Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1749/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 01.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 650 manat, Cavabdeh1 3.900 manat, iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu və etibarnamə vermək üçün ödədiyi 11,50 manat dövlət rüsumunun, cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil 10.02.2021-ci il tarixdə məhkəməyə ərizə verərək, iddianı təmin etmə tədbiri kimi ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 məxsus olan “Mercedes Benz C240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və DYP-nin xüsusi duracağına yerləşdirilməsi baradə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(004)-1749/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh1 məxsus olan “Mercedes Benz C240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulmuşdur. Ərizə - “Mercedes Benz C240” minik markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin DYP-nin xüsusi duracağına yerləşdirilməsi hissəsində rədd edimişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İran İslam Respublikasının vətəndaşı İddiaçı Bakı şəhərində işləyir və İranda yaşayan valideynlərinə maddi köməklik edir. Bu məqsədlə Bakı şəhərində tanış olduğu İran vətəndaşı Cavabdeh2 Ghafur ogluna Bakı şəhərində pul vermiş, Cavabdeh2 Ghafur oglunun atası isə eyni məbləğdə pulu iddiaçının İranda yaşayan qardaşı Eldara vermişdir. X7 bir necə dəfə iddiaçıya pulun göndərilməsində vasitəçilik etmişdir. Sonuncu dəfə X7 iddiaçıya pulu hesab vasitəsi ilə göndərməsini söyləmişdir. İddiaçı 28.10.2020-ci il tarixdə 300 manat və 29.10.2020-ci il tarixdə 350 manat pulu X6 “xxxx” ASC-yə məxsus 4189 8000 8064 6571 nömrəli kart hesabına köçürmüşdür. X4 3900 manatı isə tanışı Cavabdeh1 məxsus olan 4169 7413 0001 7868 nömrəli “xxxx” ASC-yə məxsus kart hesabına köçürməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı 28.10.2020-ci il tarixdə 3400 manat və 500 manat olmaqla, ümumilikdə 3.900 manat pulu X6 tapşırığı ilə Cavabdeh1 məxsus olan 4169 7413 0001 7868 nömrəli “xxxx” ASC-yə məxsus kart hesabına köçürmüşdür. Lakin X7 və Cavabdeh1 iddiaçının köçürdüyü 4.550 manat pulu iddiaçının İranda yaşayan qardaşı Eldara çatdırmamışlar. Bu səbəbdən iddiaçının cavabdehlərə ödədiyi pul vəsaitlərinin geri qaytarılmasını xahiş etsə də, cavabdehlər könüllü olaraq iddiaçının cavabdehlərin kart hesablarına köçürdüyü vəsaiti qaytarmamışlar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, İddiaçıı tanımır. “xxxx” ASC-yə məxsus 4169 7413 0001 7868 nömrəli kart ona məxsusdur. Onun kart hesabına 28.10.2020-ci il tarixdə 3.400 manat və 500 manat olmaqla, cəmi 3.900 manat pul səhvən köçürülmüşdür. Araşdırma zamanı müəyyən etmişdir ki, köçürülmüş 3.900 manat pul vəsaiti İddiaçı məxsus olduğunu müəyyən etmişdir. O, bank kartına səhvən köçürülmüş 3.900 manat pul vəsaitini bank hesabından çıxararaq İddiaçı qaytarmağı öz öhdəsinə götürür. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh X5 məhkəmə iclasında iddianı qəbul etdi və yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, İddiaçı 28.10.2020-ci il tarixdə 300 manat və 29.10.2020-ci il tarixdə 350 manat pulu onun “xxxx” ASC-yə məxsus 4189 8000 8064 6571 nömrəli kart hesabına köçürmüşdür. O, həmin 650 manat vəsaiti hissə-hissə İddiaçı ödəməyə razıdır. Odur ki. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və ödəniş qəbzlərindən göründüyü kimi, İddiaçı milliön elektron ödəmə sistemi vasitə ilə Cavabdeh1 məxsus olan “xxxx” ASC-də olan 4169 7413 0001 7868 nömrəli kart hesabına 28.10.2020-ci il tarixdə 3.400 manat pul köçürmüşdür, daha sonra isə İddiaçı özünə məxsus olan “xxxx” ASC-nin verdiyi 510307********9974 nömrəli bank kart hesabından Cavabdeh1 məxsus olan “xxxx” ASC-də olan 4169 7413 0001 7868 nömrəli kart hesabına 28.10.2020-ci il tarixdə əlavə 500 manat olmaqla, ümumilikdə 3.900 manat pul köçürmüşdür. İddiaçı 28.10.2020-ci il tarixdə 300 manat və 29.10.2020-ci il tarixə 350 manat olmaqla, cəmi 650 manat vəsaiti X6 “xxxx” ASC-də olan 4189 8000 8064 6571 nömrəli kart hesabına köçürmüşdür. Cavabdehlər Cavabdeh1 və X5 iddianı etiraf etmələrinə dair məhkəməyə 22.04.2021-ci il tarixdə məhkəməyə yazılı ərizələrini təqdim etmiş və hesablarına köçürülmüş pul vəsaitini iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh X1 650 manat, Cavabdeh1 3.900 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu və etibarnamə vermək üçün ödədiyi 11,50 manat dövlət rüsumu olmaqla, cəmi 41,50 manat rüsum cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 191.3, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 650 (altı yüz əlli) manat, Cavabdeh1 3.900 (üç min doqquz yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu və etibarnamə vermək üçün ödədiyi 11,50 manat dövlət rüsumu olmaqla, cəmi 41,50 (qırx bir manat əlli qəpik) manat rüsum cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1749/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1749/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver