Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1675/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeyd edilmə faktına” dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeyd edilmə faktı” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1995-сi il tarixdə doğulmuş övladının doğum haqqında doğum faktı müəyyən edilməsi, uşaq bəndində X9, doğum tarixi xx.xx.1995-ci il, doğum yeri “Bakı şəhəri”, ata bəndində X10 milliyəti “azərbaycanlı”, ana bəndində Ərizəçi milliyəti “azərbaycanlı” yazılaraq doğum haqqında şəhadətnamənin ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 ilə xx.xx.1989-cu il tarixdə 05 saylı akt qeydinə əsasən Ağsu rayonu Növçi icra nümayəndəliyində nikaha daxil olmuşdur. Həmin nikah xx.xx.2007-ci il tarixdə 35 saylı akt qeydinə əsasən Nəsimi rayon qeydiyyat şöbəsində pozulmuşdur. Birgə nikahlarından dörd övladları var. Üç övladına doğum haqqında şəhadətnamə almışdır. Lakin oğlu X6 müəyyən səbəblərdən doğum haqqında şəhadətnamə ala bilməmişdir. Övladı ev şəraitində doğulub, həkim sənədi yoxdur. Halhazırda övladına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmir. Övladının doğum faktının qeydiyyata alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona doğumun qeydiyyata alına bilməməsi barədə qanunvericiliyin tələbləri izah edilərək xx.xx.2024-cü il tarixdə imtina məktubu verilərək məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, keçmiş yoldaşı onu 4-cü uşağa hamilə qalan zaman 3 uşağı ilə birlikdə atmışdır. O da bibisi X4gildə yaşamağa məcbur olmuşdur. Övladı Ayxanı bibisigilin evlərində dünyaya gətirmişdir. Doğuşla bağlı evə həkim çağırmamışdılar. Həmin vaxt bibisi, onun yoldaşı Fərhad Abışov və uşaqları evdə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirmişdir ki, Ərizəçi ifadəsində bildirmişdir ki, Ərizəçi onun mərhum həyat yoldaşı X1 qardaşı qızıdır. Təxminən 1993-cü ildən Gülxarə 3 uşağı ilə birlikdə onlarda yaşamağa başlamışdır. 1995-ci ilin may ayının 4-də onun oğlu dünya gəlmişdir. Doğuş onların evində olmuşdur. Həkim çağırmamışdılar. Bu barədə tibbi sənəd ala bilməmişdirlər. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan: AZ-868235 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ağsu rayonun, Qaravəlli kəndində anadan olmuşdur. Bu barədə 41 nömrəli akt qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-592/24 nömrəli məktubun məzmunundan görünür ki, Azərbaycan Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına” əsasən doğumun qeydə alınması üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi 103 nömrə formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən, bildirilir ki, doğum haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün övladının doğumunun qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəmə müraciət etməyini məsləhət görür. Azərbaycan Respublikası Nəsimi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-2326 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməsi, X7 ilə X10 arasında 20 iyun 1989-cu il tarixdə bağlanmış nikah pozulması, nikahın pozulması haqqında şəhadətnamə verilərkən tərəflərin hər birindən 27,500 manat dövlət rüsumu alınması, tərəflərin nikahlarından doğulmuş 20 may 1990-cı il təvəllüdlü Suad, 27 aprel 1991-ci il təvəllüdlü Nihad və 04 yanvar 1993-cü il təvəllüdlü Orxan anaları X3 yanında saxlanılması qət edilmişdir. 16 fevral 2024-cü il tarixdə Nəsimi rayon Qediyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, 484644 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən, X10 ilə X7 arasında nikah xx.xx.2007-ci il tarixdə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X5 doğum tarixi “xx.xx.1995-ci il”, doğulduğu yer “Bakı şəhəri”, ana bəndində “Ərizəçi”, ata bəndində “X10”, milliyəti “azərbaycanlı” qeyd edilməklə məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X5 doğum tarixi “xx.xx.1995-ci il”, doğulduğu yer “Bakı şəhəri”, ana bəndində “Ərizəçi”, ata bəndində “X10”, milliyəti “azərbaycanlı” qeyd edilməklə məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X5 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1675/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1675/2024
29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver