Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1752/2020 21.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 650 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ünvan 1 ünvanında yerləşən “Rublyovka” kafesini işlədərək icarə və başqa problemlərinin olduğunu bildirərək iddiaçıdan 2017-ci ilin dekabr ayında 650 manat borc götürərək tezliklə həmin borcun qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Hal-hazıradək borcu qaytarılmadığından iddiaçı Bakı şəhər Səbail rayonunun 9-cu Polis bölməsinə müraciət etmişdir. Cavab olaraq ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail RPİ-nin 9cu PB-nin xx xxxx 2020-ci il tarixli məktubuna əlavə edilmiş Səbail RPİ-nin 9-cu PB-nin Sahə inspektoru, polis mayoru Barat Novruzovun arayışından görünür ki, xx xxxx 2020-ci il tarixdə Səbail rayonu, M.Muxtarov küçəsi dalan 1 ev 6-da yaşayan İddiaçı şikayət ərizəsi ilə 9-cu PB-nə müraciət edərək 2017-ci ilin dekabr ayında Cavabdeh 650 manat işlədiyi Ə.Cavad küçəsi “Rublyovka” adı altında fəaliyyət göstərən klubda bir aylıq borca pul verdiyini, lakin bu günə kimi müxtəlif bəhanələr gətirərək borcu qaytarmadığını bildirərək hal-hazırda faktla əlaqədar Yasamal rayon məhkəməsi tərəfindən onun iddia ərizəsi əsasında proses aparıldığı, lakin Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 62, mənzil 10-da qeydiyyatda olan 1974-cü il təvəllüdlü Cavabdeh dindirilmə protokolunun əsasında qərar çıxarılaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh PB-yə gələrək izahat verməkdən imtina etsədə, İddiaçı borclu olduğunu telefonla danışarkən təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla - iddiaçının izahatı, Səbail RPİ-nin 9-cu PB-nin Sahə inspektoru, polis mayoru Barat Novruzovun arayışı ilə Cavabdeh İddiaçı borc alması təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 650 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 650 (altı yüz əlli) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Cаvаbdеh qiyаbi qətnаmənin оnа rəsmi qаydаdа vеrilməsindən sоnrа 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyаbi qətnаməni çıхаrmış məhkəməyə ərizə vеrməyə hаqlıdır. Qiyаbi qətnаmədən tərəflər, bu qətnаmənin ləğvi üçün ərizə vеrilməsi və оnа bахılmаsı müddəti bitdikdən sоnrа şikаyət vеrə bilərlər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1752/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1752/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver