Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1631/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mehdi qızının Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mehdi qızı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə əvvəlki işinə bərpa olunması və keçən müddət üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin İsmayıllı telekommunikasıya qovşağında 04 iyun 1990-cı ildən əmək fəaliyyətinə başlamış və 09 fevral 2022-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşlədiyi müddətdə heç vaxt irad və töhmət almamış, işinin öhdəsindən layiqincə gəlmişdir. 2022-ci ilin yanvar ayının əvvəlində şifahi olaraq ona ərizəsini yazıb işdən getməsi xəbərdarlığı edilmişdir. O rəhbərliyin onunla işləmək istəmədiyini bilib səbəbini aydınlaşdırmağa çalışmış, lakin bir nəticə əldə edə bilməmişdir. 09 fevral 2022-ci il tarixdə k/ə 339 saylı xx.xx.2022-ci il tarixli əmrlə onun işdən azad olunduğunu bildirmişlər. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək məcəlləsinin 70.b maddəsinə istinad edilərək işçilərin sayı və ştatların ixtisar edilməsi göstərilmişdir. Hazırda tutduğu vəzifəyə başqa şəxsin təyin edildiyi məlum olmuşdur. Əmək kitabçası bugünədək verilməmiş və ya poçt xidməti vasitəsilə almamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 1990-cı ildən İsmayıllı rayonunda Telekomunikasiya qovşağında işləmişdir. Hər zaman işinə cavabdeh olmuşdur. Heç bir problemi olmayıb. Ona ixtisar olunaraq işdən çıxarılmağı bildirilib. Lakin ixtisar olmayıb. Sadəcə olaraq işin adı dəyişdirilib. Ona sadəcə olaraq Cavabdehdan xəbərdarlıq gəlmişdir ki, müəyyən tarixdə işdən çıxarılır. Başqa hər hansı bir iclas keçirilməmişdir. O, Elmar bəyə bildirmişdir ki, onun sahəsi ləğv olunmayıb, xahiş edir ki, onu nəzərə alıb işdən çıxarmasınlar. Ona bildirilmişdir ki, o, qadın olduğu üçün işdən çıxarılır. Qarşı tərəf ştatın ləğv olunduğunu bildirir. Lakin ştat ləğv olunsa da, başqa ştat yaradılıb. Həmin iş var, sahə var. Sadəcə sahədə müəyyən dəyişikliklər var. Onların digər işçiləri hələ də fəaliyyət göstərirlər. Faktiki ixtisara düşmüş işçilər orada işlədilir. O, soruşanda ki, nəyə görə məhz o işdən çıxarılır, ona bildirmişlər ki, qadın olduğuna görə. Həmin iş qalır, sadəcə olaraq vəzifənin forması dəyişilib. O, elektromexanik olmuşdur. Onunla əvvəlcədən işləyən işçilər orada hal-hazırda da işləyirlər, onların vəzifələri böyüdülüb. Yalnız 2 nəfər xanım çıxarılmış və onların əvəzinə ixtisar olunmuş işçiləri gətirib yerləşdiriblər. Sadəcə vəzifənin adı dəyişilib. Lakin həmin iş qalır. Onu 09 fevral 2022-ci ildə işdən azad ediblər. Onlar mediasiyaya da müraciət etmişlər. Ona işdən çıxarılmağı ilə bağlı xəbərdarlıq olunsa da, dəqiq səbəb göstərilməmişdir. Həmçinin ona şifahi formada "xxxx" MMC-də minimum maaşla xadimə işi təklif olunmuşdu. 32 il rabitədə işləmiş və heç bir qüsuru olmamışdır. Onun haqqıında yalan məlumat verərək bildirmişdilər ki, onun işlədiyi növbədə səhlənkarlıq olmuşdur, lakin onun yerinə yerləşdirilən şəxsin növbəsində olan problemi onun üstünə atmışlar. Mühəndisinin ondan narazılıq etməsi ilə bağlı məsələ də yaranmışdı, hansı ki, o da yalan idi. Nazirliyin nümayəndəsi gələrək onun işini yoxlamı və onun haqqında müsbət rəy vermişdir. Əgər o pis işçi olmuşdusa, bu üzə çıxardı. Onu iclasa çağırmışlar, lakin o heç bir sənədlə tanış olmamış, imza çəkməmişdir. Həmçinin ona "xxxx" MMC ilə bağlı məlumat da verilməyib. Ona deyilmişdir ki, "xxxx" MMC-də xadimə, bağban kimi işlər var. O da razılaşmamışdır. İşdən çıxarılmamışdan əvvəl iclas keçirilməyib. Onlara "xxxx" MMC-yə müraciət etmək tövsiyə olunub. Lakin bu iclas formasında olmamışdır, onlara sadəcə məlumat vermişlər. Onların hüquqları pozulmuşdur, ştat ləğv olunmayıb, sadəcə adı dəyişdirilib. Onun və İbadova Qətibənin yerində işləyən şəxslər nə ixtisasca, nə savadca, nə də məsuliyyətcə artıqdırlar. Onun orada heç bir problemi, xətası olmamışdır. İşçi seçimi düzgün olmayıb. Osmanov Xalıq və Nəzərli Yaqub başqa sahənin elektro mexanikləri olublar. Onların sahəsi ləğv olunub. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı uzun müddət X1 işləmişdir. 28 oktyabr 2021-ci il tarixdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən struktur dəyişikliyi ilə əlaqədar olaraq müəssisədə elektromexanik ixtisası ixtisar olunmuşdur və buna görə də iddiaçı işdən azad olunmuşdur. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar olaraq) işdən azad edilməsi barədə 09 fevral 2022-ci il tarixli əmr var. Struktur dəyişikliyi ilə əlaqədar həmin ştat artıq ştat cədvəlində mövcud deyil, işçinin həmin ştata bərpa olunması qeyri-mümkündür. Hesab edirlər ki, iddiaçı qanuna uyğun olaraq işdən azad edilmişdir. Həmçinin qarşı tərəfin ixtisarla əlqədar işdən çıxarılma ilə bağlı qanunvericilikdə əks olunan üstünlük verilən şəxslər kateqoriyasına aid olması ilə bağlı hər hansı sənəd yoxdur. Ona görə də hesab edirlər ki, iddia əsassızdır. 28 oktyabr 2021-ci il tarixli əmrlə struktur dəyişikliyi olub. Həmçinin İsmayıllı TKQ-nin razılıq məktubu da olmuşdur. X22 X6 Şöbəsi yaradılıb. Bu barədə iddiaçıya məlumat verilib. İş materiallarında xəbərdarlıq məktubu var. Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq işçilərin və ştatın ixtisarı ilə bağlı olaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçıya qarşı hər hansı qərəzli, xüsusi mövqe nəzərdə tutulmamış, iddiaçı ilə yanaşı bir neçə şəxsin də əmək müqaviləsinə ixtisarla əlaqəli olaraq xitam verilmişdir. Həmin sənədlər artıq məhkəməyə təqdim olunub. Əvvəlki ştat cədvəli ilə indiki ştat cədvəlini müqayisə etdikdə görünür ki, artıq elektromexanik vəzifəsi mövcud deyil. Hansı ki, iddiaçı həmin vəzifəyə işə bərpa tələbi ilə iddia irəli sürmüşdür. Artıq mövcud olmayan ştat üzrə iddia tələbinin irəli sürülməsi doğru deyil. Eyni zamanda iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Həmçinin keçən məhkəmə iclasında qarşı tərəf ona işdən çıxarılarkən başqa işin təklif olunmadığını bildirmişdi. Lakin özləri də etiraf etdilər ki, başqa iş təklif olunub. İş materiallarında olan Həmkarlar İttifaqı Komitəsinin 21 dekabr 2021-ci ildə keçirilmiş iclasın protokolundan da görünür ki, həqiqətən də həmin ixtisarla bağlı çıxarılacaq işçilər dəvət olunaraq iclas keçirilmiş, orada işçilərə "xxxx" MMC ilə bağlanılmış müqavilə əsasında müəyyən iş yerlərində işləmək təklif olunmuşdur. İşçilərin çoxu bununla razılaşmışdır, lakin iddiaçı və İbadova Qətibə adlı şəxs "xxxx" MMC ilə müqavilə bağlamaqdan imtina etmişlər. Bu "xxxx" MMC-yə verilən işçilərin siyahısından görünür. Eyni zamanda elektromexanik vəzifəsində çalışan digər şəxslərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı sənədlər əlavə olunub. Eyni zamanda Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərin sayının və ştatın ixtisar edilməsi işəgötürənin əsas hüquqlarından biridir. İddiaçı və digər şəxslərlə bağlı siyahı təqdim olunduqda Həmkarlar İttifaqı Komitəsi tərəfindən də həmin məsələyə baxılıb rəy verilmiş və həmin şəxslərin əmək qanunvericiliyində qeyd olunan üstünlük hüququna malik olan şəxslər siyahısına düşmədiyi məlum olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsini tam qanuni hesab edir və iddia tələbinə etiraz edirlər. 13 nəfərlə bağlı Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, onlardan 5 nəfər elektromexanik vəzifəsində çalışmışdır. Elektromexanik vəzifəsində çalışanların əmək müqaviləsinə ştat ixtisarı ilə xitam verilmişdir. İddiaçı ilə eyni vəzifədə olan şəxslər İbadova Qətibə, Həsənova Tamilə, Məmmədzadə Əli, Qədirova Abidə adlı şəxslərdir. "xxxx" MMC-yə də tələb olunan işlərin siyahısı təqdim olunmuşdur və həmin işlər ixtisar olunan şəxslərə təklif olunmuşdur. Həmçinin işçilərin əksəriyyəti həmin işlərlə razılaşmışdır. Lakin iddiaçı həmin vəzifədən imtina etmişdir. Bununla yanaşı artıq 2023-cü 16 mart tarixində iddiaçının şikayəti ilə bağlı yenidən Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və protokol tərtib olunmuşdur. Bundan sonra artıq iddiaçıya əməliyyatçı vəzifəsi təklif olunmuşdur və iddiaçı bununla da razılaşmamış, əvvəlki işinə bərpa olunmaqla bağlı israr etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr 09 fevral 2022-ci il tarixinə təsadüf edir. İbadova Qətibənin də işdən çıxarılması təxminən eyni vaxtlarda olub. Şikayət 2023-cü ildə olub, lakin Həmkarlar İttifaqı Komitəsinin protokolu 2021-ci il tarixlidir. İddiaçı da bundan məlumatlı olub. Həmin protokola əsasən rəy tərtib olunub. Həmkarlar İttifaqının rəyi alınandan sonra əmək müqaviləsinə xitam verilib. İddiaçı protokolla tanış olub. Xanım protokolu imzalayıb. İşçi seçimi ilə bağlı məsələ artıq işəgötürənin səlahiyyətinə aid olan məsələdir. Bununla bağlı qanunsuzluğun olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Ola bilər ki, müəyyən sahələr bir-birinə yaxındır, lakin ştat olaraq fərqli vəzifələrdir. İbadova Qətibə, Həsənova Tamilla, Məmmədzadə Əli və Qədirova Abidə iddiaçı ilə eyni qovşaqda elektro-mexanik olublar. Hazırda heç biri X17 İsmayıllı filial şöbəsində çalışmırlar. Əmək Məcəlləsinə əsasən işçilərin sayının, ştatın ixtisarına görə attestasiya keçirilmir, bununla bağlı Həmkarlar İttifaqı Komissiyasının iclası keçirilir. Yeni iş təklifləri ilə bağlı işəgötürənlə danışılmalıdır, həmçinin hesab edir ki, əməliyyatçı vəzifəsi yenidən iddiaçıya təklif oluna bilər. X17 İsmayıllı filial şöbəsində əməliyyatçı vəzifəsi təklif olunub. Əgər qarşı tərəf razı olarsa, işəgötürənlə bu barədə müzakirə aparmaq olar. Yenidən əməliyyatçı vəzifəsi təklif oluna bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin İsmayıllı Filialının Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X17 filialının yaranması ilə əlaqədar olaraq yeni ştat cədvəlində bəzi vəzifələrin ixtisarı ilə əlqədar məktubda adları göstərilən işçilərin ixtisar olunmasına, onlarla bağlanmış əmək müqavilələrinə ixtisarla əlaqədar xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan Cavabdeh MMC-nin İsmayıllı TKQ HİK-nə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-171/21 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən “Aztelekom’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində səmərliliyin və operativliyin təmin edilməsi məqsədilə Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ şöbələrinin tabe olduğu X17 Filialının strukturu təsdiq edilmişdir. X17 Filialında və onun tabeliyində olan struktur bölmələrdə işləyən işçilərin sayının və ştatların həmin əmrlə təsdiq edilmiş ştat cədvəlinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə aşağıda adlları qeyd olunan işçilərin tutduğu vəzifə ştatlarının ixtisarı ilə əlaqədar həmin işçilər ilə bağlanılmış əmək müqavilələrinə xitam verilməsinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Müraciətdən görünür ki, ixtisarı nəzərdə tutulan elektromexanik vəzifəsində çalışan işçilər aşağıdakılardır: 1. İddiaçı - xx.xx.1965-ci il təvəllüdlüdür, orta-ixtisaslıdır (Voronej Politexnk texnikumu-avtomatik elektrik rabitəsi). xx.xx.1990-cı il tarixdən X2 əməkdaşıdır. Halhazırda elektromexanik vəzifəsində çalışır; 2. X9 -xx.xx.1962-ci il təvəllüdlüdür, orta ixtisasdır (Bakı Rabitə Elektrotexnikumu-çoxkanallı elektrik rabitəsi). xx.xx.1981-ci il tarixdən X2 əməkdaşıdır, Hal-hazırda elektromexanik vəzifəsində çalışır; 3. X12 xx.xx.1970-ci il təvəllüdlüdür, orta ixtisaslıdır (Bakı Rabitə Elektrotexnikumu-avtomatik elektrik rabitəsi). xx.xx.2013-cü il tarixdən X1 elektromexanik vəzifəsində çalışır; 4. X7 xx.xx.1961-ci il təvəllüdlüdür, orta ixtisaslıdır (Bakı Rabitə Elektrotexnikumu-çoxkanallı elektrik rabitəsi). xx.xx.1994-cü il tarixdən X2 əməkdaşıdır. Hal-hazırda elektromexanik vəzifəsində çalışır; 5. X10 - xx.xx.1993-cü il təvəllüdlüdür, orta-ixtisaslıdır (Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci-rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri). xx.xx.2017-ci il tarixdən X1 elektromexanik vəzifəsində çalışır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İsmayıllı TKQ HİK-nin Cavabdeh MMCnin 13 nəfər işçinin ixtisarı ilə əlaqədar olaraq göndərilmiş məktubunun müzakirəsi üçün keçirilmiş yiğıncağın 31 nömrəli Protokolundan görünür ki, iclasda iştirak edən ixtisara düşən işçilərdən İddiaçı, İbadova Qətibə istisna olmaqla digər işçilər təklifə görə təşəkkürünü bildirərək DOST İş Mərkəzinə müraciət etməyə etiraz etməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İsmayıllı TKQ HİK-nin İddiaçı şikayəti ilə əlaqədar olaraq keçirilmiş yığıncağın 31 nömrəli Protokolundan görünür ki, İddiaçı DŞRF-nın rəhbərinin tövsiyəsi əsasında hal-hazırda şöbənin MƏS sektorunda vakantda olan əməliyyatçı vəzifəsi təklif edilmiş, lakin İddiaçı yalnız ixtisara düşdüyü EATS-da olan vəzifəsinə geri qayıtmaqda israr edərək təklif olunan vəzifədən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, k/ə 339 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, k/ə 340 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X3 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, k/ə 338 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 339 nömrəli əmrindən görünür ki, İsmayıllı TKQ-nın elektromexaniki İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 64 nömrəli əmrindən görünür ki, İsmayıllı TKQ-nın elektromexaniki X10 xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 92 nömrəli əmrindən görünür ki, İsmayıllı TKQ-nın elektromexaniki X12 xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 340 nömrəli əmrindən görünür ki, İsmayıllı TKQ-nın elektromexaniki X9 xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 344 nömrəli əmrindən görünür ki, İsmayıllı TKQ-nın elektromexaniki X11 xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh MMC-nin X4 və X15 Filialının strukturlarının təsdiq edilməsi barədə əmrdən görünür ki, Cavabdeh MMC-nin X4 və X15 Filialının strukturları təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə-171/21 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh MMC-nin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Ağsu, Şamaxı, Qobustan, İsmayıllı (indiki İsmayıllı filialı) və Qəbələ şöbələrinin tabe olduğu X17 filialının strukturu təsdiq edilmiş, o cümlədən həmin əmrə əsasən Cavabdeh MMC-nin İsmayıllı filialının strukturunda olduğu elektromexanik vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam veriləcəyi bildirilmişdir. Xəbərdarlıq məktubunu işçi xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı X1 müddətsiz olaraq elektromexanik vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.1990-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqviləsindən görünür ki, İddiaçı X1 müddətsiz olaraq elektromexanik vəzifəsində işə qəbul edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, bu müqavilə tərəflər arasında xx.xx.1990-cı il tarixdə bağlanmış əmək müqaviləsinin yeni redaksiyada razılaşdırılmış formasıdır. İş materiallarında olan X17 Filialının xx.xx.2021-ci il tarixli Ştat cədvəlindən görünür ki, həmin ştat cədvəli siyahısında elektromexanik vəzifəsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərpoçt MMC-nin 1 saylı PF-na Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli 001167 saylı mədaxil reyestrindən görünür ki, İddiaçı 1766,12 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 80.1 və 80.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, k/ə 339 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam verilərkən Cavabdeh MMC qanunvericiliyin tələblərinə riayət etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqviləsindən görünür ki, İddiaçı X1 müddətsiz olaraq elektromexanik vəzifəsində işə qəbul edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, bu müqavilə tərəflər arasında xx.xx.1990cı il tarixdə bağlanmış əmək müqaviləsinin yeni redaksiyada razılaşdırılmış formasıdır. Daha sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə- 171/21 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh MMC-nin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Ağsu, Şamaxı, Qobustan, İsmayıllı (indiki İsmayıllı filialı) və Qəbələ şöbələrinin tabe olduğu X17 filialının strukturu təsdiq edilmiş və X17 Filialında və onun tabeliyində olan struktur bölmələrdə işləyən işçilərin sayının və ştatların həmin əmrlə təsdiq edilmiş ştat cədvəlinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə ştatların ixtisarı ilə əlaqədar bəzi işçilər ilə bağlanılmış əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq Cavabdeh MMC İddiaçı xx.xx.2021-ci il tarixli Xəbərdarlıq məktubu ünvanlamış və məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ə- 171/21 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh MMC-nin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Ağsu, Şamaxı, Qobustan, İsmayıllı (indiki İsmayıllı filialı) və Qəbələ şöbələrinin tabe olduğu X17 filialının strukturu təsdiq edilmiş, o cümlədən həmin əmrə əsasən Cavabdeh MMC-nin İsmayıllı filialının strukturunda olduğu elektromexanik vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar xəbərdarlığı aldığından bir müddət sonra onunla bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam veriləcəkdir. Xəbərdarlıq məktubunu işçi xx.xx.2021-ci il tarixdə imza etməklə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Belə ki, ştatları ixtisar etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Habelə qanunvericiliyin tələbindən irəli gələrək Cavabdeh MMC İsmayıllı TKQ HİKə xx.xx.2021-ci il tarixli müraciət ünvanlayaraq X17 Filialında və onun tabeliyində olan struktur bölmələrdə işləyən işçilərin sayının və ştatların həmin əmrlə təsdiq edilmiş ştat cədvəlinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə müraciətdə adlları qeyd olunan işçilərin tutduğu vəzifə ştatlarının ixtisarı ilə əlaqədar həmin işçilər ilə bağlanılmış əmək müqavilələrinə xitam verilməsinə münasibət bildirilməsi istənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İsmayıllı TKQ HİK-nin Cavabdeh MMC-nin 13 nəfər işçinin ixtisarı ilə əlaqədar olaraq göndərilmiş məktubunun müzakirəsi üçün keçirilmiş yiğıncağın 31 nömrəli Protokolundan da görünür ki, iclasda iştirak edən ixtisara düşən işçilərdən İddiaçı, İbadova Qətibə istisna olmaqla digər işçilər təklifə görə təşəkkürünü bildirərək DOST İş Mərkəzinə müraciət etməyə etiraz etməmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli İsmayıllı TKQ HİK-nin İddiaçı şikayəti ilə əlaqədar olaraq keçirilmiş yığıncağın 31 nömrəli Protokolundan görünür ki, İddiaçı DŞRF-nın rəhbərinin tövsiyəsi əsasında hal-hazırda şöbənin MƏS sektorunda vakantda olan əməliyyatçı vəzifəsi təklif edilmiş, lakin İddiaçı yalnız ixtisara düşdüyü EATS-da olan vəzifəsinə geri qayıtmaqda israr edərək təklif olunan vəzifədən imtina etmişdir. Bundan əlavə, iş materiallarında olan X17 Filialının xx.xx.2021ci il tarixli Ştat cədvəlindən də görünür ki, həmin ştat cədvəli siyahısında elektromexanik vəzifəsi nəzərdə tutulmamışdır. Eyni zamanda İddiaçı Mehdi qızı ilə eyni vəzifədəelektromexanik vəzifəsində çalışan digər işçilərlə də əmək müqaviləsinə eyni əsasla AR ƏM-nin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1631/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1631/2023
18.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver