Məhkəmə qərarları › İş №2(004)-167/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-167/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-167/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, birinci tələb üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" və ikinci tələb üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair birləşdirilmiş mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı adına olan xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1073/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair 2(004)- 167/2024 saylı mülki işlə bir icraatda birləşdirilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin mülki iş Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Birinci iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya borclu olduqları 230.000 manatın 140.000 manatının qarşılığında Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 33 saylı (yeni qaydalarla ünvan 1 mənzili onun xeyrinə özəlləşdirmişlər və bu barədə iddiaçıya ********** qeydiyyat nömrəli **********95-05301- 093156 reyestr nömrəli çıxarış verilmişdir. Lakin cavabdehlər həmin mənzili iddiaçının xeyrinə özəlləşdirsələr də, həmin mənzildən çıxmırlar və nəticə etibarı ilə iddiaçının həmin mənzil ilə bağlı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Dəfələrlə iddiaçı cavabdehlərdən mənzilin könüllü olaraq boşaldılmasını tələb etsə də sonuncular tərəfindən iddiaçının qanuni tələbi təmin edilməmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, Yeni Yasamal yaşayış massivi, massiv 2, ev 2 ünvanında yerləşən 33 saylı (yeni qaydalarla ünvan 1 mənzil iddiaçıya məxsusdur və ailəsi ilə birlikdə orada yaşayır. Qeyd olunan mənzilə bağlı "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. "xxxx" MTK-nın sədri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, həmin mənzilin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. 01 dekabr 2017-ci il tarixli qazın alğı-satqı müqaviləsindən görünür ki, iddiaçıya məxsus mənzil qaz ilə təmin edilir qaz sayğacı onun adınadır, sərfiyyata görə ödənişlər də onun tərəfindən ödənilir. 10 iyul 2023-cü il tarixdə bağlanmış su təchizatı və tullantı sularının axıdılması haqqında müqaviləyə əsasən ona məxsus mənzilin su sayğacı onun adınadır və ödənişləri də həmişə özü etmişdir. 18 dekabr 2023-cü il tarixli arayışdan da görünür ki, qeyd olunan mənzilə dair telefon nömrəsi iddiaçının adınadır, ödənişlər onun tərəfindən olunur, telefon borcu və internet borcu mövcud deyildir. Bütün bunlara baxmayaraq cavabdeh özü də 25 iyun 2023-cü il tarixdə müqavilə bağlayaraq ona məxsus evi qanunsuz və əsassız olaraq öz adına keçirmişdir. Belə müqavilədən görünür ki, həmin müqavilədə yazılır ki, gələcəkdə inşa ediləcək ev cavabdehə təklif edilir, həmin müqavilədə cavabdehə hələ inşa olunmamış mənzil təklif edilib, halbuki ona məxsus olan ev isə çoxdan inşa olunmuş və o, orada 10 ilə yaxın vaxtdır yaşayır. Buna baxmayaraq cavabdeh qanunsuz yollarla ona məxsus olan evə dair mülkiyyət hüququ əldə etmiş və onu öz evindən çıxarmaq istəyir, halbuki onun adına verilmiş sənədlərin hamısı qanunsuzdur. Ona məxsus mənzilin cavabdehin adına keçirilməsinə onun həyat yoldaşının, onun yetkinlik yaşına çatmış qızlarının razılıq ərizələri olmamışdır. Qeyd edir ki, mübahisə predmeti olan mənzil onun həyat yoldaşıyla birgə mülkiyyətindədir, həmin mənzil yoldaşıyla nikah dövründə alınmışdır. Ondan MTK tərəfindən ərizə alınanda o, aldanmışdır. Odur ki, göstərilənlərə əsasən cavabdeh tərəfindən bağlanmış 25 iyun 2023cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatlarında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini, ikinci iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatlarında ikinci tələb üzrə iddia tələbini müdafiə edərək onlar tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini, birinci tələb üzrə iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. O, müqavilənin etibarsızlığını onunla əsaslandırmışdır ki, Cavabdeh2 hazırkı borc tələbinə heç bir aidiyyəti yoxdur və o, evi girov kimi qoyması ilə bağlı razılığa gələrək aldanılmışdır. Cavabdeh1 ona münasibətdə borc münasibətlərinin yaranmasını etiraf etsə də, lakin bildirir ki, borc tam şəkildə ödənilmişdir. Bundan başqa işin hallarından görünür ki, ərizə 2018-də verilmiş, hansı həmin vaxt artıq bina inşa edilmişdir, lakin iddiaçı ilə MTK arasına bağlanmış müqavilədən müəyyən edilir ki, gələcəkdə inşa ediləcək binadan mənzil veriləcəkdir. Hesab edir ki, uyğunsuzluq təşkil edir. Bundan başqa o, X3 ilə birgə nikada olmasına bağmayaraq, ərizə verərkən ərinin razılığı olmamışdır. İş üzrə cavabdehlər isə dostluq münasibətlərindədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci iddia tələbi təmin, ikinci iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - podratçı "xxxx" MTK ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əslindən müəyyən edilir ki, “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam ödənilmişdir. Müqavilədən həmçinin müəyyən edilir ki, "xxxx" MTK-nin sədri D.R.Nəsibov tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. - podratçı "xxxx" MTK ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əslindən müəyyən edilir ki, “Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam ödənilmişdir. - "xxxx" MTK-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 220601 nömrəli arayışda göstərilmişdir ki, "xxxx" MTK-nin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzil həqiqətən İddiaçı məxsusdur. - Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən müəyyən edilir ki, onun Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilini İddiaçı (Ailə vəziyyəti ilə əlaqədar olaraq, qarşılıqlı kompensasiya müqabilində) adına sənədləşdirilməsini xahiş etmişdir. - ƏMDX DƏDKR X4 verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. -Məhkəmənin sorğusuna əsasən ƏMDX DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-30/2-41802/2023 **********02 saylı məktubundan müəyyən edilir ki, Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - "xxxx" MTK-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 154 nömrəli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MTK-nin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilin payçısıdır. Pay haqqı tam ödənilmişdir. -”Turan” MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli 23 saylı prtokolundan çıxarışından müəyyən edilir ki, vətəndaş İddiaçı kooperativə üzv qəbul edilmiş və ona "xxxx" MTK-nin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilinə tam mülkiyyət hüququ verilmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalarını tələb edir. İkinci tələb üzrə iddiaçı Babayeva X1 Aslan Əli oğlunun adına olan xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə baxış zamanı tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasından borc münasibətləri yaranmış, həmin borc müqabilində isə Cavabdeh2 "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında yerləşən yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün razılıq ərizəsi vermişdir. Cavabdeh1 nümayəndəsi və vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında borc münasibətinin olmasını qəbul edir lakin, borc məbləği tam şəkildə ödənilmişdir. Məhkəmə ilkin tələb üzrə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, nə qədər ki, borcun mövcudluğu etiraf edir, o halda həmin borcun tam şəkildə ödənilməsinin subutetmə yükü cavabdehin öz üzərinə düşür. Bundan başqa məhkəmə hesab edir ki, borc qaratılacağı təqdirdə, mənzilin digər şəxsin adına rəsmiləşdirilməsi üçün razılığın verilməsi halı inandırıcı deyildir. Odur ki, məhkəmə tərəfindən aparılan araşdırma ilə təsdiq olunur ki, borc münasibətlərindən irəli gələrək mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İkinci tələb üzrə iddiaçı Cavabdeh2 müqavilənin etibarsızlığına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla o, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı rəsmi nikahda olan ərzinin razılığının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 qeyd olunan əsasla müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, o, MTK-ya onun adından verilmiş razılıq ərizəsinin etibarlılığını mübahisələndirməmişdir. Dolayısı ilə ərizədə qeyd olunan razılığın onun könüllü iradəsini ifadə etdiyini qəbul etmişdir. Hazırkı mübahisə onun birgə nikahda olduğu ərinin maraqlarına toxunacağı halda, onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edə bilərdi və ya əri özü oxşar tələblə məhkəməyə müraciət edə bilərdi. Odur ki, məhkəmə iddiaçının dəlilini əsassız hesab edir. Məhkəmə Cavabdeh2 müqavilənin etibarsızlığına dair digər dəlili olan razılıqla, maliyyə arayışı və müqavilənin tarixlərinin uyğunsuzluğuna dair dəlilini əsassız hesab edir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, müqavilə, razılıq ərizəsi tərəflərin iradə ifadəsinə əsasən qeyd olunan formada rəsmiləşdirilmışdır. Aldanılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Eləcə də, onun hazırda mənzildə yaşayış kommunal xərcləri ödəməsi müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas deyildir. Beləliklə müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə "xxxx" MTK-nin Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Bünyadzadə 2 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci bloku, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 105,4 kv.m olan, 33 saylı mənzili almış, daha sonra xx.xx.2018-ci il tarixdə ərizə ilə MTK-ya müraciət edərək həmin mənzili ailə münasibətləri ilə əlaqədar kompensasiya qarşılığında İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və qeyd olunan xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Odur ki, göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, birinci iddia tələbi təmin, ikinci iddia tələbi rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan mənzil xx.xx.2023-cü il tarixli çıxarış əsasən əsasən İddiaçı mülkiyyətindədir. Birinci tələb üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə mübahisə predmeti olan mənzilə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Mübahisə predmeti olan mənzilə dair iddiaçının etibarlı çıxarışının olmasını və iddiaçının öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını nəzərə alaraq qeyd edir ki, mülkiyyətçi olaraq birinci iddia üzrə iddiaçının tələbi təmin edilməli cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İkinci iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan müqavilənin etibarsızlığına dəlalət edən hallar aşkar edilmədi. Belə ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə məhkəmə ikinci iddia tələbi ilə bağlı hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilə bilməz. Belə ki, qanunvericilikdə əqdlər üçün tələb olunan etibarlılıq şərtlərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. İkinci tələb üzrə iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci tələb üzrə iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 2 mənzil 33 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. İkinci tələb üzrə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar