Məhkəmə qərarları › İş №2(004)-171/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-171/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-171/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İkinci iddia üzrə iddiaçı, eyni zamanda ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi İddiaçı2 Əlisəfa oğlunun, İkinci iddia üzrə Cavabdeh2 David oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair birinci iddia ərizəsi və iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlunun cavabdehlər İddiaçı1 və Cavabdeh2 David oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ikinci iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus 347 kv.m (B tikilisi) sahəsinin Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(004)-5088/2021 nömrəli mülki iş). İdddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərid yaşayış evinin paylı mülkiyyət üzrə Cavabdeh1 məxsus 347 kv.m (B tikilisi) sahəni 27.04.2021-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 520000 manata almışdır Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44-10301 reyestr nömrəli 26.05.2021-ci il tarixli çıxarış verilmişdir. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasan, cavabdeh (satıcı) Cavabdeh1 27.05.2021-ci il tarixinədək fərdi yaşayış evini boşaldıb iddiaçı onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdü. Lakin 2 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən ünvan 2vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərid yaşayış evinin paylı mülkiyyət üzrə Cavabdeh1 məxsus 347 kv.m (B tikilisi) sahənin iddiaçıya təhvil verilməməsi onun mülkiyyət hüqqularını kobud şəkildə pozur. Onun tərəfindən 06.07.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq 3 iş günü ərzində ünvan 2vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərid yaşayış evinin paylı mülkiyyət üzrə Cavabdeh1 məxsus 347 kv.m (B tikilisi) sahənin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur. Həmin xəbərdarlıq məktubuna cavabdeh tərəfindən münasibət bildirilməmişdir. İddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlu cavabdehlər İddiaçı1 və Cavabdeh2 David oğluna qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair Bakı şəhəri 12 saylı njotariat kontorunda bağlanmış 27.04.2021-ci il tarixli AV-1N ******* nömrəli daşınnmaz əmlakın alqı-satqı müqaviləsinin aldatma və hakimiyyətdən sui-istifadə yolu ilə bağlandığından ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. (2(004)-5395/2021 nömrəli mülki iş) İdddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xələfov X1 Hikmət David oğlundan iş təklifi alaraq 2009-cu ildən 2015-ci ilə qədər olan müddətdə Bakı və Abşeron rayonu ərazilərində ******* manatlıq tikinti işləri həyata keçirmişdir. Lakin, Cavabdeh2 onun faktiki başa çatdırdığı həmin tikinti-avadanlıq işlərinə görə xərclədiyi pullardan, yalnız 2 200000 manatını ödəmiş, qalan 2 milyon manat pulu ödəməmək məqsədi ilə o zaman Azərbaycan Respublikası Prezident Administrasiyasında tutduğu mühüm vəzifədən sui-istifadə edərək onu, həm kriminal aləmin nümayəndələrini cəlb etməklə qorxutmuş, həm də məhkəmələrə öz həyat yoldaşı Südabə Xəlilovanı iddiaçı qismində cəlb etməklə, ağlabatmayan dəlillərlə və hansısa qaranlıq yollarla ondan 500000 manat pul vəsaiti almaq barədə yekun qərar çıxarılmasına nail olmuşdur. Belə ki, Cavabdeh2 gördüyü işlərə görə 2 milyon manat külli miqdarda pulunu ödəmədiyinə görə, dəfələrlə bu pulları tələb etdiyini görərək, bunun qarşısını almaq məqsədi ilə, əvvəlcə iş ofisinə şübhəli bir nəfər kriminal şəxs göndərmiş, daha sonra isə 7 nəfərlə evinə basqın təşkil etdirmişdir. Basqınçılar onu Hikmətdən pul tələb ediyi hallarda cəzalandıracaqları ilə hədələmişlər. Həmin basqınçıları görən ailə üzvləri bərk qorxuya düşmüşlər. Bunun ardınca isə, o zamanlar hələ sağ olan məşhur kriminal aləm rəhbəri Lotu Qulinin adından bir nəfərin rəhbərliyi ilə quldur dəstəsi yaşadığı evin qabağına gələrək, ona zəng etmiş və yanına çağırmışdır. O, həmin adamı onu Cavabdeh2 pul istəyəcəyi halda, oğlunu öldürməklə hədələmiş və özünün Lotu Quli adından gəldiyini bildirmişdir. Ailə üzvləri bu dəfə tam şok həyatı keçirmişdilər. Özü də, sarsılmış, anlaqsız halda Cavabdeh2 axtararaq tapmış və onun boğazından yapışaraq, olmuş hadisələri ona xatırlatmış, pullarını-heç olmasa 500000 manatını təcili verməyi tələb etmişdir. Hikmət bu dəfə ona 500000 manat vermiş, o da dərhal həmin məbləği borclu olduqlarına çatdırmışdır. Bu hadisələrdən sonra, Cavabdeh2 quldur hücumlarını dayandıraraq, ona qarşı məhkəmə çəkişmələri ilə hücumlar etmişdir. Həyat yoldaşı Südabə Xəlilovanın adına rəsmiləşdirilən, lakin onunla hesablaşmaları özünün apardığı Abşeron rayonu, Qobu qəsəbəsində 5,97 ha. sahədə ona sifariş edərək tikdirdiyi "Az DekoPanel' adlanan zavodun tikintisi başa çatandan sonra onların həmin zavoda çəkdikləri xərcləri ödəməmək naminə, onlara qarşı Abşeron Rayon Məhkəməsində həyat yoldaşı adından iddia qaldırılaraq, zavodun qeyri-qanuni tikilməsi ilə bağlı mübahisələndirmə açmışdırlar. Əlində Südabə xanımın onun emailinə öz elektron poçtundan göndərdiyi sənəddə onların məlum zavodun tikintisindən işin ən əvvəlindən tam məlumatlı olmaları kimi təkzibolunmaz sübutlar, zavodun inşasında işləyən şahidlər, həmçinin, Cavabdeh2 özünün onun şikayəti əsasında 2016-cı ildə Nərimanov Rayon Polis İdarəsində verdiyi izahatında tikinti materialları zavodunun tikintisinə görə ona şəxsən tapşırıq verdiyi barədə aşkar qeydi olmasına baxmayaraq, mülki məhkəmə prosesi, hər iki tərəfin iddiaları ilə bütün məhkəmə instansiyalarından keçəndən sonra, kassasiya mərhələsində, guya onun onlar aldadaraq xəlvət olaraq həmin zavodu tikməyi ilə əlaqədar, Cavabdeh2 həyat yoldaşının xeyrinə olaraq ondan 500000 manat pul tutulması və zavodun qeyri-qanuni tikili kimi sökülməsi kimi onun əleyhimə yönəlmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnaməsini təsdiq edən qərar qəbul olundu. Onun tərəfindən məhkəmələrə təqdim edilməklə, həqiqətən Hikmət və Südabə xanımın zavodun özülündən sonadək bu işdən tam məlumatlı olmalarını sübut edən yazılı material və canlı şahidlər olsa da, məhkəmələr bunları görməzdən gəldilər. Odur ki, həmin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, daha sonra X3 Məhkəməsində araşdırılmaya təqdim etməyə hazırlaşır. Bunun ardınca isə, Südabə Xəlilova, söküntünün dayandırılması ilə bağlı da qərar əldə etməyə nail oldu. Yəni, zavodu guya o, qanunsuz və ondan xəbərsiz tikdirmişdirsə, onda bu qanunsuz tikili barədə nədən, əvvəlcə məhkəmədə sökülmə qərarı alınır, sonra sökülmə qərarı ləğv olunaraq, zavod Südabə Xəlilova üçün saxlanılır? Məgər, bu sübut deyilmi ki, cavabdehlərin hədəfi onun haqqını ödəməmək üçün oyun qurmaq idi? Əmlaklarının olmaması səbəbindən də, icra şöbəsi tərəfindən tutma mənbəyi tapılmamışdır. Amma, Cavabdeh2, məhz həmin 2 milyon manat pulu ona ödəməməkdən ötrü, onu kriminal elementlərlə qorxutmuş və məhkəmə labirintinə salmışdır. Nəhayət, Cavabdeh2 məlum onun xeyrinə "qanuniləşmiş" 500 min manatı əlinə keçirmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələrinin ziddinə olaraq, ona növbəti tələ qurmuşdur. Onun da Hikmətə görə əvvəldən tanıdığı, onun işçisi, həm də "xxxx" MMC-nin rəhbəri olan hazırkı halda cavabdeh İddiaçı1 onu, təxminən 18-20 aprel 2021-ci il tarixdə Bayraq meydanındakı ofisinə dəvət etmiş, o da o vaxtlar sürücüsü işləyən Həmid Abdullayevlə birlikdə həmin ünvana getmişdir. İddiaçı1 iş otağında söhbətdə Həmid Abdullayev də şahidlik etmişdir. Söhbət zamanı İddiaçı1 onu bildirmişdir ki, Cavabdeh2 onun pulunu ödəmək istəyir, amma bir şərti vardır. Şərt ondan ibarətdir ki, gərək o, əvvəlcə məhkəmə qərarının icrası üçün tələb olunan 500000 manatı ödəsin. Yalnız bundan sonra, bir həftə ərzində Cavabdeh2 onu çay süfrəsinə dəvət edəcək, orda öz haqq-hesablarını təkrar hesablayacaqlar. Hikmətin ona nə qədər borcu qalıbsa, ordaca ödəyəcək". O, pul və əmlakı olmadığını İddiaçı1 bildirdikdə, o qızının adına olan evini İlhamın öz adına keçirməklə, bu məsələnin həll ola biləcəyini bildirmişdir. Onların söhbətlərı zamanı Cavabdeh2 İddiaçı1la daim zəng əlaqəsi saxlamış, İlham ona söhbətin gedişi barədə məlumat vermişdir. O, qızı Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 347 kv.m sahəsinin satışdan cəmi bir həftə sonra Cavabdeh2 2 milyon manatadək pulunu ala biləcəyi pozitiv şərti ilə satılmasının lazım olduğunu ona bildirdikdə, atası olduğu səbəbindən razılaşmışdır. Nəticədə, rəsmi qiymətləndirici cəlb etmişdirlər. Qiymətləndirici 1.450000 manat qiymət müəyyənləşdirərək, rəsmi sənəd vermişdir. Arada 500000 manatdan əlavə onlara çatası 950000 manat qaldığını İddiaçı1 bildirdikdə, o demişdir ki, "onsuz da, evin satışından bir həftə sonra Cavabdeh2la görüşürəcəklər, bu 950000 manat fərqi də həmin görüş zamanı hesablaşmalarında nəzərə alarlar". İddiaçı1, Cavabdeh2 adından, həmçinin bildirmişdir ki, 35000 manat icra şöbəsinin 7 faizlik rüsüm pulunu da Hikmətin hesabından özləri ödəyəcəklər. Beləliklə, 27.04.2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notarial kontorunda Cavabdeh1 ilə İddiaçı1 arasında qiyməti, əslində ******* manat razılaşdırılmış məlum ünvanlı evin alqı-satqısı, pozitiv şərt altında 520000 manat məbləğ (notarial və vergi xərcləri ilə birlikdə) kimi həyata keçirilmişdir. Cavabdeh2 ssenarisi əsasında 500000 manat pulun Südabə Xəlilovaya, guya çatdırılması tamaşası təmin edilmişdir. Əslində İddiaçı1 ev almamışdı, həmin notariusda depozitə qoyulan 520000 manat da elə Cavabdeh2 öz pulu idi. O vaxt, bu vaxt nə İddiaçı1, nə də Cavabdeh2 daha bir soraq olmamışdır. Şərtlərinə uyğun olaraq, qızı Cavabdeh1, Cavabdeh2la alqı-satqıdan bir həftə sonrakı görüşədək evdə yaşamağa davam etməli idi. Lakin, Cavabdeh2 görüşdən qaçdığından, təbii ki, Cavabdeh1 evdə yaşamağa davam edirdi. Onlar yenə də nələrəsə ümid bəsləmişdirlər. 06 iyul 2021-ci il tarixdə Cavabdeh1 adına İddiaçı1, evin boşaldılması ilə bağlı xəbərdarlıq məktubu daxil olduqdan sonra onlar aldadılma yolu ilə Cavabdeh1 əmlakının ələ keçirildiyini başa düşmüşdürlər. Üstəlik də müəyyənləşdirilmiş və razılaşdırılmış qiymətdən 950 min manat qalıq pulu da ödənməmiş, evin boşaldılması tələb olunmuşdur. Bu səbəbdən də, məsələni mübahisələndirmək qərarına gəlmişdirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli 2(004)-5395/2021 nömrəli qərardadı ilə 2(004)-5395/2021 nömrəli mülki iş, 2(004)-5088/2021 nömrəli mülki işə birləşdirilmişdir. Daha sonra, iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlu məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair Bakı şəhəri 12 saylı njotariat kontorunda bağlanmış 27.04.2021-ci il tarixli AV-1N ******* nömrəli daşınnmaz əmlakın alqı-satqı müqaviləsinin aldatma və hakimiyyətdən sui-istifadə yolu ilə bağlandığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizısinin məzmununa uyğun izahat verərək, İddiaçı1 iddiasının təmin edilməsi, Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlunun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia üzrə iddiaçı, eyni zamanda ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi İddiaçı2 Əlisəfa oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi, İddiaçı1 iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia üzrə Cavabdeh2 David oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçılar Cavabdeh2 David oğluna qarşı hər hansı tələb irəli sürməmişdir. Bundan əlavə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, birinci iddia təmin edilməli, ikinci iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Qiymətləndirmə Mərkəzi MMC-nin 06.07.2020-ci il tarixli rəyinin surətindən görünür ki, ünvan 2vanında yerləşən 1kv.m manat olmaqla ümumilikdə 347 kv. sahənin dəyəri ******* manat civarındadır. İş materiallarında olan 4Ə-1246 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Bakı şəhəri 12 saylı Notariat ofisində bağlanmış 27.04.2021-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 13.03.2020-ci il tarixli çıxarışa əsasən ünvan 2vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərid yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv.m (B tikilisi) sahəni 520000 manata İddiaçı1 satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı1 520000 manat vəsaiti notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Satıcı Cavabdeh1 müqavilənin şərtinə əsasən 27.05.2021-ci tarixədək mənzili boşaldaraq alıcı İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 tərəfindən mənzilin müəyyən edilmiş 520000 manat dəyəri tam şəkildə satıcı Cavabdeh1 ödənilməsi üçün notariusun depozit hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 ünvan 2vanında yerləşən B tikilisinə mülkiyyət hüququ **********44-10301 reyestr nömrəsi ilə 26.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı1 06.07.2021-ci il tarixdə Cavabdeh1 xəbərdarlıq məktubu ünvanlanaraq 3 iş günü ərzində ünvan 2vanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərid yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv.m (B tikilisi) sahənin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-ci maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, İddiaçı1 müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 520000 manat dəyərini tam şəkildə satıcı Cavabdeh1 ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, Cavabdeh1 öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi boşaldaraq İddiaçı1 təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddia ərizəsində İddiaçı2 Əlisəfa oğlunun Cavabdeh2 David oğlundan 2 milyon manatadək pulunu alması pozitiv şərti ilə müqavilənin bağlanmasına razı olduğu, əslində evin satış qiymətinin ******* manat razılaşdırıldığı, pozitiv şərt altında 520000 manata həyata keçirildiyi qeyd edilərək, müqavilənin aldatma və hakimiyyətdən sui-istifadə nəticəsində bağlandığı iddia edilsə də, məhkəmə qeyd edilənləri əsassız hesab edir. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Alqı-satqı müqaviləsi bağlanarkən mübahisə pedimeti olan əmlak İddiaçı2 Əlisəfa oğlunun deyil, Cavabdeh1 mülkiyyətində olmuşdur. İddiaçı2 Əlisəfa oğlu müqavilə tərəfi deyil. Tərəflər arasında alqı-satqı müqaviləsi yazılı formada tərtib edilmiş, Cavabdeh1 və İddiaçı1 müqaviləni imzalamış, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir. Tərəflər müqavilə üzrə hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etməmişdir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Altdatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməlklə onda əqd barədə yalnış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız hesab sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Mənzilin hansı qiymətə satılıb alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alqı-satqı müqaviləsi tərəflərinin iradəsindən aslıdır. Mənzilin əvəzinə pulun verilməsi faktının əlavə hər hansı sənədlə təsdiq edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmur və bu hal tərəflərin razılığı ilə həyata keçirilə bilər..” Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil birinci iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, birinci iddia üzrə cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı1 mülkiyyətçi kimi keçmiş mülkiyyətçi olan Cavabdeh1 onun mülkiyyətindəki fərdi yaşayış sahəsini öz vəsaiti hesabına boşaldılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlıdır. Birləşdirilmiş iş üzrə iddia ərizəsində götərilənlər iddiaçıların şəxsi mülahizələri və qənaətləri olmaqla, heç bir mötəbər yazılı sübuta söykənmir və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası təmin, birləşdirilmiş mülki iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlunun cavabdehlər İddiaçı1 və Cavabdeh2 David oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus 347 kv.m (B tikilisi) sahəsi Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılaraq İddiaçı1 təhvil verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Birləşdirilmiş mülki iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlunun cavabdehlər İddiaçı1 və Cavabdeh2 David oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı2 Əlisəfa oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar