Məhkəmə qərarları › İş №2(004)-1601/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1601/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1601/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK (hazırda "xxxx" MTK)-ya qarşı “alqı-satqı müqaviləsinin predmetini təşkil edən mənzilin qiymətinin azaldılması və mənzilin alıcıya qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK (hazırda "xxxx" MTK)-ya qarşı “alqı-satqı müqaviləsinin predmetini təşkil edən mənzilin qiymətinin azaldılması və mənzilin alıcıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MTK (indiki Cavabdeh MTK) ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqaviləyə əsasən ona satılmış Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən ümümi sahəsi 142 kv.m olan 3 otaqlı 49 saylı mənzilin ona qaytarılması; mənzilin alqı-satqı müqaviləsinə əsasən süni surətdə şişirdilmiş qiymətinin 29.089 manat azaldılaraq 161.113 manat müəyyən edilməsi barədə mətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilməsi barədə tərəflərə məhkəmə bildirişi verilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə gəlməmişlər. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalanmış iddia tələbindən imtina barədə notarial qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələrlə məhkəməyə müraciət edərək bildirmişlər ki, İddiaçı ilə Cavabdeh MTK arasında olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən ümümi sahəsi 142 kv.m olan 3 otaqlı 49 saylı mənzillə bağlı hazırkı mübahisəyə və bütün mübahisələrə məhkəmədən kənar qaydada son qoymuşlar. Belə ki, aralarındakı razılığa əsasən Cavabdeh MTK həmin mənzillə bağlı xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş puldan 142.000 (bir yüz qırx iki min) manat pulu tam olaraq birdəfəlik İddiaçı geri qaytarmışdır. Aralarındakı razılığa əsasən “Güvenli-Servis Management" MTK həmin mənzillə bağlı xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş pulu tamamilə İddiaçı geri qaytarmışdır. Bu səbəbdən İddiaçı məhkəmənin icraatında olan İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı müqaviləsinin predmetini təşkil edən mənzilin qiymətinin azaldılması və mənzilin alıcıya qaytarılması” tələbinə dair 2(004)-1601/2023 nömrəli mülki iş üzrə iddia tələbindən könüllü olaraq tamamilə imtina edir və bu imtinanın qəbul edilməsini məhkəmədən xahiş edir. Bununla da, İddiaçı Cavabdeh MTK-ya qarşı xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqavilə üzrə İddiaçı satılmış Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10- cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzillə və mənzilə görə ödədiyi pul vəsaiti ilə bağlı hər hansı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Həmçinin İddiaçı Cavabdeh MTK-dan digər hər hansı mənzili və istənilən pul məbləğini tələb etmir, gələcəkdə də tələb etməyəcəkdir. Bildirmək istəyir ki, iddiadan imtina ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191 və 262-ci maddələrinin tələbləri izah edilmişdir və həmin tələblər İddiaçı tam aydındır. Məhkəmənin icraatında olan 2(004)-1601/2023 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı müqaviləsinin predmetini təşkil edən mənzilin qiymətinin azaldılması və mənzilin alıcıya qaytarılması” barədə iddia tələbindən imtina etməyini nəzərə alıb, bu imtinanı qəbul etməyi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh MTK arasında hazırkı mübahisə ilə bağlı məhkəmədən kənar qaydada razılıq əldə edilmiş və həmin razılığın nəticəsi olaraq İddiaçı Cavabdeh MTK-ya qarşı hazırkı iddia tələbindən imtina etmiş, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilən hallarla bağlı İddiaçı notariat qaydasında təsdiq edilmiş və vəkilinin iştirakı ilə tərtib edilmiş iddiadan imtina barədə xx.xx.2023-cü il tarixli ərizələrinin əsillərini, 142.000 manat pul vəsaiti ödənilməsi barədə qəbzin əslini və kassa məxaric orderinin surətini, şəxsiyyət vəsiqəsinin surətini mülki işə əlavə edilməsini üçün məhkəməyə təqdim edir. İddiaçı iddia tələbindən imtinasının qəbul edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzillə bağlı hazırda Cavabdeh MTK adlandırılan şirkətlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqavilə üzrə ödədiyi puldan 142.000 (bir yüz qırx iki min) manat pulu tam olaraq birdəfəlik təhvil almışdır. İddiaçı 142.000 (bir yüz qırx iki min) manat pul vəsaiti ödənildiyindən, İddiaçı Cavabdeh MTK-ya qarşı yuxarıda qeyd edilən və digər hər hansı mənzillə bağlı, o cümlədən istənilən məbləğdə pulla bağlı hər hansı iddiası, tələbi, şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. xx.xx.2023-cü il tarixli 578 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən 3 otaqlı 49 saylı mənzillə bağlı ödənilmiş 142.000 (bir yüz qırx iki min) manat pul vəsaiti İddiaçı nağd şəkildə xx.xx.2023-cü il tarixdə qaytarılmışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalanmış iddia tələbindən imtina barədə notarial qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələri və pul vəsaitinin ödənilməsinə dair qəbzi və kassa məxaric orderini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 06/143 nömrəli müqavilənin 1.1-ci bəndinə görə, "xxxx" (MTK) Bakı şəhəri Tibilisi prospekti 1054-cü məhəllədəki yaşayış kompleksində 6-cı bina 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 142 kv.m olan 3 otaqdan ibarət 49 saylı mənzili “Sifarişçiyə təhvil verməyi, sifarişçi isə müqavilə ilə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli "xxxx" MTK ilə İddiaçı və "xxxx" ASC arasında bağlanmış üçtərəfli müqavilə ilə müəyyən edilir ki, İddiaçı müqavilə şərtlərinə əsasən 60 ay ərzində hər ayın 10-da 2.629,65 manat vəsaiti bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bir tərəfdən X2 və İddiaçı, digər tərəfdən "xxxx" ASC, etibarnaməyə əsasən hərəkət edən “Səbail” filialının müdiri X1 şəxsində bağlanmış xx.xx.2018-ci il tarixli 225-xx-xx-2018-SHM-GH nömrəli zaminlik müqaviləsindən müəyyən edilir ki, kreditorla borclu arasında bağlanmış kredit müqaviləsinə əsasən 130 ay müddətində verilən 59.600 manat kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun "xxxx" ASC-nin “ABB Premyer” Müştəri Xidmətində mövcud olan ******************** nömrəli hesabına malik olduğu pul vəsaitləri hesabına ödənilməsini öhdəsinə götürmüşdür (1.1 və 1.2-ci bəndlər). Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkilinin izahatından, iddiaçının, onun nümayəndəsi və vəkilinin imzaladığı iddia tələbindən imtina barədə xx.xx.2023-cü il tarixli ərizələrdən, pul vəsaitinin ödənilməsinə dair qəbz və kassa məxaric orderindən müəyyən edilir ki, tərəflər arasındakı mübahisə sülh yolu ilə həll edilmişdir. Tərəflərin razılaşmasına əsasən İddiaçı ilə Cavabdeh MTK arasında olan Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən ümümi sahəsi 142 kv.m olan 3 otaqlı 49 saylı mənzillə bağlı hazırkı mübahisəyə və bütün mübahisələrə məhkəmədən kənar qaydada son qoymuşlar. Belə ki, aralarındakı razılığa əsasən Cavabdeh MTK həmin mənzillə bağlı xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş puldan 142.000 (bir yüz qırx iki min) manat pulu tam olaraq birdəfəlik İddiaçı geri qaytarmışdır. Bu səbəbdən İddiaçı məhkəmənin icraatında olan İddiaçı Cavabdeh MTK-ya qarşı “alqı-satqı müqaviləsinin predmetini təşkil edən Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən ümümi sahəsi 142 kv.m olan 3 otaqlı 49 saylı mənzilin qiymətinin azaldılması və mənzilin alıcıya qaytarılması” tələbinə dair 2(004)-1601/2023 nömrəli mülki iş üzrə iddia tələbindən könüllü olaraq tamamilə imtina edir və bu imtinanın qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MTK (hazırda "xxxx" MTK)-ya (VÖEN **********) qarşı “"xxxx" MTK (indiki Cavabdeh MTK) ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli В 06/143 saylı müqaviləyə əsasən İddiaçı satılmış Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvandakı yaşayış kompleksində 6-cı bina, 10-cu mərtəbədə yerləşən ümümi sahəsi 142 kv.m olan 3 otaqlı 49 saylı mənzilin İddiaçı qaytarılması; mənzilin alqı-satqı müqaviləsinə əsasən süni surətdə şişirdilmiş qiymətinin 29.089 manat azaldılaraq 161.113 manat müəyyən edilməsi” tələbinə dair 2(004)-1601/2023 nömrəli mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar