Məhkəmə qərarları › İş №2(004)-175/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-175/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-175/2022 02.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı ("xxxx" Apteklər Şəbəkəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma, mənzilə köçürülmə və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı ("xxxx" Apteklər Şəbəkəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinə köçürülmə və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evdən istifadə etməklə qanunsuz olaraq orada yaşayan və fəaliyyət göstərən "xxxx" MMC-nin, Babək adlı şəxslə yanaşı digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvandakı həmin evdən çıxarılması və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, ona dəymiş zərərin 1.200.000 manatının Cavabdeh3, 104.000 manatının isə Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus evdən istifadə etməklə qanunsuz olaraq orada yaşayan və fəaliyyət göstərən "xxxx" MMC-nin, Babək adlı şəxslə yanaşı digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanındakı evdən çıxarılması, eyni zamanda cavabdehlərin iddiaçıya qarşı qanunsuz hərəkətləri nəticəsində, ümumilikdə dəymiş zərərin 800.000 manatın Cavabdeh3, 104.000 manatın isə Cavabdeh1 tutularaq onun xeyrinə tutulması; İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 himayədarı ilə şərikli münasibətdə olmuşdur. Sonradan münasibətləri pozulduğundan, o, iddianı məcbur etdirərək, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə imza atmağa məcbur etmiş və həmin müqaviləni 05 fevral 2013-cü il tarixdə notariat kontorunda təsdiqləmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 388.000 manat borcu olduğunu etiraf etmişdir. Buna baxmayaraq, özünün və ailəsinin təhlükəsizliyi baxımından, onların bu tələbi ilə razılaşmışdır. Lakin, onların tələblərinin təmin edilməsi üçün az bir məbləğdə borcu qaldığı bir vaxtda, həmin şəxs onun biznesini tamamilə mənimsəmək üçün onu həbs etdirmişdir. Beləliklə, 29 iyun 2015-ci il tarixdə onu həbs etdirmiş və məhz onun da sifarişi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.08.2016-cı il tarixli hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 388.000 manatın və 30.000 avronun cinayət törədilən dövrün məzənnəsi ilə-34.560 manatın təqsirləndirilən şəxs kimi ondan alınaraq zərərçəkmiş Cavabdeh3 ödənilməsi və cəzaçəkmə müddətinin 29 iyun 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Bu hökümdən apellyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsin 25.11.2016-cı il tarixli qərar ilə azadlıqdan məhrum etmə cəzas 11 idən 10 ilə endirilmişdir. Bundan sonra, 10 saylı Cəzaçəkmə Müəssisəsində, Bakı Apellyasiya Məhkəməsinin 25.11.2016-cı il tarixli Qərarından kassasiya şikayəti tərtib edərək Ali Məhkəməyə təqdim etmişdir. Ali Məhkəmənin 11.07.2018-ci il tarixli Qərarı ilə tam bəraətverici əsaslarla Bakı Apellyasiya Məhkəməsinin 25.11.2016-cı il tarixli Qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 ilə endirilmişdir. Nəhayət, Ali Məhkəmənin 02.03.2021-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsindəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və həbsdən azad edilmişdir. Beləliklə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq hökm və qərarları ilə qanunsuz olaraq 5 il 8 ay 3 gün azadlıqdan məhrum edilməklə cəza çəkdikdən sonra, hüquqları bərpa edilməklə, bəraətverici əsaslarla azadlığa qovuşmuşdur. Üzərinə qoyulmuş öhdəliklə əlaqədar pulların tamamilə qaytarılması ərəfəsində, cavabdehin himayədarı onun həbsinə nail olmaqla, həm bu biznesi ələ keçirməklə yanaşı, həbs olunduğu vaxtda, Sədərək Ticarət Mərkəzindəki mağazada və anbarlarında 800 min manatdan artıq mal qalığını mənimsəmişdir. Bundan sonra isə, onu həbsdən buraxdıracağı adı altında adından Cavabdeh3 adına İstintaq Təcridxanasında, 25.08.2015-ci il tarixdə, 19 saylı notarius ofisi tərəfindən etibarnamə verilmiş və bu bəs etmirmiş kimi, onun xəbəri belə olmadan, 12.03.2016-cı il tarixdə həmin notarius ofisində indi isə, Cavabdeh1 adına, "onun tərəfindən" etibarnamə verilmişdir (olmamışdır belə bir hal) və həmin etibarnamələr vasitəsi ilə də, ona məxsus digər əmlaklarının mənimsənilməsi həyata keçirilmişdir. Belə ki, birinci halda, istintaq təcridxanasında saxlanlıldığı zamanlarda, təcridxanaya 19 saylı notariusun işçisi gətizdirilmiş və həbsdən azad olunacağının zəmanəti olaraq etibarnaməyə imza etdirilməyə məcbur edilmiş, ikinci halda isə, həmin notarius kontoru tərəfindən indi isə Cavabdeh1 adına saxta etibarnamə verilmişdir. Ona məxsus olmuş mənzilin bir hissəsi qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçdiyindən, həmin mənzilin bir hissəsini təşkil edən aptekin fəaliyyəti isə bu günədək davam etməkdədir. Qeyd edilən etibarnamələr əsasında bu qeyri-yaşayış sahəsi icarəyə verilmiş və tək bu aptekin fəaliyyəti nəticəsində bu müddət ərzində 100 min manatdan artıq gəlir əldə edilmiş, hazırda da bu aptek peşəkar və təcrübəli işçi heyəti ilə, ” İstanbul Aptek” MMC kimi fəaliyyət göstərir. Bundan başqa, ona məxsus mənzilin qeyri-yaşayış hissəsi İstanbul Aptek MMC-nə icarəyə verilmişdirsə, mənzilin digər sahəsindən bir otağı da, tanımadığı başqa şəxsə icarəyə verilmişdir və bu razılaşmalar da göründüyü kimi, həm hədə-qorxu nəticəsində, həmçinin də saxta yolla xəbəri olmadan alınmış etibarnamələr əsasında həyata keçirilmişdir. Həbsdən azad olunduqdan sonra, tərəfindən aidiyyəti üzrə müraciət olunaraq bu etibarnamələr ləğv edilmiş və ona görə də, cavabdehlər Cavabdeh3 Abbasə oğlu və Cavabdeh1 ona məxsus mənzil istifadəsinə dair bağladıqları müqavilələr etibarsızdır. Üzərinə qoyulmuş öhdəliklə əlaqədar pulların tamamilə qaytarılması ərəfəsində, cavabdehin himayədarı onun həbsinə nail olmaqla cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məharətlə istifadə etməklə, üzünə durğuzmaqla və mağazadakı və anbarlarda olan malların dəyərini qəsdən azaltmaqla həm qurduğu biznesi ələ keçirməklə yanaşı, həbs olunduğu vaxtda, Sədərək Ticarət Mərkəzindəki mağazada və anbarlardakı 800 min manatdan artıq mal qalığını mənimsəmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1 (102)-185/2021 saylı iddiaçıya bəraət verilməsinə dair qərarı ilə müəyyən edilmiş hallarla təsdiq edilir ki, İddiaçı qanunsuz həbsinə kimi, yəni 2015-ci ilə kimi mülkiyyətində olan dəyəri ekspert rəyləri ilə 2010-2013-cü illər üzrə 106,572 manat təşkil edən malların və 66Ş798 manat təşkil edən ehtiyat hissələrinin, ümumilikdə isə 173,340 manat dəyərində əmlakı, 25000 manat verdiyi "Sədərək" Ticarət Mərkəzindəki mağazası da həbs edildikdən sonra Cavabdeh3 qanunsuz sahibliyinə və istifadəsinə keçmişdir. Bu azmış kimi cavabdeh ona qarşı şərikli biznes üçün verdiyi pullun hamısının alınması üçün İddiaçı qarşı mülki iddia qaldıraraq həm pulunu alınması haqqında qərar qəbul edilməsinə nail olmuş, həm də İddiaçı xüsusilə külli miqdarda dəyərə malik əmlakına da, yiyələnərək, onların üzərində istədiyi kimi sərəncam vermişdir. Halbuki, Cavabdeh3 iddiaçının təşkil etdiyi, cavabdehin özü təhkim etdiyi direktor mühasiblə nəzarət etdiyi şərikli biznesdən 2010-2013-cü illər üzrə aylıq 1500-2000 manat pul almaqla İddiaçı 26 ay ərzində 50.000 manata yaxın pul da almışdır. Bundan başqa həmin dövrlərdə İddiaçı Cavabdeh3 100.000 manatdan çox pul və əmlak da vermişdir. Göründüyü kimi, Cavabdeh3 İddiaçı 106.572 manat təşkil edən malların və 66.798 manat təşkil edən ehtiyat hissələrinin, ümumilikdə isə 173.340 manat dəyərində əmlakını, 25000 manat verdiyi "Sədərək" Ticarət Mərkəzindəki mağazasını, 2010-2013-cü illər üzrə aylıq 1500- 2000 manat pul almaqla İddiaçı 26 ay ərzində 50.000 manat pulu ümumilikdə isə həmin dövr üçün 243.000 manat dəyərində əmlakına yiyələnmişdir. 2010-2013-cü illər üzrə bazar dəyəri 173.340 manat dəyərində əmlakın indiki, bazar qiyməti təxminən 700.000 manat təşkil edir. Bundan başqa, Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən apteki icarəyə verməklə böyük məbləğdə pullar əldə etməklə ona külli miqdarda ziyan da vurmuşdur. Belə ki, iddiaçı qanunsuz həbsindən əvvəl həmin apteki 1000 ABŞ dollarına icarəyə vermişdir. 29.07.2015-ci ildən hazırki vaxta kimi aylıq icarə haqqından məhrum olmuş iddiaçıya 80.000 ABŞ dolları məbləğində ziyan vurulmuşdur. Onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda ona məxsus evin qeyri-yaşayış sahəsi Aptek kimi fəaliyyət göstərilməsi üçün icarəyə verilmiş, yaşayış sahəsinin 2 otağı Babək adlı şəxsə və onun ailəsinə icarəyə verilmiş, digər otaqlar isə istifadəsiz qalmaqdadır. Bundan başqa, iş üzrə digər Cavabdeh1 onun qanunsuz həbsindən sonra "AF" Ticarət Mərkəzində olan mağazasından 104.000 manat dəyərində çil-çıraqdan ibarət olan əmlakını qanunsuz ələ keçirmişdir. Bu əmlak cinayət işi zamanı qeydə alınaraq sayılmamış və Cavabdeh3 sahibliyinə və istifadəsinə də verilməmişdir, yəni bu əmlakı Cavabdeh1 şəxsən mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etdiyi sübutlarla əsaslandırmağa çalışsa da, həmin sübutların heç birisini mötəbər sübut kimi qəbul etmək olmaz. Belə ki, iddiaçı həmin yaşayış sahəsinin ona məxsus olduğunu qeyd etsə də belə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı həmin yaşayış sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 21.05.2019-cu il tarixli çıxarışı və 03.05.2021- ci il tarixli arayışı təqdim etmişdir. 2015-ci ildə iddiaçılar İddiaçı və X6 Yasamal Rayon Məhkəməsinə verdikləri iddia ərizəsi ilə müraciət edərək, onların İ.Qutqaşmlı küçəsi 51 saylı evdə olan əmlak paylarının naturada ayrılmasına və qeyd edilən ünvanda qanunsuz şəkildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilməsinə diar müraciət etmişlər. Yasamal Rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşmlı küçəsi 51 saylı evin 9, 4, 5, 6 və 7 saylı otaqları İddiaçı naturada ayrılmış, həmin otaqlara Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxrışın verilməsi vəzifəsi DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmiş və adları qətnamədə qeyd edilmiş şəxslərin fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı nümayəndəsi Cavabdeh1 DƏDRX-nin Bakı Ərazi idarəsinə dəfələrlə müraciət etmiş və nəhayət 21.05.2019-cu il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Qeyd edilən çıxarış məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin ziddinə olmuş, otaqlar naturada ayrılmadan və paylı mülkiyyət kimi verilmişdir. İddiaçı nümayəndəsi bundan narazı qaldığı üçün təkrarən 12.06.2019-ci ildə DƏDRX-nin Bakı Ərazi İdarəsinə təkrar müraciət etmiş və otaqların naturada ayrılmış vəziyyətdə, fərdi yaşayış evi kimi yeni çıxarışın verilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı adma 27.06.2019-cu il tarixli yeni texniki pasport və 28.06.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni çıxarış verilmişdir. Həmçinin, fərdi yaşayış evinə Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51 C ünvanı verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 21.05.2019-cu il tarixli Dövlət Reyestrindən çıxarış qüvvədən düşmüş çıxarışdır. 12.07.2019-cu ildə 51 saylı Notariat Kontorunda satıcı İddiaçı nümayəndəsi ilə alıcı X15 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 28.06.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş 157,2 kv. metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi alıcıya satılmışdır. İddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində evinin özünə düşən hissəsinin satılaraq borcun qaytarılmasından ötrü Cavabdeh3 etibarnamə vermişdir. Lakin həmin ev ipoteka ilə yüklü olduğundan və İddiaçı "xxxx" ASC-yə 160358,80 ABŞ dolları məbləğində kredit borcu olduğundan və 32 nəfər şəxsin onun mülkiyyətində olan yaşayış evində qeydiyyatda olduğundan, həmin şəxslərin oradan qeydiyyatdan çıxarılması üçün uzunmuddətli məhkəmə çəkişməsinin lazım olduğundan Cavabdeh3 bu işin görülməsindən imtina etmişdir. Bundan sonra İddiaçı bu işlərin görülməsi üçün öz bacanağı olan Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 iddiaçının banka olan borcunu bağlayaraq evin ipotekadan azad olunması üçün dəfələrlə Cavabdeh3 köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh3 borcun ödənilməsindən ötrü bankla danışıqlara getmiş və son nəticədə banka öz vəsaiti hesabına 62.000 manat ödəyərək yaşayış evini yüklülükdən azad etmişdir. Eyni zamanda İ.Qutqaşınlı küçəsi 51 ünvandakı evdə iddiaçıya məxsus payın naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət olunmuş və üzün müddətli məhkəmə çəkişmələri aparılmışdır. Bununla bərabər evin satılmasından ötrü evdə qeydiyyatdan olan şəxslərin razılıq ərizələri alınmışdır. Bu işlər üçün xeyli miqdarda xərclər ödənmişdir. Uzun məhkəmə çəkişmələrindən sonra iddiaçıya məxsus pay naturada ayrılmış və bundan sonra iddiaçının adına bir neçə dəfə çıxarış və texniki pasport alınmışdır. Həmçinin, iddiaçının adından vərəsəlik işləri aparılmışdır. İddiaçı Cavabdeh1 verdiyi etibarnamə əsasında həmin yaşayış sahəsi 130.000 manata X1. Evin satılmasından əldə olunmuş vəsaitin 62.000 manatı Cavabdeh3 evin ipotekadan azad olunması üçün ödədiyi vəsait qaytarılmış, 25000 manat İddiaçı arvadı Əkbərova (Bədəlova) Sənubər Şıxbaba qızına verilmiş, 1.500 manat qeyd olunan məhkəmə mübahisələrinin aparılması üçün vəkilə qonorar kimi ödənilmiş, 1.500 manat vərəsəlik işinin açılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınması üçün dövlət rüsumlarının ödənilməsi, 2.200 manat hissəsi evdə qeydiyyatda olan şəxslərin razılıq ərizələrin alınması üçün, 500 manat alqı-satqı zamanı forma 1, notarius və bank xərcləri, 30.000 manat Cavabdeh3 dəymiş zərərin bir hissəsi qaytarılmış, Cavabdeh1 tərəfindən sair xərclər ödənilmişdir. Mağaza da olan mallarla bağlı qeyd edir ki, həmin malların satış dəyəri ilə 106.000 manat müəyyən olunmuşdur. Malların dəyərinin daha çox olması haqda iddiaçı heç bir sənəd və ya başqa sübut təqdim edə bilməmişdir. Həmin mallar cinayət işinin icraatı zamanı Sədərək Ticarət Mərkəzindəki mağazada və digər anbarda saxlanılan mallardır. İddiaçının iddia ərizəsində qeyd etdiyi Aptekdən daxil olmuş icarə haqqı Cavabdeh1 tərəfindən deyil, iddiaçının ailəsi tərəfindən həmin evdən köçən günə kimi alınmışdır. X25 Bəhruz tərəfindən 13.11.2013-cü il tarixli icarə müqaviləsi ilə "xxxx" MMC-yə icarəyə verilmiş və aylıq icarə haqqı 300 manat olmuşdur. İddiaçı hər ay 5000 manat gəlir əldə etməsi haqda iddiasını sübut edə bilməmişdir. Beləki, Yasamal Rayon Məhkəməsinin 16.09.2015-ci il tarixli Qətnaməsinin 2-ci səhifəsində İddiaçı izahatı verilmişdir. O izahatında qeyd etmişdir ki,: “Son vaxtlar Çexiya məhsullarına təlabat azaldığı üçün gəlirləri azalmış və əmlak vəzyiyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Əmlak vəziyyəti pisləşdiyindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və borc götürdüyü pulu qaytara bilmir.” Bundan əlavə iddiaçının Cavabdeh3 başqa şəxslərə də borcu olmuşdur. Hər ay 5000 manat qazanan şəxs bu borclarını ödəmək imkanında olardı. Lakin o borcları ödəməməklə yanaşı, həmin dövrdə əmlak vəziyyətinin də əsaslı dərəcədə pisləşdiyini qeyd etmişdir. Bu isə onu deməyə əsas verir ki, onun hər ay 5000 manat gəlir əldə etməsinə dair iddiası əsassızdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh2 MMC-yə və mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Apteklər Şəbəkəsi və X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.09.2015-ci il tarixli, 2(004)-6642/2015 saylı qətanməsinin surətindən görünür ki, 388.000 manat və 30.000 avro məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh3 verilməsi qət edilmişdir. İş materiallarında olan 15.03.2016-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21.11.2007-ci il tarixdə ölmüş X7 vərəsəsi İddiaçı miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanında yerləşən, paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/3 hissənin 1/5 hissəsindən ibarətdir. İş materiallarında olan 25.08.2015-cı il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh3 50 il müddətinə etibarnamə vermişdir. Etibarnamə notarial qaydada təsdiq edilmiş, reyestrdə 8İ-17017 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 12.03.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Bədəlov X9 Vüqar Tofiq oğluna 10 il müddətinə etibarnamə vermişdir. Etibarnamə notarial qaydada təsdiq edilmiş, reyestrdə 7E-5445 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02.03.2021-ci il tarixli 2(102)-185/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.08.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddısi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı hökümdən apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsin 25.11.2016-cı il tarixli qərar ilə azadlıqdan məhrum etmə cəzası 11 idən 10 ilə endirilmişdir. Bundan sonra, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 25.11.2016-cı il tarixli Qərarından kassasiya şikayəti vemişdir. Ali Məhkəmənin 11.07.2018-ci il tarixli qərarı ilə tam kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 25.11.2016-cı il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.07.2019-cu il tarixli qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 ilə endirilmişdir. Ali Məhkəmənin 02.03.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.08.2016-cı il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsindəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51 ünvanında yerləşən fərdi yaşayış evinə payı 1/3 hissədən ibarət 4 otaq və 1/15 hissə olmaqla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21.04.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ali Məhkəmənin 12 oktyabr 2017-ci il tarixli 2(102)-6288/2017 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.02.2017 -ci il tarixli 2(004)-142/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,03226 hektar ölçüdə torpaq sahəsi ümumi istifadədə saxlanılmaqla həmin evin 1-ci mərtəbəsində yerləşən 25 kv. metr, 49 kv. metr, 7,0 kv. metr, 49,0 kv. metr və 7 kv. metr ölçüdə olan otaqlar (məhkəmə-tikintitexniki ekspertizasnın 21.11.2016-cı il tarixli rəyinə əlavə edilmiş sxemdə müvafiq olaraq 9,

4. 5, 6 və 7 nömrəsi ilə göstərilmiş otaqlar) İddiaçı aid edilməklə payı naturada ayrılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.02.2017 -ci il tarixli 2(004)-142/2017 saylı qətnaməsindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, İddiaçı Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51 ünvanında yerləşən fərdi yaşayış evinə payı İ mərtəbədən 9,4,5,6 və 7 saylı otaqlar müəyyənləşdirilməklə mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 21.05.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 12.06.2019cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 21.05.2019-cu il tarixli çıxarış və texniki pasportda yanlışlığa yol verilərək, texniki pasportda 9,4,5,6, və 7 saylı otaqların məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əlavə edilmiş sxemə müvafiq deyil, əvvəllər paylı mülkiyyətçilərə verilmiş texniki pasporta uyğun çəkilməsi səbəbindən Bədəlova Natellaya məxsus olan otaqların İddiaçı verildiyini, bundan əlavə naturada ayrılmış otaqların ayrıca tikili kimi deyil, paylı mülkiyyət kimi saxlanılması və yeni ünvan verilməməsi səbəbindən İddiaçı verilmiş 21.05.2019-cu il tarixli texniki pasportda və dövlət reyestrindən çıxarışda cari dəyişikliklərin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 28.06.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 12.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 28.06.2019-cu il tarixdə İddiaçı verilmiş **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən sahəsi 157,2 kv.metr olan fərdi yaşayış evini X2. Müqaviləni İddiaçı əvəzinə nümayəndəsi Cavabdeh1 imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 7 yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına Daşınmaz əmlakın dövlət reyestrində 13.07.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 13.01.2021-ci il tarixli və 03.02.2022-ci il tarixli icarə müqavilələrinin surətindən görünür ki, X15 ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 13.07.2019-cu il tarixdə X13 verilmiş **********91-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən sahəsi 157,2 kv.metr olan fərdi yaşayış evini "xxxx" MMC-yə aylıq 600 manat icarə haqqı ilə 03.02.2030-cu il tarixədək icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 51 nömrəli fərdi yaşayış evi (İ mərtəbədən 9,4,5,6 və7 saylı otaqlar ) İddiaçı ********** qeydiyyat nömrəsi ilə 21.05.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin 12.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı tərəfindən 25.08.1015-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində Cavabdeh3 verilmiş, reyestrdə 8İ-17017 nömrə ilə qeydə alınmış etibarnamə İddiaçı 12.04.2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisində rəsmiləşdirilmiş 8İ-1678 reyestrli ərizəsi əsasında “Elektron notariat” informasiya sistemində xitam verilmişdir. İş materiallarında olan 16.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət edərək, 12.03.20160-cı il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində Cavabdeh1 verilmiş, reyestrdə 7E-5445 nömrə ilə qeydə alınmış etibarnaməyə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 07.04.2021-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC 19.12.2013-cü il tarixindən 30.06.2019-cu il tarixinədək aptek fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, İddiaçını və Cavabdeh1ı tanıyır. O, 2013-cü ildən 2015-ci ilədək fəhlə işləmişdir. Bədəlov Bəhruz onun müdürü olmuşdur. Cavabdeh1 ilə bir yerdə işləmişdirlər. Vüqar da işçi olmuşdur. O, İddiaçı həbs olunandan sonra orada 2-3 gün işləmişdir. Həmin vaxt orada mal olmuşdur. Malın dəqiq dəyərini və kim tərəfindən götürüldüyünü, kimə verildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, İddiaçı işçisi olmuş və təxminən 7-8 il bir yerdə işləmişlər. Cavabdeh1 da orada işləmişdir. Cavabdeh3 tanıyır. O, Bəhruzun borclu olduğu şəxsdir. O, İddiaçı Cavabdeh3 və Cavabdeh1 pul verdiyinin şahidi olmamışdır. Bəhruz tutulan ana qədər mağazada olan malın dəyərinin nə qədər olmasını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, iddiaçını 2013-cü ildən tanıyır. Onları tanış edən Cavabdeh3 olmuşdur. O, evi üçün Bəhruzdan lyustur almışdır. İddiaçı onu elə o vaxtdan tanıyır. Cavabdeh3 isə Bəhruzu tanımamışdan qabaq tanıyır, onunla işgüzar münasibətləri olmuşdur. Hazırki işlə bağlı qeyd edir ki, iddiaçının Cavabdeh3 borcu olub. Bu borc notarial qaydada “borcun etirafı haqqında” müqavilə ilə rəsmiləşdirilib və iddiaçı borcunu ödəmədiyinə görə mübahisə səviyyəsinə çıxıb. Bu mübahisə Cavabdeh3 prokurorluğa şikayəti ilə nəticələnib. İddiaçı həbs olunduqdan sonra o, Cavabdeh3 xahişi ilə İddiaçı əmlakları ilə məşğul olmuşdur. İddiaçı Cavabdeh3 etibarnamə verib. Etibarnamənin verilməsinin əsas məqsədi İddiaçı Qutqaşınlı küçəsində yerləşən daşınmaz əmlakın sənədləşdirilməsi və satılması olmuşdur. Bəhruz özü ona demişdir ki, evi Cavabdeh3 adına keçirtməyə razıdır. Həmin evi qiymətləndirdikdən sonra həmin o borc məbləğı çıxılar və qalıq məbləğə borc müqaviləsi bağlayaraq 3 il ərzində ödəməyə söz vermişdir. Bundan sonra onun bankla bir neçə dəfə görüşü olub. İddiaçı 160000 ABŞ dollardan çox banka borcu var idi. İddiaçının dediyi kimi həmin evdə 4 nəfər deyil 35 nəfər qeydiyyatda idi. Onlar işin sürətli həll olması üçün evdə qeydiyyatda olan şəxsləri çağırıb Bəhruzun payının satılmasına etiraz etmədikləri barədə arayış almışdırlar. Razı olmayan şəxslər Bəhruzun bacısı, bacısı qızı, qardaşı, qardaşının qızı olmuşdur. O, İddiaçı evini naturada ayırılması üçün onlarla məhkəmə iclasında iştirak etmişdir. 22 nəfərdən razılıq almışlar, yerdə qalanlardan razılıq ala bilmədiyikləri üçün evi naturada bölmək olmamışdır. Onlar İddiaçı Bəhruz bacısına bu işi pozmamasını deməsi üçün xəbər göndərmişlər. Lakin, hamı razılıq vermiş, bacısı razılıq verməmişdir. O, məcbur olub İddiaçı evinin naturada ayrılması barədə iddia qaldırmışdır. Nəticədə sözü gedən evin naturada ayrılması qət edilmişdir. İddiaçının atasından qalma payı var idi. Onu sənədləşdirməmişdi. Onun iştirakı ilə o pay ayrılmış və Bəhruzun payı müəyyən olunmuşdur. Sonra İddiaçı banka 160000 ABŞ dollarından çox borcu olduğu müəyyən olunmuşdur. Bank da evi satıb öz pullarını götürəcəklərini bildirmişdir. Onlar bankla danışıqlar apararaq evdə qeydiyyatda olanlar olduğu üçün evi sata bilməyəcəklərini bildirmişlər. Banka danışıqlar zamanı ortaq bir məxrəcə gələrək evi satıb banka olan borcu ödəyəcəklərini bildirmişlər. Onlar müvəqqəti olaraq Cavabdeh3 adına hesab açdıraraq 5000 ABŞ dolları depazitə pul qoymuşlar. Sonra uzun çəkən məhkəmə proseslərindən sonra onlar istədiklərinə nail olmuşlar. Banka olan borcun bir hissəsini ödəmiş və evi girovdan çıxartmışlar. Onlar banka ümumi olaraq 47000 manat pul ödəmişlər. Həmin mənzilin qarşısında İddiaçı 2 otağı birləşdirərək aptek tikmişdi. O həmin obyekti icarəyə vermişdi. İddiaçı həyat yoldaşı onlara icarə müqaviləsini təqdim etmişdi. 2013-cü ildə 300 manata kirayəyə vermişdi. İddiaçı tutulanda xanımı orada yaşayırdı. Həmin 300 manat kirayəni də xanımı alırdı. Bir müddətədən sonra kirayəçi oradan çıxmışdır. Həmin ərəfələrdə söküntü işləri aparılmalı olduğuna görə kirayəçi oradan çıxmış və bir müddət aptek boş qalmışdır. Nəhayət 2018-ci ildə Vüqar apteki icarəyə vermək istədiklərini bildirmiş, Cavabdeh3 etiraz etməmişdir. Həmin obyekt 600 manata kirayəyə verilmiş, kirayə haqqını Sənubər xanım, Bəhruzun yoldaşı evdən çıxan günə kimi almışdır. Mallara gəldikdə, Bəhruzun dediyi kimi 300000 dəyərində mal yoxdur. O, Elşənlə görüşəndə də ondan nə qədər mal olduğunu soruşmuşdur. Elşən ona nə mal var hamısının dükanda, AF sentirdə və ambarda olduğunu bildirmişdir. Cinayət işi olanda həmin mallar qiymətləndirilmişdir. Af sentirdə quraşdırılmış lüsturlar var idi. Mallar 106000 manat dəyərində qiymətləndirilmişdi. O, Elşəndən bəlkə Bəhruzun evində də mal ola biləcəyini soruşmuşdur. Gedib Bəhruzun evinə baxış keçirən zaman onun evində heç bir mal olmadığı məlum olmuşdur. Sonra o, Bəhruzun mühasibi Fuad adlı şəxslə ilə tanış olmuşdur. Fuad ona nə mallar gətirilmişdi onların siyahısını vermiş, satılan və qalan malların siyahısını ona göstərmişdir. Bəhruzun Sədərək T/M dükan alması yalandı. 25000 manat həmin dükanın icarə haqqıdı. Müəyyən müddətədən sonra icarə haqqı ödənilmədiyindən həmin yer başqa bir şəxsə verilmişdir. Onun xahişi ilə həmin dükanın arxasında onlara həmin malları ora yığmaq üçün yer vermişlər. Sonra başqa bir problem yaranmışdır. Belə ki, həmin 106000 manatlıq malların hamsını lyustura çevirmək olmur. Yəni müəyən hissələri çatışmırdı. Sonra Bəhruzun yoldaşı ilə razılığa gələrək Vüqarın iştirakı ilə belə bir qərara gəlmişlər ki, bu malları satıb borcdan silsinlər. 106000 manat maldan təxminən 27000 manata yaxın mal satılıb. Onun bir hissəsi Cavabdeh3 ödənilib. Həmin puldan 7000 manat Elşənin əmək haqqısı ödənilib. Yerdə qalan satılmayan mallar durur. O, İddiaçı Cavabdeh3 və Cavabdeh1 pul verməsini görməmişdir. Qət edilmiş məhkəmə qərarından sonra Cavabdeh3 pul ödənilməyib. Hazırda sözügedən evdə kimin yaşadığını və apteki kimin işlətdiyini bilmir. Ev etibarnamə ilə Bağırov Namiqə satılıb və onun mülkiyyətindədir. Məhkəmə əvvəla evə köçürülmə və evdən çıxarılma tələbi ilə bağlı qeyd edir ki, işin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli 2(004)-142/2017 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,03226 hektar ölçüdə torpaq sahəsi ümumi istifadədə saxlanılmaqla həmin evin 1-ci mərtəbəsində yerləşən 25 kv. metr, 49 kv. metr, 7,0 kv. metr, 49,0 kv. metr və 7 kv. metr ölçüdə olan otaqlar (məhkəmə-tikinti-texniki ekspertizasnın 21.11.2016-cı il tarixli rəyinə əlavə edilmiş sxemdə müvafiq olaraq 9, 4, 5, 6 və 7 nömrəsi ilə göstərilmiş otaqlar) İddiaçı aid edilməklə payı naturada ayrılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəsi ilə 21.05.2019-cu il tarixdə qeydiyyat aparılmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı payına uyğun olaraq naturada ayrılmış otaqlar tam mülkiyət kimi deyil, yenə də paylı mülkiyyət kimi qeydiyyata alınmış və yeni ünvan verilməmişdir. Bu səbəbdən, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 ərizəsi əsasında 21.05.2019-cu il tarixli texniki pasporta və dövlət reyestrindən çıxarışda cari dəyişikliklər edilməklə və ayrıca ünvan verilməklə ünvan 7 yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 28.06.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 12.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən sahəsi 157,2 kv.metr olan fərdi yaşayış evi etibarnamə üzrə nümayəndəsi vasitəsilə X3 və X10 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, X15 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 C ünvanında yerləşən fərdi yaşayış evini icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə vermişdir. Qeyd olunan əsaslara görə məhkəmə iddianı əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə rədd edilməlidir. Məhkəmə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçının mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələbi üzrə məhkəmə müdafiəsi də mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının "xxxx" MMC-nin, Babək adlı şəxslə yanaşı digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 ünvanındakı evdən çıxarılması və onun həmin evə köçürülməsi barədə tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə və işin halları ilə təsdiq edilir ki, İddiaçı Cavabdeh3 arasında razılaşmaya görə onlar ayrı-ayrılıqda eyni məbləğdə-25000 manat məbləğində pul qoyub çıl-çıraqların satışı üçün “Sədərək” ticarət mərkəzində mağaza icarəyə götürmüş, çılçıraqların Çexiya Respublikasından əldə edilməsi və satışının təşkili üçün 388000 manat və 30000 avro borc pul vermişdir. Eyni zamanda onlar biznesə sərf edilən pulun İddiaçı tərəfindən Cavabdeh3 qaytarılması, fəaliyət dövründə əldə olunmuş qazancın bir hissəsinin də ona verməsi barədə razılaşmışlar. Məhkəmə qətnaməsi ilə 388000 manat və 30000 avronun İddiaçı tutularaq Cavabdeh3 ödənilməsi qət edilmiş, qətnamə icraya yönədilmişdir. Bəhruz Bayramov 29 iyun 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ali Məhkəmənin 02.03.2021-ci il tarixli qərarı ilə onun barəsində cinayət işi üzrə icraata xitam verilmiş və məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İbtidai istintaq zamanı tərtib edilmiş 24 fevral 2016-cı il tarixli Cavabdeh3 və İddiaçı icarəyə götürdükləri “Sədərək” ticarət mərkəzindəki mağazadakı və anbardakı mallara baxış keçirilməsi haqında protokola və həmin malların qiymətləndirilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspetizasının 10 mart 2016-cı il tarixli rəyinə əsasən, baxış zamanı artıq fəaliyyət göstəməyən həmin mağaza və anbarda Çexiya Respublikasının istehsalı olan çil-çıraq, qab-qacaq, vazalar, güldanlar və digər büllürdan hazırlnmış əşyalar müəyyən edilmiş, həmin əşyaların ümumi dəyəri isə 106,572 manat təşkil etmişdir. Cavabdeh3 və onun nümayəndəsi-vəkil Nümayəndə1, digər tərəfdən isə həmin vaxt həbsdə olan İddiaçı satıcısı olmuş X11 tərtib etdikləri 29 iyun 2016-cı il tarixli akta əsasən Cavabdeh3 sahibliyində olan anbarda olan mallara aktda göstərilən şəxslər tərəfindən baxış keçirilməsi nəticəsində İddiaçı gətirdiyi çıl-çıraqlara aid olan çox sayda ehtiyat hissələrinin saxlanması müəyyən edilmiş, apellyasiya şikayətinə təkrarən baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspetizasının 03.06.2019-cu il tarixli rəyi ilə həmin ehtiyat hissələrinin dəyərinin 66.798 manat təşkil etməsi müəyyən olunmuşdur. (2010-cu ildən 2013-cü ilin fevral ayınadək olan bazar qiymətlərinə uyğun olaraq). “Sədərək” ticarət mərkəzindəki mağaza birgə biznes fəaliyyətini həyata keçirilməsi üçün icarəyə götürülmüş, hətta 2010- 2013-cü illər ərzində biznes fəaliyyəti uğurlu olaraq gəlir əldə edilmiş, bundan sonra isə biznes fəaliyyəti uğurlu olmamış mağaza da fəaliyyətini dayandırmışdır. Sədərək Ticarət Mərkəzində mağazada və Vəli Bayamova məxsus anbarda dəyəri 106,572 manat olan əşyalar və 66.798 manat olan ehtiyat hissələri də onların birgə biznes fəaliyyətinin həyata keçirilməsi məqsədilə əldə edilmiş mallardır. İddiaçı isə 29 iyun 2015-ci il tarixdən 02.03.2021-ci il tarixə qədər həbsdə olmuş, həmçinin birgə biznesin təşkili üçün Cavabdeh3 borc olaraq aldığı və məhkəmə qətnaməsinə əsasən ödənilməsi qət edilmiş borcu da ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, malların Cavabdeh3 tərəfindən mənimsənilməsi və bununla da İddiaçı maddi ziyan vurması halı mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, 12.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 51 C ünvanında yerləşən fərdi yaşayış evi Bağırov Namiqə satılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçı həbs edilməmişdən qabaq yəni 2013-cü ildən 30 iyun 2019-cu ilə qədər qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə icarəyə vermişdir. İddiaçı 29 iyun 2015-ci il taixdən 12.07.2019-cu il tarixə qədər fərdi yaşayış evinin Cavabdeh3 tərəfindən kirayəyə və icarəyə verilməsi və icarə haqqının onun tərəfindən alınması barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı “AF” Ticarət Mərkəzində olan mağazada dəyəri 104000 manat olan çıl-çıraqdan ibarət olan əmlakının olması və məhz Cavabdeh1 tərəfindən mənimsənilməsi barədə də məhkəməyə heç bir mötəbər sübut təqdim tməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsinin əsaslarını müəyyən edən 21-ci maddəsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsi ilə zərər vurulma öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən ona məxsus əmlakın ələ keçirilməsi və bununla maddi zərərin vurulması halı təsdiq edilmədiyindən maddi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 MMC-yə oğluna qarşı ("xxxx" Apteklər Şəbəkəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinə köçürülmə və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 MMC-yə oğluna qarşı ("xxxx" Apteklər Şəbəkəsi və X5 üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma, mənzilə köçürülmə və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar