Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-160/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçlar Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair” ilkin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun cavabdeh İddiaçı və üçünçii şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə əsaslı təmirlə bağlı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil anası X1 xüsusi mülkiyyətində olmuşdur. 10.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin mənzil anası tərəfindən ona bağışlanmış və 14.06.2021 -ci il tarixli, ********** qeydiyyat nömrə ilə qeydə alınan çıxarışla xüsusi mülkiyyətindədir. Anası cavabdehlərə müvəqqəti olaraq mübahisəli mənzildə yaşamaları üçün icazə vermiş və onlar hazırda da qeydiyyatsız olaraq onun mənzilində yaşayırlar. Cavabdeh2 oğlu dayısı, Cavabdeh1 isə onun arvadıdır. Cavabdehlərə dəfələrlə mənzili təhvil verib çıxmalarını bildirmiş, lakin təkidlə heç bir əsas gətirmədən çıxmayacaqlarını bildirmişdirlər. Cavabdehlərin mənzilindən çıxmamaları isə həm ona ciddi şəkildə maddi ziyan vurur, həm də ki, kobud şəkildə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bütün bu səbəblərdən də məcbur olaraq cavabdehlərin mənziliən öz əşyaları ilə birlikdə çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Prosesin gedişatında Cavabdeh1 və Cavabdeh2 oğlu cavabdeh İddiaçı və üçünçii şəxs "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə əsaslı təmirlə bağlı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 14 ünvanda yerləşən ümumi sahəsi 65.40 kv.m olan 54 sayl mənzilin təmirinə çəkilən 25.000 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, hazırki işin əsl halı isə ondan ibarətdir ki, çıxarılmaları tələb olunan mənzil əslində elə onlara məxsusdur. Bu mənzildə 30 ildə artıq müddətdir ki daimi yaşayırlar, iki qız övladını da onlar ailə qurduqdan sonra buradan el adəti ilə köçürmüşlər. Mənzilin bütün xərcləri bu gün də onlar tərəfindən ödənilir. Eyni zamanda, Azadə Tahirova ilə Cavabdeh2 bacı-qardaşdırlar. Uzun illər bundan əvvəl ataları Cəmşid Əliyevin xeyir duası ilə yaxın məsafələrdə yerləşən iki mənzil alınmış, sadəcə aldığı mənzil bacısının adına rəsmiləşdirilmişdir. İllərdir ki, buna heç bir etiraz olmamış və bu gün də orada ailəsi ilə yaşayırİşin əsl tərəfi isə atası Cəmşid Əliyevdir. Belə ki, məhz onun təsiri ilə hazır ki iddia verilmişdir. Bir müddət bundan əvvəl atasının, ağsaqqal kimi, təklifi ilə həmin mənzil qanuni şəkildə adına rəsmiləşdirilmiş, sonradan kişi hansı əsasla bilmir, onu vadar etmişdir ki, mənzili bacısının adına qaytarsın. Bu əsasla da hazırda atasının təsirindən bacı-qardaş arasında nifaq düşmüş, münasibətləri kəsilmişdir. Bacısı oğlunun iddiası tam qanunsuz və əsassızdır, o ümumiyyətlə bu mənzildə heç vaxt yaşamamış, bir necə aydır ki, həmin mənzili onun adına keçirmişdir. Amma, belə olan halda hazırki qarlıqılı iddia ilə mənzilə uzun illərdir ki tərəfindən çəkilən xərclərin ödənilməsini tələb tməyə məcburdurlar. Çünki, bu mənzildə 25.000 manat həcmində əsaslı təmir işləri aparılmışdır. İlkin iddia üzrə iddiaçının isə hansı əsasla iddia qaldırması başa düşülən deyidir. Belə ki, o, bir neçə aydər ki həmin mənzilin mülkiyyətçisi olub. O, ümumiyyətlə hər hansı təklif verməmişdr ki (belə bir təklif ola da bilməzi) həmin mənzili tərk etsinlər. Qarşılqılı iddiaya əlavə olunmuş 19 saylı arayışla müəyyən edilir ki, 1993-cii ildən etibarən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 14 mənzil 54 saylı ünvanda yaşayır, əsaslı təmir işləri onlar tərəfindən qarşlanmışdır və mənzilin əsl sahibləridirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçlar Cavabdeh1 və Cavabdeh2 oğlu qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini isə qəbul etməyərək, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş 10.06.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 14, mənzil 54 ünvanında yerləşən, ümumi sahəsi 65.4 kv/m olan mənzili hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. 14.06.2021 -ci il tarixli, ********** qeydiyyat nömrə ilə qeydə alınan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 54 saylı mənzil İddiaçı adına 14.06.2021 -ci il tarixdə tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə dair hüquqları (sahiblik, istifadə) işin mübahisəsiz halını təşkil edir. Odur ki, ilkin iddia üzrə cavabdehlər mübahisəli mənzildə qanunsuz yaşayır, belə ki, onların müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşamaları iddiaçının hüquqlarını pozur. Məhkəmə qarşlıqlı iddia tələbinə münasibətdə onu qeyd edir ki, iş materiallarındakı 28.12.2021-ci il tarixli, 10/5186 saylı ekspert rəyindən görünür ki, aparılmış tədqiqatla, X6 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilin daxili konstruktiv elementlərinin o cümlədən əsəs yük daşıyıcı elementləri üzərində yernidənqurma işlərinin aparılmasını və mühəndis-komunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsini nəzərə alaraq, mənzildə əsaslı təmir-tikinti işlərinin aparıldığı müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilində ararılmış müxtəlif növ tikinti- təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq mənzilin təmirinə 24480.0 manat (81,6x300) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilir. Odur ki, qarşılıqlı iddia tələbi müvafiq məbləğ həcmində təmin olunmalıdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu özlərinə məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılaraq, mənzil boşaldılmalı; qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, cavabdeh İddiaçı mənzilin təmirinə çəkilən 24480 manat məbləğində pul tutularaq, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu özlərinə məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzildən çıxarılaraq, mənzil boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 14 ünvanında yerləşən 54 saylı mənzilin təmirinə çəkilən 24480 (iyirmi dörd min dörd yüz səksən) manat məbləğində pul tutularaq, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 oğlunun xeyrinə ödənilsin. İddiaçılar tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıların xeyrinə ödənilsin. Mənzilin boşaldılması və mənzilin təmirinə sərf olunmuş vəsaitin tutulması eyni vaxtda icra edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-160/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-160/2022
17.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver