Məhkəmə qərarları › İş №2(004)-1772/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1772/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1772/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X4, Maraqlı şəxsin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi ilə X19 arasında bağlanmış 12 may 1989-cu il tarixli, 58 nömrəli müqavilə ilə 900-905 saylı bağ sahəsi X16 ayrılmışdır. X19 vəfat etdikdən sonra 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə sözügedən bağ sahəsi onun oğlu Ərizəçi verilmiş və müqavilədə bağın nömrəsi 900 olaraq göstərilmişdir. Belə ki, X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsi səhvən 905 yox 900 olaraq göstərilmişdir. O, Sabunçu rayonu, Nardaran qəsəbəsinin bağlar massivində yerləşən X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2-1(82)-1873/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 noyabr 2017-ci il tarixli, 2-1(103)-2521/2017 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya Şikayəti Təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2- 1(82)-1873/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2-(102)-218/2018 saylı qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2-1(82)-1873/2017 nömrəli qərarı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək bununla bağlı məhkəməyə 22.05.2018-ci il tarixli **********29 saylı məktub ünvanlanmış və həmin məktubda da qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında X3 və X5 01.10.2004-cü il tarixli 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış bağ sahəsi 905 kimi yox, 900 saylı bağ kimi qeyd olunmuşdur. Vətəndaşın iddia etdiyi bağ sahəsi elektron baza məlumatlarına əsasən 905 saylı bağın ərazisidir. Daha sonra o, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 905 saylı bağ sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Lakin iddia tələbi təmin edilməmişdir, həmin qərardan verilən apellyasiya şikayəti də təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, X2 və İstismarı Birliyi ilə X19 arasında bağlanmış 12 may 1989-cu il tarixli, 58 nömrəli müqavilə ilə 900-905 saylı bağ sahəsi X16 ayrılmışdır. X19 vəfat etdikdən sonra 01 sentyabr 2004-cü il tarixli, 9066 saylı müqavilə ilə sözügedən bağ sahəsi ona, Ərizəçi verilmiş və müqavilədə bağın nömrəsi 900 olaraq göstərilmişdir. Belə ki, X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsi səhvən 905 yox 900 olaraq göstərilmişdir. Ona görə də X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, o iş materiallarına 12 may 1989-cu il tarixli müqavilə əlavə etmişdir. Həmin müqaviləni onun atası bağlamış və orada bağ sahəsinin nömrəsi 905 olaraq göstərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X10 da yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X12 izahatında bildirdi ki, əvvəl bu vətəndaşların 2017-ci ildə 1 saylı Bakı Ərazi İdarəsinə qarşı naturada bölünmə tələbinə dair işləri İnzibati Məhkəmədə olub və Ali Məhkəməyə qədər gedib. Sonda iddiaları təmin olunmuşdur. Onlar da həmin ərazinin yerləşdiyi yeri göstərmişlər və çıxarış verilməsi zamanı məlum olmuşdur ki, onların əvvəlki müqavilələrində bağın nömrəsi 900-905 yazılmışdır. Əlavə olaraq o, iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.09.2021-ci il tarixli, **********21 saylı X8 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, X2 və X5 verilmiş 01.10.2004-cü il tarixli, 9066 nömrəli müqavilədə bağın nömrəsinə düzəliş edilməsi, yəni arxiv məlumatlarında hər hansı dəyişiklik etmək idarənin səlahiyyətləri xaricindədir. İş materiallarında olan 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqaviləyə əsasən Sabunçu rayonunun Nardaran ərazisində 0,19 hektar torpaq sahəsi olan 900 №-li bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə Ərizəçi istifadəsinə verilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1873/2017 saylı, 31.08.2017-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş, X9 və X5 01 oktyabr 2007-ci il tarixli, 9066 saylı müqavilə ilə Ərizəçi ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2521/2017 saylı, 17.11.2017-ci il tarixli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1873/2017 saylı, 31.08.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-218/2018 saylı, 20.02.2018-ci il tarixli qərarına əsasən cavabdehin və üçüncü şəxslərin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2521/2017 saylı iş üzrə 27 oktyabr 2017-ci il tarixli qərardadı və 17.11.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-583/2019 saylı, 07.05.2019-cu il tarixli qərarına əsasən iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sxematik xəritə ilə uyğunsuzluq aradan qaldırılmaqla bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1975/2019 saylı, 10.10.2019-cu il tarixli qərarına əsasən iddiaçı Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-583/2019 saylı, 07.05.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı 06.04.2022-ci il tarixli, **********63 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,19 hektar torpaq sahəsi olan 232b saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X11 ilə X17 arasında 22.01.1965-ci il tarixli 9066 saylı müqavilə bağlanılmışdır. Arxiv qovluğunda olan 1968-ci il tarixli aktda bağ sahəsinin nömrəsi 232a/252, cizgidə isə 252 kimi göstərilmişdir. 1970-ci il tarixli aktda isə 232b kimi göstərilmişdir. Daha sonra X1 bağ sahəsinin nömrəsinin səhv yazılması barədə X6 ünvanladığı 08.08.1981-ci il tarixli ərizəsinə və mühəndislər tərəfindən tərtib edilmiş 28.08.1981-ci il tarixli akta əsasən bağ sahəsinin yeni nömrəsi 900 olmuşdur. Belə ki, 0,19 ha-dan ibarət olan 900 saylı bağ sahəsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X17 arasında 28.08.1981-ci il tarixli 9066 saylı müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş 18.09.2004-cü il tarixli ərizəsi əsasında sözügedən bağ sahəsi Ərizəçi adına keçirilmiş və onunla 900 saylı bağ sahəsinə dair 01.10.2004-cü il tarixli 9066 saylı müqavilə bağlanılmışdır. Həmçinin ailə üzvlərinin 18 sentyabr 2004-cü il tarixli ərizələrində mərhumun adına olan bağın nömrəsi 900-905 kimi göstərilmişdir. Lakin Ərizəçi adına 905 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı sənəd arxiv qovluğunda aşkar olunmamışdır. İş materiallarında olan 22.01.1965-ci il tarixli, 9066 nömrəli müqaviləyə əsasən Nardaran qəsəbəsindəki 0,19 ha torpaq sahəsi olan 232b nömrəli bağ X13 istifadə üçün icarəsinə verilmişdir. İş materiallarında olan 1968-ci il tarixli akta əsasən bağ sahəsinin nömrəsi 232a/252 kimi qeyd olunmuşdur. İş materiallarında olan 02.03.1970-ci il tarixli akta əsasən bağ sahəsinin nömrəsi 232b kimi qeyd olunmuşdur. İş materiallarında olan 14.08.1981-ci il tarixli ərizəyə əsasən X17 9066 nömrəli müqavilə ilə onun icarəsinə verilmiş 252 nömrəli bağ sahəsinin nömrəsinin 900 nömrəyə dəyişdirilməsini xahiş etmişdir. İş materiallarında olan 28.08.1981-ci il tarixli müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 0,19 ha bağ sahəsi X13 istifadə üçün icarəsinə verilmişdir. İş materiallarında olan 12.05.1989-cu il tarixli müqaviləyə əsasən X14 istifadəsində olan Nardaran qəsəbəsində yerləşən 900-905 nömrəli bağ sahəsində layihə işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Ərizəçi X2 və İstismarı Birliyinə ünvanladığı 21.09.2004-cü il tarixli ərizəyə əsasən 9066 saylı müqavilə ilə vəfat etmiş atasına məxsus 900 nömrəli bağ sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan X20 və X15 tərəfindən X2 və İstismarı Birliyinə ünvanlanmış 18.09.2004-cü il tarixli ərizələrə əsasən onlar Nardaran qəsəbəsində yerləşən X14 məxsus 900-905 saylı bağın qardaşları Ərizəçi adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Arayışa əsasən 9066 müqavilə ilə 0,19 ha torpaq sahəsi olan 900 nömrəli bağın icarədarı X17 vəfat etmişdir və onun oğlu Ərizəçi həmin bağın onun adına keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktı müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin olaraq ərizəçinin atası X17 ilə 1965-ci ildə Nardaran qəsəbəsində 0.19 hektar torpaq sahəsində onunla 9066 nömrəli müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən bağın nömrəsi 232b kimi müəyyən edilmişdir. Daha sonra 1968-ci ildə akt imzalanmış və həmin akta əsasən bağın nömrəsi 232b-dən 252-ə dəyişdirilmişdir. Növbəti 1970-ci ildəki aktda bağın nömrəsi 252dən 232b-yə dəyişdirilmişdir. Son olaraq ərizəçinin atası X13 vəfat etməsi ilə onun oğlu Ərizəçi ilə 2004-cü ildə müqavilə bağlanmışdır və həmin müqavilədə bağın nömrəsi yanlış olaraq 900 olaraq qeyd olunmuşdur. Belə ki, ərizəçi X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 900 deyil 905 olması faktını başqa şəkildə təsdiq edə bilmədiyindən həmin faktın məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək müəyyən etmişdir ki, sözügedən mübahisəli bağın yerləşdiyi yer müvafiq sənədlərə əsasən 900 nömrəli yox 905 nömrəli bağ ilə eynidir. İlkin olaraq ərizəçinin mərhum atası X17 ilə 1965-ci ildə bağlanmış 9066 nömrəli müqaviləyə əsasən onun istifadəsinə verilmiş 232b nömrəli bağ hal-hazırkı 905 nömrəli bağdır. Həmçinin məhkəmə iclasında uzun illərdir ərizəçinin istifadəsində və sahibliyində olan Nardaran qəsəbəsində yerləşən bağın məhz 905 nömrəli bağın olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 və X5 verilmiş 01 oktyabr 2004-cü il tarixli, 9066 saylı müqavilədə bağın nömrəsinin 905 olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar