Məhkəmə qərarları › İş №2(004)-1615/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1615/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1615/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X21 qızının katibliyi, Ərizəçi, X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı "qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 doğma bacısı Baskayeva (Şpigel) Zoya Saxamova arasında qohumluq münasibətlərinin, yəni onların doğma bacı-qardaş olmaları, ərizəçi ilə Baskayeva (Şpigel) Zoya Saxamova arasında qohumluq münasibətlərinin, yəni ərizəçinin Zoya Saxamovanın doğma qardaşı qızı, Zoya Saxamovnanın isə ərizəçinin doğma bibisi olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx.xx.1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur və hal-hazırda xx.xx.1939-cu il tarixində Bakı şəhərində anadan olmuş anası Korneyeva (Abzianidze) Nelli Nikolayevna ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.1929-cu il tarixində Şimali Osetiya - Alaniya Respublikasının Alaqir şəhərində anadan olmuş atası X17 Bakı şəhərində yaşamış və xx.xx.1988-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Atasının doğum haqqında şəhadətnaməsi itmiş və Şimali Osetiya - Alaniya Respublikasının VVAQ orqanının arxivlərində akt qeydinin surəti qalmamışdır. Atasının valideynləri: atası X18- ünvan 2 mənzil 63 ünvanında yaşamış və xx.xx.1992-ci il tarixində Bakı şəhərində vəfat etmişdir; anası X10 - ünvan 2 mənzil 63 ünvanında yaşamış və xx.xx.1963-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Valideynlərindən başqa atasının iki doğma bacısı olmuşdur. Baskayeva (Şpigel) Zoya Saxamovna- xx.xx.1931-ci il tarixində ünvan 5 ünvanında yaşamış və xx.xx.2018-ci il tarixində RF, Sankt-Peterburq şəhərində vəfat etmişdir) və X7 (xx.xx.1934-cü ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 2 mənzil 63 ünvanında yaşamış və xx.xx.2016-cı il tarixində RF, Şimali Osetiya - Alaniya Respublikasının Alaqir şəhərində vəfat edib və dəfn olunmuşdur). Bibisi Baskayeva (Şpigel) X25-Peterburq şəhərinin Yəhudi qəbiristanlığında dəfn edilmişdir. Belə ki, orada yaşamış və ərizəçidən başqa qan qohumu qalmamışdır (həyat yoldaşı X19 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir). Ölümündən öncə bibisi onun cənazəsinin qardaşı- X14, onların valideynləri: ataları X15 və anaları X4 da dəfn olunduğu Bakı şəhərində Hövsan qəsəbəsinin pravoslav qəbiristanlığında dəfn olunmasını xahiş etmişdir. Bibisinin ölümündən dərhal sonra içərisində onun cənazəsinin qalıqları olan urnanı apara bilməmişdir, çünki cənazəni Sankt- Peterburqda dəfn edəcəyinə dair iltizam vermiş və Hövsan qəbiristanlığının dəfn üçün icazəsinə malik deyildi. Dəfn icazəsini Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı X2 Xidməti Trestindən xx.xx.2019-cu il tarixində almışdır (cərgə 43, yer 42). Lakin içərisində bibisinin cənazəsinin qalıqları olan urnanı götürüb Hövsan qəbiristanlığına aparmaq istəyəndə məlum olmuşdur ki, cənazənin eksqumasiyası yalnız qan qohumları tərəfindən həyata keçirilə bilər. Bundan başqa, cənazənin Rusiyadan Azərbaycana daşınması üçün sanitar-epidemioloji stansiyadan icazə, məhkəmə-tibbi ekspertizasının rəyini və RF gömrük xidmətinin müayinə aktını almaq lazımdır. Lakin bütün zəruri sənədləri əldə etmək üçün qohumluq faktını təsdiq etmək tələb olunur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsini məhəkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. Ərizəçinin bibisi Baskayeva (Şpigel) Zoya Saxamovna xx.xx.1931-ci il tarixində ünvan 5 ünvanında yaşamış, xx.xx.2018-ci il tarixində RF, Sankt-Peterburq şəhərində vəfat etmiş və Sankt-Peterburq şəhərinin Yəhudi qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ərizəçi onun sinif yoldaşıdır. Onun aatsını tanımışdır. Belə ki, mərhum X6rı məktəbdən çıxarkən qarşılayaraq evlərinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ustadır və işi ilə bağlı ərizəçinin evində olmuş və bibisi Baskayeva (Şpigel) Zoya Saxamovna orada görmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9, 308, 309.1, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X17 və anası qrafasında Korneyeva (Abzianidze) Nelli Nikolayevna qeyd edilmişdir. 60 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayıçndan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan və ona əlavə olunmuş Forma-1 arayışının surətindən görünür ki, X17 xx.xx.1929-cu il tarixində Şimali Osetiya - Alaniya Respublikasının Alaqir şəhərində anadan olmuşdur. Atası X18, anası X5. İş materiallarında olan xx.xx.1988-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1988-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.1952-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Baskayeva (Şpigel) Zoya Saxamovna xx.xx.1931-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X18 və anası qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Baskayeva (Şpigel) Zoya Saxamovna xx.xx.2018-ci il tarixində Sankt-Peterburq şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1992-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.1968-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1968-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Dövlət Tarix Arxivinin xx.xx.2021-ci il tarixli, DA-00200-2021 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X14 təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı X2 Xidməti Trestindən xx.xx.2019-cu il tarixli, 208 saylı məktubundan görünür ki, Ərizəçi atası X17 Bakı şəhəri Hövsan qəbirstanlığında 43 saylı sıranın 42 aylı ailəvi məzarlıqda xx.xx.1929 - xx.xx.1988) dəfn olunub. Məzarda X14 atası X20 (xx.xx.1896 - xx.xx.1992), anası X9 (xx.xx.1910 - xx.xx.1968) dəfn olunublar. Həmin məzarda X14 bacısı Şpiqel(Baskayeva) Zoya Saxamovnanı (xx.xx.1931 - xx.xx.2018) dəfn etmək üçün boş yer vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməli, Ərizəçi atası X13 Baskayeva (Şpigel) Zoya Saxamovanın doğma bacı-qardaş olmaları və Baskayeva (Şpigel) Zoya Saxamovanın Ərizəçi doğma bibisi olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi atası X13 Baskayeva (Şpigel) Zoya Saxamovanın doğma bacı-qardaş olmaları və Baskayeva (Şpigel) Zoya Saxamovanın Ərizəçi doğma bibisi olması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar