Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1591/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.789,43 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASCyə ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********10010 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı xx.xx.2007-xx.xx.2021-ci ilə kimi “xxxx” ASC-yə cəmi 3.789,43 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 3.789,43 manat borcu bu günə qədər ödəməmiş və “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASCnin əməkdaşları hər ay cavabdehin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi, tələbin irəli sürülməsi və cavabdehin vaxtaşırı müəyyən miqdarda ödənişləri etməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Cavabdehin 3.789,43 manat borcu istifadə etdiyi elekrik enerjisinə və xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2018-ci il tarixli aktlara görə yaranmışdır. Həmin borclarla bağlı aktları və video görüntüləri məhkəməyə təqdim edə bilmir. Çünki, aktlar saxlanılmamış, vedeo çəkiliş isə aparılmamışdır. Hazırda iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi cavabdehdən istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş tələb edilə bilməz. Tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə yazılı müqavilə bağlanmışdır. Göründüyü kimi, ünvan 1 ünvanda elektrik enerjisindən istifadəyə görə xx.xx.2007-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Cavabdeh (abunə kodu **********10010) 3.789,43 manat borc hesablanmışdır. Bu məbləğin 1.076,10 manatı tərtib edilmiş 5 ədəd akt əsasında, yəni xx.xx.2014-cü il tarixli akta əsasən 217,74 manat; xx.xx.2014-cü il tarixli akta əsasən 326,88 manat; xx.xx.2015-ci il tarixli akta əsasən 251,28 manat; xx.xx.2015-ci il tarixli akta əsasən 169,32 manat; xx.xx.2018-ci il tarixli akta əsasən 110,88 manat olmaqla, cəmi 1.076,10 manat borc yazılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd olunan aktların hazırda mövcud olmadığını, həmin aktları və elektrik enerjisindən qanunsuz istifadə edilməsini təsdiq edən video görüntüləri məhkəməyə təqdim edə bilmir. Çünki, aktlar və video görüntülər yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə qeyd edir ki, mövcud olmayan xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2015ci, xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixli aktlara əsasən hesablanmış 1.076,10 manat borc cavabdehdən tələb edilə bilməz və həmin məbləğ cavabdehin abunə kodundan silinməlidir. İddia tələbi aktlara əsasən hesablanmış 1.076,10 manat borcun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda elektrik enerjisindən istifadəyə görə xx.xx.2007-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış 2.722,33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.752,33 manat pul Cavabdeh (abunə kodu **********10010) tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda elektrik enerjisindən istifadəyə görə xx.xx.2007-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövrdə yaranmış 2.722,33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.752,33 manat pul Cavabdeh (abunə kodu **********10010) tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia tələbi - 1.076,10 manat borcun tutulması hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1591/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1591/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver