Məhkəmə qərarları › İş №2(004)-1652/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1652/2022

06.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1652/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı İddiaçının vəkili Vəkil Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 bütün əmlakları (əşyaları) ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etdiyini, halhazırda yaşayış yeri olmadığı üçün qeyd edilən ünvan 1 ünvanında yerləşən mənzildən çıxa bilmədiyini bildirmiş və yaşayış yeri tapana qədər ona müddət verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, dövlət tərəfindən onlara ev verildikdə həmin mənzildən çıxacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini, dövlət tərəfindən onlara ev verilənədək həmin mənzildə qalmaqlarına möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 06.12.1995-ci il tarixli sərəncamına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 13№-li evin , 86 №-li mənzili X1 mülkiyyətinə əvəzsiz verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13, mənzil 86 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı MKİS tərəfindən verilmiş 20.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X4, X2, X3, X5 yeni Yasamal-1 küçəsi, 13 saylı evin 86 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı MKİS tərəfindən verilmiş 22.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Yeni Yasamal-1 küçəsi, 13 saylı evin 86 saylı mənzilində Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Məhkəmə tərəflərin izhatlarını, dinləyərək iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yeni Yasamal-1, ev 13, 86 saylı mənzilin iddiaçının xüsusi mülkiyyətində olması iş materialları ilə sübuta yetirilmişdir. Cavabdehlər mənzilə sahiblik etməklə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Cavabdehlərin mənzilə dair hər hansı hüquqları müəyyən edilmədiyindən məhkmə hesab edir ki, mülkiyyətçinin hüquqları qorunmalı və cavabdehlər iddia ərizəsində qeyd edilən mənzildən çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki, bütün əmlakları (əşyaları) ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində iddia tələbi qeyri-dəqiq olduğundan həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar