Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1646/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və onların həmin yaşayış sahəsinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evini əvvəlki sahibi Anara Fərəcovadan 33.000 ABŞ dollarına almışdır. Yaşayış evini aldıqdan sonra o, X2, anası Cavabdeh, iki övladı X8 və İddiaçı2 ilə birlikdə yaşayış evinə köçərək, hazırkı vaxta kimi orada yaşayırlar. Yaşayış evinin bütün kommunal xərclərini özü ödəyir. Yaşayış evinə elektrik enerjisi, qaz və su sayğacları quraşdırılmışdır və abunə kodları onun adına açılmışdır. Bununla bağlı onunla müvafiq müqavilələr bağlanmışdır. Evə onun adına stasionar telefon xətti çəkilmişdir. Yəni, o, 2012-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə daimi olaraq yaşayaraq, yaşayış evinə sahiblik və istifadə hüququnu həyata keçirir. Uzun müddətdir ki, evin bütün kommunal xərclərini ödəmişdir. Yaşayış evi kommunal şəraitlidir, arxitektura və memarlıq qaydalarının tələblərinə tam cavab verir. Yaşadıqları müddət ərzində yaşayış sahəsini cari və əsaslı təmir etdirmış, kommunal xidmət haqqlarını vaxtında ödəməklə, yaşayış sahəsindən açıq, fasiləsiz və vicdanla istifadə edirlər. Yaşayış evinin ayrıca giriş-çıxışı var, digər binalara, qurğulara və kommunikasiya xətlərinə, qonşulara heç bir maneçilik törətmir. X2 xx.xx.2020-ci ildə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra uşaqları Berk və Tunanın yetkinlik yaş dövründə etdikləri səs-küy anası Cavabdeh narahat etməyə başlamış və münasibətləri pisləşməyə başlamışdır. Bu səbəbdən anası Cavabdeh onu və övladlarını yaşadıqları Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə buraxmır. Onların isə həmin evdən başqa yaşayış yerləri yoxdur. Onun uşaqları Berk və Tuna həmin ünvandan orta məktəbə - Bakı Türk Anadolu Liseyinə getmişlər və həmin ünvan üzrə ünvan 2ktları təsdiq edən arayışları və müqavilələri iddia ərizəsinə əlavə etmişdir. Onun və uşaqlarının əşyaları hazırda da həmin evdədir. Onlar Yasamal Rayon Polis İdarəsində qeydiyyatda olmuşlar, hazırda onlara məlumat verilmədən qeydiyyatları ləğv edilmiş və şəxsiyyət vəsiqələri deaktiv edilmişdir. Onlar Yasamal RPİ-yə müraciət edərək qeydiyyatlarının bərpa edilməsini xahiş etmişlər. Lakin Yasamal RPİ xx.xx.2023-cü il tarixli məktubu ilə onların qeydiyyatını bərpa etməkdən imtina etmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Yaşayış evinə köçürülmələri bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə etdikləri müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məsələ mülki xarakterlidir və məhkəməyə müraciət etmələri tövsiyyə olunur. Göründüyü kimi, polis orqanlarına müraciətlərinin nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hazırda iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etdi və anası İddiaçı1 izahatında göstərilənlərlə razı olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, o, hazırda abutiriyentdir, ali məktəbə imtahan verməlidir. Şəxsiyyət vəsiqəsinin dekativ olması onun bu haququnu həyata keçirməyə mane olur. O, dostları ilə yaşadıqları Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evində yüksək səslə müsiqiyə qulaq asnda və telefonla yüksək səslə danışaqda nənəsi Cavabdeh əsəbləşirdi və ona irad tuturdu. Bu səbəbdən münasibətləri pisləşmiş və nənəsi onları evə buraxmamışdır. Hazırda onun 18 yaşı tamam olmuşdur və o, səhvini başa düşmüşdür. Bundan sonra davranışlarına diqqət edəcəkdir. Hazırda onların yaşamağa yeri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, İddiaçı1 onun qızı, X8 və İddiaçı2 isə nəvələridir. İddiaçı1 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evini Anara Fərəcovadan 33.000 ABŞ dollarına almışdır. Yaşayış evini aldıqdan sonra o, X4, qızı İddiaçı1 və nəvələri X8 və İddiaçı2 ilə birlikdə həmin yaşayış evinə köçərək, hazırkı vaxta kimi orada yaşayırlar. Yaşayış evinin bütün kommunal xərclərini İddiaçı1 ödəyir. Elektrik, qaz və su bildirişləri İddiaçı1 adına gəlir. Onlar həmişə mehriban yaşamışlar. X4 xx.xx.2020-ci ildə yaşadıqları evdə vəfat etmişdir. Ərinin vəfatından sonra nəvələri Berk və Tunanın etdikləri səs-küy onu narahat etməyə başlamış, namaz qıldığı vaxt yüksək səslə müsiqi dinləmələri ona mane olmuş və əsəbləşmişdir. Bu səbəbdən o, qızını və nəvələrini yaşadıqları Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə buraxmamışdır. Onların həmin evdən başqa yaşayış yerləri yoxdur. Bu səbəbdən hazırda qızı İddiaçı1 və nəvələri X8 və İddiaçı2 köçüb onunla birlikdə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evində yaşamalarına etiraz etmir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallardan və işdə olan sənədlərdən göründüyü kimi, İddiaçı1 xx.xx.2012-ci il tarixdə tərtib edilmiş sadə yazılı müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evini əvvəlki sahibi Anara Fərəcovadan 33.000 ABŞ dollarına satın almışdır. İddiaçı1 2012-ci ildən X2, anası Cavabdeh, iki övladı X8 və İddiaçı2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə köçərək, hazırkı vaxta kimi orada yaşayırlar. Yaşayış evinə elektrik enerjisi, qaz və su sayğacları quraşdırılmışdır, ********** nömrəli stasionar ev telefonu çəkilmiş, İddiaçı1 ilə müvafiq dövlət orqanları arasında müqavilələr bağlanmış və abunə kodları İddiaçı1 adına açılmışdır. İddiaçı1 2012-ci ildən ailə üzvləri ilə birlikdə həmin evdə daimi olaraq yaşaması, evə sahiblik və oradan istifadə etmələri işin mübahisəsiz halıdır. Yaşayış evinin ayrıca giriş-çıxışı var, 3 yaşayış otağı, mətbəx, dəhliz, hamamsanitar qovşağı tikililərindən ibarətdir. (19 saylı MKİS eskiz layihəsi) İddiaçı1 X2 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra iddiaçının uşaqları Berk və Tunanın yetkinlik yaş dövründə etdikləri səs-küy anası Cavabdeh narahat etməyə başlamış və münasibətləri pisləşməyə başlamışdır. Bu səbəbdən Cavabdeh iddiaçını və övladlarını yaşadıqları Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə buraxmamışdır. İddiaçıların həmin evdən başqa yaşayış yerləri yoxdur. İddiaçının uşaqları Berk və Tuna həmin ünvandan orta məktəbə - Bakı Türk Anadolu Liseyinə getmişlər və həmin ünvan üzrə ünvan 2ktları təsdiq edən arayışlar və müqavilələr iş materiallarına əlavə edilib. İddiaçıların əşyaları hazırda da həmin evdədir. Onlar Yasamal Rayon Polis İdarəsində qeydiyyatda olmuşlar, hazırda onlara məlumat verilmədən qeydiyyatları ləğv edilmiş və şəxsiyyət vəsiqələri deaktiv edilmişdir. Cavabdeh hazırda iddiaçıların mübahisəli mənzilə köçüb yaşamalarına etiraz etmir. İddiaçıların yaşadıqları və köçmək istədikləri fərdi yaşayış evi özbaşına tikili olmaqla, torpaq sahəsinin və tikilinin hüquqmüəyyənedici sənədləri yoxdur. Bu səbəbdən iddia tələbi yaşayış sahəsindən istifadə hüquqlarının tanınması hissəsində təmin edilə bilməz. İddia tələbi yalnız mənzilə köçürülmə hissəsində təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X3rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X7rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 2012-ci ildən qeydiyyatsız yaşadıqları Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə köçürülməlidirlər. İddia tələbi qalan, yəni - yaşayış sahəsindən istifadə hüquqlarının tanınması hissədə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 qeydiyyatsız yaşadıqları Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsindəki 20 nömrəli fərdi yaşayış evinə köçürülsünlər. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1646/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1646/2023
17.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver