Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1745/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfətti.liyi Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi zərər” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, Cavabdeh MMC-nin 201 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı və iş vaxtından artıq işlərə görə ödənilməmiş əmək haqqı ödənilməklə usta vəzifəsinə bərpa edilməsi, ona vurulmuş 2500 (iki min beş yüz) manat məbləğində maddi və 3000 (üç min) manat məbləğində mənəvi ziyanın Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, xx xxxxxx 2020-ci il tarixdə Cavabdehndə usta vəzifəsində işə düzəlmişdir. İşə qəbul olunarkən ona bildirilmişdir saat hesabı 3 manat 30 qəpik olmaqla əməyinin dəyəri hesablanacaq, iş saatları həftə içi (şənbə günü) səhər saat 08:00-dan 18:00-dək, bazar günləri isə 08:00dan 17:00-dək olacaqdır. Müqavilənin müddəti barədə ona bir şey deyilməmiş, şirkətin mühasibi Çingiz adlı şəxs ona müəyyən sənədlərə imza etdirmiş, elə həmin gün işə başlamışdır. Müqavilənin surətini tələb etsə də, ona verilməmişdir, müqavilə ilə tanış olmağa belə imkan verilməmişdir. İş yeri Xətai rayonu, Port Baku 2 ərazisində olmuşdur. Əmək şəraiti ağır olmuşdur. Dəfələrlə əməyin mühafizə qaydalarının kobud şəkildə pozulmasına şahid olmuşdur. Geyim vasitələri təmin olunmamışdır, normadan artıq çəkidə yüklərin daşınmasına məcbur edilmiş və iş vaxtı nahar fasiləsindən əlavə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş istirahət üçün qısa müddətli fasilələr belə verilməmişdir. Əmək qanunvericliyinə zidd olaraq gündəlik və həftəlik iş normasından artıq işlərə cəlb olunmuşdur. Şənbə və bazar günləri ona istirahət verilməmişdir. 08 dekabr tarixində 2020-ci il tarixdə günorta saat 15:00-da rayondan şəhərə gələn ailə üzvlərini qarşılmaq məqsədilə icazə almaq məqsədilə şirkətin səlahiyyətli şəxsi Elməddin bəyə yaxınlaşmış, lakin o, ona icazə vermədi. Təkrar yenə müraciət etsə də o ona qışqıraraq etiraz etmişdir. O isə getməyə məcbur idi. Növbəti gün işə getdikdə Elməddin adlı həmin şəxs onu işə buraxmamışdır. Bundan sonra o, cavabdeh şirkətin Çinar Parkda yerləşən ofisinə yaxınlaşmışdır. Orada şirkətin mühasibinə bu barədə məlumat vermişdir, lakin o, Elməddin adlı şəxsi müdafiə edərək işə qayıtmaqla bağlı tələblərinə məhəl qoymamışdır. Daha sonra o məcbur olaraq xx xxxxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyinə müraciət edərək, cavabdeh tərəfindən əmək hüququmlarının pozuntusu ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Dəfələrlə Dövlət Əmək Müfəttişliyinə çağrılaraq izahatlar vermişdir. Həmin idarə tərəfindən cavabdehdən lazimi materiallar tələb edilmişdir. Lakin bir müddət sonra həmin qurum tərəfindən qeyri-obyektiv araşdırma aparıldığını, cavabdeh şirkətin yol verdiyi nöqsanların ört-basdır edilməsinə cəhdlərin olduğunu görmüşdür. O, Əmək Müfəttişliyindən işə giriş və çıxış vaxtların qrafikin cavabdeh şirkətdən tələb edilməsini xahiş etmişdir. Həmin cədvəllər Əmək Müfəttişliyinə təqdim olunsa da onlar bu sənədləri tam araşdırmaqdan yayınmışlar. Həmin cədvəllər baxış üçün ona da təqdim olunmuşdur. Ona və digər işçilərə hər gün işə daxil olarkən və çıxarkən xüsusi tərtib olunan jurnalda imza atmaqla, giriş və çıxış saatlarını qeyd elətdirirdilər. Araşdırma gedərkən özünü Şirkətin direktoru kimi qələmə verən Çinarə xanım onu ofisə dəvət edərək, onunla təhqiredici formada danışmış, ona xitab edərək bildirmişdir: “ Sən kimsən ki, məndən şikayət edirsən, səni şirkətin başqa obyektinə fəhlə olaraq göndərəcəm. Maaşını azaldacam, ağlın başına gələr”. O, onun dedikləri ilə razılaşmadıqda isə onu təhqir etmişdir. Ümumiyyətlə, cavabdehin və onun səlahiyyətli şəxsləri tərəfindən onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. İşlədiyi vaxtda və onu işə buraxmadıqları xx.xx.2020-ci il tarixdən etibarən maddi və mənəvi ziyana məruz qalmışdır. İşlədiyi vaxtda iş üçün geyimləri (gündəlik maskalar da daxil olmaqla) öz hesabına almışdır, nəqliyyat xərcləri şirkət tərəfindən ödənilməmişdir. İşdən qanunsuz olaraq uzaqladışırıldıqdan sonra işə qəbul üçün dekabr ayında başqa şirkətdən dəvət alsa da, işə düzəlmək üçün ondan əmək kitabçası tələb olunduğu üçün işə qəbul edə bilməmişlər. Sistemdə adına əsas iş yeri üzrə rəsmi qaydada əmək müqaviləsinin olduğu bildirilmişdir. Beləliklə, potensial işlə təmin olunmaq imkanından məhrum olunmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin X2 izahat verərək bildirir ki, o, şirkətin təsisçisi və icraçı direktorudur. Onun məlumatı olmadan işdən çıxarıla bilməz. İddiaçını yanına çağırmış, məlumat almış, məsələni araşdıracağını bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı başqa vaxtlarda da bir neçə dəfə problemlər yaratmışdır. Elməddinin iddiaçıya qəzəblənmə səbəbi isə prezident kortecinin tikinti sahəsinə yaxın yoldan keçməsi zamanı dama çıxıb qanunsuz prezident kortecinə baxması olmuşdur. Buna görə polisdən irad da bildirilmişdir. İddiaçı icazə almadan iş sahəsindən çıxıb getmişdir. Halbuki, giriş-çıxış icazə ilə olmalıdır. Onun yanına sonradan gəldikdə isə ofisdə səs-küy salmışdır. Hətta bununla bağlı polisə də şikayət edilmişdir. Bununla belə iddiaçıya iş sahəsini dəyişməyi təklif etmiş, lakin o, razı olmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin səbəbi əmək müqaviləsinin vaxtının bitməsidir. Başqa səbəb yoxdur. İddiaçıya son haqq-hesab ödənilmişdir. Əmək müfəttişliyi tərəfindən arada olan 1 saat fərqə görə cərimə yazılmışdır. Qalan məsələlər düzdür. İddia əsassızdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh MMC-də usta vəzifəsinə təyin edilmişdir. Müqavilə xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İşçinin əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli, 201 №-li əmrin surətinə əsasən İddiaçı AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********0 №-li məktuba əsasən qanunvericiliyin tələbləri pozularaq İddiaçı ödənilməmiş əlavə əmək haqqının yenidən hesablanaraq ödənilməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyinə məktub ünvanlanmışıdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 40 manat məbləğindı pul mədaxil edilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işçinin əmək haqqı 300 manat göstərilmişdir. Cavabdeh MMC-də usta vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən vəzifədən azad edilmişdir. İşdən azad edilərkən işçiyə son haqq-hesab ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və xx.xx.2020-ci il t arixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. İddiaçı ona maddi və mənəvi ziyan vurulduğunu iddia etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, Cavabdeh MMC-nin 201 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı və iş vaxtından artıq işlərə görə ödənilməmiş əmək haqqı ödənilməklə usta vəzifəsinə bərpa edilməsi, ona vurulmuş 2500 (iki min beş yüz) manat məbləğində maddi və 3000 (üç min) manat məbləğində mənəvi ziyanın Cavabdeh MMC-dən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC tərəfindən iş yerinə buraxılmamağının qanunsuz hesab edilməsi, Cavabdeh MMC-nin 201 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı və iş vaxtından artıq işlərə görə ödənilməmiş əmək haqqı ödənilməklə usta vəzifəsinə bərpa edilməsi, ona vurulmuş 2500 (iki min beş yüz) manat məbləğində maddi və 3000 (üç min) manat məbləğində mənəvi ziyanın Cavabdeh MMC-dən onun xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1745/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1745/2021
10.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver