Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1655/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25800 manat pul və 167,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun tərəfindən cavabdehə 01.12.2020-ci il tarixdə 46 000 manat məbləğində borc verilmiş, buna dair yazılı qəbz imzalanmışdır. Cavabdeh tərəfindən 20 200 manat pul ödənilmiş, 25 800 manat ödənilməmiş qalmışdır. Dəfələrlə borcun ödənilməsini tələb etsə də, cavabdeh qalan məbləği ödəmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, iddiaçını iki ildir ki, tanıyır. İddiaçı ilə cavabdeh X2 aralarında borcla bağlı söhbətlərin şahidi olmuş və cavabdeh iddiaçıya borcu olduğunu bildirmişdir. Cavabdeh borcu barədə 27 may 2021-ci il tarixli qəbzi oxuyaraq şahid kimi imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, iddiaçını 10 ildir ki, tanıyır. İddiaçı ilə Cavabdeh aralarında borcla bağlı söhbətlərin şahidi olmuş və cavabdeh iddiaçıya borcu olduğunu bildirmişdir. Cavabdeh borcu barədə 27 may 2021-ci il tarixli qəbzi oxuyaraq şahid kimi imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarına əlavə edilmiş 27.05.2021-ci il tarixli borc barəsində qəbzdə qeyd olunur: “Mən aşağıda imzalayan xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh (Ş.V.: AZE******** FİN:xxxxxxx) 2020-ci il il 01 dekabr tarixində ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı biznes ehtiyacları üçün aşağıdakı məbləğləri əldə etmişəm. 19 000 manat logistika taksi işinin təşkili üçün avtonəqliyyat vasitələrinin alınması; 25 000 manat meyvə daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin alınması; 2 000 manat şəxsi ehtiyaclarım üçün 26.02.2021-ci il tarixində. Ümumilikdə 46 000 manat. Bu pul müqabilində mən 2021-ci ilin yanvarından başlayaraq hər ayın beşindən gec olmayaraq 05.12.2021-ci il tarixə qədər hər ay 4400 manat, 05.01.2022-05.12.2022 tarixlərdə isə hər ay 1500 manat, ümumilikdə 70 000 manat qaytarmağa razılaşmışdım. Şəxsi ehtiyaclarım üçün isə aldığım 2000 manat isə 28.03.2021-ci il tarixində qaytarmağa söz vermişdim. Bununla birgə mən 72 000 manat ödəməyə razılığımı bildirmişəm. Bu günə qədər mən 2021-ci il yanvarda – 4400 manat, 2021-ci il fevralda – 4400 manat, 2021-ci il martda – 4400 manat, 2021-ci il apreldə – 4400 manat. Ümumilikdə 17600 manat. Yuxarıdakı qeyd olunan ödənilmiş 17 600 manat məbləğ çıxılandan sonra, mən bu günə İddiaçı 54 400 manat məbləğində borcumu şahidlərin iştirakı ilə aşağıdakı imzamla təsdiq edirəm. Qəbz borcu alan şəxs Cavabdeh, borc verən şəxs İddiaçı və şahidlər X1 və X4 imzaları ilə təsdiq etmişlər. Qəbzin arxa hissəsində Cavabdeh 11.06.2021-ci il tarixində 800 manat və 500 manat, 15.07.2021-ci il tarixində 100 manat, 30.07.2021-ci il tarixində 800 manat, 13.08.2021-ci il tarixində 400 manat ödədiyinə dair qeydlər aparılmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçıya məxsus pulların cavabdehin sahibliyində qalması iddiaçının öz mülkiyyətinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozur. İş materiallarından da görünür ki, iddiaçı tələb etməsinə baxmayaraq cavabdeh həmin pulları iddiaçının mülkiyyətinə qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus pulların cavabdeh tərəfindən ona qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının qanunla tanınmış mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin sahibliyində olan pul 25 800 manat iddiaçının mülkiyyətinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 167,4 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 25 800 (iyirmi beş min səkkiz yüz) manat borc və 167,4 (yüz altmış yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1655/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1655/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver