Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1689/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İsmayıllı Ceyhun İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, vurulmuş mənəvi zərərə görə pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlı cavabdeh "xxxx" QSC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 24- 0869 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcmini artıraraq, İddiaçı bağlı cavabdeh "xxxx" QSC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 24-0869 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" QSCnin Goranboy filialına Mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi və mənəvi zərərin əvəi kimi 20.000 manatın, hüquqi yardımın göstərilməsi üçün ödənilmi. 300 manatın və 60 manat mediasiya xərcinin Cavabdeh QSC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci ildə "xxxx" QSC-yə Mikro və aqro müştərilər üzrə təcrübəçi mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vaxtdan etobarən "xxxx" QSC-nin Goranboy filialında işləmiş və işlədiyi müddət ərzində öz üzərinə düşən əmək funksiyasını vicdanla və vaxtlı-vaxtında yerinə yetirmişdir. Bunun nəticəsidir ki, vəzifədə yüksəlmiş və Mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsinə dəyişdirilmişdir. Cavabdehin 24-0869 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən əmrin verilməsi əsas olan hal əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və.s hesab edilir. Lakin səbəb Filial rəhbərinin ona qarşı qərəzli münasibətindən irəli gəlir. Cavabdeh QSC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh QSCnin müəssisədaxili yoxlamaları çərçivəsində və formalaşdırılmış standart prosedurlara uyğun olaraq X1 Şöbəsi tərəfindən Bankın əməkdaşı olan İddiaçı özündə Bankın tərəfindən pozuntuların törədildiyi aşkar edilmişdir. Belə ki, X1 Şöbəsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özündə bank müştərilərin adlarının, həmin müşyərilərin götürdüyü kreditlərə dair məlumatların və onların telefon nömrələrinini qeyd edildiyi cədvəli çap etmişdir. Bununla Bağlı İddiaçı həmin sənədlərin çapa vurmasının səbəbləri və həmin sənədlərdən necə istifadə etdiyinə dair izahat yazması tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən izahat verilmiş və izahatda sənədləri çap etdiyini və həmin sənədləri Bankın müvafiq filialının binasından kənara çıxararaq ona məxsus şəxsi avtomobilə qoyduğunu təsdiq etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə aşkar olunmuş hallara dair yoxlamanın nəticələrinə dair 02 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra İddiaçı aktla tanış olmuş və akta dair izahatının alınması üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı aktın surətini təhvil almış və akta dair xx.xx.2024-cü il tarixli izahatını təqdim etmişdir. Bu izahatında da bank müştərilərə dair məlumatların olduğu sənədləri bankın hər hansı bir rəhbər şəxsinin razılığı olmadan bankdan kənara çıxarması faktına birbaşa etiraz etməmiş və təsdiq etmişdir. Bu hallara əsasən X8 sədrinin 24-0869 nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil 12 mart 2025-ci il tarixdə AZEMİS vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı cavabdeh "xxxx" QSC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 24-0869 nömrəli, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və mənəvi zərərin əvəzi kimi 20.000 manatın, hüquqi yardımın göstərilməsi üçün ödənilmi. 300 manatın və 60 manat mediasiya xərcinin Cavabdeh QSC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, iddiaçıya digər bankdan təklif gəlmişdi deye işdən öz ərizəsi ilə çıxma barədə ərizə yazmışdır. Lakin bundna sonra bank işçiyə qarşı qərəzli münasibət göstərərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Halhazırda digər bankda çalışır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əmrdə iddiaçının izahatı və digər sübutlar kifayət qədər əsaslandırılıb. Onlar qurum olaraq işçilərlə əmək müqaviləsi ilə yanaşı bank sirrinin qorunması ilə bağlı əlavə öhdəlik imzalayırlar. Bu öhdəliyə əsasən bank işçisi hər hansı müştəri barədə olan ən sadə məlumatı belə kənara çıxara bilməz. İddiaçı isə bu tələbləri pozaraq, bankın müştəriləri barədə olan məlumatı işdən sonra öz şəxsi əşyaları ilə birlikdə bankdan çıxarmışdır. Onlar bununla bağlı iddiaçı ilə izahatı alınmış və izahatında da həmin sənədlərin bankın inzibati binasından kənara çıxardığını etiraf etmişdir. Bu isə pozuntunun olması üçün kifayət edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının çıxarmış olduğu sənədlərdən də göründüyü kimi kredit müştərilərinin ad, soyad, ata adı, telefon nömrələri, kredit borcunun həcmi, hətta bəzilərində özünün şərhi “tanımıram” kimi, qeydlər vardır. Yoxlamadan sonra izahatı alınan zaman özü həmin sənədlərin bankdan çıxarıb maşında saxladığını bildirmişdir. Bununla da əmək məcəlləsində kommersiya sirri ilə bağlı öhdəliklərini pozmuşdur. Bununla da həmin bank məlumatlarını təhlükə altına qoymuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, işçi işdən çıxma barədə ərizəsini yazdığı gün bu məlumatları çapa vermiş və bankdan çıxarmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət, Kommersiya sirri rejiminin tətbiqi və Haqsız işgüzar davranışın qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli qarışıq müqavilənin 2.4-cü bəndinə əsasən işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və ya Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatları hər hansı formada dərc etməməlidir. İşçi qəbul edir və təsdiq edir ki, Kommersiya Sirri təşkil edən məlumatların Bankdan (o cümlədən, Bankın informasiya sistemindən) kənara (özünə aid cihaz və hesablara, o cümlədən, elektron poçt ünvanlarına ötürülmə də daxildir) hər hansı vasitə ilə ötürülməsi bu Müqavilə üzrə öhdəliklərin pozulması hesab edilir. - Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh QSC-nin mikro və aqro müştərilə üzrə təcrübəçi mütəxəssi vəzifəsinə işə qəbul edilmişdir. -xx.xx.2021-ci il tarixli 2021/2024 saylı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavənin 7.1-ci bəndinə əsasən, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar, Bankın “Kommersiya sirri rejiminin tətbiqi barədə” Qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar “Kommersiya sirri” şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və bu Əmək Müqaviləsinə müvafiq olaraq Kommersiya Sirri hesab edilir. Kommersiya Sirrinin işçi tərəfindən yayılması qadağandır. Kommersiya Sirri həmçinin Kommersiya Sirrinin əsasında əldə edilən məlumatlar da daxildir. Həmin əlavənin 7.2-ci bəndinə əsasən Kommersiya Sirrinə həmçinin Kommersiya Sirrinin əsasında əldə edilən məlumatlar da daxildir. Həmin əlavənin 7.3-cü bəndinə əsasən X5 şifahi, yazılı sənəd və ya elektron formada və istənilən daşıyıcıda açıqlaya bilər. Həmin əlavənin 7.4-cü bəndinə əsasən işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatlar hər hansı formada dərc etməməlidir. İşçi qəbul edir və təsdiq edir ki, Kommersiya Sirri təşkil edən məlumatların Bankdan (o cümlədən, Bankın informasiya sistemindən) kənara (özünə aid cihazlara ötürülmə də daxildir) hər hansı vasitə ilə ötürülməsi bu maddə üzrə öhdəliklərin pozulması hesab edilir. -Cavabdeh QSC-nin xx.xx.2024-cü il tarixli “yoxlamanın nəticələrinə dair” 02 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixində X3 tərəfindən akt tərtib edilmiş, aktın doğruluğunu X3, Nümayəndə, X7 və İddiaçı imzalaı ilə təsdiq edilmişdir. yoxlama zamanı xx.xx.2024-cü il tarixində mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsində çalışan X2 müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etdiyi məlum olmuşdur. Yoxlama vaxtı mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis vəzifəsində çalışan X4 rəhbərliyin göstərişi olmadan çap etdiyi bank sirri təşkil edən müştəri məlumatlarını çap edərək Bankın (filialının) inzibati binasından kənara çıxarmağı faktı aşkar edilmişdir. Yoxlama zamanı çap edilən sənədlərə baxılmış və sənədlərin arasında müştəri məlumatlarının əks olunduğu 11 vərəqdən ibarət excell fayl aşkar edilmişdir. Yoxlama nəticəsində sənədlərin çap olunduğu aşkar edilmiş və işçi tərəfindən 04 noyabr tarixindən sonrakı 24 gün ərzində ona məxsus olan maşında saxlandığı iddia edilən sənədlər 28 noyabr 2024-cü il tarixində təhvil-təslim aktı ilə geri götürülmüşdür. Çap edilən vərəqlər bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri təşkil edən və müştərilərin fərdi məlumatlarını əks etdirən məlumatlar olduğu bir daha təsdiq edilmişdir. Bununla bağlı işçinin izahatı alınmış və İddiaçı izahatında bank sirri təşkil edən məlumatları çap etdiyin və həmin vərəqləri bankdan kənara çıxararaq maşında saxladığını qeyd etmişdir. Araşdırma zamanı İddiaçı 1 və 4 noyabr 2024-cü il tarixləri arasında məzuniyyətdə olduğu və 4 noyabr tarixində bankın və ya filialın rəhbərliyinin hər hansı göstərişi olmadan bank sirri təşkil edən məlumatların əks olunduğu faylları çap etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktları işçi İddiaçı (mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis) tərəfindən işçi ilə Cavabdeh QSC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirinin, habelə bank sirinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir. Akt İddiaçı xx.xx.2024-cü il tarixdə imza edərək qəbul etmiş və razı olmadığını qeyd etmişdir. İddiaçı Cavabdeh QSC-nin İdarə Heyətinin sədri Davot Tsikluariyə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatından müəyyən edilir ki, kredit verdiyi müştərilərin portfenini çap etmək məqsədi müştərilərini direkt etmək olmuş, sənədlərin maşında olma səbəbi analiz zamanı istifadə olunan sənədlərlə bir faylda saxlamağı olmuş, həmin sənədlər 2-ci bir şəxsə çatmamış, ondan başqa heçkim üçün əlçatan olmamışdır. Əlavə olaraq bildirir ki, ərizəsini yazıb işdən çıxmaq istədiyi müddətdən bu vaxtadək banka 15.000,40.000 və 50.000 manat olmaqla 3 müştəri yönləndirmiş, həmçinin X6 yönləndirmişdir. İddiaçı Cavabdeh QSC-nin Mingəçevir Filialının müdiri Ramin Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki,onun xx.xx.2024-cü il tarixdə öz arzusu ilə işdən azad olunmağını xahiş etmişdir. Cavabdeh QSC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, filialın iş yükünü və işçilərin əvəz edilməsinin bununla bağlı mümkün olmamasını nəzərə alınaraq sizinlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləısinə xitam verilməsi mümkün deyildir. Əmək Məcəlləsinin tələrbləri nəzərə alınmaqla sizinlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəkdir. - Cavabdeh QSC-nin 29.11. 2024-cü il tarixli, 24-00869 saylı “işdən azad olunma barədə”əmrin surətindən görünür ki, bankın Goranboy filialında mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssis İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əsas: xx.xx.2024-cü il tarixli yoxlamanın nəticələrinə dair aktı və İddiaçı izahatını, habelə bu sənədlərdə qeyd edilən hərəkətləri nəticəsində İddiaçı qəsdən əmək müqaviləsinin 7.4-cü bəndi ilə müəyyən edilən öhdəliklərə daxil edilməklə müqavilədən irəli gələn əmək funksiyalarını, xüsusilə də məxfilik və kommersiya siri ilə əlaqədar tələbləri, habelə bankın daxili qaydalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “D” bəndinə əsasən dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “D” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 199-cu maddəsinin “E” bəndinə əsasən işəgötürənin kommersiya sirrini yaydıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. Həmin Məcəllənin 967.3-cü maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən kommersiya sirrinin sahibi kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən kommersiya sirrinin konfidenti kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Həmin Qanunun 41.5-ci maddəsinə əsasən bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, bank iddiaçı ilə tam maddi məsuliyyət, Kommersiya sirri rejiminin tətbiqi və Haqsız işgüzar davranışın qarşısının alınması barədə xx.xx.2022-ci il tarixli qarışıq müqavilə bağlayarkən müqaviləyə 2.4-cü bəndi əlavə etməklə Kommersiya sirrinin qorunması qaydaları ilə bağlı öhdəlikləri müəyyən etmişdir. Həmin məsələ ilə bağlı öhdəlik ondan ibarət olmuşdur ki, “işçi üçüncü şəxslərin Kommersiya Sirri ilə tanış olmasına və ya Kommersiya Sirrindən istifadə etməsinə yol verməməli, həmçinin Kommersiya Sirri təşkil edən məlumatları hər hansı formada dərc etməməlidir." Eyni zamanda. İşçi ilə bağlanmış əmək müqaviləsinə əlavənin 7.4-cü bəndində də oxşar məzmunlu öhdəlik öz əksini tapmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. İddiaçının xx.xx.2024-cü il tarixdə müştərilər barədə Bank sirri təşkil edən məlumatları rəhbərliyin göstərişi olmadan, heç kimə bildirməyərək çap etməsi və Bankdan çıxarkən əşyalarının arasında həmin məlumatları Bankın inzibati binasından kənara çıxarması işin mübahisəsiz halıdır. Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir. Belə olan halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə işçi ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur, iddiaçının tələbi əsassızdır. Eyni zamanda, vurulmuş mənəvi zərərə görə 20000 manat pul hissəsində iddia əsassız olduğundna rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyinə görə çəkilmiş məhkəmə xərcləri (hüquqi xidmətə görə 300 manat və 60 manat mediasiya xərci) iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, vurulmuş mənəvi zərərə görə pul və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1689/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1689/2025
12.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver