Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1740/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi2, Ərizəçi1 (maraqlı şəxs 1 saylı “Asan Xidmət” Mərkəzi Notariat Kontoru) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: miras əmlakı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi1ının iştirakı ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 (maraqlı şəxs 1 saylı “Asan Xidmət” Mərkəzi Notariat Kontoru) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçilər Ərizəçi2, Ərizəçi1 (maraqlı şəxs 1 saylı “Asan Xidmət” Mərkəzi Notariat Kontoru) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilər Ərizəçi2 və Rəşidova (Əfəndiyeva) Cəmilə İlham qızı tərəfindən xx.xx.2002-ci il tarixdə vəfat etmiş ataları X7 qalmış Bakı şəhəri, Binqədi rayonu, Binqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 2 miras əmlakın (1/2 hissədə payı üzrə) qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi2 və bacısı xx.xx.1992-ci il təvəllüdlü Rəşidova (Əfəndiyeva) Cəmilə İlham qızı Bakı şəhərində anadan olmuşlar. Həmin tarixdən bu günədək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yaşayırlar. Yuxarıda qeyd olunan mənzil ½ hissəsi mərhum ataları X11 məxsus olub. O, 21 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 2 ½ hissədə payı olmaqla, anaları X3, ½ hissədə payı olmaqla, X11 məxsusdur. O və bacısı yuxarıda qeyd olunan ½ hissədə atasına məxsus mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmişlər və bu günədək qeyd olunan mənzildə yaşamağa davam edirlər. Beləliklə ½ hissədə ataları X11 məxsus Bakı şəhəri, Binəqədi rayonu Çingiz Aytmatov küçəsi, giriş 2, M.14, m.1) o və bacısı tərəfidən miras olaraq faktiki qəbul edilmişdir. Həmin mənzil üzrə mülkiyyət hüquqlarının qeydə almaq məqsədilə vərəsəlik işi açılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etsələr də, notariat ofisi vərəsəliyin açılmasından imtina etdi. İmtina məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sizin xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X8 vərəsəlik işinin həlli ilə əlaqədar təqdim etdiyiniz sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, tərəfinizdən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bunu nəzərə alaraq müddətin bərpası üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Buna görə “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəyə müraciət etmək məcburiyyətində qaldılar.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. XVİ-ЖГ 489931 nömrəli xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə doğulmuş, atası X14, anası isə X4r.
8. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli 1758 nömrəli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X8 vərəsəlik işinin həlli ilə əlaqədar təqdim etdikləri sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bunu nəzərə alaraq müddətin bərpası üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunur.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 2 ünvanında yerləşən mənzil X8 xüsusi mülkiyyətindədir. Həmin əmlak üzərində X2 ½, X8 ½ hissədə payı var.
10. Bakı şəhəri Binəqədi rayon “Leyla” nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı, 018452 nömrəli, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X14 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir.
11. Bakı şəhəri Binəqədi rayon “Leyla” nikah evi tərəfindən verilmiş İİ- ЖГ 349428 boşanma haqqında şəhadaətnamədən görünür ki, X14 və X6 xx.xx.2000-ci il tarixdə nikahları ləğv edilmişdir.
12. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
13. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, ƏƏrizəçi2 Əbdüllətif oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama məlumatlarına əsasən X8 ailə tərkibinə dair məlumatlarda xx.xx.1992-ci il təvəllüdlü qızı Ərizəçi1 və xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi2 olması aşkar edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama məlumatlarına əsasən X1 ailə tərkibinə dair məlumatlarda xx.xx.1900-cü il təvəllüdlü əri Ərizəçi2 Əbdülətif oğlu və xx.xx.1970-ci il təvəllüdlü X14 adlı oğlunun olması aşkar edilmişdir.
16. Məhkəmə iclasıda şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçilərin anasıdır. Həmin ev Əfəndiyev İlhama atası vəfat etdikdən sonra qalmışdır. O, həmin evdə yaşamırdı, həmin vaxt artıq boşanmışdılar. 2022-ci ildən o həmin evdə yaşayır. Əfəndiyev İlham vəfat edəndən sonra həmin evdə onun anası yaşamışdır. Anası da vəfat edəndən sonra 2020-ci ildən sonra o və ərizəçilər həmin evdə yaşamışlar. Ərizəçi X9 2018-ci ildən həmin evdə yaşamışdır.
17. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir.
18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
19. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
20. Həmin qərarda göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində təsbit edilmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər.
22. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan miras əmlakın qəbul edilməsi faktı - əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
24. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
25. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
26. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
27. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
29. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
30. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
31. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
34. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçilərin atası miras qoyan X14 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Ərizəçilər anasından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 2 ünvanında yerləşən mənzili ½ hissədə miras kimi qəbul etmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 2 ünvanında yerləşən mənzilin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
36. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 36, mənzil 51 (yeni qaydalarla: AZ1130, ünvan 2 ünvanında yerləşən mənzilin ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tərəfindən miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil