Məhkəmə qərarları › İş №2(004)-1685/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1685/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1685/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mütərək qaydada Mercedez Benz C200 markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 22000 manat, xidmət haqqı kimi vəkilə ödədiyi 325 manat və məhkəməyə ödədiyi 156 manat dövlət rüsumunun, ümumilikdə 22481 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Mersedes Benz C200 **-KS-*** dövlət nömrə nişanlı avtomobilə görə ödədiyim 22000 (iyrimi iki min) manatdan 4000 manatının Cavabdeh1, qalan 18000 (on səkkiz min) manatın isə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi, həmçinin ximət haqqı kimi vəkilə ödədiyi 325 (üç yüz iyirmi beş ) manatın və məhkəməyə ödədiyi 156 (bir yüz əlli altı) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə o yaxın rəfiqə olmuş, özünə ipoteka-kreditlə mənzil almaq istəyirdi. Turalə isə ona bildirdi ki, onun avtomaşın alqı-satqısı ilə məşğul olan tanışları var. Hələlik özünə maşın alsın. Turalə ilə razılaşdı və onu Aslanla tanış etdi. Aslanla görüşdən sonra sonuncu bildirdi ki, yaxşı bir Mersedes Bens markalı maşını var, onu sata bilər. Avtomaşına baxandan sonra avtomaşını 27000 dollara ona satılmasına razılaşdı və ona 27 avqust 2022-ci il tarixdən 02 dekabr 2029-cü il tarixə kimi etibarnamə verildi. Mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan və 07 iyul 2031-ci il tarixə kimi Cavabdeh2 elibamaməli istifadə və sərəncamında olan 2014-cü il istehsalı Mersedes Benz C 200 minik markalı avtomaşınını Cavabdeh2 almaq üçün razılıq əldə etdi. Həmin avtomaşını Aslanla o hər ay 3800 manat ödəməklə 27.000 ABŞ dollarına razılaşmışdı. 2022-ci ilin sentyabr ayında Gəncə şəhərində Əbullah Gəncəvi küçəsində yerləşən MAXİ marketdə terminal vasitəsi ilə 11900 manat. 02 dekabr 2022-ci il tarixdə 6100 manat Aslanın karlına ödəniş etmişdir. Turalədə olan və ona məxsus olan 4000 manat pulu isə sonuncudan xahiş etdi ki, Aslana versin və bu barədə Aslanı xəbərdar etdi. Aslan razılaşdı və ümumi olaraq Aslana 22000 manat pul verdi. Təxminən 4-5 ay avtomaşını idarə etdi, təkərlərini yenilədi, bəzi təmir işlərini apardı, avtomaşının nömrəsini aldı, lakin 28 yanvar 2023-cü il tarixdə Aslan yanına gələrək avtomaşının pulunu tez ödəyə biləcəyini soruşdu, dedi ki, ödəyə bilməyəcək. Melissa Park yaşayış kompleksinə yanına gələrək avtomaşını əlindən aldı və dedi ki, avtomaşını salıb pulunu qaytaracaq, o çarəsiz qalıb razılaşdı, çünki ev almamağına peşman olmuşdu, haradasa sevindi ki, pulunu qaytaracaqlar, üstünü düzəldib özünə bir mənzil alar. Eyni zamanda Aslan Turalənin evinin sənədlərim ona göstərib bildirdi ki, ev tez satılacaqsa pulunu daha tez zamanda verəcək. Lakin Aslan bü günə kimi pulunu qaytarmır. Onda olan məlumata görə Aslan hər həftə ona satdığı avtomaşını maşın bazarına çıxararaq satmaq istəyir. Lakin ondan aldığı 22000 manat pulu qaytarmaq istəmir. Cavabdeh2 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Hazırki iş üzrə iddiaçının əvvəllər tanımadığından qardaşına yaxınlaşaraq bildirdi ki, ona hissə-hissə ödəmək şərti ilə avtomobil lazımdır. X3 C200 **-KS-*** dövlət nömrə nişanlı avtomobili alaraq İddiaçı satmışdır. Ona maşını idarə etmək üçün isə sürmək etibarnamə vermişdir. Sözügedən avtomobilin pulundan bir müddət ödəniş etsə də sonradan ödənişlərdən yayındığı üçün etibarnaməni ləğv etdirdi. Bundan sonra qardaşının mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət etmişdir. Həmin avtomobil qardaşına məxsus olmuş və mülkiyyət üzrə hüquqları ona aiddir. İddiaçı bugünə avtomobilə dair 44200 manat borcu yaranmışdır. Bundan başqa İddiaçı bundan bir müddət əvvəl ondan BMV markalı avtomaşını almış və onun da ödənişlərini ləngitmişdir ki, bu avtomobilə dair ümumilikdə 800 manat borcu yaranmışdır. Qeyd edir ki, Cavabdeh3 məxsus avtomobilə görə onun cavabdeh olmağı qanunsuzdur. İddiaçının isə ona məxsus telefon mağazasından götürdüyü telefonlara görə borcu vardır. Ona göndərdiyi pul telefon və telefon aksesuarlarına görə ödədiyi puldur. Buna baxmayaraq ondan aldığı avtomobilə olan borcuna aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh3 məxsus Mersedes Benz C200 **-KS-*** dövlət nömrə nişanlı avtomobil 27.000 dollara satmış və 27 avqust 2022-ci il tarixdən 02 dekabr 2029-cü il tarixə kimi etibarnamə verilmişdir. Daha sonra İddiaçı Cavabdeh3 məxsus Mersedes Benz C200 **-KS-*** dövlət nömrə nişanlı avtomobil üçün nəzərdə tutulmuş pulu ödəmədiyindən avtomobilin sahibi idarə etmək üçün verilmiş etibarnaməni ləğv etmiş və avtomobili geri almışdır. Hazırda isə İddiaçı avtomobil üçün ödədiyi pulları geri pdənilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı Mersedes Benz C200 **-KS-*** dövlət nömrə nişanlı avtomobilinə istifadə etdiyi müddətdə dəymiş ziyanı ödəsə də, iddia ərizəsindən də göründüyü kimi məlum olmuşdur ki, tərəflər arasındakı razılığa görə avtomobil İddiaçı istifadəsində olduğu müddət bütün texniki xərclərin qarşılanması iddiaçının öhdəliyi olmalıdır. Həmçinin İddiaçı razılaşdırılmış məbləği cavabdehə ödəmədiyindən, yəni razılaşmanın şərtlərinə əməl etmədiyindən avtomobil geri qaytarılmışdır. Odur ki, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası məhkəməyə hər hansı sübut təqdim olunmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar