Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1772/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “bölgü payının aparılmasının ekspertə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinə qarşı “mənzil mübahisəsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal, “xxxx” MTK-ya məxsus bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasını təmin etməyən Yasamal rayon İcra və Probasiya Şöbəsininn 60 m2 sahənin naturada ölçülərinin bölgü payının aparılmasının ekspertə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun deyil. Belə ki, iddia ərizəsində “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsi cavabdehlər kimi qeyd edilsə də onlara qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı ekspertizanın keçirilməsinin ekspertə həvalə edilməsini xahiş etmişdir. İddiaçıya izah olunur ki, ekspertizanın keçirilməsi iddia tələbi ola bilməz, çünki ekspertizanın keçirilməsi vəsatət kimi irəli sürülə bilər. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, əgər onun vəsatəti qətnamənin icrası ilə bağlıdırsa o, bu vəsatətlə icra məmuruna müraciət etməlidir. Əgər icra məmurunun bu vəsatətlə bağlı hər hansı qərarından və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə isə icra məmurunun qərarından və ya hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər “xxxx” MTK və Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsinə qarşı “bölgü payının aparılmasının ekspertə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1772/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1772/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver