Məhkəmə qərarları › İş №2(102)-3871/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3871/2025

10.02.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3871/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X3 Səhmdar Cəmiyyətinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4778/2025 nömrəli 3 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus kart hesabından Cavabdeh hesabına xx.xx.2024-cü il tarixdə saat 09:42-də 3400 manat, həmin tarixdə saat 09:45-də isə 5000 manat pul köçürülmüşdür.

2. İddiaçı tərəfindən "xxxx" KB ASC-yə ərizə ünvanlanmış, İddiaçı hesabından silinmiş vəsaitin geri qaytarılması və hesabından pulun iradəsinə zidd formada köçürüldüyü gündən bu məsələyə hüquqi qiymət verilənədək hesablanmış faizlərin silinməsinin təmin edilməsini xahiş etmişdir. 3. "xxxx" KB ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli cavab məktubu ünvanlanmış və həmin məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə yeni mobil cihaz vasitəsi ilə tətbiqə giriş olunmuşdur. Yeni cihazdan giriş izni isə, “Leobank” tətbiqində qeydiy yatdan keçid etdiyi **********20 mobil nömrəyə daxil olan OTP kod ilə icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11:43-11:45 aralığında ümumilikdə 8400 manat məbləğində kartdan karta köçürmə (C2C) əməliyyatı icra olunmuşdur. Əməliyyat kredit xəttindən icra olunduğu üçün 168 manat məbləğində komissiya tətbiq olunmuşdur. Beləliklə, hesaba giriş müştərinin OTP kodu təsdiq etməsi ilə baş vermiş və qeyd olunan əməliyyat mobil bankçılıq vasitəsilə həyata keçirilmişdir. Mobil bankçılıq vasitəsilə aparılan əməliyyatlar üçün təsdiq kodu tələb olunmur. Müştərinin yazılı ərizəsi ilə bütün müddəaları onun tərəfindən qəbul edilmişdir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərə əsasən kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə ziddi olaraq digər vasitələrlə onun sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, həmçinin mobil telefon SİM-kartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə müştərinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində müştəriyə dəymiş zərərə görə Bank məsuliyyət daşımır. Qeyd edilənləri nəzərə alaraq dələduzluq halı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8400 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2 023-cü ildə "xxxx" KB ASC-də AGİD**********7 nömrəli kredit müqaviləsi əsasında iddiaçıya 8700 manat kredit pul ayrılmışdır. Həmin məbləğ iddiaçının kredit kartına köçürülmüşdür. xx.xx.2024-cü ildə iddiaçının kartından xəbəri olmadan 8400 manat məxaric olmuşdur. Bununla əlaqədar olaraq banka müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin pul 5000 manat və 3400 manat olmaqla Eldar adlı şəxsin hesabına köçmüşdür. Eldar adlı şəxslə bank əməkdaşlarının danışığından aydın olmuşdur ki, o, kriptovalyuta satmış və həmin pul da o məqsədlə ödənilmişdir. Sonradan iddiaçı xatırlamışdır ki, “Facebook”da ona “Leobank” loqosu ilə eyni olan bir reklam linki gəlmiş, orada tələb olunduğu kimi bankın təşkil etdiyi lotereyada iştirak üçün razılıq vermişdir. Ona bildirilmişdir ki, növbəti m ərhələlərdə ödəniş linki gələcək və ödəniş oradan reallaşacaq. O, 100-200 manat həcmində lotereyada iştirak etmək istəyirdi. Bundan sonra ona link gəlməmiş və heç bir hərəkət etməmişdir. Pulun çıxması ilə bağlı da ona kod və mesajlar gəlməmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onların da vəsaiti itmiş, kriptovalyuta əldən çıxmış və Mustafa Polat adlı bir şəxsə köçürülmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət etmişlər və cinayət işi açılmışdır. Onlara qarşı irəli sürülən iddianı əsassız hesab edirlər. Odur ki, tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia tələbinə mün asibətdə qeyd etmişdir ki, pul iddiaçının kartından çıxaraq Cavabdeh kart hesabına köçürülmüşdür. Pul Cavabdeh tutulmalı və daha sonra Cavabdeh təqsiri sübuta yetirilməsə, zərərçəkmiş şəxs kimi tanınsa, onun təqsiri sübuta yetirilmiş cinayətkara qarşı iddia qaldırmaq hüququ olacaqdır. Hələ ki, Cavabdeh təqsirsizliyi sübuta yetirilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-540/2025 nömrəli iş üzrə 12 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8400 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Ramin Xəlilov).

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə müəyy ən edilən hallardan göründüyü kimi iddiaçı ilə üçüncü şəxs olan Bank arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus bank hesabına pul köçürülmüşdür. Bundan sonra iddiaçı şans oyunu oynamaq istəmiş, internet səhifəsində “Leo” loqosu altında saxta sayta daxil olmuş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, nəticədə iddiaçının kartından cavabdehə məxsus karta 8400 manat məbləğində pul köçürülmüşdür. Bunlar işin mübahisəsiz hallarıdır.

10. İşin mübahisəli halı isə ondan ibarət olmuşdur ki, cavabdeh ona köçürülən pulun qarşılığında özünə məxsus kriptovalyutalarını satdığını, lakin buna baxmayaraq ona köçürülən məbləğin kartından Mustafa Polat adlı üçüncü bir şəxsə köçürüldüyünü iddia edir, halbuki iddiaçı tərəf isə ümumiyyə tlə kriptovalyutadan məlumatsız olduğunu, cavabdehi tanımadığını, onunla hansısa bir müqavilənin bağlanmadığını iddia edir və məhkəmə araşdırması zamanı da həmin hal müəyyən edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, hazırkı vəziyyətdə göründüyü kimi iddiaçıya münasibətdə kart hesabından pulun cavabdehə köçürülməsi işin sübuta yetirilmiş halıdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır (özünün qeyd etdiyi kimi onun kartına köçürülən pulun sonradan üçüncü şəxsə göndərilməsindən asılı olmayaraq). Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə tərəflər arasında yaranmış münasibətlər əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və hazırkı vəziyyətdə cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. İddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 8400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.

13. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, cavabdehin kartından üçüncü şəxs Mustafa Polata köçürülən pul vəsaitinə dair AR DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə edilən müraciət üzrə cavabdehin təqsirinin olmaması sübuta yetirildiyi halda o zaman cavabdeh də pulunun Mustafa Polat tərəfindən qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırkı vəziyyətdə isə iddiaçı X1 iddiası hazırkı cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 386, 425, 1091, 1092, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə obyektiv qərar qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ərizə və leoba nk.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən İddiaçı məxsus karta Bank tərəfindən 8700 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçı sosial şəbəkə vasitəsi ilə “Leo” loqosu altında saxta sayta daxil olmuş, kibercinayətkar tərəfindən hesabına sızma halı baş vermiş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, bununla da kartından başqa şəxsə məxsus karta 8400 manat məbləğində köçürmə əməliyyatı kibercinayətkar tərəfindən icra edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh isə kriptovalyuta ilə məşğul olmuş və internet səhifəsində 2941,17 USDT və 2000 USDT kriptovalyutalarını alqı-satqı qaydasında satışa çıxarmış və satmışdır. Həmçinin, cavabdeh tərəfindən kriptoval yuta satılmasına baxmayaraq ona da gələn pul Mustafa Polad adlı üçüncü şəxsə köçürülmüşdür. Hazırda iddiaçı pulun köçürüldüyü kart sahibindən, yəni hazırkı iş üzrə cavabdehdən 8400 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən istinad edilməyən iş üzrə əhəmiyyətli olan xx.xx.2024-cü il tarixli Abşeron RPİ-nin İstintaq şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan məlum olmuşdur ki, İddiaçı daxil olmuş məlumat əsasında cinayət işi başlanmış və İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Eləcə də, verilmiş xx.xx.2025-ci il tarixli vəkil sorğusu ilə müəyyən olmuşdur ki, qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan şəxs müəyyən olunmadığından cinay ət işi üzrə icraat Abşeron RPİ-nin İstintaq şöbəsinin qərarı ilə dayandırılmışdır.

17. Apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçıya cavabdeh tərəfindən hər hansı ziyan vurulmamış və cavabdeh kriptovalyuta sataraq müqabilində razılaşma əsasında pul aldığından əsassız varlanmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4778/2025 nömrəli mülki iş üzrə 3 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit B əhrəmzadə və Xumar Mərdanova).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsassız varlanma ilə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçı ona daxil olmuş OTP təhlükəsizlik kodunu icra etməklə, təhlükəsizlik şərtlərinə riayət etməmişdir. OTP kodu (One-Time Password) bir dəfə istifadə üçün nəzərdə tutulmuş təhlükəsizlik şifrəsidir və onlayn əməliyyatlar zamanı identifikasiya və kart sahibinin olduğunu təsdiqləmək üçün istifadə olunur. Bu kod, qeydiyyat zamanı və ya onlayn ödənişlər zamanı təhlükəsizliyi təmin etmək məqsədilə istifadəçinin kimliyini doğrulamağa kömək edir.

20. Cavabdeh isə həmin vaxtı özünə məxsus kriptovalyuta satdığını, bu satışa görə hesabına pul gəldiyini, sonradan isə kriptovalyutanın başqa şəxsin hesabına köçürü ldüyünü qeyd etmişdir. O, pulun kimə aid olmasından, kimin hesabından onun hesabına köçürüldüyündən məlumatsızdır. Cavabdeh ümumiyyətlə iddiaçını tanımadığını, kriptovalyutanın satışı ilə əlaqədar başqa adlı şəxslə danışıqlarının olduğunu və onun qiymət barədə razılaşmasının olduğunu bildirmişdir. İddiaçı isə ümumiyyətlə kriptovalyuta ilə məşğul olmadığını, yalnız lotoreya oyununda iştirak etmək üçün onlayn qaydada razılıq verdiyini bildirmişdir.

21. Kollegiya qeyd etmişdir ki, “Leo Bank” tərəfindən hər hansı lotoreya oyunun keçirilməsi müəyyən edilmir. Keçirildiyi halda belə iddiaçının daxil olmuş OTP təhlükəsizlik kodunu icra etməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələdir.

22. Kollegiya hesab etmişdir ki, hazırda iddiaçının hesabından 8400 manat məbləğində pulun silinməsində ( talan edilməsində) cavabdehin hər hansı təqsiri müəyyən olunmur. Bu hadisə ilə bağlı iddiaçı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, müraciətlə əlaqədar xx.xx.2024-cü il tarixli qərarla cinayət işi başlanmış və o, zərərçəkən şəxs qismində tanınmışdır. Lakin xx.xx.2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır.

23. Kollegiya hesab etmişdir ki, iddiaçıya maddi ziyan vurulmasının səbəbi özünün ehtiyatsız davranışı olmuşdur. Cavabdehin hər hansı təqsiri müəyyən olunmadığından iddia rədd edilməlidir. Cavabdehin tanımadığı şəxsə pul qarşılığında kriptovalyuta satması əsassız varlanma kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh öz əmlakını satmış və onun əvəzində pul almışdır. Hazırkı hal da iddiaçıya məhz cavabdeh tərəfindən maddi zərər vurulması halı müəyyən edilmir.

24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1096-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayətin dəlilləri:  “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbləri pozulmuşdur. Elektron ticarət iştirakçısına dair tələblərdən biri satıcının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmiş olmasıdır. Hazırkı işdə məhkəmə bu hüququn mövcud olub-olmadığını araşdırmamışdır.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2, 405.1, 567, 1096.1, 1096.2 və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 7.2, 7.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tətbiq edilməli hüquq normasını deyil, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. Belə ki, məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq hesab etmişdir ki, cavabdeh hansısa üçüncü şəxslə müqavilə bağlayaraq, özünə məxsus maliyyə alətini elektron qaydada satmışdır. Buna görə də, hazırkı halda əsassız varlanma yoxdur. Məhkəmənin bu nəticəyə gəlməsi üçün, yəni, həqiqətən alqısatqının mövcud olması ilə bağlı iş materiallarında heç bir sübut təqdim etməmişdir. Həm adi qaydada, həm də elektron ticarət qaydasında alqı-satqı müqaviləsi üçün əsas şərtləri m üəyyən olunur. Etibarlı alqı-satqı üçün həmin şərtlərə riayət olunması tələb olunur. Həmin şərtlər müqavilə tərəfləri, predmet, müddət, müqavilənin qiyməti (dəyəri) və.s.-dir. “Elektron ticarət haqqında” Qanun alqı-satqı müqaviləsinin elektron sənəd formasında bağlanmasını tələb edir. Cavabdeh nəinki belə sənəd təqdim etməmiş, ümumiyyətlə alqısatqının mövcudluğu, onun şərtlərinin razılaşdırılması ilə bağlı sübutları təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin hər hansı hüquqi əsas olmadan vəsait əldə etməsini əsassız varlanma hesab etməli olduğu halda, bunu etməmişdir.  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı işdə cavabdeh sübut edə bilməmişdir ki, elektron ticarət qaydasında özünə məxsus kriptovalyu tanı satmışdır. Halbuki, bununla bağlı sübutetmə yükü ona aid idi. Məhkəmə bunun əksini sübut etməyi sanki iddiaçıdan tələb etmişdir. Qətnamədə qeyd edilmişdir ki, “Leo Bank” tərəfindən hər hansı lotoreya oyunun keçirilməsi müəyyən edilmir. Keçirildiyi halda belə iddiaçının daxil olmuş OTP təhlükəsizlik kodunu icra etməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələdir. İddiaçı hətta öz istəyi ilə belə öz vəsaitini başqa şəxsə veribsə, vəsaitin keçməsi üçün hüquqi əsas yoxdursa və ya olubsa belə sonradan aradan qalxıbsa, bu halda da o, öz vəsaitini geri tələb edə bilər. OTP kodu təsdiq etməklə pulun cavabdehin hesabına köçməsinə şərait yaradılması faktı hələ özlüyündə cavabdehi bu vəsaiti hansı əsasla mənimsəməsini sübut etmək yükündən azad etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Etirazın dəlilləri:  İddiaçı məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının düzgün qeyd edilməməsini qeyd etsə də, bunun hər hansı hüquqi əsası olmamışdır.  İddiaçı cavabdehin ona real və ya birbaşa ziyan vurması, eləcə də cavabdehin iddiaçıya zərər vurmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməlinin mövcudluğuna dair iş materiallarında hər hansı sübutların olmamasına baxmayaraq, cavabdehin iddiaçıya ziyan vurduğu nəticəsinə gələrək, pulu ondan tələb etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

32. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı b unun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

43. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçının hesabından cavabdehin hesabına 8400 manat pul köçürülmüşdür. İddiaçı həmin vəsaitin köçürülməsinin qanuni əsası olmadığını göstərərək geri qaytarılmasını tələb etmişdir.

44. Məhkəmə tərəfindən düzgün olaraq iddiaçının tələbi delikt nəticəsində vurulmuş zərərlə bağlı tələb və əsassız varlanma qaydasında əldə edilənlərin qaytarılması ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında yoxlanılmışdır.

45. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutları qiymətləndirərək cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmədiyinə, yəni kibercinayətin cavabdeh tərəfindən t örədilməsinin və ya cavabdehin iddiaçının hesabından öz hesabına pul vəsaiti köçürülməsində təqsirli olmasının sübutlarla təsdiq edilmədiyinə dair qənaətə gəlmiş, müəyyən etmişdir ki, iddiaçı kim olduğu müəyyən edilməmiş kibercinayətkar tərəfindən yaradılmış saxta sayta daxil olaraq, bank hesabının bağlı olduğu mobil nömrəsinə göndərilmiş OTP kodunu təsdiq etməklə hesabından pul vəsaitinin çıxmasına özü şərait yaratmışdır. Kollegiya apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır.

46. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində iddia tələbi yoxlanılarkən MM-nin 1091-ci maddəsinə əsasən aşağıdakı əsasların mövcudluğu araşdırılmalı idi: -varlanma üçün əsas verən qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi; - cavabdeh əmlak əldə edərək varlanması; -varlanma iddiaçının əmlakı hesabına baş verməsi;

47. Əsassız varlanma qaydasında əldə edilənlərin geri qaytarılması barədə iddia irəli sürülərkən cavabdehin onun hesabına əmlak əldə etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə, iddiaya etirazın, yəni qeyd edilən əmlakın əldə edilməsi üçün qanuni əsas olduğunu və bu əsasın aradan qalxmadığını sübut etmə yükü isə cavabdehin üzərinə düşür.

48. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının pul vəsaitini əldə etməyə qanuni əsası olduğunu, həmin vəsaitin ona tanımadığı şəxslə internet üzərindən bağlanmış alqı-satqı müqaviləsi əsasında satdığı kriptovalyutanın dəyəri olaraq ödənildiyini sübut etmişdir. Cavabdeh iddiaçının hesabından daxil olmuş pul vəsaiti müqabilində alıcıya kriptovalyuta təqdim etdiyindən varlanma halı baş verməmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin bu barədə sübutları eyni zamanda istintaq orqanına təqdim etdiyindən o iddiaçının ərizəsi üzrə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilməmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraat dayandırılmışdır.

49. Kollegiya mübahisəyə “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilərək baxılmalı olduğuna dair kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, sözügedən qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələ rini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. Hazırkı halda iddiaçı və cavabdeh arasında elektron qaydada müqavilə bağlandığı müəyyən edilmədiyindən bu qanun hazırkı mübahisə üzrə tətbiq oluna bilməz.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4778/2025 nömrəli 3 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-4778/2025 nömrəli, 3 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar