Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1611/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov 26 ünvanında yerləşən 117 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 741 (yeddi yüz qırx bir) manat xidmət haqqı üzrə borcun və 43 (qırx üç) manat məhkəmə rüsumu "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi haqqında və Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 26 ünvanında yerləşən 135 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 1527,40 (min beş yüz iyirmi yeddi manat qırx qəpik) manat xidmət haqqı üzrə borcun və 43 (qırx üç) manat məhkəmə rüsumu, 30 (otuz) manat vəkil sorğusu və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə vəkil sorğusuna cavab üçün 15 (on beş) manatın "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 may 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-cü məhəllə, bina 26 "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının və təhsil müəssələrinin dövlət reystrində qeydiyyatdan keçmiş və 1117-MM4-0046 saylı çıxarış və şəhadətnamə onlara təqdim edilmişdir. Bununla da idarəçilik "xxxx" MMMC-yə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 26 ünvanında yerləşən 117 saylı mənzilin mülkiyyətçisi Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 01 saylı Ərazi İdarəsinin məktubuna əsasən mənzil Cavabdeh1 mülkiyyətindədir və mənzilin ümumi sahəsi 114,3 (yüz on dörd onda üç) kv.m qeyd edilmişdir. Yanvar 2023-cü ildən yanvar 2024-cü ilə qədər hər bir kvadrat metrə görə aylıq 0.50 (əlli) qəpik, aylıq 57 (əlli yeddi) manat olmaqla 13 (on üç) ay üçün 741 (yeddi yüz qırx bir) manat "xxxx" MMMC-yə komunal xidmətlərə görə borcu yaranmışdır. Dəfələrlə müraciət etməklərinə baxmayaraq ödənişlərdən qəsdən yayınmışdır. "xxxx" MMMC üzvlərinin 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən xidmət haqqı mənzilin ümumi sahəsinin hər kv.m. görə 0,40 manat çıxarışda ümumi sahə göstərilməyən yalnız yaşayış sahəsi göstərilən mənzillər üçün isə yaşayış sahəsinin hər kv.m 0.80 manat göstərilməsi qərara alınmışdır. 14 dekabr 2022-ci il tarixli "xxxx" MMMC üzvlərinin ümumi yığıncağının qərarına əsasən mənzilin hər kv.m üçün 0,50 manat çıxarışda ümumi sahə göstərilməyən yalnız yaşayış sahəsi göstərilən mənzillər üçün isə yaşayış sahəsinin hər kv.m. 1 (bir) manat göstərilməsi qərara alınmışdır. 17 sentyabr 2021 və 14 dekabr 2022-ci il "xxxx" MMMC üzvlərinin ümumi yığıncağının qərarlarını ərizəyə əlavə edir. Noyabr 2021-ci ildən dekabr 2022-ci ilə qədər hər bir kvadrat metrə görə aylıq 0,40 (qırx) qəpik, aylıq 50,60 (əlli manat altmış qəpik) manat olmaqla 708,40 (yeddi yüz səkkiz manat qırx qəpik) manat və yanvar 2023-cü il tarixdən yanvar 2024-cü il tarixədək yaşayış sahəsinin hər bir kvadrat metrəsinə görə 0,50 manat, aylıq 63 (altmış üç) manat olmaqla 819 (səkkiz yüz on doqquz) manat, ümumilikdə 1527,40 (min beş yüz iyirmi yeddi manat qırx qəpik) manat "xxxx" MMMC-yə kommunal xidmətlərə görə borcları yaranmışdır. Dəfələrlə müraciət etməklərinə baxmayaraq ödənişlərdən qəsdən yayınır. Bildirmişlər ki, iddia ərizəsinin verilməsinə görə 43 (qırx üç) manat, 14 saylı vəkil bürosuna sorğu üçün 30 (otuz) manat və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə vəkil sorğusuna cavab üçün 15 (on beş) manat rüsum ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları ünvan üzrə bildirişlər (həmçinin məhkəmə elektron sistemi vasitəsilə SMS bildirişi) göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini ona aid hissədə qəbul etmədiyini, onların arasında heç bir müqavilə bağlanmadığını, bundan başqa kommunal xərclərin düzgün göstərilmədiyini bildirmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AR ƏN Qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, "xxxx" MMMC xx.xx.2017-ci il tarixdə 1117-MM4-0046 nömrə ilə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3, mənzil 117 (3 otaq, ümumi sahəsi 114.3 kv.m., yaşayış sahəsi 65,0 kv.m.) xx.xx.2015-ci il tarixdən Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 17 nörməli maliyyə arayışından görünür ki, ünvan 3, mənzil 117-nin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün "xxxx" MMMC-yə 741 manat xidmət haqqı üzrə borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 11 saylı DNKnın 4Ə/3-400 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. 03 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1036 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X1 adına qeydiyyatdan keçmişdir. 01 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-655 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 76, M3, mənzil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16 nörməli maliyyə arayışından görünür ki, ünvan 3, mənzil 135-nin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün "xxxx" MMMC-yə 1527,40 manat xidmət haqqı üzrə borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 3, mənzil 135-nin mülkiyyətçisi Cavabdeh2 sentyabr 2021-ci ildən, dekabr 2022-ci il üçün kv.m. 0,40 manat, aylıq 50,60 manat olmaqla 708,40 manat, yanvar 2023-cü ildən, yanvar 2024-cü il üçün kv.m. 0,50 manat, aylıq 63 manat olmaqla 819 manat, ümumilikdə 1527,40 manat "xxxx" MMMC-yə xidmət haqqı üzrə borcu var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarınında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Beləliklə, AR Mənzil Məcəlləsinin və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli AR ƏN Qeyrikommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarışına əsasən, "xxxx" MMMC xx.xx.2017-ci il tarixdə 1117-MM4-0046 nömrə ilə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədilə qeydiyyata alınmışdır. "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən, binaya xidmət göstərilməsi ilə əlaqədar məbləğ, yaşayış sahələri üçün hər mənzilin ümumi sahəsinə görə 1 kv.m. üçün 0,80 manat təyin edilmişdir. ünvan 3, 117 saylı mənzil ümumi sahəsi 114.3 kv.m olmaqla, xx.xx.2015-ci il tarixdən Cavabdeh1 adına qeydiyyatdan keçmiş və 01 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-655 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil X2 adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunu mülkiyyətindədir. Göründüyü kimi mübahisəli mənzil, iş məhkəmənin icraatında olduğu zaman cavabdeh tərəfindən bağıçlanılma yolu ilə özgəninkiləsdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tələb edilən borc mənzilin cavabdehin mülkiiyətində olduğu dövrü əhatə etdiyindən iddia tələbi də, düzgün olaraq ona qarşı qaldırılmışdır. Eyni zmanda iş materialları ilə o da, müəyyən edilmişdir ki, ünvan 3, 135 saylı mənzil ümumi sahəsi 126.50 kv.m olmaqla, Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün "xxxx" MMMC-yə 741 manat xidmət haqqı üzrə borcu vardır. Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün "xxxx" MMMC-yə 1527,40 manat xidmət haqqı üzrə borcu vardır. İş materiallarında göründüyü kimi ünvan 3, mənzil 117, xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 mülkiyyətində, ünvan 3, mənzil 135 isə Cavabdeh2 adına qeydiyyatdan keçərək və hazırda mülkiyyətində olduğundan və bu səbəbdən də, iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında çoxmənzilli binanın idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərmək və işlər yerinə yetirmək, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməklə bağlı ödəniş etmə öhdəlikləri yaranmışdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin hər birindən ayrı-ayrılıqda 43 (qırx üç) manat məhkəmə rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh1 mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 117 saylı mənzil ilə əlaqədar yaranmış 741 (yeddi yüz qırx bir) manat məbləğində xidmət haqqı borcu, Cavabdeh2 mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən 135 saylı mənzil ilə əlaqədar yaranmış 1527,40 (bir min beş yüz iyirmi yeddi manat 40 qəpik) manat məbləğində xidmət haqqı borcu tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 43 (qır xüç) manat dövlət rüsumu, 30 (otuz) manat vəkil sorğusu və 15 (on beş) manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən 117 saylı mənzil ilə əlaqədar yaranmış 741 (yeddi yüz qırx bir) manat məbləğində xidmət haqqı borcu, Cavabdeh2 mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən 135 saylı mənzil ilə əlaqədar yaranmış 1527,40 (bir min beş yüz iyirmi yeddi manat 40 qəpik) manat məbləğində xidmət haqqı borcu tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. İş üzrə ödənilmiş 43 (qır xüç) manat dövlət rüsumu, 30 (otuz) manat vəkil sorğusu və 15 (on beş) manat məhkəmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1611/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1611/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver