Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1621/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun qardaşı X1 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu və 310-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizəçi ərizəsində maraqlı şəxsi qeyd etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə iddiaçı öz ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki işdə ərizəçi Azərbaycan Respublikası MM-in 41.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması halına istinad etsə də, bu halın təsdiqi kimi yalnız şahid ifadələrinə əsaslanmış, X1 axtarışı barədə müvafiq orqanlara müraciət edilməsi və ya hər hansı digər tədbirlərin görülməsinə dair səlahiyyətli dövlət orqanlarının verdiyi yazılı sübutları ərizəsinə əlavə etməmişdir. Qanunun bu tələbi hazırki işdə həm də ona görə əhəmiyyət kəsb edir ki, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qardaşı barədə 15 ildən çox müddətə məlumatın mövcud olmamasına istinad etsə də, ərizəyə qoşma şəklində əlavə edilmiş daşınmaz əmlakın dövlət reyetri haqqında çıxarışından görünür ki, barəsində ölmüş elan edilməsi haqqında qətnamə çıxarılması xahiş olunmuş X2 2012-ci ildə əmlaka dair çıxarış almışdır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 152.1, 152.1.1, 152.1.3, 152.2, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1621/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1621/2023
22.02.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver