Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1770/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 34300 (otuz dörd min üç yüz min) manat məbləğin alınıb ona geri ödənilməsi və məhkəmə üçün ödənilmiş 193 (yüz doxsan üç) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adlı şəxs özünü vəkil kimi ona təqdim etmiş və məhkəmə işində ona köməklik edə biləcəyini bildirmişdir. xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh məhkəmə işində ona kömək etmək adı ilə ondan xidmət haqqı adı altında 2300 (iki min üç yüz) manat, daha sonra isə məhkəmə işinin gedişatı üçün 32000 (otuz iki min) manat məbləğində pul almışdır. Lakin özünü vəkil kimi təqdim edən bu şəxs Cavabdeh məhkəmə işinin gedişatı ilə ümumiyyətlə maraqlanmamış və üzərinə öhdəlik olaraq götürdüyü işdən xəbəri olmamışdır. Daha sonra o, Cavabdeh vəkil olub-olmaması ilə bağlı Vəkillər Kollegiyasına müraciət etmiş və oradan ona Kollegiyada belə bir şəxsin olmadığı barədə məlumat verildi (Vəkillər Kollegiyasının xx.xx.2022-ci il tarixli məktubunun surəti ərizəyə əlavə edilir). O, dəfələrlə bu cavabdehdən ona verdiyi ümumilikdə 34300 (otuz dörd min üç yüz min) manat məbləğində pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh həmin məbləği ona geri qaytarmamış və oğlu polis orqanlarında işlədiyi üçün heç kimdən qorxmadığını bildirmişdir. Cavabdeh şəxsin dələduzluq əməli nəticəsində ona cinayət işinin açılması məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət vermişdir. Lakin Cavabdeh öz dələduzluq əməlini müxtəlif yollarla Polis Bölməsində ört-basdır etdirmiş və bununla da onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, bütün bu hadisələrdən sonra səhhəti pozularaq o, və ailəsi mənəvi əsəb və sarsıntı keçirmişlər. Bu səbəbdən də, qanuni hüquqlarının müdafiəsi üçün və qeyd edilən məbləğin cavabdehdən alınıb ona geri ödənilməsi üçun məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 9000 (doqquz min) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının qızı Aidə Məmmədova məhkəmə prosesləri ilə bağlı 2014-cü ildən 2018-ci illər ərzində Cavabdeh hüquqi yardım göstərilməsi üçün müraciət etmişdir. Həmin dövrlərdə məhkəmə işlərinin aparılması üçün xidmət haqqı olaraq belə razılığa gəlmişlər ki, hər prosesə 300-400 manat ödənilsin. Təqribi 7-8 məhkəmə prosesi olmuşdur, bununla bağlı hardasa 200-300 manat xidmət haqqı verilmişdir. Ümumiyyətlə bütün bu danışıqlar tərəflər arasında şifahi formada olmuş, onlar bunu heç bir müqavilə ilə rəsmiləşdirməmişlər. Belə amma işlərin məhkəmədə həll olunması və pulun aidiyyatı şəxslərə əlavə verilməsi üçün Aybəniz xanım iddiaçıdan cəmi 9000 manat pul almışdır. Qeyd etmişdir ki, xidmət haqqı ilə bağlı onların cavabdehə qarşı heç bir iddiası yoxdur. Lakin işin nəticəsinin uğursuz olması və pulun aidiyyatı şəxslərə verilməməsi ilə əlaqədar həmin 9000 manatın ödənilməsini xahiş etmişlər. Hətta həmin pulun iddiaçının oğlunun yanında cavabdehə verildiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə izahatına uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, onun qızının məhkəmədə mülki xarakterli bir neçə işləri olmuşdur. Həmin məhkəmə proseslərində qızının nümayəndəsi qismində Cavabdeh iştirak etmiş, birinci işi udmuş, ikinci işi isə düzgün aparmadığı üçün uduzmuşlar. Bundan sonra mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və o, qızı üçün başqa vəkil tutmuşdur. O, cavabdehin hər gününə 300 manat pul vermişdir. Lakin ikinci işdə işin həll olunması üçün cavabdeh ondan 3000 bir, 6000 bir, ümumilikdə 9000 manat pul almışdır, lakin həmin işi uduzmuşdur. O, xidmət haqqını ondan geri istəmir, şünki məhkəmə prosesslərində işdirak etmişdir. Lakin 9000 manat məbləğində pulun ona ödənilməsini xahiş edir. Cavabdehə xidmət haqqı kimi ödənilmiş pulların bir qismini qızı göndərmiş, qalan hissəsini isə o ödəmişdir. Lakin sonradan ona 9000 manat əlavə pul vermişdir ki, həmin məbləği o özü ödəmişdir. Hazırda da, cavabdehə xidməd haqqı kimi verilmiş məbləğləri mübahisələndirmir, yalnız əlavə ödədiyi 9000 manat pulunu geri tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, 2016-cı ilin axırları idi, məhkəmə prosesləri artıq başlamışdır. Aidə Məmmədova heç vaxt iddiaçı olmayıb, həmişə cavabdeh olub və o, onun etibarnamə ilə nümayəndəsi olmuşdur. Bildirmişdir ki, Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi onun dostudur, o, ondan xahiş etmişdir ki, Aidə Məmmədovanı o məhkəmə proseslərində təmsil etsin. Qeyd etmişdir ki, Aidə Məmmədova həyat yoldaşından boşanmışdır, Rusiya Federasiyasında yaşayır, qaynanası ona ev bağışlamışdır, hal-hazırda Aidə Məmmədovanın qaynanası ona qarşı bağışlamanın ləğv edilməsi tələbinə dair iddia məhkəmədə qaldırmışdır. O, işə qoşulanda artıq məhkəmə proseslərinin sonları idi. İş Sabunçu Rayon Məhkəməsinin hakimi Gültəkin xanımın icraatında idi. O, həmin məhkəmə prosesini udmuşdur. O da istəmişdir ki, normal qiymətlə müqavilə bağlasın. O, Aidə Məmmədovanı tanımış, onunla hər gün wp-la danışmışlar və o, ona bildirmişdir ki, atası gəlib pulu verəcək. Lakin xanım dostunun tanışı olduğu üçün o, onunla qiymət danışmamışdır və fikirləşmişdir ki, o ona ən azi hər nəhkəmə üçün 500 manat pul göndərəcək, lakin ona 300 manat pul vermişlər. Həmin pul hər məhkəmə prosesi üçün deyil, bir instansiya məhkəməsində iştirak etdiyi üçün verilmişdir. Bundan sonra apellyasiya şikayəti verilmiş, orada da o, işi udmuş və bunun müqabilində yenə 300 manat pul almışdır. Daha sonra Aidə Məmmədovaya qarşı bağışlamanın etibarsız hesab edilməsi tələbinə dair iddia məhkəmədə qaldırmışdır. Onu da udmaq ərəfəsində idi, lakin qərarın elan olunacağı günü qarşı tərəf vəsatət qaldırdı ki, başqa məhkəmədə də Hacıyeva Leylinin anlaqsız hesab edilməsi barədə onun oğlu iddia qaldırmışdır, buna görə iş dayandırılsın. Lakin həmin məhkəmə prosesində tərəf olmadığı üçün o, həmin proseslərdə iştirak etməmişdir. Bununla bağlı tərəf ona dəfələrlə müraciət etmişdir ki, o da gedib o prosesdə iştirak etsin. Ona görə də, o həmin məhkəmə prosesinə getmiş, lakin hakim onu məhkəmə zalından çıxartmışdır. Həmin qətnamə ilə Hacıyeva Leyli anlaqsız hesab edilmişdir. O, məhkəmə prosesi bir il uzanmışdır və o, 300-400 manata görə hər dəfə Sabunçu Rayon Məhkəməsinə getmiş və o işlə maraqlanmışdır. Anlaqsız hesab edilməsi barədə qətnamə qəbul olunduğu üçün bağışlamanın etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə məhkəmə prosesini uduzdular. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin eyni zamanda başqa bir mübahisə də qalxmışdır. Aidə Məmmədova evi götürmək istəmişdir, lakin həmin evdə kirayəşinlər yaşayırdı və o, onların mənzildən və digər şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin prosesə görə də, o, 300-400 manat pul almışdır. Sonra onlar apellyasiya şikayəti vermiş və o, orada da məhkəmə prosesini udmuşdur, ona görə də 300-400 manat pul almışdır. O, bağışlamanın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesində nümayəndə qismində iştirak etdiyi zaman görmüşdür ki, Aidə Məmmədova özünə əlavə vəkil də tutmuşdur və bildirmişdir ki, o, hakimin qardaşıdır. Həmçinin bildirmişdir ki, iddiaçı iddia ərizəsində onun özünü vəkil kimi təqdim etməsini bildirmiş, lakin bütün qətnamələrdə onun statusu nümayəndə kimi göstərilmişdir. Aidə Məmmədova hər gün onunla telefon əlaqəsi yaradırdı, bütün məsləhətləri o, ona verirdi, 2 il onun işi ilə məşğul olmuş, axırda onunla əlaqəni 2018-ci ilin ortalarında kəsmiş və onu müdafiə etməkdən imtina etmişdir. Çünki Aidə onun çox vaxtını alırdı, saatlarla telefonda zəng edərək problemlərindən danışır, onun isə başqa işləri də olduğundan bu onu çox yorurdu. İddiaçının qeyd etdiyi 9000 manatdan isə onun xəbəri yoxdur. Ümumilikdə o, onlardan müxtəlif vaxtlarda 300, 400, 500 manat xidmət haqqı almışdır. Onun barəsində hər yerə iddiaçı şikayət etmiş, o da gedib öz izahatlarını vermişdir. Artıq üzun illər keçdiyi üçün bütün işlərə görə ümumilikdə nə qədər xidməd haqqı aldığını xatırlamır. Ümumi məbləğ ola bilər ki, 4000 manat olmuşdur. O bu barədə polisdəki izahatında da, bildirmişdir. Hesab edir ki, verilmiş məbləğ ona hüquqi yardım üçün verilmiş və göstərdiyi hüquqi yardıma görə nə qədər pul tələb etməsi isə onun hüququ olmuşdur. Halbuki iki-üç il davam edən proseslər üçün 4000 manat da az məbləğdir. Lakin onları yaxın dostu xahiş etdiyindən o heç vaxt yüksək məbləğ istəməmiş, verilən məbləğlə qane olmuş və öz işini də yerinə yetirmişdir. Bundan əlavə ona bir qəpikdə pul ödənilməmişdir. Ödənilmiş xidmət haqqını isə ona hazırki iddiaçı ödəmişdir. O pulların qızının, yada özünün olması barədə isə onda məlumat olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı qızı Aidə Məmmədova onun məhkəmə proseslərində təmsil edilməsi üçün Cavabdeh müraciət etmişdir. Cavabdeh bununla bağlı iddiaçının qızı ilə aralarında razılığa gəldiyini bildirərək, hər məhkəmə instansiyasında iştirak etməsi üçün 300-500 manat məbləğində pul almışdır. İddiaçı cavabdehə qarşı xidmət haqqı ilə bağlı heç bir tələbinin olmadığını, yalnız işin uğurlu həll olunması üçün əlavə olaraq ödədiyini iddia etdiyi 9000 manat pulun qaytarılmasını tələb edir. Cavabdeh isə buna etiraz edərək, həmin puldan xəbəri olmadığını bildirmişdir. İşin bu halları, yəni cavabdehin iddiaçının qızı Aidə Məmmədovanın nümayəndəsi qismində bir neçə məhkəmə iclaslarında iştirak edərək onu təmsil etməsi və ona hüquqi yardım göstərməsi iş materiallarında olan məhkəmə qətnamələri ilə də sübut olunur. İşin halları ilə o da müəyyən edilmişdir ki, iddiaçı Yasamal Rayon Polis İdarəsinə cavabdeh haqqında şikayət ərizəsi ilə müraciət etmiş və Yasamal Rayon Polis İdarəsinin baş müstəntiqi Bəxtiyar Rəhimovun xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və həmin qərarlarla sonuncunun iddiaçıdan 9000 manat məbləğində hər hansı pul alması öz təsdiqini tapmamışdır. Bələ ki, müvafiq araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, o, Yasamal rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “SLS” hüquq şirkətinin təsisçisidir. 2014-cü ildən etibarən rəsmi etibarnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X3 tərəfindən 2001-ci ildə müqavilə ilə X6 bağışlanması və 2012-ci ildə X1 ilə boşandıqdan sonra həmin fərdi yaşaya evinin bağışlanma müqaviləsinin etibarsız hesab olunmasına dair məhkəmə işi ilə əlaqədar A.Hacıyevanın nümayəndəsi kimi məhkəmədə çıxış etməyə başlamışdır. 2014-cü ildə həmin bağışlanma müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab olunması ilə X7 Rayon Məhkəməsinə verdiyi iddia ərizəsi ilə bağlı məhkəmə işlərində iştirak etmiş və həmin məhkəməni qazanmışdır. 2013-cü ildən bəri X4 və onun qardaşı X5 məhkəmə işlərinə dair proseslərdə nümayəndə qismində müvəffəqiyyətlə iştirak etmişdir. Bütün bu proseslərə görə məhkəmə və yol xərclərinin ödənməsi, o cümlədən həyata keçirilən işlərin xidmət haqqı qismində İddiaçı ümumilikdə 4000 manata yaxın məbləğdə pul almışdır. İddiaçı ona 9000 manat məbləğində pul verməmişdir. Qeyd olunan fəaliyyətini rəsmi etibarnamə əsasında həyata keçirmiş və bununla əlaqədar müvafiq qaydada dövlətə vergi ödəmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ondan 9000 manat məbləğində pul aldığını iddia etsə də, məhkəməyə bununla bağlı hər hansı bir tutarlı sübutlar təqdim etməmişdir. Cavabdeh isə bütün məhkəmə işlərinə həm birinci instansiya, həm digər instansiyalarda baxıldığı zaman, onun iştirakına, iddiaların hazırlanmasına, sənədlərin, sorğuların, vəsatətlərin verilməsi üçün ümumilikdə 4000 manat xidmət haqqı aldığını etiraf edir. İddiaçı tərəfindən hazırda xidmət haqqı mübahisələndirmir, yalnız tərəfindən əlavə olaraq ödədiyini iddia etdiyi 9000 manat pul vəsaiti tələb edilsə də, məhkəməyə bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi qənaitinə gələrkən, onuda nəzərə alır ki, iddiaçı tərəfindən ilkin olaraq iddia ərizəsində tələbini cavabdehə məhkəmə işinin gedişatı üçün 34300 manat məbləğində pul vəsaitinin verilməsi ilə əsaslandıraraq və həmin məbləğin də tərəfindən ödənilməsini iddia edərək, cavabdehdən 32000 manat məbləğində pul vəsaititnin tutulmasını, sonradan isə idda tələbini azaldaraq, cavabdehdən 9000 manat pulun tutulmasını tələb etmiş, tələb olunan məbləğlər arasında böyük ziddiyyət olması və bu ziddiyyətin nədən ibarət olması barədə də, məhkəməyə hər hansı bir tutarlı izahat verə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1770/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1770/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver