz əmək müqaviləsi ilə müdir müavini vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifəsini vicdanla və məsuliyyətlə icra etmiş, intizam tənbehi almamışdır. Yasamal Bələdiyyəsinin hazırkı sədri Nümayəndə1 sədr seçildikdən sonra onu otağına dəvət edərək səhhəti ilə əlaqədar öz xahişi ilə işdən azad edilməyi barədə tarixsiz və imzasız ərizə yazmağını tələb etmiş, əks halda işdə problemlə üzləşəcəyini bildirmişdir. Yeni rəhbərliklə münasibətinin korlanmaması üçün sədrin tələb etdiyi 2020-ci ilin yanvar ayında səhhəti ilə əlaqədar işdən azad edilməyi barədə imzasız tarixsiz ərizəni yazıb ona vermişdir. 2020-ci ilin avqust ayinda Bələdiyyə sədrinin ona verdiyi tapşırığın icrasını təmin etmək üçün xidməti tabeliyində olan və Bələdiyyədə böyük mütəxəssis vəzifəsində işləyən X5 müvafiq tapşırıq vermişdir. T.A.Hacıyeva tapşırığını qəsdən etmədiyi üçün xx xxxxxx 2020-ci il tarixdə aralarında müəyyən narazılıq olmuşdur. Həmin gün Yasamal Bələdiyyəsinin sədr müavini Emin Muxtarov iddiaçının iş otağına gələrək yanvar ayında ona qanunsuz yazdırılan tarixsiz və imzasız ərizəyə imza atmağını tələb etmiş, iddiaçı ona öz etirazını bildirmiş və imza atmaqdan imtina etmişdir. Bir neçə dəqiqədən sonra yoldaşlıq münasibətində olduğu və inandığı, vergi ödənişləri şöbəsinin müdiri vəzifəsində işləyən H.Ş.Həmidov ona yaxınlaşaraq bir dost kimi onun xatirinə ərizəni imzalamağını ondan xahiş etmişdir. İddiaçıya bildirmişdir ki, guya Bələdiyyə sədri ona deyib ki, bu ərizə formaldır, sadəcə rəhbər kimi nüfuzunu qorumaq məqsədi ilə, digər işçilərə dərs olsun deyə bu ərizəyə imza atılmalıdır. Söz vermişdir ki, işdən onu heç kim azad etməyəcək. H.Ş.Həmidovun sözünə inanıb yanvar ayında ona məcburi yazdırılan tarixsiz və imzasız ərizəyə ”xx xxxxxx 2020-ci il” tarixi qoyub imza etmişdir. xx.xx.2020-ci il tarixdə iş gününün sonunda sədr müavini Emin Muxtarov yenidən ona yaxınlaşaraq demişdir ki, sədrin göstərişidir və yaranmış daxili vəziyyətlə əlaqədar müvəqqəti işə gəlməsin. Lakin yaranmış daxili vəziyyətin nədən ibarət olması barədə ona heç bir məlumat verməmişdir. İddiaçı ona avqust ayında qanuni məzuniyyətinin olmasını səbəbi ona deyilməyən yaranmış daxili vəziyyətlə əlaqədar bir müddət işə gəlməməyi tələb olunursa, məzuniyyətə buraxılmağını xahiş etmişdir. E.Muxtarov isə sədrin əsəbi olmasını və bu təklifi ona deyə bilməyəcəyini qeyd edib məzuniyyətə buraxılmayacağını demiş və 19 avqustdan müvəqqəti evdə oturmağını və istirahət etməyini xahiş etmişdir. İddiaçı mübahisə yaranmaması və rəhbərliklə münasibətinin pozulmaması üçün onunla razılaşmışdır. E.Muxtarov isə əvəzində ona nə zaman işə çıxacağını zəng edib deyəcəyini və işə gəlməməyinin əmək haqqına təsir etməyəcəyini bildirmişdir. Emin Muxtarovun sözü ilə iddiaçı işə çıxmamışdır. Hər həftə Bələdiyyə sədrinə yaxınlaşaraq nə zaman işə çıxacağını soruşurmuş, o isə cavabında onu çağıracağını deyirmiş. Bütün bunlara baxmayaraq hər ehtimala qarşı işə gəlməməyi təklif edilən 18 avqustun səhərisi gün Yasamal rayonundakı 19 saylı klinikadan sağlam olmağı haqqında tibbi arayış alıb kadrlar şöbəsinin müdiri Əvəz Sadıxova təqdim etmişdir. Nəhayət, əmək haqqının kəsilməsindən və ona verilən yalan vədlərdən şübhələnərək xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 müraciət etmişdir. Ərizədə işə qayıtmağına qoyulmuş qanunsuz və əsassız məhdudiyyətə son qoyulmasını, yenidən işə başlamağının təmin etməsini, həmin günə qədər almadığım əmək haqqının ödənilməsi barədə göstəriş verməsini xahiş etmişdir. Ərizəni xx xxxxxxxx 2020-ci il tarixdə Bələdiyyənin kadrlar şöbəsinin müdiri Əvəz Sadıxov surətinə imza edilməklə ondan qəbul etmişlər. Həmin ərizəsinə sədr Nümayəndə1 imzası ilə aldığı xx xxxxxxx 2020-ci il tarixli 926 saylı cavab məktubunda bildirilmişdir ki, tutduğu vəzifədən azad edilmişdir, onunla əmək münasibətinə xitam verilmişdir. Ancaq əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr, əmək kitabçası ona təqdim edilməmişdir. Məktubda göstərilmişdir ki, guya səhhəti ilə əlaqədar öz xahişilə tutduğu vəzifədən azad edilmişdir. Cavab məktubu ona poçt vasitəsilə xx xxxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İşdən azad edilməyi barədə cavab məktubunu aldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə iki ədəd ərizə və şikayətlə Azərbaycan Respublikası Əmək və alinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər rəisinə müraciət etmişdir. Müfəttişlik tərəfindən aparılmış araşdırma nəticəsində onunla bağlanmış əmək müqviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən və son haqq-hesab aparılarkən əmək nunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ona görə də, Yasamal lədiyyəsinin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsilə inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir, müraciətinə baxılmasının nəticəsi barədə müfəttişlik tərəfindən ona xx xxxxxx 2021-ci il ixli **********8 saylı məktubla bildirilmişdir. Məktubu həmin gün müfəttişlikdən götürmüşdür. Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 Yasamal Bələdiyyəsi icra aparatının vergi və ödənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2020ci il tarixli 35 (§ 2) əmrdən çıxarışın təsdiq olunmamış surətini (əmrdəki digər bəndlər qaralanmaqla) xx xxxxxx 2020-ci il tarixli 1073 saylı məktuba əlavə etməklə poçt vasitəsilə ona göndərmişdir (əmək kitabçası isə hələ də Bələdiyyədə saxlanılır). Məktub və ona əlavə edilmiş sənədlər (o cümlədən əmrin təsdiqsiz surəti) poçt vasitəsilə ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İşə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx xxxxxx 2021-ci il tarixdə müraciət etmişdir. Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 onu xx xxxxxx 2020-ci il tarixli 35 (§ saylı əmrə əsasən öz xahişilə Yasamal Bələdiyyəsinin icra aparatının vergi və Jənişlər şöbəsinin müdir müavini vəzifəsindən azad edərkən və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "a” bəndilə tam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci, 69-cu maddəsinin birinci, ikinci, dördüncü, beşinci və yeddinci hissələrinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh onu işdən qanunsuz çıxararaq sarsıntı və iztirabblar keçirməsinə səbəb olmuşdur. Nəticədə onu maddi ziyan vurulmuşdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Yasamal rayon Bələdiyyəsi xx xxxxx 2021-ci il tarixdə dəftərxana vasitəsilə iddia müddətinin bərpa edilməsi barədə ərizəsinə etiraz təqdim edərək iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin nəzərə alınmasını və iddiaçı tərəfindən təqdim edilmiş üzrlü səbəblərdən iddia müddətinin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı 2(004)-1583/2021 saylı xx.xx.2021-ci il tarixli iş üzrə üzürlü səbəblərdən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə buraxılmış iddia müddətinin bərpa edilməsinə dair iddia ərizəsinə əlavə təqdim etmişdir. İddiaçı iddiasının əsası kimi Yasamal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixdə 35 saylı əmrinin təsdiq edilmiş surətinin və əmək kitabçasının bugünədək ona təqdim edilməməsini göstərmişdir. Belə ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə öz xahişi ilə ərizəsinə uyğun olaraq səhhəti ilə əlaqədar 35 saylı əmr ilə öz tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq - hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdür. İddiaçı işdən azad olunduqdan sonra ona işdən çıxarılma barədə əmrin surəti təqdim olunsa da, o qeyd olunan işdən çıxarılma barədə əmrin surətini götürməkdən imtina etmişdir. Bu barədə Yasamal Bələdiyyəsində akt tərtib olunmuşdur. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Yasamal Bələdiyyəsinə müraciət edərək onun yenidən işə başlamasının təmin edilməsini və həmin günə qədər almadığı əmək haqqının ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Belə olan halda İddiaçı özünün işdən azad olunmasını bilsə də, eyni zamanda əmrin surətini almadığı təqdirdə müddətin ötürüləcəyini güman etsə də bunlara əhəmiyyət verməmişdir. Bundan sonra o, yenidən işə bərpa olunmayacağını bildikdən xeyli müddət sonra 1-ci olaraq AR ƏƏSMN-nin DƏMX-nin 1 saylı Bakı ərazi İdarəsinə qanunsuz işdən azad olunması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra işə bərpa olunması tələbi ilə bağlı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki həmin müddətdən, yəni xx.xx.2020-ci il tarixdən 05 ay keçmişdir. Eyni zamanda, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə təqdim etdiyi iddia müddətinin bərpa edilməsi barədə ərizəsinə heç bir sübut əlavə etməmişdir. İddiaçı müddətin ötürməsini Azərbaycan Respublikasında Koronavirus (Covid 19) xəstəliyinin yayılmasını, eyni zamanda bəzi məkanların qapanmasına istinad etmişdir. Nəzərə çatdırır ki, Azərbaycan Respublikasında Koronavirus (Covid 19) xəstəliyinin yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə dair Ali Məhkəmənin müəyyən tarixlərdə məlumatına əsasən Bakı şəhərində məhkəmələrin fəaliyyəti işlərə baxılmasına dair dayandırılsa da, lakin ərizələrin təqdim olunmasını və digər hallar poçt vasiəsilə həyata keçirilmişdir. Belə olan halda İddiaçı iddia müddətini qəsdən pozmuşdur. Cavabdeh Yasamal rayon Bələdiyyəsinin nümayəndəsi Bakı şəhəri Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Yasamal Bələdiyyəsi İcra Aparatının Vergi və ödənişlər şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və xx.xx.2019-cu il tarixdə Bələdiyyədə ştat cədvəlində, struktur dəyişikliyinə uyğun olaraq Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdə öz ərizəsinə uyğun olaraq səhhəti ilə əlaqədar 35 saylı əmr ilə öz tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq - hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdür. İddiaçı öz xahişi ilə işdən çıxdığı gündən sonra yenidən ərizə ilə Cavabdehnə işə qəbul olunmasına dair ərizə təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, İddiaçı Yasamal rayon Bələdiyyəsində işləmək niyyəti olmamışdır. Sonradan İddiaçı fikrini dəyişərək X11 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmiş və əmək hüquqlarının pozulmasından şikayətçi olduğunu bildirmişdir. Halbuki işdən azad olunma ilə bağlı heç bir qərəzli səbəb olmamışdır. xx.xx.2020-ci il tarixdə DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi tərəfindən Yasamal Bələdiyyəsinə qarşı ******* saylı inzibati Qərar tərtib edərək, vətəndaş İddiaçı əmək müqaviləsinin pozulması zamanı qanunvericiliyin tələbləri İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə pozulması qeyd olunmuşdur, (işçiyə son haqq-hesabın vaxtında verilməməsinə dair) DƏMX-nin ******* saylı inzibati Qərarı müddət pozğunluğu ilə tərtib edildiyi üçün (İXM-nin 38.1 maddəsi) ləğv edilməsi üçün aidiyyəti üzrə Yasamal Məhkəməsinə göndərilmişdir.xx.xx.2021- ci il tarixdə Yasamal Məhkəməsində 3(004)-623/2021 saylı iş üzrə (işə baxan hakim Murad Məmmədov) inzibati işə baxılaraq Bakı şəhəri, X11 Xidmətinin MN1066011 saylı Qərarı İXM-nin 38.1 -ci maddəsinin tələbləri pozulduğu və 192.6-cı maddəsinin tətbiqi əsassız olduğu üçün ləğv edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, ona hədə-qorxu gələrək və aldatma yolu ilə ərizəsi alınaraq işdən azad edilmişdir, halbuki, həmin ərizəni İddiaçı özü yazmış və xx.xx.2020-ci ildə tarix qoyaraq öz imzası ilə işdən azad olunmuşdur. İddiaçı ali təhsilli mütəxəssisdir və ona heç birhədə-qorxu gəlinməmişdir, əgər gəlinmişdisə hansı səbəbdən hüquq mühafizə orqanlarına bu barədə şikayət verilməmişdir? xx.xx.2020-ci il tarixdə Vergi və Ödənişlər şöbəsinin müdir müavini İddiaçı, həmin şöbənin baş mütəxəssisi Təhminə Hacıyeva ilə mübahisə etmiş və mübahisə sonunda münaqişəyə çevrilmiş və bununlada Yasamal Bələdiyyəsinin inzibati binasında hər iki şəxs ’’Bələdiyyə Qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 3 maddəsinin tələblərini icra edəcəklərinə imza atsalar da, həmin qaydaları əməl etməyərək, iş rejimini pozmuşlar. Sədr müavini əmək intizamını təmin etmək məqsədilə hər ikisi ilə profilaktik söhbətlər aparmış və hər ikisindən də izahat almışdır. Təhminə Hacıyeva bir daha İddiaçılə birlikdə işləməyinin mümkünsüz olduğunu bildirmiş və sədrə bu barədə şifahi şəkildə şikayət edərək ərizə yazaraq işdən azad olunmasını xahiş etmişdir. İddiaçı də T.Hacıyevanın onun verdiyi tapşırıqları yerinə yetirmədiyindən, əsəblərinin buna tab gətirmədiyini, aralarında mübahisə və səs- küyün yaranmasını bildirərək xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazmışdır. xx.xx.2020-ci il tarixdə T.Hacıyeva və İddiaçı barədə işdən azad olunmaq haqqında 35 saylı əmr imzalanmış və əmrin surəti, əmək kitabçası İddiaçı təqdim edilsə də o, əmək kitabçasının götürməkdən imtina etmiş və özü gəlib götürəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq işdən azad olunma ərizəsinin surəti və əmək kitabçasının götürülməməsi barədə akt tərtib olunmuşdur. Sonradan İddiaçı fikrin dəqiqləşdirmək üçün xx.xx.2020-ci il tarixdə Yasamal Bələdiyyəsinə sorğu ərizəsi göndərmiş və xx.xx.2020-ci il tarixli 926 saylı məktubla ərizəyə cavab verilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və digər sənədlər ünvanına göndərilmişdir. Həmin müddətdən 3 ay keçdikdən sonra Yasamal Məhkəməsinə müraciət edilmişdir. İddiasına əlavə kimi göstərdiyi COVİD-19 infeksiyası ilə əlaqədar sərt karantin dövrü xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixləri əhatə etsə də həmin dördə kifayət qədər müddət olmasına baxmayaraq vət.İddiaçı məhkəməyə müraciət etməmiş və sonradan fikrin dəyişərək yenidən işə bərpa olunması barədə Yasamal Məhkəməsinə müraciət etmişdir. Qeyd edək ki, İddiaçı öz ərizəsi ilə işdən azad olunduqdan sonra onun tutduğu vəzifəyə başqa işçi götürülmüşdür. Həmçinin, cavabdehin nümayəndəsi 1 aylıq iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 61 nömrəli xx.xx.2018-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən AR ƏM-nin 51-ci maddəsinə əsasən Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödənişlər şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 57 nömrəli xx.xx.2019-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödənişlər şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmiş, Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 35 nömrəli xx.xx.2020-ci il tarixli əmrin surətindən görünür ki, Yasamal Bələdiyyəsi icra aparatı Vergi və ödənişlər şöbəsinin müdir müavini İddiaçı AR ƏM-nin 68.2 (a) maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, son haqqı-hesabın hesablanaraq ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli avqust ayı üzrə əmək haqqı və son haqq-hesab sənədinin surətindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesaba 1144,96 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 49 nömrəli xx xxxxxxx 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X2 xx xxxxxxx 2020-ci il tarixdən Yasamal Bələdiyyəsi İcra Aparatı Mühasibatlıq şöbəsinin mühasibi vəzifəsindən azad edilməsi, Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal rayonu 19 saylı poliklinika Ambulator kitabçasından çıxarışdan görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı son 5 il ərzində Poliklinikaya xəstəliklə əlaqədar müraciəti olmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Bələdiyyəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, hansı yaranmış vəziyyətlə bağlı iddiaçının işə çıxmağına tərəfindən süni məhdudiyyətlərin qoyulması haqqında qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada 15 gün ərzində rəsmi olaraq poçt vasitəsi ilə ona əsaslı cavab verilməsi və ən əsası da onun yenidən işə qayıtmağında qanunsuz və əsassız məhdudiyyətlərə son qoyaraq, yenidən işə başlamasının təmin edilməsi və bugünə qədər almadığı əmək haqqının da ona ödənilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X1 Vüqar Əzizağa oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli 926 nömrəli cavab məktubundan görünür ki, iddiaçının xx xxxxxxxx 2020-ci il tarixli 800 nömrəli ərizənizə cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixində Yasamal Bələdiyyəsi İcra aparatı Vergi və ödənişlər şöbəsinə baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixində Yasamal Bələdiyyənin ştat cədvəlində struktur dəyişikliklərinə uyğun olaraq Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. Ştat cədvəlinə uyğun olaraq əmək haqqı 550 (beş yüz əlli) manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixində səhhəti ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qanunvericiliyə uyğun olaraq son haqqı hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdir. Bununla əlaqədar Yasamal Bələdiyyəsində araşdırılma aparılmış və heç bir əmək hüquqlarının pozulması faktları qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Yasamal Bələdiyyəsinin sədr müavini E.Muxtarov, Yasamal Bələdiyyəsi İcra aparatının Bələdiyyə Mülkiyyətinə Nəzarət şöbəsinin müdir müavini E.İsmayılov, Humanitar şöbənin müdiri S.Mirzəyev, İnsan resuslarının idarə edilməsi və sənədlərin qəbulu şöbəsinin müdiri Ə.Sadıxov, Hüquqşünas Nümayəndə2 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X3 və ödənişlər şöbəsinin müdir müavini İddiaçı işdən çıxması ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə əmək kitabçası təqdim edilsədə o, əmək kitabçasını götürməkdən imtina etdi. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli şikayət ərizəsindən görünür ki, ərizənin tam və obyektiv araşdırılması məqsədi ilə Yasamal rayon Bələdiyyəsində yerində yoxlama keçirilməsi, Yasamal Bələdiyyəsinin AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozub-pozulmaması haqqında ərizəçiyə məlumat verilməsiaraşdırma nəticəsində Bələdiyyə sədrinin (işəgötürənin) mənə qarşı hərəkətləri və hərəkətsizliyində qanun pozuntusu aşkar edildiyi təqdirdə, Yasamal Bələdiyyəsini qanunla müəyyən edilmiş qaydada cərimə edilməsi, qanun pozuntusu aşkar olunduğu təqdirdə Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 intizam məsuliyyətinə və ya cinayət məsuliyyətinə cəib olunması ilə bağlı aidiyyatı orqanına məlumat verilməsi, qanunsuz olaraq işdən azad olunduğu üçün yenidən tutduğu vəzifəyə bərpa edilməsi, tutduğu vəzifəyə bərpa olunması nəticəsində mümkün olmadıqda AR ƏM-nın 83.2 -ci maddəsinin tələblərində qeyd edilən, lakin bugunə qədər ona təqdim edilməyən sənədlərin ərizəçiyə rəsmi təqdim olunmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Yasamal Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 1073 nömrəli cavab məktubundan görünür ki, xx xxxxxxx 2020ci il tarixli şikayət məktubuna baxılmışdır. O, Yasamal Bələdiyyəsi İcra aparatı Vergi və ödənişlər şöbəsinə baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixindən X9 və ödənişlər şöbəsində müdir müavini vəzifəsində çalışmışdır və xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, səhhəti ilə əlaqədar olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin surəti, işdən azad olunma barədə əmrin surəti, mühasibatlığın hesab çıxarışı məktuba əlavə edilməklə ona göndərildiyi bildirilmiş, əmək kitabçasını isə X4 Resurslarının İdarə edilməsi və sənədlərin qəbul şöbəsindən götürülməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli **********8 nömrəli cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri Yasamal Bələdiyyəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı müraciətinə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Bakı şəhəri Yasamal Bələdiyyəsinin rəhbərliyi tərəfindən X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020- Ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsininin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilərkən və son haqq-hesabınız ödənilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu məlum olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Bələdiyyəsinin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 623/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədri Nümayəndə1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Yasamal Bələdiyyəsində İcra aparatı Vergi və ödənişlər şöbəsinə baş mütəxəssis vəzifəsinə, xx.xx.2019-cu il tarixində isə X3 və ödənişlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı öz xahişi ilə işdən azad edilməsini xahiş edərək müvafiq ərizə ilə müraciət etmişdir. Onun müraciəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli, 35 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq və X3 və ödənişlər şöbəsinin müdir müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinin tərəflərin razılığı əsasında ləğv edilmiş və o, xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı işdən azad olunmasının qanuna zidd olmasını əsas gətirərək hazırki iddia ilə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə müracitə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi aşağıdakılardan ibarətdir: 1) cavabdeh Yasamal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 35 nömrəli əmrinin ləğv edilməsi; 2) işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi; 3) mənəvi ziyanın ödənilməsi və vəkilə ödənilmiş pulun tutulması; Məhkəmə ilk öncə iddianın cavabdeh X3 və ödənişlər şöbəsinin xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrinin ləğv edilməsi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələblərinə əsasən imperativ xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu xx xxxx 2007-ci il tarixli qərarında qeyd edir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, İddiaçı işdən azad edilməsi ilə bağlı məlumatı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinin cavab məktubuna əsasən xx.xx.2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixli məktubla isə işdən azad olunma ilə bağlı sənədləri isə xx xxxxxx 2020-ci il tarixdə almışdır, bu iddia ərizəsində, həmçinin tərəflərin izahatlarında öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı 2020-ci ilin oktyabr ayından işdən çıxarıldığını bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür. Qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddiaçının iddia müddətinin üzrlü səbəbdən buraxılmış hesab edilməsi və iddia müddətinin bərpası barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı ərizəsində müddətin üzrlü səbəbdən buraxılmasını bildirsə də, buna dair hər hansı mötəbər sübutunu məhkəmə iclasında təqdim etmədi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi cəlb edilməklə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi cəlb edilməklə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1583/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1583/2021
29.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver