Məhkəmə qərarları › İş №2(004)-17/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-17/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-17/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi X2, Cavabdeh4 nümayəndəsi Vahabov Rövşən Vəkil oğlunun, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı kredit müqavilələri üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı kredit müqavilələri üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri də, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh4 arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:

1. “Bank” ilə “Kredit alan” arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli 100183-1- 12776/6 saylı və 100183-1-12776/7 saylı “Kommersiya krediti müqavilə”ləri üzrə “borcluların” Banka 03.02.2022-ci il tarixinə müştərək qaydada 7,204,589.21 manat məbləğində əsas borc və 754,398.73 manat məbləğində faiz borcu olmaqla, cəmi 7,958,987.94 (yeddi milyon doqquz yüz əlli səkkiz min doqquz yüz səksən yeddi, 94) manat məbləğində borcu müəyyən olunur.

2. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisəni aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - “Borclular”ın müştərək qaydada Banka bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş 7,958,987.94 (yeddi milyon doqquz yüz əlli səkkiz min doqquz yüz səksən yeddi, 94) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borc məbləğinin 7,204,589.21 (yeddi milyon iki yüz dörd min beş yüz səksən doqquz, 21) manat 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 74 ay müddətində hər ayın 30-dan gec olmayaraq ödənilir. Barışıq sazişi təsdiq olunduqdan sonra Borclulara 31 aylıq güzəşt müddəti (3.1-ci bəndə uyğun) verilir. Barışıq sazişi üzrə 65 ay müddətinə 5,814,736.00 manat ödənildiyi təqdirdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43 D ünvanında ümumi sahəsi 8655,70 kv.m olan qeyri-yaşayış binası girovdan azad olunacaqdır. Ümumilikdə, Saziş imzalandıqdan sonra 7,204,589.21 manat ödənildikdə “Borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onların “Bank” qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim ediləcək və 60 gün ərzində ipoteka predmeti yüklülükdən azad olunacaq.

2.1. Ödəniş cədvəli:

1 500 000 16 0 31 0 46 165 026 61 165 026

2 0 17 0 32 0 47 165 026 62 165 026

3 0 18 0 33 62 037 48 165 026 63 165 026

4 0 19 0 34 145 529 49 165 026 64 165 026

5 0 20 0 35 156 390 50 165 026 65 165 026

6 0 21 0 36 165 026 51 165 026 66 165 026

7 0 22 0 37 165 026 52 165 026 67 165 026

8 0 23 0 38 165 026 53 165 026 68 165 026

9 0 24 0 39 165 026 54 165 026 69 165 026

10 0 25 0 40 165 026 55 165 026 70 165 026

11 0 26 0 41 165 026 56 165 026 71 165 026

12 0 27 0 42 165 026 57 165 026 72 165 026

13 0 28 0 43 165 026 58 165 026 73 165 026

14 0 29 0 44 165 026 59 165 026 74 69 645.21

15 0 30 0 45 165 026 60 165 026

2.2 həmçinin bu Barışıq sazişi üzrə məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-yə məxsus Bakı şəh,Yasamal ray.,3166-cı məhəllə, H.Zərdabi prospekti 88 D ünvanında 0.2215 ha torpaq sahəsində ümumi sahəsi 4656 kv.m olan 2 mərtəbəli qeyri yaşayış binası girovdan azad olunacaqdır.

3. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1. “Borclular”dan müştərək qaydada 7,958,987.94 manat məbləğində borcun həmin (yəni öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı) günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 3.2. Tərəflərin qarşılıqlı razılığı ilə “Performance Center CO” MMC-yə məxsus Gəncə şəh, Kəpəz ray.,Gəncə Şəmkir yolunun sağ tərəfində yerləşən 0.0926 ha torpaq sahəsində ümumi sahəsi 1602.7 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manat və "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43 D ünvanında 0,295520 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 8655,70 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 6,500,000.00 (altı milyon beş yüz min) manat müəyyən olunur. 3.3. “Borclular” bu Sazişin 3-cü bəndində nəzərdə tutulmuş şərtləri icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu Sazişin 4.2-ci bəndində qeyd edilən əmlaklar ilkin satış qiymətlərinə uyğun olaraq açıq hərracdan satılır, onlar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait “Bank”a ödənilir. 3.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan kredit borcunun ödənilməsinə yönəldilir.

4. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir.

5. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir.

6. Bu Barışıq sazişinin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

7. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

8. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. İddiaçı və cavabdehlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı kredit müqavilələri üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. “Bank” ilə “Kredit alan” arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli 100183-1- 12776/6 saylı və 100183-1-12776/7 saylı “Kommersiya krediti müqavilə”ləri üzrə “borcluların” Banka 03.02.2022-ci il tarixinə müştərək qaydada 7,204,589.21 manat məbləğində əsas borc və 754,398.73 manat məbləğində faiz borcu olmaqla, cəmi 7,958,987.94 (yeddi milyon doqquz yüz əlli səkkiz min doqquz yüz səksən yeddi, 94) manat məbləğində borcu müəyyən olunur.

2. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin həll edilməsi barədə razılığa gəlirlər və qeyd olunan mübahisəni aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - “Borclular”ın müştərək qaydada Banka bu Sazişin 2-ci bəndi ilə müəyyən edilmiş 7,958,987.94 (yeddi milyon doqquz yüz əlli səkkiz min doqquz yüz səksən yeddi, 94) manat məbləğində olan ümumi borc məbləğinə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. “Borclular”ın Banka olan ümumi borc məbləğinin 7,204,589.21 (yeddi milyon iki yüz dörd min beş yüz səksən doqquz, 21) manat 3.1-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 74 ay müddətində hər ayın 30-dan gec olmayaraq ödənilir. Barışıq sazişi təsdiq olunduqdan sonra Borclulara 31 aylıq güzəşt müddəti (3.1-ci bəndə uyğun) verilir. Barışıq sazişi üzrə 65 ay müddətinə 5,814,736.00 manat ödənildiyi təqdirdə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43 D ünvanında ümumi sahəsi 8655,70 kv.m olan qeyri-yaşayış binası girovdan azad olunacaqdır. Ümumilikdə, Saziş imzalandıqdan sonra 7,204,589.21 manat ödənildikdə “Borclular”ın “Bank” qarşısında öhdəliyi tam icra olunmuş hesab olunacaq və onların “Bank” qarşısında bütün öhdəliklərinə xitam veriləcək. “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim ediləcək və 60 gün ərzində ipoteka predmeti yüklülükdən azad olunacaq. 2.1 Həmçinin bu Barışıq sazişi üzrə məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra "xxxx" MMC-yə məxsus Bakı şəh,Yasamal ray.,3166-cı məhəllə, H.Zərdabi prospekti 88 D ünvanında 0.2215 ha torpaq sahəsində ümumi sahəsi 4656 kv.m olan 2 mərtəbəli qeyri yaşayış binası girovdan azad olunacaqdır.

3. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 60 gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1. “Borclular”dan müştərək qaydada 7,958,987.94 manat məbləğində borcun həmin (yəni öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı) günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 3.2. Tərəflərin qarşılıqlı razılığı ilə “Performance Center CO” MMC-yə məxsus Gəncə şəh, Kəpəz ray.,Gəncə Şəmkir yolunun sağ tərəfində yerləşən 0.0926 ha torpaq sahəsində ümumi sahəsi 1602.7 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manat və "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43 D ünvanında 0,295520 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 8655,70 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 6,500,000.00 (altı milyon beş yüz min) manat müəyyən olunur. 3.3. “Borclular” bu Sazişin 3-cü bəndində nəzərdə tutulmuş şərtləri icra etmədiyi və ya tam icra etmədiyi təqdirdə, bu Sazişin 4.2-ci bəndində qeyd edilən əmlaklar ilkin satış qiymətlərinə uyğun olaraq açıq hərracdan satılır, onlar məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait “Bank”a ödənilir. 3.4. İpoteka predmetlərinin satışından əldə olunan məbləğ bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan kredit borcunun ödənilməsinə yönəldilir.

4. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmayacaq və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad ediləcək və ipoteka müqavilələrinə xitam veriləcəkdir.

5. “Borclular” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” qanuna əsasən icra edilir.

6. Bu Barışıq sazişinin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.

7. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

8. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh4 qarşı kredit müqavilələri üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair 2(004)-17/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar