Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1706/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, təsdiq edilmiş eskiz layihənin ona təqdim edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, təsdiq edilmiş eskiz layihənin ona təqdim edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 m2 olan qeyriyaşayış sahəsini onun sahibliyinə və istifadəsinə verilməsi, maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsini dövlət reyestr xidmətində qeydiyyatdan keçirmək üçün tələb olunan Cavabdeh MMC tərəfindən təsdiq edilmiş eskiz layihənin ona verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə verərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 215 ünvanında binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 m2 olan qeyri-yaşayış sahəsinin, eləcə də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 215 ünvanında yerləşən binanın zirzəmisində yerləşən 21 nömrəli qarajın onun sahibliyinə, istifadəsinə verilməsi, maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmək üçün tələb olunan Cavabdeh MMC tərəfindən təsdiq edilmiş eskiz layihənin ona verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə yazılı formada etiraz verərək, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ilə razı deyil və əssassız hesab edir. Belə ki, iddiaçı Cavabdeh MMC yarandığı gündən Cəmiyyətin təsisçilərindən biri olub, əldə etdiyi yaşayış və qeyriyaşayış sahələri ona həm nizamnamə kapitalındakı pay haqqına uyğun, həm də mənfəət qismində ayrılmışdır. İddiaçı ona ayrılmış sahələrin sənədlərini aldıqdan və sahələri yerində qəbul etdikdən sonra gələcəkdə özünün və ailə üzvlərinin Cəmiyyətə qarşı heç bir iddiasının və tələbinin olmayacağına dair notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Qeyd olunanları və Cavabdeh MMC-nin uzun müddətdir ki, faktiki olaraq fəaliyyətini dayandırmasını nəzərə alaraq iddiaçının ona məxsus qeyri-yaşayış sahələrinə sahiblik və istifadə etməsinə maneələrin Cəmiyyət tərəfindən törədilməsini bildirməsi həqiqəti əks etdirmir. Məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunan qeyri-yaşayış sahəsinin və qarajın təsdiq edilmiş layihəsini iddiaçıya təqdim etmişdir. Bundan sonra məhkəmə baxışı iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirdilər ki, iddia ərizəsində göstərilən tələblərin bir qismi həll edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə da mülki işə baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatarını dinləyib, təqdim edilmiş sənədləri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialarında olan 04 avqust 2020-ci il tarixli 71 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 215 ünvanında binanın zirzəmisində yerləşən 21 nömrəli qarajı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin, 04.08.2020-ci il tarixli Y/3 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Şərifzadə 215 ünvanında binanın tikintisi başa çatdıqdan sonra, həmin binada 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 420 m2 olan sahəni payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. 04.08.2020-ci il tarixli 158 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC Bakı şəhəri Yasamal rayonu Şərifzadə 215 ünvanındakı binanın 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 420 m2 olan qeyri-yaşayış sahəsinə görə payçı İddiaçı borcu yoxdur. 14 aprel 2021-ci il tarixli 72 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 215 ünvanında yerləşən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur və həmin binanın zirzəmisində yerləşən 21 nömrəli qaraj payçı İddiaçı məxsus olmaqla borcu yoxdur. İddiaçı tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli **********175 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, fəaliyyəti dayandırılmış Cavabdeh MMC tərəfindən iştirakçının pay haqqı qismində yatırdığı maya məbləğlərini Cəmiyyətin fəaliyyəti nəticəsində əldə olunan mənfəətdən nizamnamə kapitalındakı pay haqqına uyğun olaraq ona ödənilməli olan mənfəət məbləğini aldığını, gələcəkdə onun və ailə üzvlərinin Cavabdeh MMC-yə, onun icra orqanına, direktoruna qarşı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaçıya təqdim etdiyi eskiz layihələrdən görünür ki, o, Cavabdeh MMC-nin möhürü və onun rəhbərinin imzası ilə təsdiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, təsdiq edilmiş eskiz layihənin ona təqdim edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1706/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1706/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver