Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4778/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4778/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, “X4” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-196/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən imzalanan xx.xx.2022-ci il tarixli ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən İddiaçı məxsus karta 8700 manat məbləğində kredit köçürülmüşdür.
2. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı AGİD**********5 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 8700 manat, faiz üzrə borcu 841,93 manat, cərimə faizi 10 manat olmaqla 9551,93 manat təşkil edir.
3. “X4” ASC tərəfindən İddiaçı Qabil oğluna ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə yeni mobil cihaz vasitəsi ilə tətbiqə giriş olunub. Yeni cihazdan giriş izni isə, Leobank tətbiqində qeydiyyatdan keçid etdiyi **********20 mobil nömrəyə daxil olan OTP kod ilə icra olunmuşdur. xx.xx.2024cü il tarixdə saat 11:43-11:45 aralığında ümumilikdə 8400 manat məbləğində kartdan karta köçürmə (C2C) əməliyyatı icra olunmuşdur. Əməliyyat kredit xəttindən icra olunduğu üçün 168 manat məbləğində komissiya tətbiq olunmuşdur. Beləliklə, hesaba giriş müştərinin OTP kodu təsdiq etməsi ilə baş vermiş və qeyd olunan əməliyyat mobil bankçılıq vasitəsilə həyata keçirilmişdir. Qeyd edilir ki, mobil bankçılıq vasitəsilə aparılan əməliyyatlar üçün təsdiq kodu tələb olunmur. Məlumat üçün bildirilir ki, müştərinin yazılı ərizəsi ilə bütün müddəaları onun tərəfindən qəbul edilmişdir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərə əsasən kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə ziddi olaraq digər vasitələrlə onun sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, həmçinin mobil telefon SİM-kartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə müştərinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində müştəriyə dəymiş zərərə görə Bank məsuliyyət daşımır. Qeyd edilənləri nəzərə alaraq dələduzluq halı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir.
4. İddiaçı məxsus kart hesabından 04 iyul 2024-cü il tarixdə, saat 09:42-də 3400 manat, həmin tarixdə saat 09:45-də isə 5000 manat pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 13 sentyabr 2023-cü ildə X3 AGİD**********7 nömrəli kredit müqaviləsi əsasında iddiaçıya 8700 manat kredit pul ayrılıb. Həmin məbləğ iddiaçının kredit kartına köçürülüb. 04 iyul 2024-cü ildə iddiaçının kartından xəbəri olmadan 8400 manat məxaric olub. Bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin pul 5000 manat və 3400 manat olmaqla Eldar adlı şəxsin hesabına köçüb. Eldar adlı şəxslə bank əməkdaşlarının danışığından aydın olur ki, o kriptovalyuta satıb və həmin pul da o məqsədlə ödənilib. Sonradan iddiaçı xatırlamışdır ki, Facebook-da ona Leobank loqosu ilə eyni olan bir reklam linki gəlmiş, orada tələb olunduğu kimi bankın təşkil etdiyi lotereyada iştirak üçün razılıq vermişdir. Ona bildirilmişdir ki, növbəti mərhələlərdə ödəniş linki gələcək və ödəniş oradan reallaşacaq. İddiaçı 100-200 manat həcmində lotereyada iştirak etmək istəyirdi. Bundan sonra ona link gəlməmiş və heç bir hərəkət etməmişdir. Pulun çıxması ilə bağlı da ona kod və mesajlar gəlməyib. Hətta bankdan təhlükəsizlik mesajı (icazə mesajı) da gəlməyib. Halbuki, əvvəllər həmin bank kartından pul çıxarılan zaman hətta bankdan zəng olunub dəqiqləşdirilirdi ki, həmin pulu həqiqətən o çıxarmışdır, ya yox!? Hesab edir ki, bankın səhlənkarlığı və normal təhlükəsizlik sistemi qura bilməməyi səbəbindən onun hesabından pul oğurlanıb. Belə ki, normalda ölkədaxili əməliyyatlarda 3D təhlükəsizlik kodu tələb olunur. İddiaçından köçürülən pul da ölkə daxilindən digər karta köçürülüb. Bəs bu necə baş verib?! Yalnız kartın 16 rəqəmi ilə maliyyə vəsaiti neçə köçürülür ki, bankın xəbəri olmur!? Göründüyü kimi ya bu əməldə bankın əməkdaşlarının iştirakı var və bu hüquq mühafizə orqanları tərəfindən araşdırılır, ya da təhlükəsizlik sistemləri düzgün işləmir. Buna görə də kredit müqaviləsi ləğv olunmalı, həmin müqavilə əsasında iddiaçıya ayrılmış kredit məbləği silinməlidir. Cavabdehə mübahisənin danışıqlar yolu ilə həlli üçün bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə yazılı müraciət göndərsə də, heç bir cavab ala bilməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh onun sahibliyinə pul vəsaitini verir, iddiaçı isə ondan istifadəyə görə faiz borcları ilə birlikdə onu geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırki işdə iddiaçı bankdan nağd olaraq pul vəsaitini götürməmişdir. O vəsait onun bankda olan hesabında saxlanılıb. Lakin bank həmin vəsaitin iradəsinə zidd olaraq hesabından çıxmasına görə məsuliyyət daşısa da, təhlükəsizlik sisteminin düzgün qurulmaması səbəbindən onu qoruya bilməyib. Göstərilənlərə əsasən cavabdehlə bağlanmış 13 sentyabr 2023-cü il tarixli, AGİD**********7 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və iddiaçıya ayrılmış 8700 manat əsas borcun və faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müraciət ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən iddiaçının istifadəsində olan kartına 8700 AZN məbləğində kredit köçürülmüşdür. İddiaçı mübahisəli məsələ ilə bağlı banka müraciət etmiş və bankın xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən ona bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində sosial şəbəkə vasitəsilə Leo loqosu altında saxta sayta daxil olmaqla, kibercinayətkar yeni mobil cihaz vasitəsilə İddiaçı Leobank mobil tətbiqinə daxil olmuşdur. Yeni cihazdan giriş izni isə, Leobank tətbiqində iddiaçının qeydiyyatdan keçdiyi ********** mobil nömrəyə OTP kodu gəlmiş və iddiaçı tərəfindən həmin OTP kod icra olunmuşdur. Nəticədə, xx.xx.2024-cü il tarixində saat 11 43-11 45 aralığında ümumilikdə 8400 azn (5000 və 3400) məbləğində vəsait kartdan karta (c2c) köçürmə əməliyyatı kibercinayətkar tərəfindən icra olunmuşdur. Əməliyyat kredit xəttindən icra olunduğu üçün 168 AZN məbləğində komissiya tətbiq olunmuşdur. Beləliklə, hesaba giriş müştərinin OTP kodu təsdiq etməsi ilə baş vermiş və qeyd olunan əməliyyat mobil bankçılıq vasitəsilə həyata keçirilmişdir. Bundan əlavə, Leobank mobil tətbiqində aparılan köçürmə əməliyyatlarında OTP kodu təsdiqi tələb olunmur. Beləlilkə, İddiaçı ilə Unibank KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsində məsuliyyət və öhdəlik şərtlərini pozaraq, İddiaçı sərəncamında olan Leobank mobil tətbiqinin təhlükəsizliyini təmin etməmiş, sosial şəbəkədə saxta saytlara girməklə və OTP təhlükəszilik koduna təsdiq verməklə, kibercinayətkarları sərəncamında olan Leobank mobil tətbiqinə sızdırmış, nəticə etibarilə hesabından ümumilikdə 8400 manat məbləğində pul vəsaiti kartdan karta (c2e) köçürmə əməliyyatı vasitəsilə kibercinayətkarlar tərəfindən oğurlanmışdır. Odur ki, iddia tam əsassız olduğundan rədd edilməlidir.
8. Sonradan və son olaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 8400 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-540/2025 nömrəli 12 may 2025-ci tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh 8400 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən İddiaçı məxsus karta Bank tərəfindən 8700 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçı sosial şəbəkə vasitəsi ilə Leo loqosu altında saxta sayta daxil olmuş, kibercinayətkar tərəfindən hesabına sızma halı baş vermiş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, bununla da kartından başqa şəxsə məxsus karta 8400 manat məbləğində köçürmə əməliyyatı kibercinayətkar tərəfindən icra edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh isə kriptovalyuta ilə məşğul olmuş və internet səhifəsində 2941,17 USDT və 2000 USDT kriptovalyutalarını alqı-satqı qaydasında satışa çıxarmış və satmışdır. Həmçinin, cavabdeh tərəfindən kriptovalyuta satılmasına baxmayaraq ona da gələn pul Mustafa Polad adlı üçüncü şəxsə köçürülmüşdür.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.7, 21, 386.1, 425.1, 1091.1, 1091.2, 1092.1, 1096, 1097, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 216-220, 227 və 360-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə hazırki iş üzrə obyektiv qərar qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən İddiaçı məxsus karta Bank tərəfindən 8700 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçı sosial şəbəkə vasitəsi ilə Leo loqosu altında saxta sayta daxil olmuş, kibercinayətkar tərəfindən hesabına sızma halı baş vermiş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, bununla da kartından başqa şəxsə məxsus karta 8400 manat məbləğində köçürmə əməliyyatı kibercinayətkar tərəfindən icra edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh isə kriptovalyuta ilə məşğul olmuş və internet səhifəsində 2941,17 USDT və 2000 USDT kriptovalyutalarını alqı-satqı qaydasında satışa çıxarmış və satmışdır. Həmçinin, cavabdeh tərəfindən kriptovalyuta satılmasına baxmayaraq ona da gələn pul Mustafa Polad adlı üçüncü şəxsə köçürülmüşdür. Hazırda iddiaçı pulun köçürüldüyü kart sahibindən, yəni hazırki iş üzrə cavabdehdən 8400 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən istinad edilməyən iş üzrə əhəmiyyətli olan xx.xx.2024-cü il tarixli Abşeron RPİ-nin İstintaq şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardadan məlum olur ki, İddiaçı daxil olmuş məlumat əsasında cinayət işibaşlanmış və İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Eləcə də, verilmiş xx.xx.2025-ci il tarixli vəkil sorğusu ilə müəyyən olmuşdur ki, qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat Abşeron RPİ-nin İstintaq şöbəsinin qərarı ilə dayandırılmışdır.
14. Apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçıya cavabdeh tərəfindən hər hansı ziyan vurulmamış və Cavabdeh kriptovalyuta sataraq müqabilində razılaşma əsasında pul aldığından əsassız varlanmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
17. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 21.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 22.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
32. İşin hallarından göründüyü kimi, iddiaçı ilə üçüncü şəxs olan Bank arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus bank hesabına pul köçürülmüşdür. Bundan sonra iddiaçı şans oyunu oynamaq istəmiş, internet səhifəsində Leo loqosu altında saxta sayta daxil olmuş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, nəticədə iddiaçının kartından cavabdehə məxsus karta 8400 manat məbləğində pul köçürülmüşdür. Bunlar işin mübahisəsiz hallarıdır.
33. İşin mübahisəli halı isə odur ki, cavabdeh ona köçürülən pulun qarşılığında özünə məxsus kriptovalyutalarını satdığını, lakin buna baxmayaraq ona köçürülən məbləğin kartından Mustafa Polat adlı üçüncü bir şəxsə köçürüldüyünü iddia edir, halbuki iddiaçı tərəf isə ümumiyyətlə kriptovalyutadan məlumatsız olduğunu, cavabdehi tanımadığını, onunla hansısa bir müqavilənin bağlanmadığını iddia edir və məhkəmə araşdırması zamanı da həmin hal müəyyən edilməmişdir.
34. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçıya münasibətdə kart hesabından pulun cavabdehə köçürülməsi işin sübuta yetirilmiş halıdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır (özünün qeyd etdiyi kimi onun kartına köçürülən pulun sonradan üçüncü şəxsə göndərilməsindən asılı olmayaraq). Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır.
35. Kollegiya birinci instansiya məhkəməsinin əsassız varlanma ilə gəldiyi nəticə ilə razılaşmır.
36. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1096.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1096.2).
37. Hazırki halda isə iddiaçı ona daxil olmuş OTP təhlükəsizlik kodunu icra etməklə, təhlükəsizlik şərtlərinə riayət etməmişdir.
38. OTP kodu (One-Time Password) bir dəfə istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsidir və onlayn əməliyyatlar zamanı identifikasiya və kart sahibinin olduğunu təsdiqləmək üçün istifadə olunur. Bu kod, qeydiyyat zamanı və ya onlayn ödənişlər zamanı təhlükəsizliyi təmin etmək məqsədilə istifadəçinin kimliyini doğrulamağa kömək edir.
39. Cavabdeh isə həmin vaxtı özünə məxsus kriptovalyuta satdığını, bu satışa görə hesabına pul gəldiyini, sonradan isə kriptovalyutanın başqa şəxsin hesabına köçürüldüyünü qeyd edir. O, pulun kimə aid olmasından, kimin hesabından onun hesabına köçürüldüyündən məlumatsızdır. Cavabdeh ümumiyyətlə iddiaçını tanımadığını, kriptovalyutanın satışı ilə əlaqədar başqa adlı şəxslə danışıqlarının olduğunu və onun qiymət barədə razılaşmasının olduğunu bildirmişdir. İddiaçı isə ümumiyyətlə kriptovalyuta ilə məşğul olmadığını, yalnız lotoreya oyununda iştirak etmək üçün onlayn qayadada razılıq verdiyini bildirir.
40. “Leo Bank” tərəfindən hər hansı lotoreya oyunun keçirilməsi müəyyən edilmir. Keçirildiyi halda belə iddiaçının daxil olmuş OTP təhlükəsizlik kodunu icra etməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələdir.
41. Hazırda iddiaçının hesabından 8400 manat məbləğində pulun silinməsində (talan edilməsində) cavabdehin hər hansı təqsiri müəyyən olunmur.
42. Bu hadisə ilə bağlı iddiaçı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, müraciətlə əlaqədar 15 noyabr 2024-cü il tarixli qərarla cinayət işi başlanmış və o, zərərçəkən şəxs qismində tanınmışdır.
43. Lakin 15 yanvar 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır.
44. Kollegiya hesab edir ki, iddiaçıya maddi ziyan vurulmasının səbəbi özünün ehtiyatsız davranışı olmuşdur. Cavabdehin hər hansı təqsiri müəyyən olunmadığından iddia rədd edilməlidir.
45. Cavabdehin tanımadığı şəxsə pul qarşılığında kriptovalyuta satması əsassız varlanma kimi qiymətləndirilə bilməz.
46. Belə ki, cavabdeh öz əmlakını satmış və onun əvəzində pul almışdır.
47. Hazırki halda iddiaçıya məhz cavabdeh tərəfindən maddi zərər vurulması halı müəyyən edilmir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-540/2025 nömrəli iş üzrə 12 may 2025-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı, “X4” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.