Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1713/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X13, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X32 və Ərizəçi4 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X32 və Ərizəçi4 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi 90 saylı fərdi yaşayış evinə xx.xx.1955-ci il tarixdə vəfat etmiş Ərizəçi4 Həmid qızı və xx.xx.1987-ci ildə vəfat etmiş X8 arasında qohumluq faktının müəyyən edilməsi barədə qanuni və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Bakı şəhər 14 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.1955-ci il tarixində vəfat etmiş Ərizəçi4 Həmid qızı və xx.xx.1987-ci ildə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi 90 saylı fərdi yaşayış evinə dair adlarına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini istəmişlər. Notariatdan verilmiş 19 dekabr 2023-cii il tarixli 4438 saylı cavabda miras qoyan Ərizəçi4 və Kübra Babayeva arasında qohumluq faktını müəyyən etmək mümkün olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkünsüzlüyü bildirilir. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin 61 saylı Mənzil Kommunal İstismar sahəsindən aldığları 01 dekabr 2023-cii il tarixli 045 saylı cavabda Cabbarova X4 və övladı X39 ünvan 1 ünvandakı fərdi yaşayış evində 1/18 hissələrdə ayrı-ayrılıqda mülkiyyətçilər olaraq, həmin ünvanda yaşamışlar və hər ikisi vəfat etmişdir. Eyni zamanda, X5 ömrünün sonunadək həmin ünvanında öz oğlu X34 və gəlini X35 ilə yaşamışdır. X35 xx.xx.2022-ci ildə vəfat etmişdir. Babayev Eldarın övladları Ərizəçi3, Həlimə, Muxtar, İlhamə Eldar qızının hal-hazırda həmin evdə Bakı şəh., Yasamal ray., Z.Adıgözəlov küç., ev 90-da yaşadıqları təsdiq edilir. Birmənalı olaraq, X23 Cabbarova X1 övladı olduğu həmin arayışda göstərilir. “AR X41 74 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavabında bildirilir ki, Bakı şəhəri Hacı Hüseyn məscidinin sənədlərində Kübra xanım Hacı Məhəmməd qızının doğum tarixinə dair məlumat doğum tarixi: 19 may 1912-ci il tarix aşkar olunmuşdur. Onun valideynlərinin atası - Hacı Məhəmməd (sənəddə olduğu kimi) Hacı Baba oğlu, anası - X4 olduğu göstərilir. AR X41 tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri üzrə 1909- 1912-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X24 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır”. Sənədlərdən isə X1 1882-ci ildə anadan olduğu bəlli olur. AR X47 60 saylı, xx.xx.2023-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, Bakı şəhəri Hacı Hüseyn məscidinin sənədlərində Hacı X10 ilə Həlimə xatun Həmid qızının nikah tarixi 23 oktyabr 1902-ci tarix məlumat aşkar olunmuşdur. Notariat ofisinin verdiyi cavab məktubunda ölüm faktının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildiyi bildirilir. Əlavə qeyd edilir ki, vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb edilir. Odur ki, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarının şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrlə müəyyən olunduğu bildirilir. Bakı şəhər 14 saylı Notariat Ofisi tərəfindən verlən 19 dekabr 2022-ci il tarixli 4438 saylı imtina məktubunda AR MPM-nin 307-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etmək tövsiyyə edilir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşmə barədə ərizə təqdim edərək, Ərizəçi1, X18 və Ərizəçi4 və mərhum X15 nənələri 29 iyun 1987-ci ildə vəfat etmiş X3 27 noyabr 1955-ci ildə vəfat etmiş Ərizəçi4 Həmid qızının övladı (qızı) olması faktı müəyyən edilməsi barədə qanuni və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxsna məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş, ərizəçilərin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 dekabr 1966-cı il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 08 oktyabr 1966-cı ildə anadan olmuşdur. X11, anası X25r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 dekabr 1975-ci il tarixli İV-JQ 263790 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 27 noyabr 1975-ci ildə anadan olmuşdur. X11, anası X25r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 may 1971-ci il tarixli AZB 161683 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxxx 1971-ci ildə anadan olmuşdur. X11, anası X25r. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyun 1956-cı il tarixli İ-İE 094134 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 02 iyul 1940-cı ildə anadan olmuşdur. Atası Ərizəçi3, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikasının X41 15 noyabr 2023-cü il tarixli 3-48-TA/2-00757/2023 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Bakı şəhəri Hacı Hüseyn məscidinin sənədlərində Kübra xanım Hacı Məhəmməd (sənəddə olduğu kimi) qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 19 may 1912-ci il. Valideynləri: Atası - Hacı Məhəmməd (sənəddə olduğu kimi) Hacı Baba oğlu. Anası - X4. Eyni zamanda məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası X41 tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri üzrə 1909-1912ci illərə Dair doğum aktlarının qeydiyyat kitablarında X24 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən X26 ünvanlanmış məktubdan görünür ki, miras qoyan, Ərizəçi4 və K.Babayev arasında qohumluq faktını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etmək tövsiyyə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının X41 28 noyabr 2023-cü il tarixli 3-48-TA/2-00785/2023 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Bakı şəhəri Hacı Hüseyn məscidinin sənədlərində Hacı X12 ilə Həlimə xatun Həmid qızının nikah tarixinə dair məlumat aşkar edilmişdir. Nikah tarixi: 23 oktyabr 1992-ci il. İş materiallarında olan Səadət Sarayında (Bakı Nikah Evi) tərəfindən verilmiş 28 aprel 2007-ci il tarixli AZ-İ 321614 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X31 ilə X19 28 aprel 2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 1080 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Babayev”, arvada “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2011-ci il traixli AZ-İ 485384 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2011-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 782 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 61 saylı MKİS-nin 01 dekabr 2023-cü il tarixli 045 saylı məktubunun surətindən görünür ki, qeydiyyat kitabına əsasən X40 Kərbalayi Həmid qızı və övladı X33 ünvan 3 ünvanındakı fərdi yaşayış evində 1/18 hissələrdə ayrı-ayrılıqda mülkiyyətçilər olaraq, həmin ünvanda yaşamışlar. Hər ikisi vəfat etmişdir. X5 ömrünün sonunadək həmin ünvanda öz oğlu X34 və gəlini X35 ilə yaşamışdır. X35 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin evdə Eldar Babayevin övladları - Ərizəçi3, Həlimə, Muxtar, İlhamə Eldar qızı ilə yaşayırlar. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИЕ 015556 nömrəli, xx.xx.1955-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 Həmid qızı 27 noyabr 1955-ci il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 692 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ 403525 nömrəli, 29 iyun 1987-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 iyun 1987-ci il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 iyun 1987-ci il tarixdə 1244 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində istifadədə olan 0.01368 ha torpaq sahəsində yerləşən 1-(1), 2-(1) mərtəbəli, 7 otaqlı, 72.68 kv.m yaşayış, 64.43 kv.m köməkçi sahədən ibarət 90 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X37 1/18 hissə, X9 1/3 hissə, X17 1/18 hissə, X29 1/18 hissə, X30 1/18 hissə hissə, X24 1/18 hissə, X27 1/18 hissə, X16 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6263 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.2-ci maddəsində əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələrdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən də müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, X32, Ərizəçi4, eləcə də mərhum X31 mərhum X20 övladlarıdır. Ərizəçi2 mərhum X15 arvadıdır. Eldar Babayev miras qoyan X3 oğludur. Eləcə də mülki işin sənədləri ilə müəyyən olundu ki, miras qoyan Babayeva X7 Həlimə Həmid qızının qızıdır. Ərizəçilər nənələri X30 ölməsindən sonra miras əmlakını idarə etməklə və göstərilən evdə yaşamaqla mirası qəbul etmişdir. Eləcə də arxiv sənədləri ilə müəyyən edilir ki, Ərizəçi1, X18 və Ərizəçi4 və mərhum X15 nənələri 29 iyun 1987-ci ildə vəfat etmiş X8 27 noyabr 1955-ci ildə vəfat etmiş Ərizəçi4 Həmid qızının övladıdır. Ərizəçilər 27 noyabr 1955-ci ildə vəfat etmiş Ərizəçi4 Həmid qızı və 29 iyun 1987-ci ildə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov küçəsi 90 saylı evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini istəyirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapdığı üçün ərizə təmin edilməli, Ərizəçi1, X18 və Ərizəçi4 və mərhum X15 nənələri 29 iyun 1987-ci ildə vəfat etmiş X3 27 noyabr 1955-ci ildə vəfat etmiş Ərizəçi4 Həmid qızının övladı (qızı) olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1, X18 və Ərizəçi4 və mərhum X15 nənələri 29 iyun 1987-ci ildə vəfat etmiş X3 27 noyabr 1955-ci ildə vəfat etmiş Ərizəçi4 Həmid qızının övladı (qızı) olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1713/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1713/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver