Məhkəmə qərarları › İş №2(004)-1696/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1696/2023

26.04.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1696/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923 saylı Kredit müqaviləsinin (04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/1 və 04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/2 saylı Razılaşmalar daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 3 650.07 manat əsas borc, 349.46 manat cari faiz borcu və 696.80 manat cari dəbbə borcu olmaqla, cəmi 4 696.33 manat kredit borcunun və 67.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 izahat verərək bildirir ki, "TBC KREDİT” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/1 saylı Razılaşma ilə ilkin olaraq 1 500 (bir min beş yüz) manat və 04 oktyabr 2021-ci il tarixli GARA- 2510- 923/2 saylı Razılaşma ilə qalan 5 000 (beş min) manat verilmiş və kreditin aylıq 347.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan "‘Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh2 və Cavabdeh3 arasında 30 sentyabr 2021-ci il tarixdə GARA-2510- 923+GARA-2512 saylı və 02 dekabr 2021-ci il tarixdə TBC Kredit” BOKT MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında GARA-2510- 423+GARA-2512 saylı Zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 22 fevral 2023-cü il tarixinədək verilmiş kredit üzrə 3 650.07 manat əsas borc. 349.46 manat cari faiz borcu və 696.80 manat cari dəbbə borcu olmaqla, cəmi 4 696,33 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə Öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əwəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923 saylı kredit müqaviləsinə əsasən, bank borcalana illik 50% ödəmək şərtilə 240 ay müddətinə 6600 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli GARA- 2510-923/2 saylı kredit razılaşmasına əsasən bank tərəfindən borcalana 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923 saylı kredit müqaviləsi üzrə illik 25% dərəcəsi ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli GARA- 2510-923/1 saylı kredit razılaşmasına əsasən bank tərəfindən borcalana 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923 saylı kredit müqaviləsi üzrə illik 25% dərəcəsi ilə, 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə kreditor arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923+GARA-2512 saylı və 02 dekabr 2021-ci il tarixli GARA-2510- 423+GARA-2512 saylı zaminlik müqavilələrinə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinədək 3650,07 manat əsas, 349,46 manat faiz, 696,80 manat cərimə borcu olmaqla, cəmi 4696,33 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 30 sentyabr 2021-ci il tarixli GARA-2510-923+GARA- 2512 saylı və 02 dekabr 2021-ci il tarixli GARA-2510- 423+GARA-2512 saylı zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və sığorta pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 100 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 67,40 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli GARA-2510-923 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/2 saylı və 04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/1 Razılaşmalar ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 3650.07 (üç min altı yüz əlli manat yeddi qəpik) manat əsas borc, 349.46 (üç yüz qırx doqquz manat qırx altı qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə olmaqla, cəmi 4099.67 (dörd min doxsan doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,40 (altmış yeddi manat qırx qəpik) manat məbləğində pul iddiaçı “TBC Kredit" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli GARA-2510-923 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/2 saylı və 04 oktyabr 2021-ci il tarixli GARA-2510-923/1 Razılaşmalar ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 3650.07 (üç min altı yüz əlli manat yeddi qəpik) manat əsas borc, 349.46 (üç yüz qırx doqquz manat qırx altı qəpik) manat faiz borcu və 100 (yüz) manat cərimə olmaqla, cəmi 4099.67 (dörd min doxsan doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,40 (altmış yeddi manat qırx qəpik) manat məbləğində pul iddiaçı “TBC Kredit" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar