Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1596/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı X13 və onun nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, AMEA-nın Torpaqşünaslı və Aqrokimya İnstitutunun direktor vəzifəsini icra edən Qərib Məmmədovun onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 159 nömrəli əmrinin və onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 159 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ömrünü elmə həsr etmiş, 13 kitabın və 160-dan çox elmi əsərin müəllifidir, elmi fəaliyyəti ilə bağlı dünyanın 16 ölkəsində məruzələr etmiş, AMEA-nın müxbir üzvü və professorudur. Uzun müddət elmi fəaliyyətlə məşğul olmaqla bərabər Naxçıvan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir. AMEA RH-nin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən o, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilmişdir. İl yarıma qədər həmin vəzifəni icra etmişdir. Sonra AMEA Biologiya və X17 ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının RH-nin xx xxxx 2016-cı il tarixli qərarı ilə AMEAnın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təsdiq edilmişdir. İşlədiyi müddətdə mühüm dövlət əhəmiyyəti kəsb edən elmi tədqiqat işlərinə rəhbərlik etmişdir. Bu müddətdə 3 dəfə fəxri fərman və bir medalla təltif olunmuşdur. Elmi fəaliyyəti ilə bağlı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun xx xxxx 2018-ci il tarixli, 212-nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən xx xxxx 2018-ci il tarixdən İnstitun “Torpaqların rekultivasiyası laboratoriyasında əvəzçiliklə 0,5 şt. 16-cı dərəcə ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirmişdir. O, səhhəti ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci ildə həkimə müraciət etmiş, həkim nəzarəti altında xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi müalicə olunmuşdur. Bu müddətdə əmək qabiliyyəti olmadığı üçün işə çıxa bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyevin sərəncamı ilə vəzifədən azad edildiyini mətbuatdan eşitmişdir. Sonra ona məlum olmuşdur ki, AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12-nömrəli Qərarı ilə o, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmişdir. AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev həmin qərarı əsas götürərək, xx xxxxxx 2020-ci il tarixli, 461nömrəli Sərəncamı ilə onun, yəni AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İddiaçı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. O, işdən çıxarıldıqdan sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən vəzifəsinə təyin olunmuş Qərib Məmmədovun 159-nömrəli, 24. dekabr 2020-ci tarixli əmri ilə onun, yəni AMEA-nın müxbir üzvü İddiaçı İnstitutun “Torpaqların rekultivasiyası” laboratoriyasının 0,5 ştat vahidi əvəzçilik üzrə işçisinin əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin surəti mənə xx xxxxxx 2020ci il tarixdə verilmişdir. Əmrin özündən də görünür ki, Qərib Məmmədov əmr verərkən Əmək Məcəlləsinin tələblərini deyil, AMEA-nın X8 xx xxxxxx 2020-ci il tarixli, 461 nömrəli Sərəncamını əsas kimi götürmüşdür. Hansı ki, həmin Sərəncamla o yalnız direktor vəzifəsindən azad olunmuşdur. X14 barəsində verdiyi əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən Qərib Məmmədov Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla, rəhbərliyə yaranmaq məqsədi ilə qanunsuz əmr vermiş, onun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan əmək hüququmu və 51-ci maddəsində nəzərdə tutulan yaradıcılıq hüququnu kobud surətdə pozmuşdur. Əgər ilkin əmrdə onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi yazılmış olsaydı və Həmkarlar İttifaqı Komitəsinin qərarı verilsəydi, əmrin verilməsinə əsas kimi AMEA-nın Prezidentinin xx xxxxxx 2020-ci il tarixli sərəncamı deyil, əmrin verilməsinə əsas kimi Həmkarlar İttifaqı Komitəsinin qərarı yazılmış olardı. Bu onu göstərir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi əmr sonradan yazılmışdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi xidməti arayış, təqdimat və AMEA- nın Torpaqşünaslıq və X1 İttifaqı Komitəsinin 2- №-li protokolundan görünür ki, həm xidməti arayışı tərtib etmiş Nümayəndə, həm də Təqdimat vermiş Qərib Məmmədov heç bir hüquqi əsas və məhkəmə qərarı onu qərəzli olaraq cinayət törətməkdə ittiham edirlər. Həmin qərəzli təqdimata da guya Həmkarlar İttifaqı Komitəsində baxılmış, Həmkarlar İttifaqı Komitəsinin üzvləri məhkəmənin səlahiyyətlərini mənimsəyərək onu cinayət törətməkdə ittiham etmiş, eyni zamanda büdcə vəsaitini mənimsədiyinə, bununla da institutun və onun əmək kollektivinin qanunla qorunan mənafelərinə və nüfuzuna ziyan vurduğuna görə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verir. Bu bir daha onu təsdiq edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmrin əsassız olduğunu görən Qərib Məmmədov ona təzyiq etmək məqsədi ilə həmin sənədlərin tərtib olunmasını təmin etmişdir. Həmçinin iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunmamış, əmək müqaviləsinə xitam verilərkən onun izahatı alınmamışdır. Belə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmr sonradan saxtalaşdırılmışdır. Ona görə də bu faktlar araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 nümayəndəsi və vəkili X9 izahatında bildirdi ki, iddiaçı xx xxxx 2018-ci il tarixdən İnstitutun “Torpaqların rekultivasiyası” laboratoriyasında əvəzçiliklə 0,5 ştat 16-cı dərəcə ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirmişdir. xx.xx.2021-ci il tarixli əmrlə Həmin vəzifədən azad olunmuşdur. xx.xx.2021-ci il tarixli, 159 nömrəli əmrdə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən azad olunması qeyd olunmuşdur. Bununla əlaqədar olaraq onlar iddia ərizəsi vermiş və Həmkarlar İttifaqının rəyi alınmadan müvafiq əmrin verildiyini qeyd etmişlər. xx xxxxxx 2021-ci il tarixdə baş tutmuş iclasda cavabdeh tərəf eyni tarixli və nömrəli əmri gətirərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam verilmişdir. Bununla əlaqədar da Həmkarlar İttifaqı Komitəsinin iclas protokolunu, xidməti arayışı və təqdimatı gətirmişər. Onlarda olan məlumata görə, ümumiyyətlə, Həmkarlar İtifaqı Komitəsinin iclası keçirilməyib. Birinci dəfə cavabdeh tərəf xx.xx.2020-ci il tarixli əmr göstərmiş, lakin həmin əmr cavabdeh tərəfdən məhkəməyə təqdim edilməmişdir. Həmkarlar İttifaqının verdiyi sənədlərə baxanda görünür ki, iddiaçı hətta cinayət törətməkdə belə ittiham olunur. Guya ki, İddiaçı dövlət əmlakını mənimsəyib. Bununla bağlı məhkəmə qərarı olmadan Həkarlar İttifaqının belə bir fikirlər söyləməsi öz səlahiyyətini aşmaqdır. Əgər qəbul edilsə ki, Həmkarlar İttifaqının qərarı var idi, onda mübahisələndirilən əmrin əsası kimi AMEA Prezidentinin xx.xx.2020-ci il tarixli, 461 nömrəli sərəncamı deyil, məhz Həmkarlar İttifaqı Komitəsinin qərarı əsas götürülərdi. Bu onu göstərir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi əmr sonradan yazılmışdır. AMEA Prezidentinin adı çəkilən sərəncamı Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv olunmuşdur və İddiaçı İnstitutun direktoru vəzifəsinə bərpa olunması qət edilmişdir. AMEA X15 və Prezidentinin sərəncamı ləğv olunmuşdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmısini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, o, şifahi qaydada AMEA prezidentinin razılığını almış və institutda laboratoriya müdiri vəzifəsindən ictimai əsaslarla özü çıxmış və əvəzçilik üzrə qeyd olunan vəzifədə elmi fəaliyyətə rəhbərlik etmişdir. Hansı ki, həmin iş Prezidentin tapşırığına əsasən Ekologiya Nazirliyinin layihəsi idi və o da elmi bilikləri ilə bir alim kimi həmin layihəyə rəhbərlik etmişdir. Bilindiyi kimi Azərbaycanın böyük miqdarda torpaqları neftlə çirklənmiş torpaqlardır. Qeyd olunan işin məğzi həmin torpaqların bərpası məsələsi idi. O da həmin işə rəhbərlik edərək, dünyada olan 28-30 metodikanın ən müasirlərindən istifadə edərək həmin ərazilərdə olan gölməçələri qurutmuş və həmin torpaqları bərpa etmişlər. Bu gün də həmin ərazidə işlər davam edir. Həmin işlərlə bağlı yekun kitab da yazmış və kitabda işlərin gedişi və nəticələri ətrafı əks olunmuşdur. Həmin işləri o adətən iş vaxtından sonra yerinə yetirmişdir, elə olub ki, gün ərzində 3, 5 saat yox, 6 saat işləmişdir. Həftə sonları da işləmiş, səhər saat 9-dan, axşam saat 5-ə, 6-ya kimi. Bunu onun həmin iş üzrə çöl şəraitində çəkdiyi foto şəkillər, xroniki materiallar, mətbuatda dərc olunan yazıları, “Azərtac” xəbər agentliyində dərc olunan məqalələri təsdiq edir. O, laboratoriyada işləmiş, layihə ilə bağlı işləri yerinə yetirmiş və bunun da müqabilində əmək haqqı almışdır. Bütün bunları nəzərə alaraq o məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddiaçının 70-ci maddənin c bəndi ilə işdən çıxarılması ilə bağlı məsələsinə onlar aydınlıq gətirmiş və bu məsələnin əməkdaşın səhvi nəticəsində baş verdiyi müəyyən edilmişdir. Ona görə də onlar iddia ərizəsini bu hissədə, ümumiyyətlə, qəbul etmirlər. Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə olan əmrə gəlincə isə iddiaçı AMEA prezidentinin sərəncamına əsasən İnstitutun direktoru vəzifəsindən azad edilmişdir. Bundan sonra onun yerinə yeni direktor təyin edilmiş və iddiaçının institutda olan fəaliyyətinin araşdırılması tapşırılmışdır. Araşdırma zamanı məhkəməyə də təqdim etdikləri sənədlərlə təsdiq olunmuş qanunsuzluqlar ortaya çıxmış və bu barədə yeni direktora məruzə edilmişdir. Müəyyən olunmuşdur ki, şəxs özü-özü ilə müqavilə bağlamış və 5000 manatdan artıq vəsaiti mənimsəmişdir. Bu pozuntularla iddiaçı işəgötürənin və əmək kollektivinin mənafelərinə ziyan vurmuşdur. İddiaçını vəzifəyə təyin etmək səlahiyyəti AMEA ilə olduğu halda iddiaçı qanunsuz olaraq özü-özü ilə müqavilə bağlayaraq özü üçün imtiyaz müəyyən etmişdir. İddiaçı tərəf qeyd edir ki, həmin vəzifəyə təyin olunmaq üçün Əmək və əhalinin sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və razılıq almışdır. Lakin nazirliyin cavabında göstərilir ki, işəgötürənin razılığı ilə Direktor və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışan işçilər müvafiq laboratoriya müdiri vəzifəsində, elmi katib vəzifəsində çalışan işçi isə aparıcı elmi işçi vəzifəsində iş vaxtı ərzində əvəzçilik qaydasında əmək müqaviləsi bağlaya və çalışa bilər. Nazirlik bu cavab məktubunda məsələnin ancaq hüquqi əsasını göstərir. Bu cavab ona əsas vermir ki, iddiaçi özü-özü ilə əmak müqaviləsi bağlaya bilər. Həmçinin qeyd olunan faktlarla bağlı İnstitutda Maliyyə Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmalar gedir. Bütün bu qeyd olunanlar İnstitutun yeni təyin olunan direktoru tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verməyə əsas vermişdir. Həmçinin iddiaçı yarımştat işlədiyi iş üzrə özü üçün tam ştat vahidi üçün nəzərdə tutulmuş 58 gün məzuniyyət müəyyən etmiş və onun da pulunu almışdır, hansı ki həmin vəzifə üzrə 58 gün məzuniyyət verilə bilməz. Eyni zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən iddiaçının özü ilə bağladığı həmin əmək müqaviləsi əhəmiyyətsizdir və bağlandığı andan hüquqi nəticələr yaratmır. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçının elmi fəaliyyəti ilə bağlı onların hər hansı bir şikayətləri yoxdur. Burda məsələlər sırf hüquqi aspektlərlə bağlıdır. Məhkəmə istintaqı zamanı iddia tələbinin əsasları, iddiaya etirazın əsasları təqdim edildi və araşdırılmışdır və müəyyən olunmuşdur ki, iddiaçının özü ilə 0.5 ştat vahidi üzrə müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmamışdır. Məhkəmə araşdırması zamanı sübuta yetirildi ki, həmin əmək müqaviləsinin bağlanması üçün işəgötürənin, yəni AMEA-nın yazılı razılığı olmalıdır. İddiaçı bildirdi ki, o razılığı alıb, ona bununla bağlı şifahi razılıq verilib. Lakin həmin məsələ sübuta yetmiş hesab oluna bilməz, çünki Mülki Prosessual Məcəllənin 81-ci maddəsində qeyd olunur ki, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlar vasitəsi ilə təsdiq oluna bilməz. Yəni konkret olaraq bu məsələdə söhbət razılıqdan gedirsə, o yazılı olmalıdır və məhkəmə iclası zamanı sübuta yetdi ki, belə bir yazılı razılıq olmayıb. İkincisi, baxmayaraq ki, ƏƏSMN-nə müraciət olunaraq institutun direktorunun əvəzçilik üzrə yarımştat olaraq həmin institutda hansı işləri yerinə yetirə biləcəyi soruşulub. Cavab məktubunda qeyd olunub ki, institutun direktoru yalnız laboratoriya müdiri vəzifəsində 0,5 ştat vahid üzrə əvəzçiliklə işləyə bilər. Burda bir daha sübut olundu ki, iddiaçının həmin əmək müqaviləsini bağlamağa hüquqi əsası mövcud olmamışdır. Digər tərəfdən məhkəmə iclası zamanı sübuta yetirildi ki, həmin əmək müqaviləsi üzrə abstrakt bir əmək funksiyası müəyyən olunmuşdur, yəni ki, işçinin əmək funksiyasının nədən ibarət olması müqavilədən məlum deyildir. İddiaçı tərəf bunu onunla əsaslandırmışdır ki, bu iş elmi iş olub, ona görə də əmək müqaviləsi bu cür bağlanıb, lakin məhkəmə prosesi zamanı iddiaçı həmin elmi işlə bağlı hər hansı bir plan, proqram və s. təqdim etməmişdir. Elmi işin planı olmalıdır və həmin plan təsdiq edilməlidir. Bunun üçün də institutun direktorunun özü ilə 0,5 ştat vahidi üzrə əvəzçiliklə müqavilə bağlamasına zərurət yoxdur. Bu halın özü də həmin müqavilənin qanuni olmadığına dəlalət edir. Digər tərəfdən, keçən məhkəmə iclaslarında iddiaçı qeyd etdi ki, həmin əmək müqaviləsini bağlamağının əsas səbəbi çuxurdərə göllərinin qurudulması və ətraf ərazilərin torpaq quruluşunun bərpası ilə bağlıdır. O, sənəd təqdim etmiş və həmin sənədlərlə sübut olunmuşdur ki, həmin işlərin ümumiyyətlə elmi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Bu işlər yuxarı təşkilatın tapşırığı ilə özünün bilavasitə rəhbərlik etdiyi institutun təsdiq etdiyi kommersiya xarakterli müqavilə üzrə həyata keçirilən işlərdir. Eyni zamanda şəxs özü “xxxx” ASC-nin Su-Kanal İdarəsi ilə müqavilə bağlayıb və həmin işləri Su-Kanal idarəsi həyata keçirib. Bu xüsusatlar onu deməyə əsas verir ki, iddia tələbinin hüquqi əsası yoxdur, özü-özü ilə bağlanmış əmək müqaviləsi qanunsuzdur və həmin müqavilə üzrə hər hansı bir əmək funksiyası yerinə yetirilməmişdir. Hansı ki, həmin işlərin görülməsi müqabilində 8300 manata yaxın dövlət vəsaiti mənimsənilmişdir. Həmçinin sübuta yetdi ki, göstərilən işlərlə bağlı iddiaçı pul mükafatı da alıb. Məhkəmə iclasında istinad etdiyi kitab var idi, hansı ki, həmin kitabda elmi rəhbər kimi İnstitutun yeni direktoru Qərib Məmmədovun adı göstərilmişdir. Bununla bağlı da o, araşdırma aparmış və Qərib Məmmədov ona həmin kitabdan xəbəri olmadığını və onun həmin kitabın elmi redaktoru olmadığını bildirmişdir. O kitab sadəcə olaraq görülmüş işləri əks etdirən xronoloji cəhətdən tərtib olunmuş bir kitabdır və elmi işlə heç bir əlaqəsi yoxdur.Qarşı tərəf iki əmrin mövcud olduğunu qeyd etmiş və iki əmri mübahisələndirmişdir. Məhkəmə iclası zamanı onlar sübut etmişlər ki, bir əmr mövcuddur. Tərəfə verilən əmrdə texniki səhv nəticəsində əmək müqaviləsinə 70-ci maddəsinin c bəndi ilə xitam verilməsi qeyd olunmuşdur, əslində isə əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam verilmişdir. Bununla bağlı onlar məhkəməyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron sistemdən çıxarışı da təqdim etdmişlər. Məhkəmə prosesi zamanı tətqiq edilmiş sübutlar və digər dəlillər onu deməyə əsas verir ki, iddiaçının həmin əmək müqaviləsini bağlamağa və pul vəsaitini almağa heç bir hüquqi əsası olmayıb, həmin pul vəsaiti qarşılığında heç bir iş görülməyib. Burda sadəcə olaraq iddiaçı özü üçün imtiyaz müəyyən etmiş və işəgötürənin və əmək kollektivinin qanuni mənafeyinə və hüquqlarına ziyan vurmuşdur. Ona görə də hesab edir ki, mübahisələndirilən əmr qanunidir, onun ləğv edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Göstərilənlərə əsasən o, məhkəmədən iddia tələbi rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, institut eyni zamanda elmi fəaliyyətlə məşğul olur və elmi problemə rəhbərlik edir. Yəni İnstitutda elmi fəaliyyətlə məşğul olmaq üçün yarımştat müqavilə bağlamağa ehtiyac yoxdur. İnstitutun hər hansı bir laboratoriyasında elmi mövzuya rəhbərlik edərkən əlavə müqavilə bağlanırsa, o zaman həmin işçi əlavə əmək haqqı alır. İnstitutun direktoru isə rəhbər vəzifə olduğu üçün belə bir müqavilə ancaq AMEA prezidenti ilə bağlana bilər, yəni iddiaçını həmin vəzifəyə ancaq AMEA rəhbərliyi təyin edib onunla belə bir müqavilə bağlaya bilər. İddiaçının həmin vəzifəyə təyin edilməsi ilə bağlı müqavilə və ya digər yazılı sənəd yoxdur. İddiaçı əvəzçilik üzrə işləri iş vaxtı ərzində yerinə yetirmişdir. Direktora münasibətdə işəgötürən AMEA-nın prezidenti, digər işçilərə münasibətdə isə İnstitutun direktoru hesab olunur. Ona görə də o, məhkəmədən iddiaçının tələbini əsassız hesab edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 66-2/18 saylı xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “torpaqların rekultivasiyası” laboratoriyasında – 0,5 şt. 16-cı dərəcə ilə əvəzçi aparıcı elmi işçi kimi işə başlamışdır. Həmin müqavilənin 4-cü bəndindən görünür ki, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İşçi hər gün 3,5 saat natamam iş günü günü işləyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AMEA-nın Torpaqşünaslıq və X2 İttifaqı Komitəsinin 2 saylı protolundan görünür ki, İddiaçı səlahiyyəti olmadığı halda, qanunsuz surətdə özü-özü ilə müddətli əmək müqaviləsi bağlayaraq özünə əmək haqqı müəyyən edərək, 7663,36 manat məbləğində büdcə vəsaiti mənimsənildiyinə, bununla da İnstitutun, onun əmək kollektivinin qanunla qorunan mənafelərinə və nüfuzuna ziyan vurduğuna görə onunla olan müddətli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xidməti arayışdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Quliyev X5 direktoru vəzifəsində olarkən “işəgötürənin”, yəni AMEA RH-nın səlahiyyətli şəxsinin razılığı və məlumatı olmadan xx xxxx 2018-ci il tarixdə 212 saylı əmr imzalayaraq İnstitutun Torpaqların rekultivasiyası laboratoriyasında əvəzçiliklə 0.5 şt. 16-cı dərəcə ilə hər gün (şənbə və bazar günləri istisna olmaqla) 3,5 saat natamam iş günü qrafiki ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi öz üzərinə götürmüş və özü-özü ilə xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 3cü hissəsinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Digər tərəfdən, yuxarıda göstərilən 212 saylı əmrdə Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin xx.xx.2018-ci il tarixli **********4 saylı rəsmi cavabına istinad edilmiş və həmin məktub əsas götürülmüşdür. Göstərilən məktub araşdırılan zaman müəyyən edilmişdir ki, həmin məktubda bilavasitə göstərilmişdir: “işəgötürənin razılığı ilə qeyd edilən direktor və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışan işçilər müvafiq laboratoriya müdiri vəzifəsində, elmi katib vəzifəsində çalışan işçi isə aparıcı elmi işçi vəzifəsində iş vaxtı ərzində əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq çalışa bilər.” Quliyev X5 direktoru vəzifəsində olduğu halda yalnız işəgötürənin razılığı ilə laboratoriya müdiri vəzifəzində əvəzçilik qaydasında çalışmaq hüququ olduğu halda, o, işəgötürənin, yəni AMEA RH-nın səlahiyyətli şəxsinin razılığı və məlumatı olmadan aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi öz üzərinə götürmüşdür ki, nəticədə o, yuxarıda göstərilən özbaşınalıqlara yol verərək özünün əmək funksiyasını pozmuş, habelə vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir." Habelə qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi bağlanan vaxtdan bu günədək İddiaçı 0,5 ştat vahidi üzrə əvəzçilik qaydasında yerinə yetirdiyi işlərin həcmi müəyyən edilmədi, hansı ki, göstərilən ştat vahidi üzrə onun aldığı əmək haqqının ümumi məbləği 7663,36 manat təşkil edir. Beləliklə də İddiaçı, İnstitutun direktoru qismində olarkən AMEA Torpaqşünaslıq və Aqrokimya institutunun Nizamnaməsinin 6.5-ci bəndi ilə müəyyən edilmiş səlahiyyətlərdən kənara çıxmış, AMEA-nın səlahiyyətli şəxsinin səlahiyyətini mənimsəyərək özü-özü ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamış, əvəzçilik qaydasında 0.5 şt. vahidi ilə müddətli əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla da özünün əmək funksiyasını kobudcasına pozmuş, habelə 7663,36 manat məbləğində dövlət büdcə vəsaitini mənimsəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AMEA Torpaqşünaslı və Aqrokimya İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən akademik Qərib Məmmədov tərəfindən AMEA-nın Torpaqşünaslıq və X6 Komitəsinin sədri X10 İddiaçı müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi haqqında təqdimatdan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı, İnstitutun direktoru vəzifəsində olarkən “işəgötürənin”, yəni AMEA-nın səlahiyyətli şəxsinin razılığı və məlumatı olmadan xx xxxx 2018-ci il tarixdə 212 saylı əmr imzalayaraq İnstitutun Torpaqların və rekultivasiyası laboratoriyasında əvəzçiliklə 0.5 şt. 16-cı dərəcə ilə hər gün (şənbə və bazara günləri istisna olmaqla) 3,5 saat natamam iş günü qrafiki ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi öz üzərinə götürmüş və özü-özü ilə xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlamışdır. Hansı ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 3-cü hissəsinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Digər tərəfdən, X11 tərəfindən verilmiş yuxarıda göstərilən 212 saylı əmrdə Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin xx.xx.2018-ci il tarixli **********4 saylı rəsmi cavabına istinad edərək həmin məktub əsas götürmüşdür. Lakin göstərilən məktub araşdırılan zaman müəyyən edilmişdir ki, həmin məktubda "işəgötürənin razılığı ilə qeyd edilən direktor və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışan işçilər müvafiq laboratoriya müdiri vəzifəsində, elmi katib vəzifəsində çalışan işçi isə aparıcı elmi işçi vəzifəsində iş vaxtı ərzində əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq çalışa bilməsi” xüsusilə göstərilmişdir. Göründüyü kimi, Quliyev X5 direktoru vəzifəsində olduğu halda yalnız işəgötürənin razılığı ilə laboratoriya müdiri vəzifəzində əvəzçilik qaydasında çalışmaq hüququ olduğu halda, o, işəgötürənin, yəni AMEA-nın səlahiyyətli şəxsinin razılığı və məlumatı olmadan özü-özü ilə müddətli əmək müqaviləsi bağlamış. Və qeyd edilməlidir ki, İddiaçı həmin müqavilədə özü üçün anlaşılmaz əmək funksiyaları müəyyən etmişdir ki, həmin əmək funksiyalarının yerinə yetirilməsi də öz təsdiqini tapmamışdır. Belə ki, müddətli əmək müqaviləsi bağlanan vaxtdan bu günədək İddiaçı 0,5 ştat vahidi üzrə əvəzçilik qaydasında yerinə yetirdiyi işlərin həcmi müəyyən edilməmişdir, hansı ki, göstərilən ştat vahidi üzrə o, ümumilikdə 7663,36 manat məbləğində əmək haqqı almış, bununla da büdcə vəsaitini mənimsəmiş və yuxarıda göstərilən hərəkətləri ilə kollektivin hüquqlarına və qanunla qorunan mənafeyinə ziyan vurmuşdur. Göstərilənlərə əsasən İddiaçı ilə olan müddətli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsinə əsasən iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer hesab edilir. Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinin birinci cümləsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu maddənin 2-ci və 3-cü hissələrinə əsasən əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir, iş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. “Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Yuxarıda qeyd edilənlərə əsasən eyni müəssisədə iş vaxtı ərzində işəgötürənin razılığı ilə işçinin əvəzçilik qaydasında başqa iş yerində işləməsinə yol verilir. Qanunvericilikdə elmi tədqiqat institutlarında (o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda) çalışan işçilərin əmək müqaviləsi bağlayaraq əvəzçilik üzrə əlavə iş yerində işləmək hüququ məhdudlaşdırılmır. İşəgötürənin razılığı ilə məktubunuzda qeyd edilən direktor və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışan işçilər müvafiq laboratoriya müdiri vəzifəsində, elmi katib vəzifəsində çalışan işçi isə aparıcı elmi işçi vəzifəsində iş vaxtı ərzində əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq çalışa bilər. Bu halda Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsi X12 üzrə X3 daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 163-cü maddəsinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktiki yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Əmək Məcəlləsinin 58-ci maddəsinin 4-cü hissəsinə əsasən əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci (hər iki iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillərin olması) və altıncı (yaşı 18-dən az olan işçilər üçün məhdudiyyət) hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Bu səbəbdən əvəzçilik üzrə çalışan işçilərə işlənilmiş vaxta mütənasib olaraq tarif (vəzifə) maaşı və həmin iş yerlərində zərərli əmək şəraitinə görə əlavə müəyyən edildikdə, tarif (vəzifə) maaşına mütənasib olaraq zərərli əmək şəraitinə görə əlavə ödənilməlidir. İş materiallarında olan AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun xx.xx.2018-ci il tarixli, 212 saylı İşçinin əvəzçiliklə əlavə vəzifənin yerinə yetirilməsi haqqında əmrinə əsasən İddiaçı Elmi tədqiqat işlərinə nəzarətin daha da artırılması və elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi məqsədilə, AR ƏƏSMN-nin xx.xx.2018-ci il tarixli **********4 saylı rəsmi cavabına və AR Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən xx xxxx 2018-ci il taixdən İnstitutun “Torpaqların rekultivasiyası” laboratoriyasında əvəzçiliklə 0.5 şt. 16-cı dərəcə ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi, Nümayəndə isə Elmi tədqiqat işlərinə nəzarətin daha da artırılması və elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi məqsədilə, AR ƏƏSMN-nin xx.xx.2018-ci il tarixli **********4 saylı rəsmi cavabına və AR Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən xx xxxx 2018-ci il taixdən İnstitutun “Torpaq- aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyasında əvəzçiliklə 0.5 şt. 16-cı dərəcə ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 159 saylı Əmrdən çıxarışdan görünür ki, İddiaçı - İnstitutun “Torpaqların rekultivasiyası” Laboratoriyasının 0,5 ştat vahidi əvəzçilik üzrə aparıcı elmi işçisinin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 159 saylı Əmrdən çıxarışdan görünür ki, İddiaçı oglu - İnstitutun “Torpaqların rekultivasiyası” Laboratoriyasının 0,5 ştat vahidi əvəzçilik üzrə aparıcı elmi işçisinin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, “xxxx” ASC-nin sədri ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru İddiaçılə bağlanmış Layihələndirmə işlərinin yerinə yetirilməsinə dair 07a/18 saylı, xx.xx.2018-ci il tarixli müqavilə “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftının bərpası” və “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” lahiyələri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə bağlanmışdır. İş materiallarında olan xx xxxxxxxx 2018-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və “xxxx” ASC arasında bağlanmış 07A/18 saylı müqaviləyə əsasən tədqiqat işlərinə dair xərclərin açıqlama smetasından görünür ki, görüləcək işlər üçün 40190 manat məbləğində pul ayrılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Həmin Məcəllənin 58.4-cü maddəsinə əsasən əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitunun xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı İnstitutun “Torpaqların rekultivasiyası” Laboratoriyasının 0,5 ştat vahidi əvəzçilik üzrə aparıcı elmi işçisinin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEAnın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor vəzifəsini icra edən Qərib Məmmədovun onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 159 nömrəli əmrinin və onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 159 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk öncə məhkəmə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor vəzifəsini icra edən Qərib Məmmədovun onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında tərəflərin izahatlarından görünür ki, ümumiyyətlə belə bir əmr mövcud deyildir. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 159 saylı xx.xx.2020-ci il tarixli digər əmrdən çıxarışda texniki səhv olaraq “c” bəndi qeyd edilmişdir. Məhkəmə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor vəzifəsini icra edən Qərib Məmmədovun onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, 159 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması hissəsi üzrə hesab edir ki, iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 66-2/18 saylı xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “torpaqların rekultivasiyası” laboratoriyasında – 0,5 şt. 16-cı dərəcə ilə əvəzçi aparıcı elmi işçi kimi işə başlamışdır. Həmin müqavilə üzrə işə götürən də və işçi də eyni tərəfdir, yəni İddiaçıdur. İddiaçı fəaliyyəti araşdırılarkən məlum olmuşdur ki, o, İnstitutun direktoru vəzifəsində olarkən qanunsuz olaraq, yəni “işəgötürənin”, yəni AMEA-nın səlahiyyətli şəxsinin razılığı və məlumatı olmadan özü-özü ilə xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış və xx xxxx 2018-ci il tarixli 212 saylı əmr imzalayaraq İnstitutun “Torpaqşünaslıq və rekultivasiyası laboratoriyası”nda əvəzçiliklə 0.5 şt. 16-cı dərəcə ilə hər gün (şənbə və bazara günləri istisna olmaqla) 3,5 saat natamam iş günü qrafiki ilə aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Halbuki ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 3-cü hissəsinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Lakin iş materiallarında belə bir razılığı təsdiq edəcək heç bir sənəd yoxdur. Həmçinin İddiaçı tərəfindən imzalanmış yuxarıda göstərilən 212 saylı əmrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018-ci il tarixli **********4 saylı rəsmi cavabına istinad edilmiş və həmin məktub əsas götürülmüşdür. Lakin iş materiallarında olan məktubda bilavasitə göstərilmişdir ki, “İşəgötürənin razılığı ilə qeyd edilən direktor və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışan işçilər müvafiq laboratoriya müdiri vəzifəsində, elmi katib vəzifəsində çalışan işçi isə aparıcı elmi işçi vəzifəsində iş vaxtı ərzində əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq çalışa bilər”. Göründüyü kimi, Quliyev X5 direktoru vəzifəsində olduğu halda yalnız işəgötürənin razılığı ilə laboratoriya müdiri vəzifəzində əvəzçilik qaydasında çalışmaq hüququ olduğu halda, o, işəgötürənin, yəni AMEA-nın səlahiyyətli şəxsinin razılığı və məlumatı olmadan aparıcı elmi işçi vəzifəsini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Nəticədə o, yuxarıda göstərilən özünün əmək funksiyasını pozmuşdur. Habelə qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi bağlanan vaxtdan bu günədək İddiaçı 0,5 ştat vahidi üzrə əvəzçilik qaydasında yerinə yetirdiyi işlərin həcmi, mahiyyəti və iş vaxtı müəyyən edilməmişdir, hansı ki, göstərilən ştat vahidi üzrə illər ərzində həmin fəaliyyətə görə əmək haqqı və müvafiq məzuniyyət pulu almışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftının bərpası” və “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” lahiyələri üzrə layihə-smeta sənədlərinin hazırlanması məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və “xxxx” ASC arasında 07A/18 saylı kommersiya müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı əmək haqqı və mükafatlar almışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi əsaslı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1596/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1596/2021
12.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver