Məhkəmə qərarları › İş №e-2(006)-2755/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2755/2024

09.07.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2755/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-ın xeyrinə Cavabdeh vərəsəsi olduğu X2 1917 manat 62 qəpik borcun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı ASC ilə cavabdeh X5 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli 5075923/KM 1 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 2.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borclu X3 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilmişdir. Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmuşdur. İddiaçı ASC borclu X3 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, 1.572 manat əsas borc, xx.xx.2021-ci il tarixə hesablanmış 315 manat 62 qəpik faiz olmaqla, cəmi 1.887 manat 62 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Nəsimi Rayon Məhkəməsindən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5891/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilməklə, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2020- ci il tarixli 5075923/KM 1 saylı kredit müqaviləsi ləğv edilmiş, 1.572 manat əsas borc, xx.xx.2021-ci il tarixə hesablanmış 315 manat 62 qəpik faiz olmaqla, cəmi 1.887 manat 62 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5891/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin icra mərhələsində bizə məlum oldu ki, borclu X5 vəfat etmişdir. Tərəfimizdən araşdırma aparılaraq Ədliyyə Nazirliyinin elektron xidmətlər portalından (https://exidmet.justice.gov.az:8284/Notariat/İnheritanceİnfo) göründü ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri 29 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Vəkil sorğusu əsasında notariat işi istənilmişdir. Bakı şəhəri 29 saylı Notariat ofisindən bizə təqdim edilən vərəsəlik işində Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən mərhüm X2 vərəsəsi Cavabdehdır və ona vərəsəlik əsasında X3 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 5075923/KM 1 saylı kredit müaviləsinin ləğv edilməsi, 1.572 manat əsas borc, xx.xx.2021-ci il tarixə hesablanmış 315 manat 62 qəpik faiz olmaqla, cəmi 1.887 manat 62 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdır. Cavabdeh X1 miras qalmış ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini irs almalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borcun X1 tutulması qət edilərkən, cavabdeh ölmüşdür. Odur ki, hazırda borcun miqdarı mübahisə predmeti deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh mərhum ərinin vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və onun (ərinin) İddiaçı qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı). Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından Cavabdehnun mərhum ərinin vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və onun (ərinin) bank qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyır. Belə ki, Mülki qanunvericiiyin tələbinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM m.1151.1). Cavabdehin vərəsə kimi kreditor qarşısında öhdəliyini yerinə yetirmədiyi qənaətinə gəlməklə, yaranmış öhdəliyin həcmi düzgün təyin edilməlidir. Çünki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (MM m.1306.1). Hazırda cavabdeh olan vərəsənin miras aktivini qəbul etdiyindən, onun həcmi isə öhdəliyin məbləğindən artıq olduğundan, həmin məbləği ödəməyə ohdəliyi yaranır. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq cavabdehdən 1917.62 manat borcunun tutulması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 1917.62 manat borc və ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1917.62 manat borc və ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar