Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1698/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Nuriyeva (Pirquliyeva) Kəmalə Ağababa qızının Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə baxılan zaman iddiaçı məhkəməyə iddia təlbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh arasında 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 1671 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak iddiaçı Nuriyeva (Pirquliyeva) Kəmalə Ağababa qızı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onlar nikaha daxil olsalar da, nikahları formal xarakter daşıyır. Belə ki, cavabdeh onun iş yoldaşıdır və onlar birlikdə işləyirlər. Cavabdeh ona yaxınlaşaraq ipotekaya ev götürmək istədiyini, lakin evli olmadığından ona ipoteka düşmədiyini bildirmişdir. Bu səbəbdən də, onunla formal olaraq nikaha daxil olmasını xahiş etmişdir. O, cavabdehin bu istəyi ilə razılaşmış, lakin nikaha formal olaraq daxil olmağın hüquqi nəticələrindən xəbərsiz olmuşdur. Bundan başqa birgə təsərrüfat idarə etmirlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, bəli o iddiaçı ilə nikaha daxil olsa da, nikahları formal xarakter daşımışdır. Belə ki, o, özünə ipoteka ilə ev almaq istəmiş və evli olmadığından ona ipoteka düşməyəcəyi bildirilmişdir. Bu səbəbdən də, o, iddiaçıya bir iş yoldaşı kimi belə bir təkliflə yaxınlamışdır. İddiaçı onun bu təklifinə razı olduğundan, onlar arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində formal nikah bağlanmışdır. Daha sonra isə sənədlərində digər çatışmazlıqlar səbəbindən heç ipotekaya ev də, ala bilməmişdir. İddianı etiraf edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 404642 nömrəli, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1671 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Pirquliyev, arvada Pirquliyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə görə nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.3-cü maddəsinə görə saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan tərəflər birgə təsərrüfat idarə etməmiş, bir yerdə yaşamamış, ər-arvad münasibətləri olmamış, birgə nikahdan övladları yoxdur. Tərəflər rəsmi nikaha girsələr də, onların nikahı formal olmuşdur. Bu hal məhkəmə iclasında tərəflərin etiraf edici izahatları ilə də, öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, tərəflərin əslində ailə qurmaq niyyəti olmadığından tərəflər arasında bağlanılmış nikah saxta hesab edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflərin nikah bağlamasındakı məqsədi ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olmamışdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə X1 arasında 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 1671 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə X1 arasında 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə 1671 № li akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1698/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1698/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver