Məhkəmə qərarları › İş №2(004)-1777/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1777/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1777/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kapital Bank" ASC-nin Qubadlı filialı və Cavabdeh2 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi üzrə bağlanmış 19 avqust 2019-cu il tarixli, Z-RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə əsasən tutulmuş 3115,27 pul məbləği və ödənilmiş 51 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3166,2 pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qubadlı filialı və Cavabdeh2 arasında 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi bağlanmış, 48 ay müddətə 12674,75 manat məbləğdə kredit rəsmiləşdirilmişdir. "xxxx" ASC-nin Qubadlı filialı və Cavabdeh2 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi üzrə sonuncunun kredit öhdəliklərinin təminatı olaraq qeyd olunan tarixdə onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı zaminlik müqaviləsinin 4.5-ci bəndinə əsasən «Kreditor» Kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılıq olmadan) onun "xxxx" ASC-nin istənilən bank hesabından tuta (silə) bilər. "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən borcalan Cavabdeh2 tərəfindən kredit öhdəlikləri vaxtında icra edilmədiyi üçün zaminlik müqaviləsinə əsasən öhdəliklərin icrası onun kart hesabına yönəldilmiş və ******************** saylı kart hesabından 26.07.2021-ci il tarixdə 0,78 manat, 29.07.2021-ci il tarixdə 685,78 manat, 27.08.2021-ci il tarixdə 648,05 manat, 29.10.2021 -ci il tarixdə 263,28 manat, 12.11,2021-ci il tarixdə 632,28 manat, 30.11.2021 -ci il tarixdə 370,05 manat, 23.12.2021-ci il tarixdə 515,05 manat olmaqla, cəmi 3115,27 manat vəsait silinmişdir. 19 avqust 2019-cu il tarixli, Z-RGTK0990452A126 saylı zaminlik müqaviləsinin 2.2.1-ci bəndinə əsasən Borcalanın Kreditor qarşısında öhdəliklərini icra etdikdə zamin Borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2021 -ci il tarixli, 2(004)-2907/2021 saylı qətnaməsindən görünür ki, əsas borclu Cavabdeh2 və Cavabdeh1 08 dekabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və 09 avqust 2021 -ci il tarixdə qətnamə qəbul edilənə qədər rəsmi nikahda olmuş məhz "xxxx" ASCnin Qubadlı filialı və Cavabdeh2 arasında 19 avqust 2019-cu il tarixdə 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi onların birgə nikahda olduqları zaman rəsmiləşdirilmişdir. Alınan yüksək məbləğdə kredit məbləği təbii ki, 12674,75 manat məbləğdə kredit Cavabdeh2 şəxsi ehtiyaclarının ödənilməsinə götürülə bilməzdi, demək kredit məbləği ailənin maddi ehtiyaclarına sərf olunmuşdur. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 ilə nikahları pozulmuşdur. Onun Cavabdeh2 "xxxx" ASC-dən kredit götürməsi və İddiaçı zamin durması ilə bağlı məlumatı olmamışdır. Ona bu barədə nikah pozulduqdan sonra İddiaçı bildirmişdir. O, Cavabdeh2 aliment almır və iki azyaşlı uşaqlarına təkbaşına baxır. Odur ki, iddia tələbinin ona aid hissəsində rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC borcalan Cavabdeh2 illik 27,82 %-lə ödəmək şərtilə 48 ay müddətinə 12674,75 manat kredit vermişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, Z-RGTK0990452A126 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı kredit müqaviləsi Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kapital Bank” ASC-nin 12.01.2022-ci il tarixli 12500d1-02-0094 nömrəli arayışından muəyyən olunur ki, borcalan Cavabdeh2 tərəfindən kredit öhdəlikləri vaxtında icra edilmədiyi üçün zaminlik müqaviləsinə əsasən öhdəliklərin icrası İddiaçı kart hesabına yönəldilmiş və onun ******************** saylı kart hesabından 26.07.2021-ci il tarixdə 0,78 manat, 29.07.2021-ci il tarixdə 685,78 manat, 27.08.2021-ci il tarixdə 648,05 manat, 29.10.2021-ci il tarixdə 263,28 manat, 12.11.2021ci il tarixdə 632,28 manat, 30.11.2021-ci il tarixdə 370,05 manat, 23.12.2021-ci il tarixdə 515,05 manat olmaqla, cəmi 3115,27 manat vəsait silinmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(004)-2907/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 ilə Cavabdeh1 arasında Göyçay rayon qeydiyyat şöbəsində 08 dekabr 2007-ci il tarixdə, 412 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 nömrəli kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh2 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Borcalan Cavabdeh2 kredit öhdəlikləri vaxtında icra edilmədiyi üçün zaminlik müqaviləsinə əsasən öhdəliklərin icrası İddiaçı kart hesabına yönəldilmiş və ******************** saylı kart hesabından cəmi 3115,27 manat vəsait silinmişdir. Zamin olaraq İddiaçı borcalan Cavabdeh2 əvəzindən 3115,27 manat vəsaiti banka ödədiyinə görə, həmin məbləğdə tələb hüququnu əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb olunan 3115.27 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, İddiaçı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürərək, kreditor qarşısında öhdəliyi icra etdiyindən, borcluya qarşı da reqres qaydada tələb hüququ yaranmışdır. Cavabdeh1 kredit müqaviləsinin tərəfi deyil. Ona görə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə tam təmin edildiyindən ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 3115.27 manat məbləğində pul və ödənilmiş 51 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 3115.27 (üç min yüz on beş manat iyirmi yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar