Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1653/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı barışıq sazişinin, çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı barışıq sazişinin, çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 07.06.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri, 23 saylı Notariat ofisinin xüsusi notariusu Zaur Dəmirov tərəfindən təsdiq olunmuş barışıq sazişinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestr nömrəsi **********67-10301 olan çıxarışın ləğv edilməsi və cavabdehdən 55.000 (əlli beş min) manat pulun alınıb özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən məhkəmənin dəftəxanası vasitəsilə 21.02.2022-ci tarixdə ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, iş üzrə Cavabdeh tərəfindən 08 iyun 2021-ci il tarixli 2(004)-3361/2021 saylı qərardadı ilə təsdiq edilmiş 07 iyun 2021-ci il tarixli barışıq sazişində qeyd olunan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin alqı-satqısından əldə edilmiş 55 000(əlli beş min) manat miqdarında pul vəsaiti tam olaraq ödənildiyindən iddia tələbindən imtina etdiyini bildirərək, iddiadan imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266- 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh X1 qarşı Cavabdeh ilə aralarında 07.06.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri, 23 saylı Notariat ofisinin xüsusi notariusu Zaur Dəmirov tərəfindən təsdiq olunmuş barışıq sazişinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın reyestr nömrəsi **********67-10301 olan çıxarışın ləğv edilməsi və cavabdehdən 55.000 (əlli beş min) manat pulun alınıb özünə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1653/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1653/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver