Məhkəmə qərarları › İş №2(004)-1694/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1694/2022

23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1694/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, X8 Layihə İnstitutu MMC-yə, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Avtomobil Yolları X5 Elmi Tədqiqat Layihə İnstitutu MMC-yə, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “zərərli əmək şəraitində işləməyinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində zərərli əmək şəraitində işlədiyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmənin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Bundan başqa Alı Məhkəmənin qeyd olunan Plenum qərarının 1 2-ci maddəsində qeyd edilir ki. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki. qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Daha sonra həmin qərarın 1 4-cü maddəsində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və va digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının gevri- mümkünlüvü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər kı ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, MPM-nin məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Buna əlavə olaraq, qeyd etməyi zəruri hesab edirik ki, ərizəçinin işlədiyi iddia etdiyi dövrlər üzrə (1976-1978) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Odur ki. yuxarıda qeyd olunanları. Mülki Prosessual Məcəllənin 308,310 və 151 -ci maddələrinin tələblərini nəzərə alaraq, ərizəçi Ş Q.İsmayılovun ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki,17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində 17 tonluq KRAZ markalı maşında sürücü işləməklə yanaşı həmin maşınla qır daşımışdır və həmçinin qır əridən kimi fəhlə (qırçı) işləmişdir. Lakin idarənin kardlar şöbəsi tərəfindən əmək kitabçasında bu fakt qeyd edilməmiş, bu səhv nəticəsində pensiya hüququ pozulmuşdur. Bu səbəbdən də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 bir işlədiyini, onun müdiri olduğunu, Şəmistanın həqiqətən də həm Kraz markalı maşını idarə etdiyini və qırçı kimi işlədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 267 nömrəli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin cavab məktubundan görünür ki, Avtomobil Yollarının Tikintisi Nazirliyi 2 nömrəli Yol Təmir Tikinti Trestinin 19 nömrəli Yol Tikinti İdarənin 1976-1979-cu illərə aid sənədləri institutun arxivində mövcud olmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2(004)-6394/2018 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə Ərizəçi Qəmət oğlunun maraqlı şəxs Yasamal Rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı “işləmə faktı” üzrə ərizəsi təmin ediləmlmişdir. Həmin qətnamə ilə müəyyən oılunmuşdur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə köçürülmüş, xx.xx.1976-cı il tarixdə öz istəyi ilə işdən azad edilmişdir. Habelə, xx.xx.1976cı il tarixdə 19 saylı Yol İdarəsində asfalt daşıyan maşında ikinci dərəcəli sürücü vəzifəsinə qəbul olunaraq, xx.xx.1978-cı il tarixədək həmin vəzifədə çalışmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 12/2352 saylı Azərbaycan Respublikasının Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin X3 ünvanlandırılmış məktubuna əsasən görünür ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-i maddəsinə əsasən axırıncı iş yerindən asıli olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan kişilərin yaşı 60 olduqda, azı 25 il sığorta stajına malik olduqda və müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu X3 bildirilmişdir. Məhəkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadəsini dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, ərizəçinin əmək kitabçası, yəni bütün işlədiyi illəri (vəzifələri) özündə əks etdirən rəsmi sənədi ola-ola, işləmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin əmək kitabçasında həmin illərdə sürücü işləməsi faktı qeyd edilmişdir. Lakin onun əmək funksyalarından başqa digər işlər görüməsi əriznin təmin edilməsi üçün əsas vermir, həmçinin ərizəçinin istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar mötəbər deyil və işi mahiyyəti üzrə həll edən aktın çıxarılması üçün kifayət deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki ərizə əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizəçi, onun 17 dekabr 1976-cı ildən 16 may 1978-ci ilə kimi 19 saylı Yol İdarəsində zərərli əmək şəraitində işləməsii faktının müəyyən edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar