Məhkəmə qərarları › İş №2(004)-159/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-159/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-159/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 08.07.2021-ci il tarixinə Banka 177735,84 manat əsas, 12590,58 manat faiz borcu olmaqla, cəmi 190326,42 manat borcun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması; 07.03.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyattarixi: 19.04.2019-cu il) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, məhəllə 7, 1 saylı mənzildən Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “ABB Müştəri Xidməti Departamenti” ilə Cavabdeh1 arasında bağlanmış 11.01.2016-cı il tarixli, 99-11-01-2016- SM-BP nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 "xxxx" MTK ilə borcalan arasında imzalanmış 11.01.2016-cı il tarixli ABB YM - 4 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh3 MTK və Cavabdeh2 arasında 11.01.2016-cı il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Yəni zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti Bankla bağlanmış kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin qaytarılmasından ibarətdir. Kredit müqaviləsinin digər təminatı kimi 07.03.2019-cu il tarixdə Bankla ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, məhəllə 7, 1 saylı mənzil çıxış edir. 07.03.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, məhəllə 7, 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehin 08.07.2021-ci il tarixinə Banka 177735,84 manat əsas, 12590,58 manat faiz borcu olmaqla, cəmi 190326,42 manat borcu mövcuddur. Kredit müqaviləsinə əsasən borcalan müqavilənin tələbləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair bizim tərəfimizdən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtıvaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görədə borcun təminatı kimi Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 15.12.2021-ci il tarixinə Banka 177735,84 manat əsas, 13241,95 manat faiz borcu olmaqla, cəmi 190977,79 manat borcun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması; 07.03.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyattarixi: 19.04.2019-cu il) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzildən Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı "xxxx" ASC məhkəməyə yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTKdan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 15.12.2021-ci il tarixinə Banka 177735,84 manat əsas, 18574,80 manat faiz borcu olmaqla, cəmi 196310,64 manat borcun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması; 07.03.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin (qeydiyyat nömrəsi: **********, qeydiyyattarixi: 19.04.2019-cu il) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzildən Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barələrində məhkəməyə məlumat verməmişlər. (Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-nın nümayəndəsi xəbərnaməyə imza etməklə bildirişi qəbul etmişlər) Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-nın nümayəndəsinin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.01.2016-cı il tarixli 99-11-01-2016-SM-BP nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında bank Cavabdeh1 "xxxx" MTK ilə borcalan arasında imzalanmış 11.01.2016-cı il tarixli ABB YM - 4 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 8% ödəmək şərti ilə 168 ay müddətinə 200000 manat kredit vermişdir. Kreditin bitmə tarixi 11.01.2030-cu il tarixi təyin edilmişdir. İş materiallarında olan ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan-borcalan Cavabdeh1 arasında bağlanmış 07.03.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 11.01.2016-cı il tarixli 99-11-01-2016-SM-BP nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzili ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 1.6-cı bəndinə əsasən ipoteka predimeti olan mənzil 245000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 11.01.2016-cı il tarixli 99-11-01-2016-SM-BP nömrəli kredit müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə dair ipoteka ilə yüklülük 19.04.2019-cu il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.06.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin 26.05.2021-ci il tarixli elektron müraciətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli, 9/242 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan çıxarış məlumatları, 11.01.2016-cı il tarixli 99-11-01-2016-SM-BP nömrəli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 15.12.2021-ci il tarixə banka olan əsas borcu 178506,4 manat, faiz borcu 12768 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC -nin 11 may 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 11.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 11.05.2022-ci il tarixə 177735,84 manat əsas, 18574,80 manat faiz borcu olmaqla, cəmi 196310,64 manat borcu yaranmışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC -nin 14 aprel 2022-ci il tarixli, YDQM №004-044/2022 nömrəli hesabatın nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənziləin bazar dəyəri 260700 manat, likvid dəyəri 247000 manat müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh1 200000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK ilə 11.01.2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 MTK borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 07.03.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzili ipoteka saxlayan "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin, cərimənin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə 11.01.2016-cı il tarixli 99-11-01-2016-SM-BP nömrəli kredit müqaviləsi kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, ekspert tədqiqatı zamanı cavabdehin kredit müqaviləsi üzrə 15.12.2021-ci il tarixə olan əsas və faiz borcu hesablanmış və rəydə göstərilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddəti bitməmişdir. İddiaçının nümayəndəsi isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 11.05.2022-ci il tarixə yaranmış əsas və faiz borcunu tələb edir. Ona görə də iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcuna münasibətdə təmin edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK-nın mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 MTK kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə qeyd edir ki, borcalan-ipoteka qoyan Cavabdeh1 kredit müqaviləsi üzrə ödəliyi lazımınca icra etmədiyindən iddiaçı tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsini tələb etməkdə haqlıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.032022-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş əmlakın təkrar qiymətləndirilməsi ekspertizası əsasən təqdim edilmiş “X2 Mərkəzi” MMC-nin 14 aprel 2022-ci il tarixli, YDQM №004-044/2022 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predimeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənziləin bazar dəyəri 260700 manat, likvid dəyəri 247000 manat müəyyən edilmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada 177735,84 (bir yüz yetmiş yeddi min yeddi yüz otuz beş manat səksən dörd qəpik) manat əsas borc, 18574,80 (on səkkiz min beş yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 196310,64 (bir yüz doxsan altı min üç yüz on manat altmış dörd qəpik) manat borc və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASCnin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 247000 (iki yüz qırx yeddi min) manat müəyyən edilməklə açıq hərracda satılmalıvə satışdan əldə olunan pul hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutulmalı olan ümumilikdə 196382,46 (196310,64+30,40 +41,42=196382,46) manat pul iddiaçı Azərbaycan Beynəlxalq Bank” ASC-yə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh1 qaytarılmalıdır. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra Cavabdeh1 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və ən geci 1 (bir) ay ərzində Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə ilkin qiymətləndirmə ekspertizasının xərci 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına, iş üzrə keçirilmiş təkrar məhkəmə-qiymətləndirmə ekspertizasının xərci olan 350 (üç yüz əlli) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada 177735,84 (bir yüz yetmiş yeddi min yeddi yüz otuz beş manat səksən dörd qəpik) manat əsas borc, 18574,80 (on səkkiz min beş yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 196310,64 (bir yüz doxsan altı min üç yüz on manat altmış dörd qəpik) manat borc və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 41,42 (qırx bir manat qırx iki qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASCnin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti (likvid) 247000 (iki yüz qırx yeddi min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan tutulmalı olan ümumilikdə 196382,46 (196310,64+30,40 +41,42=196382,46) manat pul iddiaçı Azərbaycan Beynəlxalq Bank” ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra Cavabdeh1 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilsin və ən geci 1 (bir) ay ərzində Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş ilkin məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC Yasamal filialı, VÖEN: ********** (bankın VÖENİ), kod: 512565, hesablaşma hesabı: AZE30AZRT********************, müxbir hesabı: AZE02NABZ ********************, SWİFT: AZTRAZ22) ödənilsin. İş üzrə keçirilmiş təkrar məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 350 (üç yüz əlli) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutularaq “X2 Mərkəzi” MMC-nin hesabına (VÖEN **********, Bank: "xxxx" ASC, VÖEN: ********** (bankın VÖENİ), kod: 505141, hesablaşma hesabı: AA75PAHA40060AZNHC**********, müxbir hesabı: AZ82NABZ********************, SWİFT: PAHAAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar