Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1633/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının vəkili Vəkil Novruz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Xəyyam qızına qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Xəyyam qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xəyyam qızından 37000 manat əsas borcun, 1000 manat əldən çıxmış faydaya görə, 31.40 manat ödənilmiş dövlət rüsumunun 11,50 manat etibarnamə üçün ödənilmiş pulun, 510 manat vəkilə ödənilmiş pulun, cəmi 38552,90 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzun müddətdir ki,bir birini tanıyırlar, alış verişləri olmuş, inam etibar qazanmışlar. Bu səbəbdən ona inanıb 37000 manat pul vermişdir. Cavabdeh ona olan borcunu müxtəlif bəhanələr gətirərək vermək istəmir. Nəhayət ondan yazılı qəbz almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə yazılı qəbz yazaraq ona olan 37000 manat bocunu xx xxxxxx 2020-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Artıq onun verdiyi sözünə əməl etmədiyini görüb məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, iddia tələbi tam qanuni əsaslı olduğundan cavabdehdən 37000 manat əsas borcun, 1000 manat əldən çıxmış faydaya görə, 11.50 manat etibarnaməyə ğörə, 30.40 manat etibarnaməyə üçün ödənilən və 510 manat vəkilə ödənilmiş pul alınaraq mənə verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh Cavabdeh Xəyyam qızı iddiaçıya 37000 manat məbləğində borcunun olduğunu, bağı satdıqdan sonra 2020-ci il dekabr ayının 31-ə kimi bütün borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 37000 manat məbləğində borc verilmişdir. Bu iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdə də öz əksini tapmışdır. Belə ki, həmin qəbzdə cavabdeh Cavabdeh Xəyyam qızı iddiaçıya 37000 manat məbləğində borcunun olduğunu, bağını satdıqdan sonra 2020-ci il dekabr ayının 30-na kimi bütün borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Xəyyam qızından 37000 manat əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 31,40 manat məbləğində dövlət rüsumu Cavabdeh Xəyyam qızından tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi 1000 manat əldən çıxmış faydaya görə, 11,50 manat etibarnamə üçün ödənilmiş pulun, 510 manat vəkilə ödənilmiş pulun ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında həmin tələbləri sübut edəcək heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Xəyyam qızından 37000 (otuz yeddi min) manat əsas borc və ödənilmiş 31,40 (otuz bir manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1633/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1633/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver