Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-167/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh4 və X1 nümayəndəsi Orucova X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Orucova X11, Cavabdeh4 və X7, üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə, üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan 5 otaqlı 161 saylı mənzilin hər birinin sahəsi 20 kv.m olan iki otağının ona ayrılması şərti ilə bölünməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 qəs., ev 2, mənzil 161-də, yaşayış sahəsi 71.10 kv.m olan 5 otaqlı mənzildə yaşayır və qeydiyyatdadır. Həmin mənzilin icarədarı atası X14 olmuşdur. Göstərilən yaşayış sahəsində həmçinin, qardaşı Cavabdeh1, qardaşı Cavabdeh2, keçmiş həyat yoldaşı Cavabdeh3, Cavabdeh4 qeydiyyatdadırlar. Əvvəllər valideynləri və qardaşları ilə birlikdə ünvan 2 ünvanında 12 kvadratmetrlik bir otaqlı evdə 6 nəfər atası X14, anası X13 və 3 qardaşı yaşayırdı. Mənzil şəraitinin yaxşılaşdırılmasında ehtiyac olduğdan, elementar sanitar və gigiyenik yaşayış şəraitinin olmaması ilə əlaqədar atası mənzil uçotuna alınmış, və nəticədə 1990 ildə ona ünvan 3 ünvanında beş otaqlı evə order vermişlər. Yalnız 1993cü ildə qeyd edilən yaşayış sahəsində anası X3, qardaşları X8, Cavabdeh1 və Cavabdeh2, keçmiş həyat yoldaşı Cavabdeh3, uşaqları Cavabdeh4 və X9 qeydiyyatı rəsmiləşdirilmişdir. 1990-cı ildə atası X14, 2011-ci ildə anası X13 dünyasını dəyişmişdir. Həm də anası 7 ilə yaxın, yəni 2004-cü ildən 2011 ilədək xəstə olduğu müddətdə anasının yanında olmuş və ona hərtərəfli yardım göstərmişdir. 05.06.1984 ildə X2 nikaha daxil olmuş və 35 ildir ki, birgə yaşayırlar. 1985 ildə ailə məsələlərinə görə Leninqrad vilayətinə getmək məcburiyyətində qalmış, yalnız 1996-cı ildə qayıtmışdır. 2014-cü ildə məhkəmə qərarı ilə ata evinə qeydiyyata düşmüşdür. Böyük qardaşı X16 ailəsi ilə birlikdə, o cümlədən balaca qardaşı Hüseyn daimi yaşayış yeri kimi Leninqrad vilayətinə köçmüşlər, o isə 1996-cı ildən anası, arvadı və oğlu ilə birlikdə 2011 ildə anası dünyasını dəyişənədək birlikdə yaşamışdır. 2004-cü ildə qeydiyyatı olmadığı üçün, oğlu X19 Krasnoyarsk şəhərində universitetə qəbul olmuş və bitirmiş, və cavabdehlərlə birgə yaşamaq mümkün olmadığı üçün qayıda bilməmiş və orada yaşamağa qalmışdır. 1993-cü ildən Cavabdeh3 Cavabdeh1la nikah münasibətlərini ləğv etdiklərinə görə birlikdə yaşamırlar. 2004-cü ildə isə Cavabdeh3 hiylə yolu ilə mübahisəli evə köçüb. Lakin bundan əvvəl uşaqları ilə birlikdə anasının evində yaşayırdı. Qardaşı Cavabdeh1 özü isə yenidən qeyd edilən mənzilə 2011 ildə analarının vəfatından sonra köçmüşdür. Köçməmişdən qabaq Azad ünvan 4 ünvanında yaşamışdır. Qardaşı Azad birgə yaşadığı qadın Məmmədyarova Nigarla birlikdə üçüncü otaqda yaşayırdı. Qeyd edilən vaxtdan, yəni 2011 ildən mənzildə, birgə yaşayışı mümkünsüz edən qeyri-sağlam durum yaranmışdır. Belə ki, qalmaqala çevrilən daimi mübahisələr zəmnində o və həyat yoldaşı sistematik təhqirlərə və bədən xəsarətlərinə məruz qalmışdır. 2015-ci ildə isə həyat yoldaşına bədən xəsarətləri yetirilmişdir və bu məhkəmə-tibb ekspertizasının rəyi ilə sübuta yetirilir. Azadın birgə yaşadığı tanışı Məmmədyarova Nigarın davranışı dəfələrlə hüquq-mühafizə orqanlarının baxış predmeti olmuşdur. Məhz bu səbəbdən 2018 ilin may ayından gəlin onun və həyat yoldaşının barəsində daimi tətbiq etdiyi qanundan kənar hərəkətlərinə görə mümkün cinayət təqibindən qorxaraq mübahisəli mənzildən köçmüşdür. Azad və Məmmədyarova Nigar açıqcasına bildirirlər ki, onları mənzildən məcburi sıxışdırıb çıxaracaqlar, və həmin mənzil tam şəkildə onlara qalacaq. Buna görə də rəsmi şəxslərin hərəkətsizliyi sonunda əvəzedilməz faciəyə gətirib çıxara bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh4 və X1 nümayəndəsi Orucova X17 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 180.1, 180.2, 220.1-220.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi rayon XDS-nin 10.05.1990-cı il tarixli 015457 saylı orderinə əsasən, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 71.10 kv.m olan 5 otaqlı 161 saylı mənzil X10 və onun ailə üzvlərinə daimi istifadəyə verilmişdir. X14 1990-cı ildə vəfat etmişdir. Hazırda iddiaçı mübahisəli mənzildən istifadə qaydalarının müəyyən edilməsi və mənzilin 2 otağının ona verilməsi şərti ilə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Araşdırılan hüquq münasibətləri 01.10.2009-cu il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı həmin tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 83-cü maddəsinin tələbinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə isə, icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi, İddiaçı ünvan 5 ünvanında yerləşən sahəsi 71,10 kv.m olan 5 otaqlı 161 saylı mənzilin icarədarı olmuş atası X5 vəfatından sonra özünün icarədar hesab edilməsi, həmçinin, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsinə ayrıca icarə müqaviləsinin bağlanması ilə əlaqədar müvafiq qurumlara müraciət etmədən mənzilin bölünməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə tikinti-texniki ekspertizasının 12.04.2021-ci il tarixli, 10/3145 saylı rəyi əsasında ünvan 5 ünvanında yerləşən sahəsi 71,10 kv.m olan 5 otaqlı 161 saylı mənzilin iddia ərizəsində göstərildiyi kimi hər birinin sahəsi 20 kv.m olan iki otağının iddiaçıya ayrılması şərti ilə təcrid təcrid mənzillər şəklində bölünməsinin, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etmək hüququ yaranmadığından, iddia tələbi əsassız olub rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Orucova X11, Cavabdeh4 və X7, üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-167/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-167/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver