Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1680/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 1000 (min) manat məbləğində pulun tutulub ona verilməsi barədə, habelə tərəfindən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi üçün ödənilmiş 150 manat və 31 manat 50 qəpik məbləğində dövlət rüsumunun da borclu Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev15, giriş-4, mənzil 298-in sahibi xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh (şəxsiyyət vəsiqəsi AA******* FİN:xxxxxxx ) mənzilini 146000 (yüz qırx altı min) manata ona satmaq üçün razılığa gəlib və o da ipoteka ilə mənzili ala biləcəyini ona bildirmişdir. xx.xx.2023-cü il tarixində "Roveks Konmark" Qiymətləndirmə şirkətinin əməkdaşı evin dəyərini müəyyənləşdirmək üçün həmin mənzildə olub və o, "Roveks Konmark” Qiymətləndirmə şirkətinə 150 manat ödəniş etmişdir. Bundan sonra mənzilin sahibi Cavabdeh ondan 1000 (min) manat beh istəmişdir. xx.xx.2023-cü il tarixində ona məxsus Birbank keşbek kartı vasitəsilə Cavabdeh Leobank kartına (kart nömrəsi **********449960) 1000 (min) manat pul göndərmişdir. Pulu alandan sonra Cavabdeh 1000 (min) manat pulu aldığını təsdiqləyib. xx.xx.2024-cü il tarixində Cavabdeh iddiaçıya zəng edərək özünə başqa bir ev almaq istədiyini bildirib və 2 (iki) gün ərzində ona 145000 (yüz qırx beş min) manatı çatdırmalı olduğunu, əks halda evi başqa adama satacağını demişdir. İdidaçı isə bu qədər pulu tapa bilməyəcəyini və onun ipoteka ilə evi satmağa razılaşdığını xatırlatmışdır. xx.xx.2024-cü ildə Cavabdeh satdığı mənzilin Vəli adlı bir şəxs tərəfindən bina.az saytında satışa qoyulduğunu görmüşdür. xx.xx.2024-cü il tarixində Cavabdeh xx.xx.2024-cü il tarixində bankların ipoteka krediti verəcəyini Whatsapp tətbiqi vasitəsilə bildirəndə Cavabdeh iddiaçıya artıq gec olduğunu və mənzili artıq 2 (iki) həftə bundan qabaq başqa adama satdığını demişdir. İddiaşı isə əvəzində ona ödədiyi 1000(min) manat behi iddiaçıya ödəməli olacağını bildirmişdir. Cavab olaraq Cavabdeh behi qaytarmayacağını deyəndə ona bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyərkən istənilən yerə şikayət edə biləcəyini demişdir. xx.xx.2024-cü ildə mənzilin yeni sahibi Vəli adlı şəxsin +99455 *** ** ** mobil telefon nömrəsi ilə telefon əlaqəsi yaratmışdır. Vəli iddiaçıya mənzili necə aldığını ətraflı şəkildə danışmışdır. Vəlinin dediyinə görə Zaur elə həmin binada yerləşən Vəliyə məxsus 4 otaqlı mənzili almaq üçün onunla sövdələşmə edib. Vəliyə təcili olaraq pul lazım olduğuna görə Cavabdeh tələsdirib. Zaur isə iddiaçının 1000 manat behini geri qaytarmağı düşünmədən Vəliyə öz mənzilini verib yerdə qalan məbləği isə nağd şəkildə ödəyib. Vəlinin iddiaçı ilə telefon danışığının səs yazısını məhkəməyə təqdim edə bilər. Cavabdehin iddiaçıdan qeyd olunan məqsədlə və 1000 (min) manat məbləğində pul almasını cavabdehin onun Whatsapp nömrəsinə yazdığı etirafedici mesajlarla sübut edəcəkdir. Qeyd edir ki, cavabdeh özü də iddiaçıdan pul aldığını danmır, etiraf edir. Lakin pulu qaytarmaqdan imtina edir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 1000 (min) manat məbləğində pul və mənzilin qiymətləndirilməsi üçün ödədiyi 150 (yüz əlli) manat borclu Cavabdeh tutulub ona verilməldir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2023-cü ilin dekabr ayının ortaları iddiaçı vasitəçi ilə birlikdə gələrək onun evinə baxmış, 2 gün sonra vasitəçi ona iddiaçının evin çıxarışına baxmaq istədiyini bildirmişdir. O evin çıxarışının şəklini çəkib vasitəçiyə göndərmişdir ki, iddiaçıya çatdırsın. Təxminən 3-4 gün sonra vasitəçi ona təkrar zəng vuraraq iddiaçının evi ipoteka ilə almaq istədiyini bildirmişdir. Təxminən dekabr ayının 24-25-də iddiaçı ona zəng edərək bildirmişdir ki, vasitəçini kənarlaşdırsınlar və öz alararında razılaşsınalr, evi ipotekaya qoysun. O da iddiaçı ilə razılaşaraq evə dair sənədləri yığıb “Xalq Bank”a təqdim etmişdir. İddiaçı ona alqı-satqını 4-5 günə rəsmiləşdirəcəklərini bildirmişdir. Bir neçə gün daha keçdikdən sonra iddiaçı ilə əlaqə saxlayan zaman sonuncu ona bankla razılaşa bilmədiyini, lakin narahat olmamağını və məsələnin həll olunacağını bildirmişdir. İddiaçı ona evə görə 1000 manat beh vermişdi. O da özünə ev tapıb 3000 manat beh vermişdi. 2024-cü ilin yanvar ayının 7-8 tarixlərində iddiaçı ona zəng edərək bankın əməkdaşının ona cavab vermədiyini bildirmişdir. Bankla əlaqə saxlayan zaman iddiaçıya ilə razılığa gələ bilmədiklərini öyrənmişdir. Daha sonra iddiaçı evi ipotekaya qoymaq alınmadığından nağd pul tapacağını və evi elə alacağını bildirmişdir. Aralarında alqı-saqtının olmamasının səbəbkarı iddiaçıdır. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 298 saylı mənzil Cavabdeh tam hüquqlu payı müəyyən edilməklə xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı adına olan Ödəniş kartı üzrə çıxarış surətindən görünür ki, 30 dekabr 2023cü il tarixdə onun tərəfindən 1000 manat məbləğində köçürmə əməliyyatı icra olunmuşdur. xx.xx.2024-cü il tarixli izahatın məzmunundan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, Yeni Yasamalda yerləşən Dadaş Bünyadzadə küçəsi, ev 15, giriş-4, mənzil 298-in sahibi Cavabdeh (AA*******) evi almaq məqsədilə xx.xx.2023-cü il tarixində öz mobil telefonuna məxsus Birbank tətbiqi vasitəsilə qeyd etdiyi Zaur adlı şəxsin Leo kartına (**********449960) 1000 manat beh göndərmişdir. Lakin, xx.xx.2024-cü il tarixində Zaur adlı şəxsin ********** mobil nömrəsinə zəng vurduqda evi başqa bir şəxsə satdığını, behini tələb etdikdə isə pulu verməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 3-cü polis bölməsinə barəsində etdiyi şikayət ərizəsilə tanış olmuşdur. Bununla bağlı bildirir ki, təxmini noyabr ayında həmin şəxs vasitəçi bir xanımla onun satışda olan evinə baxmağa gəlib və üstündən bir müddət keçdikdən sonra vasitəçi ona zəng edərək evin ipoteka almasını bildirdi. Ondan evə məxsus sənədlərin kopyasını whatsapp vasitəsilə istəyib və o da öz nömrəsindən həmin sənədləri vasitəçi xanıma göndərib. Təxminən 5 gün sonra vasitəçi ona zəng edərək həmin müştərinin onunla pis rəftar etdiyini və evi almaqdan imtina etdiyini bildirib. Təxminən 15 gün sonra ona zəng gəlib. Cavab verdikdə özünü ona tədim edib və həmin vasitəçinin dələduz olduğunu və onunla heç bir iş görmək istəmədiklərini və ona xidmət haqqı ödəmək istəmədiklərini bildirib. O, isə ona nömrəsini kimdən aldığını soruşub. Cavab olaraq vasitəçidən başqa yolla aldığını deyib. Təxminən 1 gün sonra yenidən ona zəg edərək evin sənədlərini istəyib. Bildirib ki,bankla razılığa gəlib evin dəyərləndirilməsi üçün Xalq Bankdan nümayəndə gələcək, sonra onu banka dəvət edəcəklər. O da yenə öz nömrəsindən whatsapp vasitəsilə sənədləri göndərib. Bir müddət yenədə onlardan xəbər çıxmayıb. Təxminən dekabr ayının 23-24 tarixlərində zəng edərək bildiriblər ki, abank razılıq verib və Yanvar ayının 7-i iş açılan kimi çağıracaqlar və bir gün sonra alqı-satqı olacaq.o bu dediklərinin whatsapp yazışmalarında olduğunu bildirib. Yanvar ayının 7-si heç bir xəbər çıxmayıb və ayın 8-i əlaqə saxlayaraq vəziyyət barəsində maraqlanıb, cavab olaraq yenə bankın onu incitdiyini və ondan əlavə sənəd istədiklərini bildirib. Yenə gözləməli olub. Bir gün sonra yenə whatsappa bankla razılaşdıqlarını yazıb və yoldaşına da həftənin 5-ci günü alqı-satqı olacağını deyiblər. Yenə həmin vəziyyət alınıb. Süleyman müəllimdən xəbər çıxmayıb. Yenə özü əlaqə saxlayıb və ona bankın pul ayırmadığını bildirib. Ondan necə olacağını soruşub. Cavab olaraq qohum-əqrəbadan nağd pul borc tapandan sonra ipotekaya qoyulacağını alıb .O, isə dekabr ayında verdikləri söz müqabilində başqa evə beh verdiyini bildirib. Alınmadığını və borc tapa bilmədiyini deyib. Son danışıqdan 28 gün sonra zən edib beh verdiyini deyib geri istəyib. O, isə cavabında bu söhbətdən 1 ay keçdiyini və başqa evə beh verdiyini bildirib. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 31,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Qeyd olunan maddələrin məzmunundan da görünür ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Belə olan halda isə Mülki Məcəllənin yazılı əqdin bağlanması qaydalarını tənzimləyən 331-ci maddəsində müəyyən edilmiş qaydalara riayət edilməlidir. Əgər həmin maddənin tələbləri pozularsa və ya ümumiyyətlə verilmiş məbləğin beh olub-olmamasına şübhə yaranarsa və həmin məbləğin beh olduğu sübut edilməzsə, avans kimi ödənilmiş sayılır. Hazırki işdə tərəflərin izahatı və iş materialındakı sübutlarla müəyyən olunur ki, 1000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə beh olaraq deyil, avans olaraq verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının tələbi evin qiymətləndirilməsi üçün çəkdiyi 150 manat xərcin cavabdehdən tutulması hissəsində əsassızdır. Belə ki, tərəflər arasında mənzilin alqı-satğısına dair danışıqlar getmiş, lakin iddiaçının evin dəyərini ödəyə bilməməsi nəticəsində alqı-satqı baş tutmamışdır. İddiaçının mənzilin dəyərini bankdan kredit götürməklə ödəmək istəyi və evi ipoteka ilə yüklü etməkdən ötrü qiymətləndirilməyə xərc çəkməsi onun maraq dairəsində olan məsələdir və buna görə məsuliyyəti özü daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1680/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1680/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver