Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1707/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X4, İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “ölmüş elan edilmə” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “ölmüş elan edilmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, N-ci ilin yanvar ayının 13-də AR Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətə başlayan, N-ci ilin may ayının 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə itkin düşməsi ehtimal olunan oğlu X2 ölmüş elan olunsun və məhkəmə qətnaməsi çıxarılan gün onun ölmuş günü hesab edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2004-cü il tarixli qətnaməsi iloə 2002-ci ildə birgə nikah dövründə əldə etdidyi mənzdilin vərəsəlik hüququ əsasında bölünməsi zamanı oğlu X2 aqibətinə aydınlıq gətirilənə qədər dünyası dəyişən atası X1 (həyat yoldaşı) adına saxlanılan mənzilin 1/3 hissəsinin birgə nikah dövründə əldə olunan əmlak kimi onun ilə qızının X3 arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəf şəxsin ölmüş elan edilməsi və miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilən tələblər bir-biri ilə əlaqədar olmayan tələbdir. Hər iki tələb üzrə ayrıayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs1nə qarşı “ölmüş elan edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1707/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1707/2025
31.01.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver