Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1629/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı barədə 06 sentyabr 2022-ci il tarixli, 761 nömrəli əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə və 69-cu maddəsinə əsasən xitam verilməsi barədə əmrin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Toğrul Axundovun icraatında olan 2(004)-1629/2023 nömrəli mülki mübahisəyə dair iş üzrə Birinci tərəf İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı barədə 06 sentyabr 2022-ci il tarixli, K-761 nömrəli əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68ci maddəsinin “a” bəndinə və 69-cu maddəsinə əsasən xitam verilməsi barədə əmrin verilməsi tələbinə dair iddia ərizəsindən tam həcmdə imtina edir.
2. İkinci tərəf Cavabdeh MMC Birinci tərəf İddiaçı işə bərpa etmədən 06 sentyabr 2022-ci il tarixli, K-761 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə düzəliş edir və İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verir.
3. İkinci tərəf Cavabdeh MMC bu Sazişin 2-ci bəndində qeyd edilən yeni əmrin verilməsi ilə bağlı zəruri məlumatları Birinci tərəf İddiaçı əmək kitabçasına daxil edir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalında (“Əmək və məşğulluq” altsistemində) müvafiq düzəlişin edilməsini təmin edir.
4. X5 imzalandıqdan sonra Tərəflər bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.
5. X4 məzmunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 122, 191 və 261-ci maddələrinin məzmunu Tərəflərə izah edilmişdir.
6. Tərəflər arasında X5 ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
7. X5 hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir.
8. X5 Azərbaycan dilində, 3 (üç) əsl nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri Birinci tərəf İddiaçı, biri İkinci tərəf Cavabdeh MMC-də, digəri isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Toğrul Axundovun icraatında olan 2(004)-1629/2023 nömrəli mülki iş materiallarında saxlanılır.
9. Tərəflər X4 şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
10. Tərəflər X4 şərtləri ilə və Məhkəmə tərəfindən təsdiq edilməsinə razıdırlar. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Toğrul Axundovun icraatında olan 2(004)-1629/2023 nömrəli mülki mübahisəyə dair iş üzrə Birinci tərəf İddiaçı Cavabdeh MMC-yə qarşı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı barədə 06 sentyabr 2022-ci il tarixli, K- 761 nömrəli əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə və 69-cu maddəsinə əsasən xitam verilməsi barədə əmrin verilməsi tələbinə dair iddia ərizəsindən tam həcmdə imtina edir.
2. İkinci tərəf Cavabdeh MMC Birinci tərəf İddiaçı işə bərpa etmədən 06 sentyabr 2022-ci il tarixli, K-761 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə düzəliş edir və İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verir.
3. İkinci tərəf Cavabdeh MMC bu Sazişin 2-ci bəndində qeyd edilən yeni əmrin verilməsi ilə bağlı zəruri məlumatları Birinci tərəf İddiaçı əmək kitabçasına daxil edir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalında (“Əmək və məşğulluq” altsistemində) müvafiq düzəlişin edilməsini təmin edir.
4. X5 imzalandıqdan sonra Tərəflər bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.
5. X4 məzmunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 122, 191 və 261-ci maddələrinin məzmunu Tərəflərə izah edilmişdir.
6. Tərəflər arasında X5 ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
7. X5 hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir.
8. X5 Azərbaycan dilində, 3 (üç) əsl nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri Birinci tərəf İddiaçı, biri İkinci tərəf Cavabdeh MMC-də, digəri isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi cənab Toğrul Axundovun icraatında olan 2(004)-1629/2023 nömrəli mülki iş materiallarında saxlanılır.
9. Tərəflər X4 şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
10. Tərəflər X4 şərtləri ilə və Məhkəmə tərəfindən təsdiq edilməsinə razıdırlar. İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-1629/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov