Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1586/2023 24.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-356 nömrəli Dövlət Aktı (kod - ********) ilə Quba rayonu, Alekseyevka kəndində kənd təsərrüfatı təyinatlı 0,66 ha (66 sot) torpaq sahəsində 200 kv.m. sahədə inşa etdiyi evdən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə və onlara aid bütün əşya və ləvazimatlarının çıxarılması və həmin evin tam boşaldılaraq ona təhvil verilməsini cavabdehlərin üzərinə vəzifə qoyulması, habelə Cavabdeh1 33.600 manat icarə haqqının əvəzi Cavabdeh1 tutularaq ona ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödədiyi 190 manat 80 qəpik dövlət rüsumu məbləği cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 356 nömrəli Dövlət Aktı (kod - ********) Quba rayonu, Alekseyevka kəndində paylı mülkiyyət hüququ ilə ona, həyat yoldaşı X15) 1 qızına və qızı Hacıyeva (Qurbanova) Pərvanə Pərviz qızına kənd təsərrüfatı təyinatlı 0,66 ha (<6 sot) torpaq bizə məxsus olmuşdur. Sözügedən torpaq sahəsində bağ evinin tikintisi üçün Quba rayon İcra Hakimiyyəti ə müraciət etmişdim. Bu səbəbdən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi, Quba rayon İcra Hakimiyyətinin baş memarı, DİN Baş Dövlət Yanğın Təhlükə'izliyi İdarəsin n Quba Yanğından mühafizə bölməsinin, Rayon Torpaq Komissiyasının birgə tərtib etdiyi 06 noyabr 2002-ci il tarixli Akt- Rəyinə əsasən, bağ evimin tikintisi üçün ayrılacaq tərpaq sahəsi Alekseyevka kəndinin yaxınlığında yerləşməklə tikinti qaydalarına uyğun olaraq tikinti şərtləri ə əməl edilməklə bağ evinin tikintisi üşün münasib hesab edilmişdir. Eyni zamanda qeyd olunan dövlət orqanları bağ evinin tikintisi üçün torpaq sahəsi gigiyenik tələblərə uyğun olması, yanğınına qarşı təhlükəsiz olması, səhədən kommunikasiya xəttlərinin keçməməsi müəyyən edilərək təsdiq edilmişdir. Göstərilənlərə əsasən ona Quba rayonu, Alekseyevka kəndində bağ evinin tikintisi üçün 200 kv.m. torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan dövlət orqanlarından ibarət komissiya tərəfindən məqsədəuyğun hesab edilmişdir. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbssinin 15 noyabr 2002-ci il tarixli, 945 nömrəli Rəyinə əsasən mənə bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ərizəsi nəzərə alınmış və sözügedən torpaq sahəsində bağ evinin tikilməsinə razılıq vermişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin 15 noyabr 2002-ci il tarixli, 945 nömrəli Rəyini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi, Quba rayon İcra Hakimiyyətinin baş memarı, DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Yanğından mühafizə bölməsinin, Rayon Torpaq Komissiyasının birgə tərtib etdiyi 06 noyabr 2022-ci il tarixli Akt-Rəyini nəzərə alaraq Quba rayon İcra hakimiyyəti Başçısının 28 yanvar 2003-ci il tarixli, 18 nömrəli Sərəncamına əsasən mənə məxsus Quba rayonu, Alekseyevka kəndindəki 1 ağ evimin tikintisinə icazə verilmişdir. Bundan sonra evi tikdi. Daha sonradan qardaşı Hacıyev X14 rayon Polis şöbəsində işlədiyini və evinin olmadığını nəzərə alaraq mərhum atasının xahişi ilə müvəqqəti olaraq evi ona yaşamaq üçün verdi. Lakin, sonra ona məlum olmuşdur ki, Araz torpaq sahəsini qanunsuz olaraq oğlu Xəndanın adına keçirib. Bu səbəbi evin boşaldılması üçün Araza rəsmi şəkildə müraciət etdi. Araz müraciətinə nəhəl qoymadı və evdən çıxmaqdan və evi boşaltmaqdan imtina etdi bu səbəbdən məhkəməyi müraciət « etmək məcburiyyətində qaldı. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hacıyev X7 rayon məhkəməsinə ərizə verərək onunla arasında olan barışıq sazişinin ləğvini istəyirdi. Yasamal rayon məhkəməsi Pərvizin ərizəsini təmin etməsə də, Apellyasiya məhkəməsinin hakimi Vahid Sadıqov həmin qərarı ləğv edərək məni 15000 manat zərərə saldı və ona məxsus torpaq sahəsi də həmin qərara görə əlimdən alındı. Daha sonra Pərviz ona və oğluna məxsus əmlakı əlindən almaq üçün Yasamal rayon məhkəməsinə yenidən ərizə göndərsə də, Yasamal məhkəməsinin hakimi Günel Əkbərli yenidən onun xeyrinə qərar qəbul etdi. Bundan narazı qalan Pərviz Apellyasiya məhəkəmsinə versə də, orada da onun xeyrinə çıxarılmış qətnamə olduğu kimi qaldı. İndi də eyni formada ərizə yazaraq Yasamal məhkəməsinə müraciət edib. İşə Ayaz Məmmədov adlı hakim baxır. Həmin ərizə qeydiyyata alınmamalı idi. Yuxarıda bildirdiyi kimi bundan əvvəl də həmin Quba rayonunda Alekseyevka kəndində olan evi əlindən almağa cəhd edirdi amma, istəyi baş tutmadı. Hal-hazırda həmin mənzili ondan tələb edir. Əvvəlki məhkəmələrdə də sübut olunmuşdur ki, həmin mənzil onun tərəfindən öz vəsaiti hesabına tikilib. Həmin mənzildə 15 ildən çoxdur ki, yaşayır, bağ işləri həyata keçirir. Həmin evdə övladlarına xeyir işlər və ad günləri keçirmişdir. Həmin diskləri Yasamal məhkəməsinə poçtla göndərmişdir. Bunları nəzərə almağınızı, işə ədalətlə baxılması üçün diqqətdə saxlamağı xahiş edir. İddiaçı ******* (iki milyon) manat Kaspian Fish-ə və digər şəxslərə borcu var. Buna görə də İddiaçı Kaspian Fish Quba rayon məhkəməsinə verib, 637000 abş dolları pulunu tələb edir. Digər borcu olan şəxslərlə də Pərviz başqa məhkəmələrdə çəkişirlər. Pərviz bütün vasitələrə əl atır ki, həbs olunmamaq üçün digər vasitələrlə pul əldə edib, borclarının müəyyən hissəsini qaytarsın. Onun Quba rayon Alekseyevka kəndində oğlu Cavabdeh2 üçün öz şəxsi vəsaiti ilə tikdirdiyi evi qanunsuz olaraq məhkəmələr yolu ilə, əlindən alıb ******* (bir milyon) manata satıb, borclarının bir hissəsini qaytarmaq istəyir. (Pərviz 2020-ci ilin fevral ayının axırında 178.1.2.3.4.6.7 maddələri ilə həbs edilmişdir. Pərvizə aid olan Ağır Cinayətlər Məhkəməsinin hökmünü qoşma kimi əlavə edəcəm). İddiaçı onun tikdirdiyi evin eni və uzunu nə qədərdir bilmir, ev neçə mərtəbədən ibarətdir bilmir. Evin içində neçə otaq və neçə sanuzel olduğunu da bilmir. Həyətdə neçə saray və neçə anbar olduğunu da bilmir. Hasara aldığı evin eni və uzunu haqqında da heç bir məlumatı yoxdur. Evin orijinal sənədləri hamısı ondadir. Tikintiyə aid çəkilən arxitektor sənədləri də ondadır. Evin çertyoju kimin tərəfindən çəkildiyini də Pərviz bilmir. Evi tikən usta X3 rayonu Qızıl Qazma kənd sakini öz briqadası ilə onun evini 2001-ci ilin aprel ayından başlayıb, 2007-ci ilin noyabr ayının axırında tikib tam təhvil vermişdir. 2007-ci ilin dekabr ayının 4-dən bugünə kimi o ailəsi və nəvələri ilə birgə orada yaşayır. X8 rayonunda yenidənqurma və şəhərsalma işləri ilə öz tikinti briqadası ilə məşğul olduğuna görə, məhkəməyə gələ bilmir, dövlət notariusuna öz ərizəsi ilə müraciət etmişdir və dövlət notariyus təsdiq etmişdir, (surətini qoşmaya əlavə edəcəm). Təkrar olaraq qeyd edir ki, Quba rayon Alekseyevka kəndində tikilən ev öz şəxsi vəsaiti ilə tikilmişdir, tikinti gedən vaxtı İddiaçı yaxma buraxmamış və fəhlələrdən tələb etmiş ki, Pərviz ora gəlsə qovun, getməsə onu çağırın o gəlib qovsun. Xahiş edir ki, onun bu ərizəsi nəzərə alıb, düzgün və ədalətli bir qərar çıxarılması hakim Ayaz Məmmədova göstəriş verilsin. Yasamal rayon məhkəməsinin hakimi Günel Əkbərlinin xx.xx.2023-cü ildə çıxarmış qətnaməsini və xx.xx.2023-cü ildə Apellyasiya məhkəməsinin hakimi Elnur Həsənovun və Günel Əkbərlinin çıxardığı qətnaməni öz qüvvəsində saxlamasına diqqət verməyinizi xahiş edir və əmindir ki, Ayaz Məmmədov düzgün və ədalətli qərar və qətnamə çıxaracaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyəti başçısının 28 yanvar 2003-cü il tarixli sərəncamına əsasən Quba rayon icra hakimiyyətinin torpaq komissiyasının iclasının 13 yanvar 2003-cü il tarixli 01 saylı protokolunun təsdiq edilməsi, Quba rayonu Alekseyevka kənd saki İddiaçı özəl torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsi barədə ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon şöbəsinin 15 noyabr 2002-ci il tarixli 945 saylı rəyi, torpaq mülkiyyət hüququna dair JN-356 dövlət aktı, rayon torpaq komissiyasının 06 noyabr 2002-ci il tarixli akt-rəyinin nəzərə alınması, ona özəl torpaq sahəsinin 200 kv.metrində bağ evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-132/2023 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı, X5 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Xaçmaz Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin mülki iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh1 2007-ci ildə mübahisəli torpaq sahəsində evi tikəndə onun atası orada mühafizəçi işləmişdir. Özü isə 2007-ci ildən həmin bağda hazıradək bağbanlıq edir. Şahid verilmiş suallara əsasən bildirmişdir ki, İddiaçı tanıyır, amma onu bağda görməmişdir. Orada yaşayan Cavabdeh1 olmuşdur. Əmlakın hüquqi əsaslarla kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. O, orada həmişə Cavabdeh1 və onun ailəsini görmüşdür. Orada bağ sahəsi olmuş, ağacları isə Cavabdeh1 vəsaiti hesabına əkmiş və bağa onun vəsaiti hesabına qulluq edir, haqq alır. Mübahisəli torpaq sahəsindəki evin açarı da onda saxlanılır. Çünki Cavabdeh1 və ailəsi qış aylarında şəhərdə, yay aylarında isə orada qalırlar. İddiaçı isə nə tək, nədə ailəsi ilə birlikdə orada yaşayan görməmişdir. Onda olan məlumata görə, tərəflər arasında problemlər və hazırki mübahisə təxminən 5-6 ay əvvəl başlamışdır, ondan əvvəl problemlərin olmasından xəbəri olmamışdır. Qardaşlar arasında mübahisə çoxdan davam edir. İddiaçı məhkumluğu barədə bilmir, amma eşitmişdir. Bağı 2007-ci ildən o salmışdır, gilas ağaclarını Xaçmazdan o almışdır. Ev tikilərkən ustaların kim olduğunu bilmir. Bağın Arazın olduğunu bildirməsinin səbəbi Pərvizi bir dəfə də bağda görməməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə iddia ərizəsi və əlavə olunmuş sənədlər, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-132/2023 saylı mülki iş üzrə şahid qismində dindirilmiş X2 izahatından da müəyyən edilmişdir ki, Quba rayonu, Alekseyevka kəndində kənd təsərrüfatı təyinatlı 0,66 ha (66 sot) torpaq sahəsi Cavabdeh1 tərəfindən tikilmişdir. Həmçinin Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyəti başçısının 28 yanvar 2003-cü il tarixli sərəncama baxmayaraq bağ sahəsində inşa edilən ev Cavabdeh1 mülkiyyətindədir. Odur ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 191,20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1586/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1586/2023
24.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver