Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1750/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X15, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə müstəqil tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh əşyalarının ünvan 1 ünvanından çıxarılması, Cavabdeh ilə X19 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar RX-seriyalı ******* №- li DƏDRX tərəfindən 20.08.2013-cü il tarixində verilmiş çıxarış əsasında paylı mülkiyyət huququ əsasında onlara məxus xüsusi mülkiyyətlərində olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin evdə Cavabdeh özünə məxsus əşyalarını yerləşdirmişdir. Cavabdeh digər payçı olan X1 gəlinidir. Cavabdeh X13 oğlu X10 ilə 25.03.2015-ci il tarixində nikaha daxil olmuşlar. 01.102019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin 2(004)-4018/2019 saylı qətnaməsinə əsasən nikaha xitam verilmişdir. Eyni qətnamə ilə Cavabdeh sözügedən mənzilə istifadə hüququn tanınması haqqında tələbi rədd edilmişdir. Qətnamədən verilən apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh həmin mənzildən öz əşyalarını çıxarmır, dəfələrə aralarında mübahisələr yaşanır, vəziyyət çox ağır olduğundan məhkəməyə müraciət etməli olmuşlar. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə müstəqil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X19 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, sözügedən sazişi imzalayan şəxs X2 Daşdəmir Canbulat oğlunun atası və İddiaçı1 həyat yoldaşıdır (ailə üzvləri) və hər ikisi mübahisəli evdə rəsmi qeydiyyatda olmaqla istifadə hüququna malikdirlər. Sözügedən müqavilə təstiqlənərkən mütləq şəkildə qeydiyyatda olan ailə üzvlərinin razılığı alınmalı idi, əks halda həmin əqd etibarsızıdr. Lakin qeyd edilmiş tələb pozulduğundan X5 ilə X19 arasında bağlanmış və notarial qaydada təstiq edilmiş 07.08.2020-ci il tarixli “Barışıq sazişini” etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh sözügedən mənzilə gəlin kimi köçüb. Daha sonra isə cavabdehlə İddiaçı4 arasında nikah pozulmuşdur. Artıq bir ildən çoxdur ki, cavabdeh atasının evinə köçüb və orada yaşayır. İddia ərizəsində qeyd olunan mənzildə cavabdehin əşyaları qalmışdır. Ev paylı mülkiyyətdə olduğu üçün iddiaçılar birgə şəkildə məhkəməyə müraciət edərək əşyaların çıxarılmasını və evin onlara təqdim edilməsini xahiş etmişdir. Etiraz ərizəsinə münasibətdə isə onu qeyd etdi ki, Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən cavabdeh tərəfin təqdim etdiyi barışıq sazişi etibarsızdır. Hyundai Sonata markalı avtomobil hələ məhkəmə prosesindən də öncə özgəninkiləşdirilmişdir. Nəqliyyat vasitəsinin şəhadətnaməsi İddiaçı4 deyil. Apellyasiya məhkəməsinin qətnaməsi icraya yönəldilib, lakin hələ də icra edilməyib. Buna görə də avtomobilin üzərinə həbs qoyulub və avtomobil axtarışdadır. Bu da onu göstərir ki, qarşı tərəf də barışıq sazişini icra etməyib, ½ payından imtina etməyib ki, avtomobilin üzərindən həbs götürülsün. İkincisi, bu saziş etibarsızdır. Çünki sazişdə qeyd olunan ev paylı mülkiyyətdədir. Qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətin bir hissəsi özgəninkiləşdirilərkən digər mülkiyyətçilərə ilk öncə təklif olunmalıdır, çünki onların satın almaqda üstünlük hüquqları vardır. Lakin bu qaydaya əməl olunmamışdır. Digər tərəfdən daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qeydiyyatda olan ailə üzvlərinin razılığı alınmalıdır. Lakin bu razılıq da alınmayıb. Bu razılığın alınmaması da əqdin etibarsızlığı üçün əsasdır. Həmçinin cavabdehin qeyd edilən evə qeydiyyata düşməsinə dair razılıq ərizəsi də artıq ləğv etdirilibdir bu barədə sistemdən çıxarışı da məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X11 izahatında bildirmişdir ki, bundan əvvəl tərəflər arasında məhkəmə çəkişmələri olmuşdur. Həmin çəkişmələrdə müvəkkili iddiaçı tərəf olmuşdur və həmin məhkəmə mübahisəsi zamanı qətnamə çıxarılmış və apelyasiya instansiyasında da qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı4 və Cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş barışıq sazişi imzalanmış və tərəflər üzərlərinə müxtəlif öhdəliklər götürmüşdürlər. Birincisi, qarşı tərəf bir otaq, bir mətbəx və bir sanitar qovşaq olmaqla evin bir hissəsini müvəkkilinin mülkiyyətinə verməyi və gələcəkdə bununla bağlı hər hansı bir məhkəmə iddiası irəli sürməyəcəyini öz üzərinə götürmüşdür. Sazişin 2.2-ci bəndində isə müvəkkili əvəzində məhkəmə qətnaməsi ilə ½ hissədə ona verilən Hyundai Sonata markalı avtomobiliə olan mülkiyyət hüququndan qarşı tərəfin xeyrinə imtina etməyi öz üzərinə götürüb və bununla bağlı gələcəkdə məhkəmələrdə hər hansı bir iddia tələbi irəli sürməməyi öz üzərinə götürüb. Hal-hazırda bu saziş qüvvədədir. Eyni zamanda İddiaçı4 notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək cavabdehin onun mülkiyyətində olan evə pasport qeydiyyatına alınmasına razılığını bildirmişdir. Həmin sənədi də iş materiallarına əlavə edilmişdir. Bu gün cavabdeh avtomobilin onun payına düşən hissəsi ilə bağlı hər hansı bir məhkəmədə mübahisə qaldırmayıb və avtomobilin qarşı tərəfin tam mülkiyyətinə keçirilməsinə də hər hansı bir formada maneəçilik törətməyib. Yəni ki, qarşı tərəf istədiyi vaxt avtomobilin geridə qalan ½ hissəsini də öz mülkiyyətinə keçirə bilərdi. Qarşı tərərf buna hər hansı bir mane törətməyib. Lakin qarşı tərəf sazişin tələblərini pozub. Hansı ki, sazişin şərtlərinin pozulması üçün müvəkkilinin hər hansı bir hərəkət və ya hərəkətsizliyi əsas olmamışdır. Ona görə də hesab edir ki, bu saziş qüvvədə olduğu müddətdə hazırkı iddia tələbi əsassızdır və rədd olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X10 izahatında bildirmişdir ki, Cavabdeh ilə atası İddiaçı4 arasında barışıq sazişi bağlanmışdır. Sazişə əsasən mənzilin bir hissəsini cavabdehin mülkiyyətinə verməyi öz üzərinə götürüb. Lakin barışıq sazişi onların razılığı olmadan bağlanmışdır. Ona görə də barışıq sazişinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı1 izahatında bildirdi ki, onun da həmin mənzildə mülkiyyət payı var. Buna baxmayaraq onun razılığı olmadan barışıq sazişi imzalanmışdır. Onlar razılaşmışlar ki, cavabdeh uşaqları ilə evdə yaşasın, yəni ona istifadə hüququ verilsin, lakin həyat yoldaşı sazişi oxumadan imzalayıb və qarşı tərəfə özü də bilmədən mülkiyyət hüququ verib. Ona görə də o, məhkəmədən sazişin etibarsız hesab olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi və müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 198153 saylı çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı2, 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı4, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X16, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X17 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X12 ilə cavabdeh X20 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 (ikidə bir) hissədə iddiaçı Cavabdeh İbrahımxəlıl qızının və 1/2 (ikidə bir) hissədə cavabdeh X6 paylarının müəyyən edilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal ravonu, Sadıx Dadaşov küçəsi, 30 saylı ev iddiaçı Cavabdeh İbrahımxəlil qızının keçmiş əri cavabdeh X7 atası cavabdeh İddiaçı4 paylı mülkiyyəti olduğundan, Cavabdeh İbrahımxəlıl qızı ilə X10 arasında nikah pozulmaqla ailə münasibətlərinə xitam verildiyinə görə, həmçinin, iddiaçı ilə digər cavabdeh İddiaçı4 arasında mənzildən istifadə hüququ ilə bağlı razılaşma olmadığına görə iddia ərizəsi qeyd edilən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə hissələrində təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3925/2020 saylı, 19.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış 07.08.2020-ci tarixli Barışıq sazişindən görünür ki, Bu Razılaşmanın predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil edir. İddiaçı4, Azərbaycan Resublikası DƏDRX-in Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli 20.08.2013-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin 1/3 hissənin qalan hissəsindən özünə məxsus 1/3 hissəsinin Cavabdeh istifadəsində olan 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını Sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə Cavabdeh mülkiyyətinə verməyi və həmin hissə ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağmı, məhkəmə instansiyalarına müraciət etməyəcəyini öhdəsinə götürür. Cavabdeh, keçmiş əri X7 mülkiyyətində olmuş 90BJ046 dövlət qeydiyyat nişanlı “'Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin üzərində paylı mülkiyyət hüququnun tanınmasından imtina edərək həmin nəqliyyat vasitəsindən İddiaçı4 və X7 xeyrinə imtina edir. Cavabdeh Sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə həmin nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağıı, məhkəmə instansiyalarına müraciət etməyəcəyini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş İddiaçı4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh ilə aralarında tərtib etdikləri Barışıq Sazişini notarial qaydada rəsmiləşdirmişlər. Bununla bağlı gələcəkdə yarana biləcək bütün məsuliyyəti o, öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı4 ilə aralarında tərtib etdikləri Barışıq Sazişini notarial qaydada rəsmiləşdirmişlər. Bununla bağlı gələcəkdə yarana biləcək bütün məsuliyyəti o, öz üzərinə götürür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsinə əsasən “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X12 ilə cavabdeh X20 arasında bağlanmış 14.05.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh İbrahımxəlıl qızının və 1/2 hissədə cavabdeh X7 paylarının müəyyən edilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3925/2020 saylı, 19.06.2020-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı, 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Daha sonra isə İddiaçı4 ilə Cavabdeh arasında Barışıq sazişi bağlanmışdır. Barışıq sazişindən görünür ki, Bu Razılaşmanın predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil edir. Sazişin şərtlərinə görə İddiaçı4, Azərbaycan Resublikası DƏDRX-in Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli 20.08.2013-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin 1/3 hissənin qalan hissəsindən özünə məxsus 1/3 hissəsinin Cavabdeh istifadəsində olan 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə Cavabdeh mülkiyyətinə verməyi və həmin hissə ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağmı, məhkəmə instansiyalarına müraciət etməyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh, keçmiş əri X7 mülkiyyətində olmuş 90BJ046 dövlət qeydiyyat nişanlı ''Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin üzərində paylı mülkiyyət hüququnun tanınmasından imtina edərək həmin nəqliyyat vasitəsindən İddiaçı4 və X7 xeyrinə imtina etmişdir. Həmçinin tərəflərin notarial qaydada imzaladıqları ərizələrdən də görünür ki, aralarında tərtib etdikləri Barışıq Sazişini notarial qaydada rəsmiləşdirmişlər. Bununla bağlı gələcəkdə yarana biləcək bütün məsuliyyəti o, öz üzərlərinə götürlər. Hazırda iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi”nə dair müraciət edərək, Cavabdeh əşyalarının ünvan 1 ünvanından çıxarılması, Cavabdeh ilə X19 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə müstəqil tələbi ilə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X19 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər evin paylı mülkiyyətdə olduğunu və qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətin bir hissəsi özgəninkiləşdirilərkən onların satın almaqda üstünlük hüquqları olduğundan digər mülkiyyətçilərə ilk öncə təklif olunmalı olduğunu, lakin bu qaydaya əməl olunmadığını iddia edərək, barışıq sazişinin etibarsız olduğunu iddia edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Lakin həmin Məcəllənin 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Lakin hazırki mülki iş üzrə iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra belə bir niyyətlərinin olduğunu bildirməmişlər, bunu göstərəcək heç bir hərəkət etməmişlər. Belə ki, tərəflər arasında barışıq sazişi 07.08.2020-ci il tarixdə bağlanmış, məhkəməyə iddia ərizəsi isə 01.02.2021ci il tarixdə verilmişdir. Bundan əlavə qanunvericiliyin tələblərindən də göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi tərəfindən öz payını satın almaqda üstünlük hüququ pozulmaqla başqa şəxsin xeyrinə özgəninkiləşdirilməsi, barışıq sazişinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu sadəcə olaraq barışıq sazişidir, payın özgəninkiləşdirilməsi və ya satılması müqaviləsi deyildir. Tərəflər aralarında 07.08.2020-ci tarixli Barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi həmçinin əqdin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Məhkəmə bir daha qeyd edir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisəli barışıq sazişinin etibarsız hesab olunmasına dair istinad etdiyi sübutlar əsassızdır və qeyd edilən sazişin etibarsız hesab olunmasına səbəb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1750/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1750/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver