Məhkəmə qərarları › İş №2(004)-1763/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1763/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1763/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirak ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14,000 (on dörd min) ABŞ dolları pulun, bank uçot dərəcəsinə görə 875 (səkkiz yüz yetmiş beş) ABŞ dolları əldən çıxmış faydanın –cəmi 14875 (on dörd min səkkiz yüz yetmiş beş) ABŞ dolları pulun alınaraq iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini və iddia müddətinin keçməsi ilə əlaqədar olaraq məhkəmənin iddiadan imtina etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, 10 il qabaq oğlu borcu verib. Amma əvvəllər borcu hissə-hissə ödəyən cavabdehlər son 2-3 ildə zənglərinə cavab verməyib və borcu ödəməyiblər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sonuncu ödəniş təxminən 2 il yarım öncə olub. Buna dair sübut-qeyd kitabçası isə cavabdehlərdədir. Məhkəmə iclasında iştirak edən cavabdeh və Cavabdeh1 nümayəndəsi bildirmişdir ki, tələb olunan pul heç bir halda ona verilməmişdir. Sadəcə əvvəldən tanıdığı İddiaçı atasının MTK rəhbərləri ilə işlədiyini görüb onun da pul qazanmaq istədiyini bildirib və bu səbəblə də digər cavabdeh olan atasının onu da həmin şəxslərlə tanış edərək iddiaçının da pul qazanmasına şərait yaratmağını xahiş etmişdir. Cavabdeh2 həmin səbəbdən iddiaçını 2008-ci ildə atası Cavabdeh1 ilə tanış etmişdir. Bundan sonra iddiaçı atası vasitəsilə bir neçə şəxslə tanış olmuşdur. Daha sonra isə o həmin ildə işləmək üçün atasının tanışı olan Yeni Yasamalda MTK rəhbərlərindən birinə müəyyən məbləğdə pul vəsaiti vermişdir. O da həmin məbləğdən müəyyən qədərini qaytardıqdan sonra ödənişlərdə çətinlik yaşamışdır. Bundan sonra iddiaçı ona müraciət edərək o şəxsi tanımaqları səbəbilə pulun qaytarılmasında ona köməklik göstərməklərini xahiş etmişdir. Bundan sonra o da əlindən gələn köməkliyi etməyə çalışıb. İddia ərizəsinə əlavə edilmiş faccebookdan olan yazışmalarda əks olunan söhbətlər də onun ididaçıya kömək etmək istəyilə bağlı olmuşdur. Yəni əsla o iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Onun və atasının iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 14875 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş yazışmaları göstərmişdir. Lakin cavabdehlərlə iddiaçı arasınada borc münasibətinin olması, o cümlədən cavabdehlərin pulu əsassız şəkildə saxlaması və ya digər əsasa görə cavabdehlərin iddiaçıya öhdəliyinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış və iddiaçı tərəfindən məhkəmə baxışında sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Həmçinin iddiaçı şifahi vəsatət verərək cavabdehlər barəsində xüsusi qərara çıxarımasını xahiş etsə də, cavabdehlərin qanunazidd əməlləri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasaında öhdəlik münasibətlərinin olması məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair cavabdehin hüquqi mövqeyini məhkəmə qəbul etmir və iddianın əsası sübuta yetirilmədiyinə görə iddia tələbinin rədd edilməsi qərarına gəlir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.000 ABŞ dolları borc, bank uçot dərəcəsinə görə 875 ABŞ dolları əldən cıxmış fayda olmaqla, cəmi 14.875 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddiaçı İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar