Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1652/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilədə nəzərdə tutulan sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilədə nəzərdə tutulan sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 14 avqust 2018-ci il tarixli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləsində, ona məxsus olan və cavabdeh tərəfindən sökülən Bakı şəhəri, Səbail rayonu, X5 küçəsində yerləşmiş 76 saylı qeyri yaşayış sahəsinin əvəzinə müqavilədə nəzərdə tutulan sahənin tam təmirli təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli Seriya RX 083176 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 76 saylı qeyri-yaşayış sahəsi ona məxsus idi. Lakin 2018-ci il tarixdə Cavabdeh MMC Mənzil Tikinti Kooperativi tərəfindən təklif gəlmişdir ki, həmin sahədə olan daşınmaz əmlak sökülərək, əvəzinə yeni tikilmiş binada, əlavə kvadrat metrə olmaq şərti ilə əlavə sahə verilsin. Nəticədə onunla Cavabdeh MMC Mənzil Tikinti Kooperativ arasında 14 avqust 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsində yerləşən, ümumi sahəsi 16.4 kvadrat metrədən ibarət qeyri yaşayış sahəsi cavabdeh tərəfindən sökülərək, əvəzinə yerinə tikilən binada 20%-ə qədər artıq sahə əlavə olaraq, tam təmirli olunması şərti ilə ona verilməli idi. Cavabdeh tərəfindən tikiləsi yeni yaşayış kompleksi 24-36 ay ərzində təhvil verilməli idi. Lakin həmin yeni tikilmiş yaşayış kompleksi artıq neçə vaxtdır ki, hazırdır. Tərəfindən dəfələrlə cavabdehlə görüş keçirərək, bildirmişdi ki, məhz müqavilə vardır və həmin müqaviləyə əsasən ona sahə verilməlidir. Lakin cavabdeh tərəfindən ona bildirilmişdir ki, köhnə tikilmiş əmlakda ona məxsus olan kvadrat metrəsində sahə yeni tikilmiş yaşayış kompleksində yoxdur və buna əsasən ona həmin yerdə sahə verə bilmirlər. Hal-hazıradək tərəfindən və ya hüquqşünası tərəfindən cavabdehə zəng vurularaq, cürə bəcür vədlər verilir, lakin əməl olunmur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, X5 küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 16.4 m2 olan xüsusi mülkiyyət xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh MMC ilə İddiaçı 657 nömrəli reyestrlə etibarnamə əsasında nümayəndəsi X4 arasında bağlanmış mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında 14 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Səbail rayonu, X5 küçəsi, 76 ünvanında 16.4 m2 ümumi sahəsi olan sahəni yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-yə təhvil verir. Cəmiyyət isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahənin ümumi sahəsi ölçüsü və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sakin cəmiyyət tərəfindən ona göndərilmiş sahənin boşaldılması haqqındakı bildirişi aldığı tarixdən bir ay müddətinə əmlakını boşaldaraq cəmiyyətə təhvil verməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən yeni sahənin sahəsi təhvil götürülən mövcud sahənin sahəsindən az olmamalıdır. Yeni sahənin təhvil verilməsi olduğu tarix: 24- 36 ay. Yeni sahənin həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitlə cəmiyyət tərəfindən mülkiyyətçiyə təhvil verilməlidir. Yeni sahənin mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir və bununla mülkiyyətçiyə yeni mənzilə mülkiyyət hüququ tam ötürülür. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqimənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. "İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 6.l-ci maddəsində qöstərilir ki, hər kəs onun mülkü hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətlə və açıq araşdırılması hüququna malikdir. X.İ.Qasımovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstisusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliUyi baxımından mühüm şərtlərdən biridir. Bu hüquq mütləq hüquq olmasa da, onun üzərinə qoyulan məhdudiyyətlər qanunda nəzərdə tutulmalı və hüququn mahiyyətinə xələl qətirə biləcək dərəcədə maneələr törətməməlidir. Məhkəməyə müraciət (məhkəmə müyəssəriiyi) hüququ məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) tərkib hissəsi olmaqla yanaşı bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır. “Avropa İnsan Hüquqları Məhkəməsinin” “Delkur Belçikaya qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə 3 elementin vəhdətini nəzərdə tutur qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu, məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məslələri həll etmək üçün kifayət qədər geniş yurikdiksiyayu malik olması və müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər Cavabdeh MMC ilə İddiaçı 657 nömrəli reyestrlə etibarnamə əsasında nümayəndəsi X4 arasında mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında 14 avqust 2018-ci il tarixdə müqavilə bağlanmış və Bakı şəhəri Səbail rayonu, X5 küçəsi, 76 ünvanında 16.4 m2 ümumi sahəsi olan sahəni yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-yə təhvil verir və Cəmiyyət isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahənin ümumi sahəsi ölçüsü və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verilməsi barədə razılığa gəlmişlər. Lakin Cavabdeh MTK tərəfindən müqavilə üzrə nəzərdə tutulan öhdəlik icra olunmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Cavabdeh MMC ilə İddiaçı 657 nömrəli reyestrlə etibarnamə əsasında nümayəndəsi X4 arasında bağlanmış mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında 14 avqust 2018-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri Səbail rayonu, X5 küçəsi, 76 ünvanında ümumi sahəsi 16.4 m2 olan sahəyə əlavə olaraq onun 20%-ə qədər artıq sahəni Cavabdeh MTK tərəfindən tam təmirli olaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlə bağlanmış 14 avqust 2018-ci il tarixli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sökülən Bakı şəhəri, Səbail rayonu, X5 küçəsində yerləşmiş 76 saylı qeyri yaşayış sahəsinin əvəzinə 14 avqust 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan sahəni tam təmirli olaraq İddiaçı təhvil verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1652/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1652/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver