Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-174/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol, giriş 7, A1 saylı mənzildən məcburi qaydada çıxarılması ona vurulmuş maddi zərərə görə 50.000 manat və ödədiyi dövlət rüsumuna görə 240 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli, 2(004)-174/2025 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, mülki iş üzrə Cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol, giriş 7, A1 saylı mənzilin təmir işlərinə xərclənmiş 46.041 manat pulun alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh İddiaçı çoxdan tanıyır. Münsibətləri normal olmuşdur. 2023-cü ilin may ayında Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol, giriş 7, Al saylı mənzil aralarında olan razılaşmaya görə İddiaçı adına rəsmiləşdirilmişdir. İlkin olaraq o, 18.000 manat İddiaçı adından ödəniş etmişdir. Bir il müddətə hər ay mənzilin kredit ödənişini özü və yaxınları vasitəsi ilə ödəniş etmişdir. Bundan əlavə, təmir işlərini özü həyata keçirmişdir: Elekterik və kombi sisteminin quraşdırılması 7138 manat, santexnik işləri 2143 manat, qapıların quraşdırılması 1910 manat, Döşəmə laminat 1550 manat, mebel 6500 manat, Mebel avadanlığı 7000 manat, ustaya verililən məbləq 12.000, materiallara xərclənən 7800 manat. Məhkəmənin diqqətininə çatdırmaq istəyirəm ki, faktiki olaraq qeyd olunan mənzilin sahibiyəm. Qeyd onuna mənzil formal olaraq İddiaçı adma rəsmiləşdirilib. Mən bu gündə mənzildə ailə üzvlərim ilə yaşayram və komunal xərclərini də o ödəmişdir. Ona görə də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar Dairəvi yol, giriş 7, A1 saylı mənzilin təmir işlərinə xərclədiyi 46.041 manat pul İddiaçı alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, qarşılıqlı iddia əsassızdır. Mənzil Cavabdeh istifadəsinə təmirli verilmişdir. Əksinə, cavabdeh tərəfindən mənzilə zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 29 may 2023-cü il tarixli A1 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol, giriş 7, mərtəbə mansart (16) ümumi tikinti sahəsi 89,7 kv.m olan otaqdan ibarət A1 saylı mənzili payçıya təhvil verməyi, payçı isə qarşılığında kooperativlə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan məhkəmənin qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasına cavab olaraq daxil olmuş xx.xx.2026-cı il tarixli, CC/1xx/xx-2026 saylı məktubla müəyyən edilir ki, baxışın faktiki olaraq həyata keçirilməsi üçün zəruri olan şərait təmin edilməmişdir. İş üzrə iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan aydın olmuşdur ki, baxışın predmeti olan əmlak hal-hazırda üçüncü şəxsin mülkiyyətindədir. Bu hal qiymətləndirmə obyektinə baxışın və qiymətləndirmə tədbirlərinin aparılmasının mümkün olmamasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin məcəllənin 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. İddiaçı iddia tələbində cavabdehə məxsus mənzildə yaşadığı müddətdə evin təmirinə pul xərclədiyini, lakin nəticə olaraq mənzildən istifadədən məhrum olduğunu qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol, giriş 7, A1 saylı mənzil iddiaçı Cavabdeh əvəzsiz istifadəsində olmuşdur. Məhkəmə tərəfindən əmlakın təmirinə çəkilmiş xərclərin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş, lakin baxışın predmeti olan əmlak hal-hazırda üçüncü şəxsin mülkiyyətində olduğundan ekspertizanın keçirilməsi mümkün olmamışdır. Tərəflər arasında əmlakın əvəzsiz istifadəsinə dair mülki hüquq münasibətləri mövcud olmuşdur. Əmlakdan istifadə etdiyi müddətdə iddiaçı cavabdehə məxsus əmlakın təmirinə xərc çəkdiyini, hazırda isə əmlakdan istifadədən məhrum olduğunu, bununla da iddiaçının əsassız varlandığını iddia edir. Bununla da, o, hazırda cavabdeh İddiaçı qarşı tələbini yönəltməklə mənzilə çəkilmiş təmir xərcinin əvəzi kimi 46.041 manat pulun ona ödənilməsini tələb edir. Lakin məhkəmə araşdırması ilə müyyən edilir ki, hazırda mübahisəli əmlak cavabdehin deyil, üçüncü şəxsin mülkiyyətindədir. Belə olan halda, iddiaçı cavabdehin onun hesabına əsassız olaraq varlanmasına, iddianın məhz cavabdeh İddiaçı qarşı yönəlməli olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, İddiaçı mənzilin təmirli olaraq Cavabdeh əvəzsiz istifadəsinə verildiyini, cavabdeh isə mənzilin təmirinə əlavə xərc çəkdiyini bildirir. Cavabdeh bununla bağlı təmir-tikinti ləvazimatlarına dair ödəniş qəbzlərini məhkəməyə təqdim etsə də, həmin ləvazimatların məhz mübahisəli mənzildə istifadə üçün nəzərdə tutulduğunu da sübuta yetirə bilməmişdir. Həmçinin tərəflər arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m, Kənar dairəvi yol, giriş 7, A1 saylı mənzilə dair əvəzsiz istifadə ilə bağlı münasibətlər mövcud olmuşdur. Bu baxımdan, iddiaçının mənzilə dair hər hansı gözlənilən mülkiyyət hüququ olmamış, öz istifadəsində olduğu müddətdə mənzillə bağlı təmir işləri aparmış olsa belə, mənzilin onun mülkiyyətində olmadığını bildiyindən sərf etdiyi vəsaitin itkisi riskini özü daşımışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddia tələbi mənzilə çəkilmiş təmir xərcinin əvəzi kimi 46.041 manatın cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının təmir etdiyi mənzilə yiyələnməsi, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-174/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-174/2025
23.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver