Məhkəmə qərarları › İş №2(004)-1671/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1671/2022

16.02.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1671/2022 16.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X12 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək N-ci ilin yanvar ayının 13-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətə başlayan, N-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşməsi ehtimal olunan oğlu X4 ölmüş elan olunması və Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunan gün, 08 may N-ci il tarixdə ölüm günü hesab edilməsi haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Yasamal Rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında İİİЖГ № 499409 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında 19 noyabr 1985-ci il tarixdə 1696 №-li akt qeydi ilə nikah bağlanmışdır. Arvada Cabbarova soyadı verilimişdir. İş materiallarında olan АЗБ № 161914 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 1 iyun 1971-ci il təvəllüdlü X6 atası X9, anası isə X2r. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, mənzil 19 X1 1/3 hissədə, Maraqlı şəxs 1/3 hissədə, X3 1/3 hissədə mülkiyyətindədir. İş materiallarında olan AZ-İ № 033805 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 oktyabr 2002-ci ildə intoksikasiya səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hİssə təərfindən verilmiş xidməti xarakteristikadan görünür ki, həmin sənəddə X6 08 may N-ci il tarixdə itkin düşdüyü qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Ərizəçi ünvanladığı 31.07.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi yaxın qohumu X6 Müdafiə Nazirliyi hərbi hissəsində xidmət edərkən N-ci ilin may ayının 8-də Şuşa şəhərinin ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alındığı və mövcud qanunvericiliyə uyğun olaraq onun yalnız məhkəmə qaydasında ölmüş elan edilə bildiyi, bununla əlaqədar Dövlət Komissiyasında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında toplanmış məlumatlara dair arayışların aidiyyəti dövlət təşkilatının sorğusu əsasında verildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən Ərizəçi ünvanlanmış 03.08.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi məhkəmə orqanının səlahiyyətinə aid olduğundan, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatları zamanı 08.05.N-ci il tarixdə Şuşa şəhərində itkin düşmüş, 1971-ci il təvəllüdlü X7 ölmüş elan edilməsi ilə əlaqədar inzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası əsir və İtkin Düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 03.12.2021-ci tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yaşamış 01.06.1971-ci il təvəllüdlü X10 N-ci ilin yanvar ayında Yasamal RHK tərəfindən hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində xidmət edərkən 08.05.N-ci il tarixdə Şuşa şəhərinin ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Ə.Cabbarov barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmış və onun sonrakı taleyinə aydınlıq gətirilməsi istiqamətində birgə zəruri tədbirlər davam etdirilir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, N-ci ilin yanvar ayının 13-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətə başlayan, N-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşməsi ehtimal olunan X6 08 may N-ci il tarixdə Şuşa şəhərində vəfat etməsi elan edilməlidir. Belə ki, iş materialları ilə X6 08 may N-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə itkin düşməsi faktı müəyyən edilmiş və üzərindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq X11 haqqında məlumat əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin maddəsin 3-cü bəndinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. N-ci ilin yanvar ayının 13-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətə başlayan, N-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşməsi ehtimal olunan X10 08 may N-ci il tarixdə Şuşa şəhərində ölmüş elan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar