Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-168/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predimetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predimetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin ərizələrini araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan əlavə məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 185, 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predimetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-168/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-168/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver